Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə87/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   83   84   85   86   87   88   89   90   ...   95

 
Qədim  türk  inancları  icərisində  qurd  (boz  qurd)  totemi 
xüsusi  yer  tütür.  Qədim  mifologiyamızda  türklər  qurddan 
törəmə  hesab  olunmuş  və  türklər  özlərini  xaraktercə  qurda 
yaxın  hesab  etmişlər.  Lakin  qurdla  bağlı  inanclar  sitayiş 
xarakterli  olmamış  və  din  səviyyəsinə  qalxmamışdır.  Belə  ki, 
yuxarıda  qeyd  etdiyimiz  kimi  türklərdə  din  kimi  təktanrıçılıq 
üstün  mövqedə  olmuşdur.  Qurdla  bağlı  bir  çox  əfsanə  və 
rəvayətlər,  ənənələr,  el  deyimləri  və  s.  xalqımız  tərəfindən  bu 
gün də yaşadılır. 
Mistik-dini  ənənələr  və  inanclarımız  müəyyən  qədər 
toplansa  da,  az  araşdırılmış  sahələrdəndir.  Bu  günədək 
araşdırmalar  əsasən  xalq  ədəbiyyatı  araşdırması  çərçivəsində 
aparılmışdır.  Əslində  isə  bu  sahədə  kulturoloqlar,  etnoqraflar, 
dinşünaslar,  psixoloqlar,  tarixçilər  və  filosofların,  həmçinin 
təbiət  elmləri  sahəsinin  alimlərinin  xüsusi  tədqiqatına  ehtiyac 
var. Çünki, bir çox mistik-dini ənənələr və inancların elmi əsası 
və  müsbət  əhəmiyyəti  də  üzə  çıxarılır.  Məsələn,  axşam  ev 
süpürməyin ziyan gətirəcəyi haqqında məşhur xalq inancı elmi 
cəhətdən belə əsaslandırılır ki, evi süpürərkən qalxan toz uzun 
müddət havada qaldığından, axşam süpürülmüş otaqda havaya 
qalxmış  toz  orada  yatacaq  insanların  nəfəsinə  dolaraq  onların 
səhhətinə  ziyan  vura  bilər.  Mistik  ənənələrimizin  və  inanc-
larımızın məhz bu istiqamətdə araşdırılmasına ehtiyac var. 
Şərq  xalqlarının,  xüsusən  də  türk  xalqlarının  dini-fəlsəfi 
görüşlərinin inkişafında VIII əsrdə yaranmış sufilik təriqətinin 
mühüm  rolu  olmuşdur.  Sufilik  (təsəvvüf)  islam  təriqəti  kimi 
yaransa da, ona  islamaqədərki dinlərin (zərdüştlük,  şamançılıq 
və  s.)  və  inancların  böyük  təsiri  olmuşdur.  Bu  təriqətin  əsas 
ideyaları  nəfsə  üstün  gəlmək,  maddiyyatdan  uzaq  olub 
mənəviyyata tapınmaq, mənəvi saflaşmaq və bu saflaşmanın ən 
yüksək  səviyyəsinə  çataraq  Haqqa  –  Tanrıya  qovuşmaqdır. 
Sufilikdə  fəlsəfi  görüşlər  əsasən  panteist  xarakterlidir. 
Təsəvvüf sistemi xeyli dərəcədə araşdırılmlş və araşdırılmaqda 
olan sahələrdəndir.   


 
Xalq  adət-ənənələrimizin  bir  qismi  aşıq  sənəti  ilə  bağlı 
olan  ənənələrdir.  AĢıq  sənəti  ənənələri  təəssüf  ki,  indiyədək 
ayrica  tədqiqat  sahəsinə  çevrilməmişdir.  Öncə  qeyd  etdiyimiz 
kimi  aşıq  sənətinin  indiyədək  əsasən  ədəbiyyat  (aşıq 
ədəbiyyatı) və müəyyən qədər də musiqi (aşıq musiqisi) tərəfi 
araşdırılmışdır.  Əslində  isə  aşıq  sənəti  yalnız  ədəbiyyat  və 
musiqidən  ibarət  deyil.  Aşıq  sənətinin  özünəməxsus  zəngin 
ənənələr  sistemi  var.  Düzdür  bu  ənənələri  aşıq  ədəbiyyatı 
(dastanlar,  rəvayətlər,  şeirlər  və  s.)  müəyyən  qədər  özündə 
daşıyır. Lakin aşıq sənətinin elə ənənələri də vardır ki, bu gün 
yalnız  yaddaşlarda  və  söhbətlərdə  yaşayır.  Ona  görə  də  aşıq 
sənəti  ənənələri  aşıq  ədəbiyyatının  tədqiqatı  çərçivəsində  yox, 
ayrıca tədqiqat sahəsi kimi öyrənilməlidir.  
Aşıq  sənəti  ənənələrinə  ustad-şagird  münasibətləri, 
dastançılıq  ənənələri,  aşıq  şəxsiyyətinin  cəmiyyətdəki  yeri  və 
rolu ilə bağlı ənənələr və s. aiddir.  
Aşıqlar  sadəcə  universal  musiqiçilər  (çalğıçı,  müğənni, 
bəstəkar) və şairlər olmamışdır. Onlar həm də cəmiyyətdə çox 
hörmətli  şəxslər,  el  ağsaqqalları  olmuşlar.  Aşıqlar  insanların 
məsləhət və nəsihət  yeri, xalq adət-ənənələrini tərənnüm edən, 
insanları  maarifləndirən,  onlara  dini-fəlsəfi  biliklər  verən, 
haqq-ədalətin  carçısı  və  müdafiəçisi  kimi  çıxış  edən 
şəxsiyyətlər olmuşlar. “Aşıq” ifadəsinin özünün sufilərin “haqq 
aşiqi” titulundan qaynaqlanması da təsadüfi deyil.  
Adət-ənənələrimiz  içərisində  xalqımızın  milli  bayramı 
olan  novruz  bayramı  ənənələri  geniş  yer  tutur.  Yazın  gəlişi, 
təbiətin  oyanması  ilə  bağlı  xeyir-bərəkət  bayramı  olan  bu 
bayram astronomik mənasına, ənənə və mərasimlərinin həddən 
artıq  zənginliyinə  görə  dünyanın  ən  böyük  bayramlarından 
biridir.  Təsadüfi  deyil  ki,  Novruz  bayramı  xalqımızın  milli 
bayramı  kimi  BMT-nin  qeyri-maddi  mədəni  irs  siyahısına  da 
salınmışdır.  Novruz  bayramı  qədim  inancların  (atəşpərəstlik, 
şamançılıq  və  s.)  bir  çox  ünsürlərini  özündə  daşıyır.  Hətta  bu 
bayram  islamdan  çox-çox  əvvəl  yaranmış  olsa  da,  zaman-
zaman  onun  bir  çox  ənənələri  islam  dininə  uyğunlaşdırılmış, 


