MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə131/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   127   128   129   130   131   132   133   134   ...   138

542

 

 



Mirzə Ələkbər Sabir 

S ə f h ə -  ölkə, vilayət; tərəf, üz. 

S ə f i l  a n  ə^səfilcəsinə. 

S ə ğ i r -  kiçik, xırda uşaq; s ə ğ i r   ü - k ə b i r  - böyük-kiçik. 

S ə h a b - bulud. 

S ə h a y i f- səhifələr. 

S ə h b a - şərab, badə; s a ğ ə r i - s ə h b a  - badə ilə dolu qədəh. 

S ə h h ə t y a b   o l m a q  -sağalmaq. 

S ə h i h -  doğru. 

S ə h m -  pay, hissə, qismət, nəsib, bəhrə. 

S ə h n - həyət, meydan, ortalıq. 

S ə h n ə ç ə  - balaca səhnə. 

S ə h v i y y a t  - səhvlər. 

S ə x a - səxavət. 

S ə x t - bərk, qatı. 

S ə k ə n a t - sakit durma. 

S ə q ə r - cəhənnəm. 

S ə 1 a h - yaxşılıq, sülh, salamatlıq. 

S ə l a h i y y u n  - səlah tərəfdarları; s ə 1 a h - doğruluq, təmizlik; sülh, xoş həyat.  

S ə 1 a t - namaz. 

S ə 1 b - zorlama, qapıb alma, qarət etmə. 

S ə l ə f -  ata-baba, əcdad. 

S ə l i b -  xaç; d ə v a y   i - S ə l i b  - Səlib müharibəsi. 

S ə m a v a t - səmalar, göylər. 

S ə m ə n -  yasəmən gülü. 

S ə m ə r -  meyvə, məhsul, fayda. 

S ə m i - e t i b a r -  etibar edib dinləmə. 

S ə m i m ü q ə l b  - səmimiyyətlə, sidq ilə. 

S ə m i n -  bahalı; d ü r r   i - s ə m i n  - çox qiymətli inci. 

S ə m r i m ə k  - kökəlmək. 

S ə n a -  dua-səna, dua etmə, yaxşılığa danışma; acı bitkidən dərman. 

S ə n a x a n  - tərifləyən, mədh edən. 

S ə n a i-m ə k i, sənamər-məki (əslində: sənai-Məkki) - yarpağından işlətmə dərmanı 

hazırlanan və müxtəlif cinsləri olan bitki. 

S ə n ə  -il; s ə n e y   i - h i c r ə t  - hicrət ili; hicri tarix. 

S ə n g - daş. 

S ə n g d i 1 - daşürəkli, rəhmsiz, insafsız. 

S ə n g i n - daş, daşdan olan; möhkəm, sarsılmaz. 

S ə p ə l ə n g  - yaltaqcasına canfəşanlıq edən; nökər. 

S ə r -  baş. sürünən, oyan-buyana, qaçan, məc. yaltaq. 

S ə r a - 1. ev, mənzil, yaşayış yeri. 2. yer, ərz, toıpaq, səmanın müqabili. 



543 

 

Hophopnamə 



S ə r a p a - başdan ayağa, kökündən, bütün. 

S ə r a p ə r d ə   -   başdan-başa, bütün. 

S ə r b a z - əsgər. 

S ə r b ə s ə r   -   başdan-başa; başdan-ayağa; büsbütün. 

S ə r b ü l ə n d   -   başı uca. 

S ə r d - soyuq; a h i-s ə r d - soyuq a h ; s ə r d   e t m ə k  - soyutmaq.  

S ə r d a d ə -  başını vermiş, özünü qurban etmiş. 

S ə r ə f k ə n d ə   -   başı əyilmiş; tabe. 

S ə r ə f r a z   ( s ə r f ə r a z ) -  başı uca, yüksək. 

S ə r ə n c a m   -bir işin sonu, başa gəlməsi. 

S ə r ə n c a m ü-a ğ a z - bir işin əvvəli və axın. 

S ə r g ə ş (olmaq) - böyümək, boy atmaq; məşhur olmaq. 

S ə r g ə ş t ə l i k  - dolaşma, uzun-uzun gəzmə. 

S ə r i h - doğru. 

S ə r i r -  təxt. 

S ə r k a r - başçı, rəis, iş başında olan. 

S ə r k ə ş - baş qaldıran, itaətsiz. 

S ə r m a - soyuq; qış. 

S ə r m a y   e y i - i r f a n  - elm, sənət və mədəniyyətə çatma vasitəsi. 

S ə r m a y ə d a r a n  - dövlət sahibləri. 

S ə r m ə n z i l  - mənzil başı, gedilən yolun sonu; məqsəd. 

S ə r m ə ş q e t m ə k  - əsas götürmək, nümunə kimi qəbul etmək. 

S ə r m ü h ə r r i r -  baş redaktor. 

S ə r n i g ü n  - başı üstə çevrilmiş, devrilmiş, yerə vurulmuş. 

S ə r r i ş t e y   i - t ə d b i r  - tədbir ipinin ucu (məc.). 

S ə r r i ş t ə - ipin ucu. 

S ə r s ü f r ə  - süfrənin yuxarı başı; süfrə üstü. 

S ə r t i b - polkovnik. 

S ə r ü s a m a n  - var, mal-mülk. 

S ə r v -   sərv  ağacı;  bədii  ədəbiyyatda,  xüsusən  şeirdə  məcazi  olaraq  ucaboylu, 

boylu-buxunlu gözəlləri bildirir. 

S ə r v ə q t (olmaq) - burada: ayıq olmaq, aldanmamaq. 

S ə r v ə r -  başçı, rəis. 

S ə r v ə r i -  sərvərlik, böyüklük. 

S ə r v i - x ü r a m  - nazlı-nazlı gəzən; gözəl, dilbər. 

S ə r v i - z i y b a  - məc. gözəl bədən. 

S ə r v q ə d ( d ) -  boy-buxun, sərv boylu, sərv kimi boy. 

S ə r z ə n i ş  - qınama, tənə. 

S ə t r - örtünmə, çadralanma. 

S ə t v e t - şiddətli hücum, qüvvətli sıçrayış. 




544

 

 



Mirzə Ələkbər Sabir 

S ə v a - başqa. 

S ə y y a d - ovçu. 

S ə y y a 1 ə - axm, cərəyan. 

S ə y y a n ə n  - bərabər, eyni dərəcədə. 

S ə y ü t ə l a ş  - çalışıb əlləşmə. 

S ə z a - layiq, yaraşan. 

S ə z a v a r -  layiqli. 

S i b y a n - kiçik oğlanlar, oğul uşaqları. 

S i c c i 1 - guya cəhənnəm odu ilə bişmiş palçıqdan daş növü. 

S i d q -  doğru, düzgün, həqiqət. 

S i 1 a 1 - səllin cəmi; s ə l i -  səbət, çanta; dilənçi çantası. 

S i f a t - sifətlər, xüsusiyyətlər. 

S i 1 ə - bir əsər, şeir üçün alman mükafat, hədiyyə. 

S i l s i l ə -  zəncir; bir-birinə bağlı, bir sırada düzülən; s i 1 s i 1 e y 

i-m ü ş k i-t ə r - gözəl, uzun qara saçlar. 

S i l s i l ə c ü n b a n  - köməyə çağıran, hay-küy qoparan. 

S i m -  gümüş, gümüş pul. 

S i m b ə d ə n  - gümüş bədənli, bədəni gümüş kimi ağ olan. 

S i m b ə r - ağ sinəli; gözəl, dilbər. 

S i m ü-zər - qızıl-gümüş. 

S i m t ə n - bədəni gümüş kimi ağ (gözəl). 

S i n a n - mizraq, nizə. 

S i n ə s i p ə r  - köksünü gərən. 

S i n i n -  illər. 

S i n n i-s a 1 - yaşlı, yaş. 

S i p a h - ordu. 

S i p a r ə - Quranın otuz cüzvündən hər birisi. 

S i p ə h b ə d  - sərkərdə, general. 

S i p ə h d a r  - sərkərdə. 

S i p ə h s a l a r  - baş komandan. 

S i p ə r -  qalxan. 

S i r a s - şükür. 

S i r a t - yol; s i r a t i-h ü d a - doğruluq yolu, haqq yolu. 

S i r ə t - əxlaq, yaşayış tərzi. 

S i r i ş k - gözyaşı; s i r i ş k i-a 1 - qanlı göz yaşları. 

S i r q ə 

- oğurluq. Sirqəti-şeir edənə qəti-zəban lazımdır - özgənin şeirini oğurlayanın 



dilini kəsməli. 

S i t a r ə -  ulduz. 

S i y a h  (s i y ə  h) - qara. 

S i y ə r -  siyrətlər, xasiyyət. 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə