Müasirlik (çağdaĢlıq) – elmi-texniki tərəqqi, iqtisadi in-
kişaf, hüquqi-demokratik və dünyəvi dövlət quruculuğunu əks
etdirir.
Ġslam – türk millətinin əsrlərdən bəri qəbul etdiyi və şüu-
runda yaşatdığı islam dininin dəyərlərini qoruyub-yaşatmaq və
yüksəltməyi əks etdirir. Lakin bu prinsipdə dini təmayüllü
dövlət qurmaq nəzərdə tutulmur. Əksinə, dini dövlət qurmağın
(dini ehkamların qanunla məcburiləşdirilməsinin) dinin əsl
mahiyyətinə zidd olduğu qəbul olunur.
5. Millət anlayışına siyasi və etnik-siyasi birlik forması
kimi yanaşmaq ziddiyyətli olduğundan bu anlayışa məhz etnik
birlik forması kimi yanaşmaq daha məqsədəuyğundur. Eyni
zamanda milli varlığı (millətlərin varlığını) fərdi yox, “ictimai
(toplumsal) iradə”nin məhsulu olan mənəvi dəyərlər müəyyən
edir. Bu dəyərlərə dil, folklor və tarix aiddir. Həmin dəyərləri
ümumi şəkildə milli mənəvi dəyərlər (MMD) adlandırmaq
məqsədəuyğundur.
6.
Hazirkı dövrdə ölkəmizdə MMD-in qorunub
yaşadılması və yüksəldilməsi, milli şüurun inkişaf etdirilməsi
və milli hədəflərə çatmaq istiqamətində milli siyasətin
aparılmasına böyük ehtiyac var. Burada ana dilimizin
mövqeyinin gücləndirilməsi, həqiqi tariximizin üzə çıxarılması
istiqamətində son illər aparılmış çox dəyərli tədqiqatların
nəticələrinin dərsliklərdə nəzərə alınması və həmin tədqi-
qatların davam etdirilməsinə dəstək verilməsi, Azərbaycanın
və türk dünyasının bütövlüyü ideyalarının təbliği, türk
dünyasının inteqrasiyası üçün hər cür şəraitin yaradılması,
Güney Azərbaycanın azadlığı və vətənimizin bütövlüyü
uğrunda mübarizə aparan təşkilatlara maddi və mənəvi
dəstəyin verilməsi xüsusi önəm daşıyır. Eyni zamanda MMD-
imizdən xalq ədəbiyyatımızın məzmunca araşdırılmasında,
adət-ənənələrimizin məhz ictimai əhəmiyyəti məsələsinin
tədqiqində və təbliğində olan geriliyin aradan qaldırılması,
milli ailə dəyərlərimizə qarşı yönəlmiş bir çox proseslərin
qarşısının alınması, unudulmaqda olan bəzi folklor nümu-
nələrinin toplanması, tədqiqi və təbliği milli siyasətimizın əsas
məsələlərindəndir.
7. İqtisadiyyat sahəsində qəbul edilmiş sosial yönümlü
bazar iqtisadi sisteminin formalaşdırılması, qeyri-neft sektoru-
nun, o cümlədən elm tutumlu milli sənayenin inkişafı,
alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi,
inhisarçılığın qarşısının alınması və azad rəqabətin təmin
edilməsi prioritet məsələlərdəndir.
8. Dövlət quruculuğunda hüquqi dövlət və demokratiya
prinsiplərinin bərqərar edilməsi, dövlət qanunlarında MMD-
imizin nəzərə alınması, milli və dini ənənələrə münasibətdə
həm məcburiyyət, həm də qadağalardan mümkün qədər uzaq
olmaq, dini məsələlərə münasibətdə təriqət ayrıseçkiliyindən
və xurafatdan kənar elmi yanaşmaya üstünlük vermək
inkişafımız üçün vacib şərtlərdəndir.
Ədəbiyyat siyahısı
Ümümi ideoloji ədəbiyyat:
1.1.
Abbasov Aydın, Milli dövlətçilik məfkurəsi və layiqlik (genezis və
təkamül). Bakı-2002.
1.2.
Adsız H. N., Türk ülküsü. İstanbul-1990.
1.3.
Ağaoğlu Əhməd bəy, Ġran və inqilabı. Bakı-2009.
1.4.
Ağaoğlu Əhməd bəy, SeçilmiĢ əsərləri. Bakı-2007.
1.5.
Ağaoğlu Əhməd bəy, Sərbəst insanlar ölkəsində. Bakı-2001.
1.6.
Ağaoğlu Əhməd bəy, Üç mədəniyyət. Bakı-2006.
1.7.
Ağayev İbrahim, Müasir Ģəraitdə Azərbaycanda milli-etnik
proseslər. Red. Q. Cavadov, Ə.Tağıyev. Bakı-2006.
1.8.
Ağayev Müstəqil, Məmməd Əmin Rəsulzadə (ictimai-siyasi və fəlsəfi
görüşləri). Monoqrafiya. Bakı-2006.
1.9.
Akçura Yusif, Türkçülüyün tarixi. Bakı-2006.
1.10.
Azərbaycan Xalq Cəbhəsinin Məramnamə və Nizamnaməsi. Bakı-
1992.
1.11.
Azərtürk Tariyel, Əlizadə Üzeyir, XXI əsr və bütöv Azərbaycan.
Bakı-2001.
1.12.
Baykara Hüseyn, Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı-1992.
1.13.
Bütöv Azərbaycan Birliyinin Məramnaməsi (13.05.2000). Bakı-
2004.
1.14.
Çəmənzəminli Y. V., Xarici siyasətimiz. Bakı-1993.
1.15.
Çəmənzəminli Y. V., Müstəqilliyimizi istəyiriksə. Bakı-1994
1.16.
Dahl Robert, Demokratiya haqqında. Tərt. H.Hacızadə. Bakı-2004.
1.17.
Demokratiya, gediləsi uzun bir yol. Demokratiya və antidemokratiya
antologiyası. E.ə. 430 – b.e. 1998. Tərt. H.Hacızadə, tərc. A.Nağı və b.
Bakı-2002.
1.18.
Elçibəy Əbülfəz, Bu mənim taleyimdir. Bakı-1992.
1.19.
Elçibəy Əbülfəz, Bütöv Azərbaycan yolunda. Bakı-2004.
1.20.
Elçibəy Əbülfəz, Deyirdim ki, bu quruluĢ dağılacaq. Bakı-1992.
1.21.
Əhmədov Əhmədağa, Ġslamın əsasları. Bakı-1996.
1.22.
Ələkbərov Faiq, Məmməd Əmin Rəsulzadənin dünyagörüĢü. Bakı-
2007.
1.23.
Ələkbərov Faiq, Milli ideologiya probleminə tarixi-fəlsəfi baxıĢ
(monoqrafiya). Bakı-2011.
1.24.
Əlizadə Zərdüşt, Müasir sosial-demokratiya. Bakı-1997.
1.25.
Əzizoğlu Həzən, Türklüyümüz. Bakı-2007.
1.26.
Göyalp Ziya, Türkçülüyün əsasları. Bakı-1991.
1.27.
Hayek Fridrix, Hüquq, qanunvericilik və azadlıq. 3 cilddə. Bakı-
2002.
Dostları ilə paylaş: |