 
hətta  bu  bayram  xalqın  gözündə  islamla  bağlı  bir  bayrama 
çevrilmişdir. Hazırda bu bayramı türk xalqları ilə bərabər digər 
Şərq  xalqları  (farslar,  əfqanlar  və  s.)  qeyd  edirlər.  Novruz 
bayramı xeyli dərəcədə tədqiq olunmuş sahələrdəndir. Artıq bu 
bayramın xüsusi ensiklopediyası (3.2) da tərtib edilmişdir.  
Türk  xalqlarında  tarixən  həm  köçəri,  həm  də  oturaq 
həyat  ənənələri  olmuş  və  onlar  biri-birini  tamamlamışdır. 
Türklərdə  köçərilik  əsasən  mövsimi  xarakterli  (yayı 
yaylaqlarda, qışı qışlaqlarda keçirməklə) olmuşdur. Belə həyat 
tərzinə  elat  və  ya  tərəkəmə  mədəniyyəti  deyilir.  Elat 
mədəniyyəti  müəyyən  qədər  araşdırılmış  və  araşdırılmaqda 
olan sahələrdəndir.  
Xalqımızın  əxlaqi  dəyərlərindən  biri  də  tarixən 
formalaşmış  el  köməyi  adətləridir.  Bu  adətlər  ilk  dəfə 
Q.Cavadov  tərəfindən  ayrıca  tədqiqat  sahəsinə  çevrilmişdir 
(3.20)  O,  tarixi  və  etnoqrafik  materiallar  əsasında  xalqımızın 
xeyriyyəçilik  və  iməcilik  ənənələrini,  həmçinin  əkinçilik  və 
maldarlıqda, toy və yas mərasimlərində mövcud olan el köməyi 
adətlərini  geniş  araşdırmışdır. El  köməyi  adətlərimiz müəyyən 
qədər  bu  gün  də  yaşadılır  və  bu  adətlərin  insanların  həyatında 
və cəmiyyətin inkişafında müsbət rolu böyükdür.  
Türk  millətinin  dövlətçilik    döyüĢ  ənənələri  türkoloq-
ların daim xüsusi diqqət mərkəzində olmuşdur. Dövlətin kiçik 
modeli  sayılan  ailə  quruluşu  türk  cəmiyyətində  möhkəm 
təməllərə  malik  olduğu  kimi,  türklərdə  tarixən  dövlətçilik 
ənənələri də güclü olmuşdur. Məlumdur ki, türklər ən qədim və 
çoxsaylı  dövlətlər  qurmuş  millətlərdəndir.  Aydındır  ki,  güclü 
orduya  və  döyüş  qabiliyyətinə  malik  olmadan  böyük  və  güclü 
dövlətlər qurmaq  mümkün deyil. Ona  görə də döyüş türklərin 
həyatında  xüsusi  əhəmiyyət  kəsb  etmiş,  hətta  döyüşmək  bir 
milli  ənənə  xarakterində  olmuşdur.  Tədqiqatçılara  görə  qədim 
türk  dövlətlərində  nizami  ordu  olmamış,  yetkinlik  yaşına 
çatmış  hər  bir  oğlan  əsgər  hesab  edilmiş,  lazım  gələn  an 
vətənin  müdafiəsinə  səfərbər  olunmuşdur.  Ona  görə  də,  uşaq 
yaşlarından  oğlanların  və  hətta  qızların  da  ox  atmaq,  qılınc 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə