7
Hophopnamə
qapan günclərində taxıl almağa gələn kəndlilərin» qeydinə qalması, «təbii fəlakətlərə
məruz qalan Padar köçərilərinin» halına acıması, «qışm məşəqqətlərindən xilas
olduqlarına görə sevinirkən baharda da başsız sellərin qurbanı olan fuqərayi-kasi- bənin»
dərdinə qalması... Girdiman çayı üzərindən davamlı körpü salmaq arzusu ilə yaşaması və
mədəniyyətə, yeniliyə güllə atanlara dərin nifrət bəsləməsi olmuşdum.
Sabir bu məqalələrdə xırda məişət hadisələrindən tutmuş mənəviyyat, əxlaq, maarif
və iqtisadiyyat, kənd təsərrüfatı, taxıl yığımı, o cümlədən yol tikintisi, körpü salınması,
Şamaxıya dəmiryolunun çəkilməsi və s. problemlər qaldıraraq, işin səmərəliliyi üçün əsl
təsərrüfatçı ayıqlığı və vətəndaş yanğısı ilə məsləhətlər verir, təkliflər irəli sürürdü.
Həmin problemlər onun poeziyasında da irəli sürülüb əsaslandırılırdı.
Sabir geniş xalq kütlələrinin, zəhmətkeş insanların halına, ağır, məşəqqətli
güzəranlarına, mədəni geriliklərinə, milli-ictimai şüurca geri qalmalarına, ancaq öz
qarınlarını, şəxsi mənafelərini güdən «kisədustların» - mülkədar, sahibkar, ruhani, ziyalı
və digər peşə sahiblərinin həris pəncələrində, dini fanatizm girdabında can çəkişməsinə
dözə bilməyib, özünün vətəndaş təəssüb və yanğısından güc alan etiraz səsini ucaldırdı.
Odur ki, sosial-mənəvi bəlalann islahı üçün publisistikaya nisbətən şüurlara daha fəal və
ideya-estetik təsir qüvvəsinə malik olan satirik poeziyaya üstünlük verirdi. Həmin
ictimai tipləri bir məclisə toplayaraq («Bir məclisdə on iki kişinin söhbəti» satirası)
onların öz dilləri ilə özlərini xalqa təqdim etdirirdi. Bu tiplər hələlik on iki zümrənin
şəxsində bir-birinin ardınca sanki rüsvayçılıq kürsüsünə çıxaraq özlərinin iç üzlərini,
həyata və xalqa baxış tərzlərini, yaşayış prinsiplərini açıb göstərirlər. Satiradan, bu
təqdimatdan aydın olur ki, dövrün vəkili «haqlıya haqsız deməklə, bir çox günaha batıb»,
həkim ona müraciət edənlərin dərdini «təşxis etməyib», tacir «halal ilə haramı bir-birinə
qatıb», rövzəxan «üm- mətin pulun alıb», «gözlərini ağlar qoyub» (isladıb), dərviş hər
yerdə ancaq yalan söz satmaqla, sofı xalqı ələ salmaq, oynatmaqla, molla isə hər gün
verdiyi fitvalarla məxluqu aldatmaqla məşğuldur. Ən acınacaqlısı isə odur ki, belə bir
mühitdə elm hər şeydən ümidini üzərək bu qövmü büsbütün atdığı üçündür ki, xalq
cəhalət girdabında olduğunu dərk etmədən ortada kef etməklə hər bir mərama, məqsədə,
arzuya çatdığını düşünürdü. Avam camaat heç nə, hətta cəhalət adlı yorğan-döşəkdə,
yataqda yatdığını da başa düşmür. Belə bir şəraitdə isə «xalqm şairi» öz həmvətənlərinin
ictimai dərdlərindən yazaraq onları ayıltmaq əvəzinə «bülbülə, eşqə, gülə dair yalan
fırlatmaqla», qəzetəçi, xalqın milli-ictimai şüurunun formalaşmasını düzgün yola
istiqamətləndirməli zümrə, təbəqə isə yazdıqları söz yığmı olsa belə, ancaq öz
«cəridəsini», qəzetin sütunlarını doldurmaq barədə fikirləşir. Onun üçün də yeri
düşdü-düşmədi mətləbi uzatmaqla məşğuldur.
Göründüyü kimi, Sabirin «bir məclisə yığdığı bu on iki kişinin», zümrənin
sözlərindən aydm olur ki, onların hər biri üzdə özlərini, guya, xalqa, vətənə xidmətə həsr
edən bir vətəndaş kimi gözə soxmağa çalışsa da, əslində, sən demə, əsl
8
Mirzə Ələkbər Sabir
məqsədləri bu pərdə arxasında öz güzəranlarını, yaşayışlarını təmin etməkdir. Xalqın
millətin güzəranı, əqli, fiziki və mənəvi sağlamlığı, iqtisadi, sosial-siyasi vəziyyətinin
yaxşılaşdırılaraq qüdrətli, düşmənə bac verməyib, möhtac, əsir olmayan bir hala
gətirilməsi məsələləri isə onların heç veclərinə belə deyil. Odur ki, şair növbəti
satirasında bu tüfeyli zümrələrin xorunu qələmə alıb yenicə nəşrə başlayan «Molla
Nəsrəddin» jurnalında çap olunmaq üçün Tiflisə göndərdi. Bu dəfə həmin tüfeyli tiplər
hamısı bir ağızdan:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karım,
Diinyəvü cahan ac olur olsun, nə işim var?! -
deyə xor oxumağa başladılar. Hər hansı ülvi, müqəddəs bir amaldan məhrum olanların
bu ürəkdağlayıcı, üfunət qoxulu xoru qulaqbatırıcı bir səda ilə elan edirdi ki, onlar
həmvətənlərinin daim qəflət yuxusunda yatmalarını arzulayıb, əgər «tək-tək ayılan
varsa», Allahdan özlərinə kömək diləyirlər ki, belələrini, tək-tək ayılanları tezliklə yox
etsin. Həmin ictimai tiplər öz salamatlıqları naminə «cümlə cahanın» batmasına da
razıdırlar.
Sabir poeziyası öz qarşısına məhz xalqın, həmvətənlərinin həyatlarının mövcud
acınacaqlı vəziyyətini köklü sürətdə dəyişdirib, onları tamamilə təzə-tər, saf və sağlam
bir vücudla işıqlı, parlaq istiqbala aparıb çıxartmaq missiyası ilə yenilməz əzm və
qətiyyətlə mübarizə meydanına atıldı. O, xalqın və vətənin xoş gələcəyini təmin etmək
üçün birinci növbədə bugünkü övladların layiqli vətəndaş kimi yetişdirilməsinin,
gələcək həyat və mübarizə yoluna millətin əqli, zehni və düşüncə, dünyagörüşcə
hazırlanmasının vacibliyi məsələsini irəli sürdü. Bunun üçün uşaqların mövcud tərbiyə
və həyata hazırlanma üsulunun eybəcərliklərini satira oxuna hədəf etdi. «01 gün ki,
sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!» misraları ilə başlanan həmin satirada
zərərli vərdiş, düşüncə və üsullara əsaslanan, nəticə etibarilə uşağın və ailənin
fəlakətinə səbəb olan tərbiyə metodları satirik bir dillə sadalanır. Nəzərə çatdırılır ki,
bu qədər dırnaqarası cah-cəlala, əslində, fəlakətə oxuyub-öyrənməklə, dünyəvi
təlim-tərbiyə almaqla çatmaq mümkün deyil:
... Olmaz
oxumaqdan
Tapmaq bu cəlali!..
Yəni roiHəti bu cür bəla və fəlakətlərdən ancaq gənc nəsli dünyəvi ruhda tə- ım tər
iyə edib, elm öyrətməklə xilas etmək olar. Növbəti satiralarda Sabir həyata u cur
axışın, öz ideal və arzularının həyatda yavaş-yavaş ayaq tutmasının və ura an mey ana
çıxan ictimai ovqatın ayn-ayrı səhifə və əlamətlərini satirik bir