23
Hophopnamə
lağlağdır
», «İstiqbal bizimdir» satiralarını çap etdirmişdir. Əslində, hər iki sənətkarın
parlaq istiqbal haqqında düşüncələrini özündə əks etdirən nümunələrə daha çox əsər
daxildir. Hər iki mütəfəkkirin eyni problem ətrafında fikir və düşüncələrini özündə əks
etdirən əsərlər silsiləsinə M.Hadinin «Rəhgüzari-mətbuatda bir şukufeyi-məarif»,
«İstiqbahmız parlaqdır», «Lövheyi-bahar», «Əski-ənini-Vətən», «Bariqeyi-zəfər
parlayır, istiqbal bizimdir», «Yaşamaq istər isək» və s. şeirləri və «Maziyi-müzlimə
ircayi-nəzər. Halımız münəvvər, İstiqbalımız yenə parlaqdır» məqaləsi, Sabirin isə
«Tömeyi-nəhar», «Dilbər», «Rəhgüzari-məxluqatda bir möhitaci-məsarif», «İstiqbalımız
lağlağdın», «İstiqbal bizimdir» və «Yaşamaq istər isək...» satiraları daxildir. Bu əsərlərdə
Sabir, öz qələm dostundan fərqli olaraq, soydaşlarının fitri istedad və qabiliyyətinə,
onların parlaq istiqbala layiq olub, bu nemətə gec-tez çatacaqlarına bütün varlığı ilə
inandığını bildirirdi. Lakin o, bunun üçün qarşıda duran bir cox mühüm vəzifələrin - milli
ətalət və cəhalətin maariflənmə yolu ilə aradan qaldırılmasının, milli mənlik şüurunun
düzgün formalaşdı- rılaraq sosial-siyasi düşüncənin inkişafına, habelə beynəlxalq siyasi
və diplomatik proseslərdən düzgün nəticələr çıxarıb onlara müvafiq hərəkət etmək
qabiliyyət və vərdişlərinə yiyələnmək və s. kimi işlərin həyata keçirilməsinin vacibliyi
məsələsini irəli sürürdü. Şair inanırdı ki, bütün bu işlər layiqincə görülərsə (və görülə-
cək), xalqımız özünə layiq olan istiqlalı əldə edib parlaq, işıqlı istiqbala qovuşacaq.
Əlbəttə, soydaşlarının milli azadlıq və istiqlaliyyət uğrunda qəhrəmancasına döyüş
meydanına atılmaları Sabirin ürəyini bir vətəndaş kimi cuşə gətirirdi. O özünün bu hədsiz
sevinc hissindən doğan sonsuz hissiyyatlı, cəzb olunmuş vəziyyətinə baxıb onu dəli
hesab edə biləcək oxucusuna müraciətlə bildirirdi ki, bütün bunlar, yəni şairin cəzb
olması «hali-məcmbu» Səttarxanın mərdliklə atıldığı azadlıq mübarizəsində əldə etdiyi
qələbələrdən, həmin qələbələrin doğurduğu fərəh və qürur hissindən irəli gəlir. Özü də bu
işdə gənc türklər də Səttarxanla həmrəy olduqlarını bildirmişdilər. Bu milli-etnik və dini
həmrəylikdən doğan razılıq qələbə sevincinə qarışdığı üçün Sabir sözünə belə davam
edirdi:
Ta ki, millət məcməin Tehranda viran etdilər,
Türklər Səttarxan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət e'lan etdilər,
Millətə, milliyyətə can nəqdi qurban etdilər,
Ayeyi - «zibhi-əzim» itlaqı ol qurbanədir,
Afərininı himməti-valayi-Səttarxanədir.
Sabir sevinirdi ki, nəhayət, «həq mədədkar oldu Azərbaycan ətrakına)) (türklərinə).
Lakin bu sevinc uzun sürmədi. Tezliklə rus, ingilis, fransız və digər imperialist qüvvələr
İran hökumətinə kömək edərək, burada başlayan milli azadlıq hərəkatını fitnə-fəsad
burulğanında və qan dənizində boğdular. Pərdəarxası oyunları, İran şahının və yüksək
rütbəli əyanlarının xalqa və vətənə zidd əməllərini, xarici
24
Mirzə Ələkbər Sabir
imperialist qüvvələrin əlində oyuncağa çevrilib hər cür alçaqlığa getmələrini, xalqın
onlara yönələn nifrət və qəzəblərini gördükcə şair «Satıram», «Bura say!», «Şahnamə»,
«Avropada-Məmdəlinin eşqbazlığı», «Müxabirə», «Osmanlılar, aldanmayın, Allahı
sevərsiz!», «Əhli-İranda. pah oğlan, yenə himmət görünür», «Mür- təce xadimlərim, ha
indi xidmət vəqtidir», «İranlı deyir ki:», «Mürtəcelər, sevinin, kişvəri-İranə yenə», «Şurə
gəlib şad olun, iranlılar», «Almaniya imperatoru Vilhelm deyir ki:» və s. satiralarını
qələmə aldı. Bu əsərlərdə İrandakı milli azadlıq hərəkatı ətrafında həm ölkədaxili, həm də
beynəlxalq aləmdə baş verən proseslərlə yanaşı, Osmanlıda (Türkiyədə) cərəyan edən
siyasi proseslərə də münasibət bildirilir, gənc türklər siyasi ayıqlığa, fitnələr burulğanında
«iranlı kimi yanma- mağa» çağırılırdı. O, İran şahı Məhəmmədəli Mirzənin öz taxt-tacını
xilas etmək üçün gah o, gah da bu dövlətə üz tutub kömək istəməsini və bu uğursuz
cəhdlərin biabırçı sonluqlarını «Mürtəcelər, sevinin...», «Zilli-Sultana, amandır,
verməyin İrana yol», «Şur
ə gəlib şad olun, iranlılar!», «Derlər İran günbəgün xar olur,
əlbəttə ki!», «Almaniya imperatoru Vilhelm deyir ki:», «Hatifdən gələn bir nida deyir
ki:», «Avropada Məmdəlinin eşqbazlığı», «Məmmədəli deyir ki:» və s. satiralarda dönə-
dönə, həm də hər dəfə bu beynəlxalq siyasi oyunların yeni bir səhifəsini işıqlandırıb ifşa
etdiyi kimi, Osmanlı sultanı Əbdülhəmidi, onun xalq və vətən mənafeyinə zidd
hərəkətlərini yeri gəldikcə ifşa etmişdir. «Müxabirə», «Tərcüma- ni-Həqiqət» deyir ki:»
və
«Əbdülhəmid deyir ki:» adlı qoşalaşdmlmış taziyanə- lərdə Əbdülhəmidin qəddarlığı,
hakimiyyəti dövründə sultana zidd hərəkətlərinin mahiyyəti və s. cəhətlər satirik bir
şəkildə poetik dillə ifşa edilmiş, onun nəinki hökmdar, ümumiyyətlə, bir insan kimi
cəmiyyətə yararsızlığı açılıb göstərilmişdir.
Bütün bu əsərlərdən iranlıları və turanlıları (osmanlı türklərini), eyni zamanda
onların şəxsində Azərbaycan xalqını öz istiqlalı və istiqbalı uğrunda apardığı mübarizədə
siyasi və diplomatik ayıqlığa, qarşıya qoyulan əsas məqsədə çatmaq üçün bütün
incəlikləri nəzərə almağa çağırır. Bu baxımdan Sabir həmin əsərlərdə gözümüz qarşısında
həm də siyasi və diplomatik şüuru yetkin olan bir ictimai xadim, siyasətşünas kimi
canlanır. Akademik M.Arif M.Ə.Sabirin bu satiralarında digər mövzularla yanaşı, İran və
Türkiyədə baş verən siyasi proseslərin də doğru və düzgün, bütün tərəfləri əks
etdirilməsini nəzərdə tutaraq yazır: «Bu mövzunun qabaqcıl mövqedən işıqlandırılması,
hadisələrə ayıq münasibət, hər cür irticanın amansızcasına ifşası, kapitalist dövlətlərin
ikiüzlü siyasətindən, hiyləgər diplomatiyasından şairin baş çıxarması bir daha göstərir ki,
Sabir dünyaya çox geniş baxış dairəsinə malik olmuşdur. Öz yaradıcılığında Sabir böyük
bir insanpərvər, həssas bir ictimai xadim kimi hərəkət etmiş, səsi çatan, ünü yetən hər yerə
öz təsirli şeirləri ilə müraciət etmiş, xalqlarda oyanan ictimai şüurun daha sürətli
parlamasına çalışmışdın).
Sabir yaradıcılığında Rusiya Dövlət Dumasına seçkilər, imperiyanın seçki
oyunbazlığı, bir çox siyasətbazın bu proseslərdən öz mənafeləri üçün istifadə