Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   85   86   87   88   89   90   91   92   93

________________Milli Kitabxana________________ 
266 
 
 
GÜLƏN BALIQ 
 
Gün çıxan tərəfdə bir məmləkət vardı. Bu məmləkətin bir padşahı vardı. Bu 
padşah nə yerə sığırdı, nə də göyə... Dil tərpədənin dilini kəsdirir, baş qaldıranın 
başını vurdururdu. Əmrini yerinə yetirməyənin, bir sözünü iki eləyənin boğazına 
yağlı kəndir keçirtdirib, meydanlarda qurdurduğu dar ağaclarından asdırırdı. Bu 
padşah rəiyyətin-rəncbərin dərisini soydurur, xəzinəsini lal-cavahiratla 
doldururdu. 
Padşah öz sarayından çıxıb məmləkətin hansı vilayətinə yollansa hamı onun 
pişvazına çıxır, qabağında səcdəyə düşürdü.  Əyilib atının dırnaqlarından 
öpməyənlərə divan tutdururdu. Başı zülmə qarışan padşah nə  məmləkətdə 
əməlli-başlı bir yol çəkdirir, nə  də susuz yerlərə su çıxartdırırdı. Bu padşah nə 
eldə-obada bir məktəb-mədrəsə açdırır, nə  xəstələr üçün mərizxana dərdinə 
qalırdı. Padşahın yan-yörəsini bürüyən vəzir-vəkilin də  işi-peşəsi ancaq, "bəli, 
beçeşm" demək idi. Şayəd bir gün vəzir-vəkildən birisi padşahın gözünə bir cürə
şübhəli dəysə, gecəsinə onun başı  fərmanda idi. Bıına görə  də padşahın vəzir-
vəkilini bir-birindən seçib ayırd eləmək çox müşkül bir iş idi. Baxanda bu vəzir-
vəkilin hamısı tutuquşu sayağı, eyni cürə, yastı-yastı danışır, eyni vaxtda yatıb 
eyni vaxtda dururdu... Onların hamısı bir cürə hərəkət edir, padşahın hüzurunda 
bir-birinə baxa-baxa bir dərəcədə ucadanmı, astadanmı gülürdülər. Bunlardan 
heç birisi başqa birisindən ayrılmır, nə səsini endirir, nə də qaldırırdı. Padşahın 
gözü vəzir-vəkilin üstünə çevrilib ağarcağın hamısı birdən sarısını udur, hamısı 
eyni rəngə-rufa düşürdü... Padşahı  mədh etməyənlər, onun şücaətindən vəsf 
açmayanlar qaranlıq və rütubətli zindanlara doldurulur, burada yarıac, yarısusuz 
saxlanılır, sonra da göysüz-göyərtisiz quru boş səhralara sürgün edilirdi. 
Ancaq padşah gücünü həm içəri, həm də çöl qoşununa verir, yaraqlı-əsbablı 
qoşun düzəldirdi. Kefi istəyincə bu gün bu eli, qoluna qolay bu qonşusunu, sabah 
o eli, o biri qoluna qolay qonşusunu sıxıb-sıxışdırır, əzib-əzişdirir, torpaq dalınca 
torpaq tuturdu. Bu torpaqlarda da ancaq öz qayda-qanununu qoyur, sinəsinə 
yatan, gözü su içən adamdan vəzir-vəkil təyin edir, özü isə başda dayanır, gözəl-
göyçək qızların  əli ilə  şavə saqqalına zəbərcəd danələri düzdürürdü. Padşah 
tacını hey təzədən bəzədir, bu gün bu əbasını, sabah o əbasını  qızıllaşdırır,  əl 
ağacını belə ləl-cavahiratla işlədib par-par parıldadırdı. O, düşmən saydıqlarının 
boynunu vurdurur, kəsik başlarına doyunca 
  
 
 


________________Milli Kitabxana________________ 
267 
 
 
baxıb ləzzət alır, birdən də uğunub gedir, bu başları kəs kimi təpiyilə diyirlədirdi. 
- Siz, bunun başına baxmayın, açıqca gülən dişinə baxın, heyvərənin... - deyə 
padşah çiyin ata-ata qəşş edirdi. 
Bu zaman vəzir-vəkil də bir-birini dabanlaya-dabanlaya şaha uyğun olan əda 
ilə gülür, padşahın müqabilində öz başlarını  əyib, elə bil ki, bir ağızdan 
deyirdilər: "Ədalətli  şahımız, bizim də başımız sənin fərmanındadır. Nə vaxt 
istəsən günahkar boynumuzu vurdura bilər, gərəksiz başımızı da kəs kimi 
diyirlədə bilərsən. Amma bizim heç birimizin kəsik başı sizin hüzurunuzda elə 
gədalıq göstərib, ədəbsiz-ədəbsiz irişməyəcəkdir." 
Padşahın çəmini tapanlar onun daş-qaşlı silahını, qılıncını, qalxanını  tərif 
edənlər şahdan bəxşeyiş alır, süd gölündə üzə-üzə məst olurdular... Bəzən padşah 
özü də yemək-içməyini bilmərrə unudur, bütün günü başdan-başa tərif yeyir, 
şişə-şişə köpəşirdi. Padşaha elə gəlirdi ki, bu dünyada ondan böyük heç bir dağ 
da yoxdur! Padşah hər hansı dünya dağından ucadır, özü də çox yaşayacaqdır. 
Hər yaranan ölsə  də, bu padşah ömründə ölmək bilməyəcəkdir. Padşaha elə 
gəlirdi ki, əcəl haçan kimin üstünə necə qılınc çəkib, onu qara torpağa sərsə də, 
onun üstünə qılınc çəkən, onu torpağa səran heç bir əzrayıl olmayacaqdır. 
Amma elə bir gün gəldi ki, kefi kök, damağı çağ padşahın ovqatına çox acı 
bir soğan çırtıldı... Bəs necə oldu ki, bu boyda, bu zabitədə padşahın ovqatına 
birdən-birə çox acı bir soğan çırtıldı?.. Mətləb dərindir...  İndi görək bu mətləb 
niyə  dərindir, nə  dərinliyindədir? Çay dərinliyindədir, ya dərə  dərinliyində, 
yaxud lap dərya dərinliyində? Hər nə  dərinliyində olsa gərək arayıb-araşdırıb 
dərinliyin dərəcəsini çatdırasan!.. Yoxsa olmaz!.. 
 

 
Bir gün sübh tezdən balıq ovuna çıxan bir qoca balıqçı  dəryaya atdığı 
qurğuşunlu torunda ömründə görmədiyi gözəl bir balıq gördü. O daha toru 
dəryadan çıxarıb qumun üstünə salmadı, ləpələrdə saxlayıb balığa tamaşa 
eləməyə başladı: 
- Nə gözəlsən, ay balıq! 
Balıq dilləndi: 
-Mən sehirli balığam, qoca! 
- Necə, sehirli balıq?.. Axı, mən bu çağacan heç bir balığı nə bu yaraşıqda, nə 
də danışan görmüşəm?! Xudaya, bəlkə məni qara basır?! 
  
 
 


________________Milli Kitabxana________________ 
268 
 
 
Bəlkə mənim huşum başımdan çıxır?! Bəlkə mən ölürəm, ya ölmüşəm, heç dərya 
qırağında da deyiləm?! 

Qorxma, qoca, sən sağsan, özü də yuxu-zad görmürsən! 
- Bəs həqiqət necədir, balıq? 
- Həqiqəti budur ki, sən tez tərpən, məni dərya suyu ilə dolu bir teştə qoy, 
apar padşahınızın hüzuruna, böyük ənam al, kasıblığın daşını biryolluq at. 
- Axı, yanımda teştim yoxdur, balıq! 
- Get 
evindən teşt gətir! 
- Evimdə də düzü heç bir teştim yoxdur! 
- Qonşundan borc al! 
- Mən gəlincə dəryanın dərin yerinə qaçmazsan ki? 
- Sən tora düyün vur! 

Toru da özünlə dartıb dəryaya aparmazsan ki? 
- Torun 
dəstəsini yanındakı əncir ağacının kökünə bağla! 
Qoca torçu balıq deyən sayağı elədi, cəld gedib qonşusundan balıq yerləşən, 
üzüb tərpənən bir teşt alıb qaçaraq gətirdi. 
- Sən buradasanmı, dost? 
- Bəli, sən məni tordan çıxar! Əgər sən məni əlinlə belə dəryaya atsaydın, 
yenə də mən qoyub getməzdim! 
- Axı, səbəb nədir, balıq? Səbəb nədir ki?! Bəlkə Allah-taala özü mənim 
yoxsulluğuma rəhm edib, özü səni göndərib ki, mən səni padşaha təqdim edib 
kasıblığın daşını atım? Onun verəcəyi  ənamı  qənaətlə  sərf edə-edə qoca 
ömrümün qalan qismini xoş güzoranla başa vurum? Bax, balıq, gör ayaq üstə 
necə də tir-tir titrəyirəm?.. Düzü yeddi yaşından ta yetmişə qədər mən bu duzlu 
suya batıram, çürümürəm, ölüb itmirəm, dəryadan balıq tutub obalarda una, dənə 
dəyişə-dəyişə bir çətən külfətimi saxlayıram, ap-acı ruzigar keçirirəm! 
 
- Mən səni ap-acı ruzigardan qurtaracağam, qoca! 
- Bütün 
məmləkət az qala dilənçiyə-sayıla dönüb, balıq! 
- Mən çalışacağam ki, məmləkətin də gözünü açım! 
- Xudaya, 
xudaya, 
mən dəli olmuram ki?.. 
- Qoca, 
ağlını başına topla, deyilənə əməl et!.. 
Qorxuya düşən qoca balıqçı deyənə  əməl etdi, mis teşti yarıya qədər dərya 
suyu ilə doldurdu, balığı tordan çıxarıb teştə saldı. Baxanda balıqdır! Ancaq 
indiyə  qədər qocanın tutduğu balıqların heç birisinə  bənzəməyən qəribə, 
gözəgəlimli balıqdır... Qoca duzlu suyu süzülənən qurğuşunlu torunu dəstələyib 
şelləndi, teşti də üsullu qucağına 
 
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə