Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə90/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   87   88   89   90   91   92   93   94   95

 
tapılmışdır.  Xalq  təbabətindəki  müalicə  üsullarının  doğruluğu 
bu  gün  müasir  tibb  elmi  tərəfindən  öz  təsdiqini  tapır.  Hətta 
müasir  tibb  elmi  nə  qədər  yüksək  inkişaf  səviyyəsinə  çatmış 
olsa da,  ona paralel olaraq xalq təbabəti öz rolunu və əhəmiy-
yətini  yenə də itirməmişdir. Xalq  təbabətimiz bu gün də  yaşa-
yır. İnsanlar bu gün də bir çox xəstəliklərin müalicəsində xalq 
təbabətinə müraciət edirlər və müsbət effektini də görürlər.  
Xalq  təbabətimiz  müəyyən  qədər  toplanmış  olsa  da,  az 
araşdırılmış  sahələrdəndir.  Bu  sahənin  həkim-mütəxəssislər 
tərəfindən daha ciddi araşdırılmasına ehtiyac var. 
Folklorumuzda  xalq  oyunları,  o  cümlədən  xalq  uĢaq 
oyunları  da  xüsusi  yer  tutur.  Bu  oyunlar  əyləncə  olmaqla 
yanaşı  idman,  uşaq  və  yeniyetmələrdə  fiziki  və  əqli  inkişaf, 
iradə,  ünsiyyət,  kollektivçilik,  birgə  mübarizə  və  s.  keyfiy-
yətləri  aşılama  funksiyasını  daşıyır.  Eyni  zamanda  bu  oyunlar 
xalqın xarakterini, tarixi ənənələrini də özündə əks etdirir.   
Bütün  bunlara  rəğmən  təəssüf  ki,  xalq  oyunları  çox  az 
toplanmış  və  az  araşdırılmış  sahələrdəndir.  Xalq  oyunlarının 
bir çoxu unudulmuş, bir çoxları isə unudulmaqdadır. Ona görə 
də bu sahə hər an öz ciddi tədqiqatçısını gözləyir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Nəticələr 
 
Kitabda  aparılan  araşdırmalardan  sonra  ümumi  şəkildə 
aşağıdakı nəticələri əldə etmiş oluruq: 
1. İdeologiya anlayışına çoxsahəli görüşlərin və ideyaların 
istənilən  sistemi  yox,  elə  bir  bütöv  sistemi  aid  edilə  bilər  ki,  
həmin  görüşlər  və  ideyaların  məhz  ictimai  problemlərin 
həllinə,  inkişafa  və  bəşəriyyətin  xoşbəxtliyinə  xidmət  etdiyi 
əsaslandırılmış olsun.  
2.  İdeologiyaların  təsnifatını  onların  təmayülünə  (hansı 
sahə  ilə  bağlı  görüşlərin  baza  rolunu  oynamasına)  görə  apar-
maq  daha  əlverişlidir.  Belə  ki,  bu  cür  təsnifatda  ideologiyalar 
haqqında  daha  geniş  təsəvvür  yaranmış  olur.    Həmin  meyara 
görə  iqtisadi,  hüquqi,  dini,  milli,  qarıĢıq  və  ümumi  tə-
mayüllü ideologiyalar fərqlənir.  
Milli  təmayüllü  ideologiyalar  uyğun  olaraq  milli  mə-
sələlərin  həllinin  (milli  varlığın  yüksəldilməsi,  milli  azadlıq, 
milli  dövlətin  qurulması,  etnik  ziddiyyətlərin  aradan  qal-
dırılması  və  s.)  əsas  götürüldüyü  ideologiyalardır.  Bu  ideo-
logiyalar  adətən  milli  problemlərin  (müstəmləkəçilik,  xarici 
təcavüz, milli ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) 
daha çox mövcud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq 
hərəkatlarının  ideologiyaları  kimi  formalaşır.  Milli  təmayüllü 
ideologiyalar qısa olaraq milli ideologiya və ya millətçilik də 
adlandırılır. 
3. Milli ideologiya – millətçilik şovinizmdən fərqlənən və 
ona  qarşı  dayanan  bir  mütərəqqi  ideologiyadır.  Belə  ki,  mil-
lətçilik  millətlərin  bərabərliyi,  milli  varlığın  qorunması  ide-
yasına  əsaslandığı  halda,  şovinizm  bir  millətin  üstünlüyü  və 
digərləri  üzərində  hakimiyyəti  ideyasına  əsaslanmaqla  digər 
millətlərin  varlığına  qarşı  yönəlir.  Ona  görə  də,  şovinizm 
ifadəsi  ideologiyanı  yox,  milli  haqlara  qarşı  yönəlmiş  bir 
mürtəce siyasəti ifadə edir. 
Müasir  dövrdə  milli  ideologiyanın  əsas  prinsipləri  milli 
varlığı qoruyub saxlamaq, yaşatmaq və yüksəltmək, milli şüuru 


 
inkişaf etdirmək və hər bir millətin rifahını və inkişafını  təmin 
edəcək müstəqil, güclü və inkişaf etmiş milli dövlət qurmaqdır.  
Tarixi  təcrübə  göstərir  ki,  milli  problemləri  həll  etmədən 
digər  problemlərin  həllindən  və  ədalətli  cəmiyyət  quruculu-
ğundan danışmaq  yersizdir. Bu gün türk xalqlarının, o cümlə-
dən Azərbaycan türklərinin kifayət qədər milli problemləri var 
və  ilk  növbədə  bu  problemlər  həll  olunmalıdır.  Ona  görə  də 
çağdaş  dövrümüzdə  inkişafımız  üçün  məhz  milli  ideologiya 
prinsiplərini qəbul etmək məqsədəuyğundur.  
3.  Bir  milli  ideologiya  kimi  türk  millətçiliyinin  formalaş-
ması XIX əsrdən başlamış, inkişaf etmiş və bu gün də inkişaf 
etməkdədir.  Bu  ideologiyanın  ilkin  təməlləri  hələ  XIX  əsrin 
əvvəllərində  Qərbi  nümunə  götürməklə  elm,  texnika,  hərb, 
hüquq  və  b.  sahələrdə  islahatçılıq  ideyaları  ilə  qoyulmuş, 
sonradan  maarifçilik  ideyaları  ilə,  həmçinin  burjua-de-
mokratik  (liberal)    sosialist  ideyalarından  yararlanmaqla 
formalaşmağa  başlamış,  daha  sonra  imperializmə  və  müs-
təmləkəçiliyə  qarĢı  milli  azadlıq,  milli  birlik  (müsəlman 
birliyi və türk birliyi) ideyaları ilə inkişaf etmiışdir. Nəticədə 
milli  və  milli-azadlıq  hərəkatları  formalaşmış,  müstəqil  türk 
cümhuriyyətləri  yaranmış,  milli  dəyərlərə  söykənən  dövlət 
(milli  dövlət)  quruculuğu  ideyaları  ilə  bu  ideologiyanın 
inkişafı  davam  etmişdir.  Türk  xalqlarında  milli  azadlıq 
hərəkatları,  milli  dövlət  quruculuğu  və  milli  birlik  (türk 
birliyi) ideyaları bu gün də mövcuddur və inkişaf etməkdədir. 
4.  Türk  millətçiliyinin  formalaşdığı  dövrdən  onun 
təməlində  dayanan  üçlü  ideoloji  sistemin  (Türklük,  Müasirlik, 
İslam) mahiyyətini çağdaş dövrümüz üçün aşağıdakı kimi izah 
etmək olar: 
Türklük – türk milli varlığını qorumaq, yaşatmaq və yük-
səltməyi,  milli  şüura  və  milli  dövlətə  sahib  olmağı  əks  etdirir. 
Burada  millətlərin  bərabərliyi,  o  cümlədən  başqa  millətlərin 
milli haqlarına toxunmamaq zəruri şərtdir. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə