Kommersiya fəaliyyətinin psixologiyası və etikası



Yüklə 30,71 Kb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü30,71 Kb.
#82152
  1   2   3   4   5
ATOMUN QURULUŞU HAQQINDA MÜASİR MƏLUMATLAR


Kommersiya fəaliyyətinin psixologiyası və etikası

Etika dedikdə insanların davranışları prinsiplərinin məcmusu başa düşülür. Burdan aydın olur ki, biznes sahəsinə aid edərək bildirmək olar ki, işgüzar etika məhz özündə biznes sferasını ilə məşğul olanların davranış prinsipini əks elətdirir.

İşgüzar etika əməkdaşların işgüzar olan münasibətlərini, həmçinin davranışlarını işgüzar aləmdə ümumi olaraq qəbul edilmiş davranış prinsipinə uyğun olub olmamağı baxımından nəzərdən keçirtməyə və həmdə qiymətləndirməyə imkan yaradır. Bu prinsiplərə istinad etmək cəmiyyətin bütövlükdə inkişafına fəal olaraq təsirlərini göstərir, vətəndaş borcunu yerinə yetirmək üçün peşəkar imkanlara malik olan sahibkarlara köməklik edir. Bununla bağlı olaraq olaraq, işgüzar etikada strukturu formalaşdıran komponentləri kimi çıxış edən əxlaqi dəyərləri fərqləndirmək məqsədə uyğundur.

İşgüzar etika azadlıq kimi ümumi olaraq insani dəyərlərə əsaslanmışdır. Aydın olur ki, biznesmenlər və yaxud menecerlər təkcə özlərinin kommersiya fəaliyyətlərinin deyil, həm də rəqiblərinin fəaliyyətinin azadlığınıda qiymətləndirməlidirlər və bu da onun işlərinə müdaxilə olunmamağında, hətta ən az maraqlarının belə itirilməməyində təzahür edir.

Səbirlilik işgüzar qarşılıqlı olan münasibətlərin digər əsas təməl prinsipidir. Səbirlilik prinsipi əməkdaşların, müştərilərin və həm də tabelikdə olanında zəiflik və çatışmamazlıqlarını bir həmlədə yox etməyin qeyri-mümkün olmasının qavranılmasıdır. Səbirlilik məhz qarşılıqlı olan etibar həm anlayış və həmçinin səmimiyyət yaradır, münaqişəli zamanlarda onları hələ yaranmadan həll etməyə imkan yaradır.

Bazar iqtisadiyyatı şəraitində müəssisələr insanların bu və ya digər ehtiyaclarını qarşılamaq, mənfəət əldə etmək, fəaliyyətini davam etdirmək üçün məhsullar istehsal edir, satır və ya xidmətlər göstərirlər, bunları ümumiləşdirsək yəni kommersiya fəaliyyəti ilə məşğul olurlar. Bu fəaliyyəti yerinə yetirərkən mütləq olaraq iş dünyasında münasibətlər, işçilərin haqları, işçilərin çalışdıqları müəssisəyə qarşı məsuliyyətini yerinə yetirməsi kimi qarşılıqlı munasibətlər yaranır.

Kommersiya etikası müasir biznesin mövcud ola bilmədiyi elə bir kateqoriyadırkı, onsuz kommersiyanın nəhəng potensialından effektiv istifadə etmək qeyri-realdır.

Bu münasibətlərin dəyərlərə uyğun tənzimlənməsi üçün etik qaydalara riayət olunması mütləqdir.

Etika anlayışı günümüzdə müxtəlif sahələrdə iqtisadiyyat, hüquq, siyasət, və digər sahələrdə ən çox qarşılaşdığımız anlayışdır. Ümumilikdə etika davranışlarımıza istiqamət verən, atacağımız addımlara və qəbul edəcəyimiz qərarlara öz təsirini gostərir. Biznes fəaliyyəti ilə əlaqədar olan məsələləri Biznes Etikası sahəsi özündə əks etdirir. Biznesin etıkası terminini dedikdə biznes sferasında düzgünlüyə, səmimiliyə, verilən vədəyə tam dəqiqlik ilə əməl olunmağına və bazarda mövcud olan qanunauyğunluqlara, qəbul olunmuş qaydalara uyğun olan səmərəli fəaliyyət göstərmək qabiliyyətlərinə əsaslanan işgüzar etika və həmçinin davranış prinsıpləri, normativləri və qaydalarının məcmusu nəzərdə tutulur.


Yüklə 30,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə