Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
  1   2   3   4   5   6   7   8   9   ...   100


1
AZƏRBAYCAN XALQININ 
MADDİ VƏ
MƏNƏVİ MƏDƏNİYYƏTİNİN 
QƏDİM
KÖKLƏRİ
(ELMİ-KÜTLƏVİ FİLMİN SENARİSİ)
Bəxtiyar Tuncay
BAKI 2007


2
                     
1-ci seriya
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə 
məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik 
suitasının müşayiəti ilə cərəyan edir.
                                                              
             Azərbaycanın  tarixin müxtəlif dövrlərinə aid xəritələri bir-birini əvəz edir. 
Kadr arxasından diktorun səsi:
             “Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyəti,incəsənəti,ədəbiyyatı  xalqı-
mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta  Şərqin qədim tarixinin bütün 
istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-
tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf 
etdiyi  ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-
dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib 
olan,eyni  dildə  danışan,eyni  inancları  paylaşan  vahid  bir  etnosun  yaşadığını 
birmə-nalı  şəkildə  sübut  edən  çox  sayda  əvəzsiz  maddi  mədəniyyət  nümunəsi 
tapılmışdır.”   
                                                             
            Ekrandakı  xəritələr  öncə  müxtəlif  təbiət  mənzərələri, daha  sonra  isə
Qobustan  və  Gəmiqayanın  qayaüstü  təsvirlərindən  seçmələrlə  əvəz  olunur.
Təsvirlər növbə ilə ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:
            “Əlverişli  təbii-coğrafi  şəraiti  olan  Azərbaycan  ərazisi  dünyada  insanın 
formalaşdığı  ilk  məskənlərdəndir.Arası  kəsilmədən  yaşayış  məskəni  olmuş  bu 
torpaq bəşər tarixinin  müxtəlif mərhələlərini özündə  əks etdirən zəngin abidələr 
ölkəsidir. Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min 
ili  yazılı  mənbələrdə  bu  və  ya  digər  dərəcədə  əks  olunmuşdur.Ondan  öncəki 
tariximi-zin  mənzərəsini  isə  arxeoloji  abidələr  və  kökü  minilliklərin  dərinlikləinə 
qədər uza-nan zəngin folklor nümunələri əks etdirir.”
                                                               
            Ekrandakı qayaüstu təsvir nümunələrini arxeoloji qazıntılar nəticəsində ta-
pılmış daş və tunc alətlər,saxsı qablar və sairə əvəz edir.
            Diktor mətni:


3
            “Son  zamanlar  Azərbaycan  tarixinin  müxtəlif  sahələri  üzrə  sanballı  elmi 
araşdırmalar  aparılmış,siyasi,iqtisadi,etnik  problemlərin,o  cümlədən  mədəniyyət 
məsələlərinin tədqiqində müəyyən nailiyyətlər əldə edilmişdir.Araşdırmalar nəticə-
sində  məlum  olmuşdur  ki,  ölkəmizin  ərazisində  ibtidai  insan  cəmiyyətlərinin  for-
malaşması qədim daş dövrünün-Paleolitin ən erkən mərhələlərindən başlamış,uzun
və  mürəkkəb  inkişaf  yolu  keçmiş  və  üst ,yəni  son  Paleolitə  keçid  dövründə  başa 
çatmışdır.”
                                                            
             Ekranda Azıx,Tağlar,Zar və Qazma mağaralarının xarici və daxili görüntü-
ləri,eləcə də bu mağaralarda aparılmış arxeoloji qazıntıları əks etdirən şəkil və vi-
deo süjetlər canlanır.
             Diktor mətni:
             “Qarabağ ərazisində yerləşən Azıx və Tağlar ,Kəlbəcər ərazisindəki Zar, 
Naxçıvandakı Qazma,Qazax bölgəsində yerləşən Daşsalahlı və Aveydağ kimi ma-
ğara  düşərgələri  və  Qədirdərə,Çaxmaqlı,Kəkilli  kimi  açıq  düşərgələrdə  aparılan
arxeoloji tədqiqatlarla qədim Daş dövrü insanlarının təşəkkülü və inkişafı ,ibtidai 
cəmiyyətin  yaranması,ilkin  əmək  alətlərinin  formalaşması  ,ibtidai  məşğuliyyət 
sahələri  və sairə haqqında məlumat əldə edilmşdir."
                                                            
            Ekranda  tarixçi  alim  H.Cəfərov  görünür.Ekranın  altında  onun  adı,soy  adı 
və elmi dərəcəsi yazılır.O deyir:
            “Tədqiqatlar nəticəsində Azərbaycanda dünyada hələlik məlum olan ən qə-
dim  insan  mədəniyyəti  izlərindən biri  öyrənilmişdir.Bu mədəniyyət,tapıldığı  yerin 
adı ilə Quruçay arxeoloji mədəniyyəti adlanır.Quruçay mədəniyyəti üç mərhələyə 
bölünür.Birinci  mərhələ  Paleolitin  ilk  təşəkkül  dövrünü-Aşölə  qədərki  dövrünü 
əhatə edir.İkinci mərhələ  erkən və orta Aşöl dövrünü,üçüncü mərhələ isə son
Aşöl  və  Mustye  dövrünü  əhatə  edir.Bu  mədəniyyətin  1,5  milyon  ildən  artıq  yaşı 
var.Quruçay mədəniyyəti insanları öncə Quruçay hövzəsində açıq düşərgədə yaşa-
mış  ,sonralar  iqlim  şəraitinin  dəyişməsi  ilə    bağlı  yaxınlıqdakı  Azıx  mağarasına 
köçmüşlər.”
                                                            
           Ekranda H.Cəfərovu tarixçi alim,arxeoloq Rəşid Göyüşov əvəz edir.Ekranın 
altında onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
           “  Azıx  mağarasında  aparılmış  arxeoloji  tədqiqatlar  göstərmişdir  ki,qədim 
insanlar  buraya  1-1,2  milyon  il  əvvəl  köçmüşlər.Quruçay  mədəniyyətinin  ilkin 
dövrü  Afrikada    öyrənilmiş  Olduvey  mədəniyyəti  ilə  eyni  tarixə  malikdir.Həmin 
dövr arxeoloji bölgüdə Aşölə qədərki mərhələyə uyğun gəlir.İlkin mərhələnin əmək 
alətləri adi çay daşlarından çox kobud hazırlanmışdır.İnsanın ilkin vərdişləri-nin
məhsulu olan bu alətlər qeyri-adi ölçüsü və 4 -5 kiloqrama çatan çəkisi ilə fərq-
lənir.Bu mərhələnin insanları təbii daşlardan qəlpələr qoparmağı və onlardan kəs-
mək,doğramaq aləti kimi istifadə etməyi bacarırdı.Alətlər əsasən kvars və çaxmaq-         


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə