Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə73/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   69   70   71   72   73   74   75   76   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018, səh. 62-69 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
62 
UOT 355/359 
 
MÜHARİBƏ VƏ HƏRBİ HİYLƏ: TARİXDƏN BU GÜNƏ 
e.o. polkovnik-leytenant Sadiq Şükürov
fəl.ü.f.d. Sevda Hüseynova
Heyd
ə

Ə
liyev ad
ı
na Az
ə
rbaycan Ali H
ə
rbi M
ə
kt
ə
bi 
Xülas
ə
.
 
Məqalədə müharibə tarixində hərbi hiylə məsələlərinə baxılır. Məqalədə həmçinin 
müasir dövr müharibələrindən doğan hərbi hiylə forma və üsulları öz əksini tapmışdır. Qeyd olunur 
ki, hərbi hiylə faktorunun öyrənilməsi, hərbi hiyləyə yaradıcı yanaşma bacarıqlarının verilməsi hərbi 
kadrların hazırlığında mühüm əhəmiyyət kəsb edir. 
Açar sözlər:
hərbi hiylə, strategema, hərb tarixi, müharibə, informasiya müharibəsi, döyüş 
taktikası, hərbçi hazırlığı. 
Hərb elminin bütün incəliklərinə yiyələnmiş, bu sahədə dərin bilik və bacarıqlarla silahlanmış 
hərbçi hazırlığı qarşıda dayanan ən mühüm vəzifələrdən biridir. Bu vəzifəni həyata keçirmək üçün 
hərb işinin bir tərəfdən bəşəriyyət tarixində, digər tərəfdən bu günümüzdə təzahürlərindən dərs 
almalı, yararlanmalıyıq. Hərb işindən danışarkən, onun mühüm komponentlərindən olan “hərbi 
hiylə”ni xüsusi qeyd etmək lazımdır. Tarix boyu “hiylə” sözü adi məişət dilində əksər hallarda mənfi 
anlamda işlədilsə də, “hərbi hiylə” ifadəsi daha fərqli mahiyyət kəsb edərək hərbçi fəaliyyətinin 
ayrılmaz atributuna çevrilmişdir. Həm də düşmənin səhv hərəkətə, yanlışlığa sövq edilərək 
müvəffəqiyyət qazanılmasını nəzərdə tutan hərbi hiylə tarixi prosesin gedişində forma və üsul 
dəyişikliklərinə uğramış, əks tərəfə qarşı hazırlanmış sadə tələdən başlayaraq hərbi idarəetmə 
prosesinə elmin, informasiya struktur və sistemlərinin inkişaf nailiyyətlərinə əsaslanan şüuraltı 
təsirlər, haker hücumları və s. kimi şəkillər almışdır. 
Hərbi hiylənin meydana gəlməsi çox qədimlərə təsadüf edir. Qədim insan ilk silahlı 
toqquşmalarında ov zamanı istifadə etdiyi gizlilik, tələlərdən yararlanmışdır. Qədim dövrdə hiylədən 
istifadə yazılı səlnamələrdə, mifologiyada da öz əksini tapmışdır. “Gilqamış haqqında dastan” bunun, 
bəlkə də ən qədim nümunəsidir. Dastanda savaş rəqibi olan Enkidüyə qarşı hiylə işlədərək, onun 
sehirli qüvvəsini itirməsinə nail olan Bilqamış bu savaşı udur [1, s.285]. Hərbi hiylə Antik 
müəlliflərin əsərlərində də öz əksini tapmışdır. Hərbi hiylənin parlaq nümunələrindən olan Troya atı 
haqqında əfsanəni Homer öz “Odisseya”sında əks etdirmişdir [2]. Hələ, yunan tarixçisi Fukidid (b.e.ə. 
460-400) yazırdı ki, ən yaxşı sərkərdə hərbi hiylə istedadına malik olan sərkərdədir. Romalı Polien 
(II əsr) “Hərbi hiylə” əsərində 900, Frontin öz əsərlərində 563 stratigema - hərbi hiylə nümunəsi təsvir 
etmişlər [3, s.14]. 
Şərqdə də qədim dövrdən başlayaraq stratigemalar hərb işinin ayrılmaz atributuna çevrilmişdir. 
E.ə. V əsrdə yaşamış, məşhur “Savaş sənəti” əsərinin müəllifi olan Çin sərkərdəsi Sun Tszı 
ehtiyatlılıq və hiyləni hərb işinin ali prinsipi hesab edirdi. Sun Tszı düşməni aldatmanın 13 üsul və 
prinsipini göstərmişdir: 
1.
Nəyi isə bacarırsansa özünü elə göstər ki, guya bacarmırsan. 
2.
Nədənsə istifadə edirsənsə, özünü elə göstər ki, guya istifadə etmirsən. 
3.
Düşməninə yaxın olan zaman özünü uzaqdakı kimi göstər. Uzaqda olan zaman yaxındakı 
kimi göstər. 
4.
Düşməni əldə edəcəyi ilə şirnikləndir. 
5.
Düşməni hərc-mərclik halına gətir və fəth et. 
6.
Əgər düşmənin tam hazırlıq halındadırsa, sən də hazır halda ol. 
7.
Əgər düşmənin güclüdürsə ondan yayın. 
8.
Düşməndə qəzəb hissi yaradaraq onu dağınıq hala gətir. 
9.
Özünü düşməninə boyun əymiş kimi göstərərək onda özünəqiyməti yüksəlt. 
10.
Əgər düşmən yeni gücə malikdirsə onu yor. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə