Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə88/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   84   85   86   87   88   89   90   91   ...   95

 
oynatmaq,  güləşmək  və  s.  döyüş  vərdişlərinə  yiyələnməsi,  bir 
döyüşçü  kimi  yetişməsi  türklərdə  bir  milli  ənənəyə 
çevrilmişdir.  Bu  günün  özündə  də  hələ  dil  açmamış  körpə 
uşaqlara başqalarını vurmaq (“ak eləmək”) vərdişini öyrətmək 
adəti məhz qədim milli ənənəmizin qalığı hesab olunur.  
Tədqiqatçılara  görə  türklərdə  nizami  ordu  sisteminə  keçid 
ilk  dəfə  Qəznəlilər  (969-1187),  daha  sonra  Səlcuqlar  (1038-
1157),  Osmanlılar  (1299-1922)  və  Səfəvilər  (I  Şah  Abbasın 
hakimiyyəti 
dövründə  (1587-1629))  dövlətlərində  baş 
vermişdir.  Lakin  hazırda  türk  dövlətçiliyi  tarixinin  yeni 
konsepsiyası  meydana  çıxdığından  bu  məsələlərin  də  yenidən 
və daha dərindən tədqiqinə ehtiyac var.  
Türk  milləti  dünyada  ən  çox  imperatorluq  qurmuş  millət 
olsa  da  bu  imperatorluqlarda  digər  xalqlara  qarşı  şovinist 
münasibət, o cümlədən assimilyasiya siyasəti olmamışdır. Türk 
imperatorluqlarının tərkibində yaşamış xalqların öz dillərini və 
mədəniyyətlərini  saxlaması  buna  əyani  sübutdur.  Türk 
imperatorluqlarında  digər  xalqların  nümayəndələrinə  hətta 
dövlət idarəçiliyində də geniş yer verilmişdir. Bütün bu faktlar 
türklərin  dünyanın  ən  tolerant  xalqlarından  biri,  bəlkə  də 
birincisi olduğunu deməyə əsas verir. Tolerantlıq – xoşgörü bu 
gün də xalqımızın əsas əxlaqi keyfiyyətlərindən biridir. Bəzən 
isə  tarixi  düşmənlərimizə  qarşı  da  tolerant  münasibətimiz 
unutqanlıqla  nəticələnmiş  və  bundan  istifadə  edən 
düşmənlərimizdən  başımıza  bir  çox  məlum  bəlalar  da 
gəlmişdir.  
 
 
Digər folklor ünsürləri 
 
Yuxarıda  nəzərdən  keçirdiyimiz  folklor  nümunələrindən 
(xalq  ədəbiyyatı,  xalq  musiqisi  və  xalq  adət-ənənələri)  əlavə 
milli  geyimlər,  milli  rəqslər,  meyxana  sənəti,  milli  mətbəx, 
xalq  təsviri  və  dekorativ-tətbiqi  sənəti,  xalq  təbabəti,  xalq 
oyunları və s. kimi yaradıcılıq nümunələri də vardır ki, bunlar 


 
da  xalq  yaradıcılığının  məhsuludur  və  milli  varlığın 
müəyyənləşməsində və yüksəldilməsində mühüm rol oynayır.   
Milli  geyimlərimiz  xeyli  dərəcədə  toplanmış  və  araş-
dırılmış  sahələrdəndir.  Milli  geyim  formaları  hər  bir  millətin 
siması  kimi  çıxış  edən  mühüm  göstəricilərdəndir.  Milli 
geyimlərimizin  əhali  tərəfindən  geyilməsi  1920-30-cu  illərdən 
başlayaraq tədricən tamamı ilə sıradan çıxmışdır. Hazırda milli 
geyim  formalarımızdan  yalnız  xüsusi  mərasimlərdə  (toy, 
bayram,  konsert,  teatr  və  s.)  istifadə  olunur.  Lakin  müasir 
dövrdə  bir  çox  ölkələrdə  (Hindistan,  Çin,  Yaponiya,  Ərəb 
ölkələri, bir çox Afrika ölkələri və s.) əhali müasir geyimlərlə 
yanaşı  öz  milli  geyim  formalarını  da  saxlayır.  Bu  gün 
əhalimizin  milli  geyim  formalarına  tamamı  ilə  qayıtması 
mümkün  olmasa  da,  onun  müəyyən  elementlərini  müasir 
geyimlərdə yaşatmaq mümkündür. Bu sahədə modelyerlərimiz 
tərəfindən xüsusi işin aparılmasına ehtiyac var. Son dövrlər bu 
mövzuda müəyyən söhbətlər  getsə də, hələ ki,  real  işin şahidi 
deyilik. 
Xalqımızın  tarixi  ailə  dəyərlərinə  və  ondan  gələn  adət-
ənənələrimizə  və  mentalitetimizə  (milli  düşüncə  tərzimizə) 
görə  açıq-saçıq  geyimlər  yaxşı  qəbul  olunmur.  Lakin  son 
dövrlər cəmiyyətimizdə yenə də Avropadan qaynaqlanan yanlış 
bir  “müasirlik”  düşüncəsi  formalaşmışdır.  Bu  düşüncəyə  görə 
açıq-saçıq  geyim  müasirlik  əlaməti  kimi  qəbul  olunur.  Bu 
üzdəniraq  “müasirlik”  düşüncəsi  mentalitetimizə  bir  mənəvi 
xəstəlik kimi  daxil  olmuşdur.
 
İş o yerə gəlib ki, bu “müasirlik 
xəstəliyi”nə  yoluxmuş  gənc  qızlar  və  qadınlar  açıq-saçıq 
geyinməyə utanmaq əvəzinə, örtülü geyinməyə utanırlar.
 
Onlar 
əslində  açıq-saçıq  geyimin  qadın  ləyaqətini  alçaltdığını  hiss 
etmirlər. Geyim formal element olsa da, müəyyən məzmunu – 
insanın  mənəvi  keyfiyyətlərini,  həyat  tərzini,  əxlaqını, 
xarakterini əks etdirir. İlk baxışdan insana geyimə görə qiymət 
verilir və qadının açıq-saçıq geyimi onun cinsi əxlaqı haqqında 
müəyyən  mənfi  təsəvvür  yaradır.  Yəni,  məsələn,  həddən  artıq 
açıq-saçıq  geyim  ismətli,  ləyaqətli  qadına  yaraşmayan  bir 


 
mənzərə  yaradır.  Hətta  normal  əxlaqlı  qadın  belə,  açıq-saçıq 
geyindikdə  bu  geyim  sonradan  onun  əxlaqına  mənfi  təsir 
göstərə bilər.  
Geyim  bəşəriyyətin  inkişafının  müəyyən  mərhələsində 
meydana  çıxan,  insanı  digər  canlılardan  fərqləndirən  bir 
mədəniyyətdir.
 
Bu  baxımdan  yanaşsaq,  əslində  açıq-saçıq 
geyim  inkişafı  yox,  geriyə  qayıdışı  əks  etdirir.  Bu  gün 
dünyanın  bəzi  ölkələrində  elmi-texniki  və  mədəni  tərəqqidən 
xeyli geri qalmış, qəbilə quruluşunun xüsusiyyətlərini saxlamış 
əhalinin  geyimi  də  yarıçılpaq  formadadır.  Belə  olan  halda 
geyimin açıq-saçıqlığını necə müasirlik və inkişaf əlaməti kimi 
qəbul etmək olar? 
Avropa xalqlarında qadınların açıq-sacıq geyimi onların öz 
həyat  tərzlərinə  uyğun  olduğundan  normal  qəbul  oluna  bilər. 
Belə  ki,  onlarda  bizim  anlamımızdakı  ailə  namusu,  qadın 
isməti  anlayışları  yoxdur.  Bizdə  isə  qadınların  geyiminə 
Avropa  düşüncəsi  ilə  yanaşmaq  qətiyyən  düzgün  deyil.  Türk 
qadını  öz  isməti  və  namusu  ilə  yüksəlir,  cəmiyyətdə  üstün  və 
hörmətli tutulur, toxunulmaz, pak, müqəddəs sayılır. Məhz bu 
prinsiplər  türk  qadınının  geyimində  də  hiss  olunmalıdır.  Yəni 
geyim qadının mənəviyyatına və həyat tərzinə uyğun olmalıdır. 
Qadın  özünə,  qadınlığına  dəyər  verdiyini  öz  geyimi  ilə  də 
göstərməlidir. 
Bütün  bunlarla  yanaşı,  heç  bir  geyim  heç  kimə  zorla 
qadağan  edilə  bilməz.  Hər  bir  şəxs  yanlış  və  ya  doğru, 
geyimində  və  həyat  tərzində  azaddır.  Sadəcə  olaraq,  yanlış 
formalaşmış  “müasirlik  düşüncəsi”ni  dəyişmək  lazımdır.  Bu 
isə  yalnız  təbliğat  və  maarifləndirmə  yolu  ilə  aparıla  bilər. 
Burada  isə  insanların  bilməli  olduğu  əsas  məsələlər  bunlardır: 
müasirliyin  real  göstəricisi  açıq-saçıq  geyim  yox,  elm  və 
bilikdir;  geyim  forması  insanın  mənəvi-əxlaqi  keyfiyyətlərinə 
və  həyat  tərzinə  uyğun  olmalıdır;  açıq-saçıq  geyim  sonradan 
insanın  əxlaqi  keyfiyyətlərinə  və  həyat  tərzinə  mənfi  təsir 
göstərə  bilər;  ailə  dəyərlərimizi  yaşatmaq  qadın  ləyaqətinin 
qorunması və ümumi inkişafımız üçün vacibdir.
  


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə