Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə76/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   72   73   74   75   76   77   78   79   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
65
asanlıqla keçmiş, ponton körpülər quraraq tank və piyadalarını qarşı tərəfə keçirmişdi. Bu ponton 
körpülər isə Misir ordusunun öncəki təlimləri zamanı istifadədən sonra gizli şəkildə həmin ərazilərdə 
saxlanılmışdı. Halbuki, İsrailin o zamankı baş naziri Qolda Meyrin sonradan etiraf etdiyi kimi onlar 
nə müharibənin başlanacağından tam xəbərsiz olacaqlarını, nə müharibənin oktyabr ayında 
başlayacağını, nə də düşmən ordunun belə asanlıqla Sinay qumlaqlarından keçə biləcəyini 
gözləmirdilər [13]. Lakin hadisələrin sonrakı gedişində taktiki səhvlərə yol verən Misir ordusu 
Sinayın dərinliyinə doğru irəliləyərkən 100-ə yaxın tank itirdi. Öz növbəsində 2-ci və 3-cü Misir 
orduları arasındakı qorunmayan boşluqdan istifadə edən general Şaron 7 tankla sürətlə bu sahəni 
keçərək Şüveyş kanalına çıxmışdı. Misir ordusu tezliklə əlavə qüvvələrlə möhkəmləndirilmiş bu 
qruplaşmaya yaxınlaşmağa macal tapmamış və həmin hadisə müharibənin taleyinin həllində böyük 
rol oynamışdı. 
Vyetnam və Əfqanıstan müharibələrində bütün döyüşən tərəflər hərbi hiylədən yararlanırdılar. 
Məsələn, 60-cı illərdə amerikalılar Vyetnam döyüşçülərini hiylə ilə düşərgədən çıxararaq əlaqələrini 
kəsir və məhv edirdilər. Amerikalıların burada istifadə etdiyi hiylə üsullarına təmamilə yeni silah 
növlərinin tətbiqi, “təbii” və ya “coğrafi” müharibənin aparılması (məsələn, bəndin dağıdılması ilə 
əraziləri sel sularının basması) da aid edilə bilər. Vyetnamlı döyüşçülər də yollarında tələlər qurmaqla 
və yeraltı keçidlərdən istifadə etməklə amerikalı hərbçilərə ciddi ziyan vururdular. Əfqanıstan 
müharibəsi zamanı bu dəfə SSRİ tərəfindən partizan hərəkatının miqyası və rolu düzgün 
dəyərləndirilmədi. Amerikalıların Əfqanıstan əməliyyatları daha müvəffəqiyyətli olsa da, onlar 
tərəfindən tətbiq olunan Con Boydun “müşahidə-orientasiya-qərar-hərəkət” üsulu da istənilən 
nəticəni vermədi [14, s.14]. Taliblər üzərində qələbədən sonra münaqişə uzunmüddətli partizan 
hərəkatı forması aldı. Yaraqlıların məhv edilməsi və Əfqanıstanda tam stabillik yaratmaq vəzifəsi 
hələ də həll olunmamış qalmışdır. Burada çətin coğrafi şərait və ayrı-ayrı qüvvələr arasındakı məqsəd 
müxtəlifliyi qələbənin əldə edilməsini çətinləşdirdiyi kimi, partizanların təşkil etdiyi pusqular və “Əl 
Qaidə”nin müxtəlif zamanlarda fərqli, hətta bir-biri ilə düşmən olan qüvvələrlə ittifaq bağlamaq kimi 
hərbi hiylə tətbiqi böyük rol oynayır. Doğrudur, İraq əməliyyatları amerikalılar üçün daha uğurlu 
oldu. Bu uğurun əsas səbəblərindən biri də hərbi hiylənin yeni üsullarının tətbiqi idi. Amerikalılar 
tərəfindən İraqda tətbiq olunan yeni hərbi əməliyyatlarının formaları rəqib üçün gözlənilməz 
olduğundan hərbi hiylə elementi hesab oluna bilər: 

İraq üzərində hava məkanının gizli şəkildə tam ələ keçirilməsi. Bu əvvəlcədən “qeyri-uçuş 
zonası”nın yaradılması, sonradan isə hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi yolu ilə 
əldə edilmişdir. Havada üstünlüyü ələ keçirən amerikalılar müharibə başlayana qədər İraqın hərbi 
obyektlərinin böyük qismini məhv edərək, ərazinin 75 faizini artıq nəzarətə götürə bilmişdilər. Belə 
gizli hava əməliyyatının nəticəsi olaraq Amerika qoşunlarının “hazırlıqsız” hücumu həm iraqlılar, 
həm də bir çox hərbi analitiklər üçün gözlənilməz oldu

Amerika kəşfiyyatı öncədən İraqda gizli fəaliyyət göstərərək, bütün mühüm hərbi 
obyektlərin yerini dəqiqləşdirmiş, İraq hərbçiləri arasında əlaqələr yaratmış, müxalifətlə münasibət 
qurmuşdu. 

Aparılan informasiya kompaniyası ilə belə bir fikir formalaşdırılmışdı ki, Amerika hərbi 
texnikası səhrada hərəkət edə bilməz, ondan yalnız iki çay arasında istifadə etmək mümkündür. 
Nəticədə, İraq hərbi komandanlığı müasir mexanikləşdirilmiş hissələrin səhra şəraitində hərəkətini 
doğru qiymətləndirməmiş və əsas diqqəti iki çay arası əraziyə yönəltmişdi. Burada standart “qüvvəyə 
qarşı qüvvə” şəklində cəbhə əməliyyatları gözləyərək zirehli tank hissələrini şəhər ərazilərindən 
çıxarmış, düşmən aviasiyası üçün açıq ərazidə yerləşdirmişdi. 

Amerikalılar cəbhədə hücum zamanı bir sıra taktiki yeniliklər tətbiq etmişlər - məsələn, bir 
briqada yaşayış məntəqələri və müqavimət mərkəzlərindən yan keçərək maksimal sürətlə irəliləyir, 
arxasınca gələn ikinci briqada bu obyektləri təcrid etdikdən sonra üçüncü briqadanın gəlişi ilə yenidən 
irəliyə doğru hərəkət edir, beləliklə, yüksək hərəkət tempi əldə edilirdi. Nəticədə, düşmənin bir gün 
ərzində təxminən 20 km irəliləyəcəyini gözləyən İraq komandanlığı onu çox qısa müddətdə dərin 
arxa cəbhədə gördü. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə