Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   85   86   87   88   89   90   91   92   93

________________Milli Kitabxana________________ 
275 
 
 
- Yox, 
üzüb-üzüb 
başqa məmləkətlərin dəryalarına gedərsən, mənə aid 
sirri orada açarsan! 
- Onda 
şah mən deyənlərə gərək bircə-bircə əməl etsin! 
- Buyursun, 
görək balıq! 

Bütün zindanlarda çürüyən məhbusları şah gərək azad etsin! 
- Axı, onda balıq bütün məmləkətdə asayiş pozular, papaqaldı qaç düşər! 
- Onda 
şah günü sababdan məmləkət daxilində bütün əyalətləri bir-birilə 
bağlayan yol çəkdirməyə girişsin! 
- Bunu 
heç 
edə bilməyəcəyəm, balıq! 
- Niyə, şahım? 
- Çünki 
düşmənim çoxdur, balıq, düşmən rəvan yolla məmləkətin içinə 
yeriyib bizi məğlub eləyə bilər? 
- Bəlkə, şahım əyalətlərdə xəstəxanalar açdıra? 

Əsla, mümkün deyildir, balıq. 
- Nə üçün, şahım? 
- Çünki 
hər  şeyə qadir olan Allah öz bəndələrini saf-çürük edir, yəni 
çıxdaş etməlini də vaxtlı-vaxtında çıxdaş edir. Daha mən Allahın iradəsinə qarşı 
çıxıb onun qəzəbinə gələ bilmərəm! 
- Onda 
şahım, el-obanın balalan üçün mədrəsələr, məktəblər açdırın! 

Bu da mümkün deyil, balıq! 
- Niyə mümkün deyildir, şahım? 
- Çünki 
el-obanın balaları mədrəsələrə cəm olunsalar, əkin-biçin işlərimiz 
bərbad olar, bütün məmləkətdə başdan-başa aclıq başlar, hamı tələf olar! 
- Demək, şahın nəzərində savadın, təhsilin ziyanı vardır? 
- Bəli, balıq! İzafi savadın-təhsilin ziyanı vardır! 
- Bəs savadsız-təhsilsiz məmləkəti necə dolandırmaq olar, şahım? 
- Nə qədər ki, savadlı xidmətçi gərəkdir, o qədər də vardır. Burada daha 
ölçü-biçini pozsaq, daş-daşın üstə dayanmaz, zəlzələ başlar, nəinki bir tək 
insanlar, siz balıqlar da məhv olarsınız! 
- Mən deyənlərin heç biri mümkün deyil, şahım? 

Əsla, mümkün deyildir, balıq! Sən, bil ki, onda bütün məmləkət 
xarabazara çevrilər, mən özüm də o dünyada cəhənnəmi olaram! 
- Demək, şahım, siz göydəki Allahın yerdəki vəkilisiniz? 
- Mən onun kölgəsiyəm, quluyam, balıq! 
- Onda 
mənim niyə və nəyə gülməkliyimin səbəbini siz ondan soruşun! 
  
 
 


________________Milli Kitabxana________________ 
276 
 
 
- Onun 
belə-belə işlərlə məşğul olmağa vaxtı yoxdur! 

Yox, siz ondan soruşun şahım! 
- Bu 
da 
əsla mümkün deyildir, balıq! 
- Niyə siz, hər şeyə qadir ola-ola, bu işə qadir deyilsiniz, şahım? 
- Qadirəm, lakin?.. 

Onda bu sirri açmağa qüdrətiniz olsun!.. 

Yox, bu sirri açacaqsan, əziz balıq! 

Əgər, açmaramsa? 
- Açacaqsan, 
yalvarıram! 
- Aç-ma-ramsa? 
- Onda 
mən  şeypur çaldırıb baş vurdurduğum o böyük meydanda alovu 
göylərə dirəklənib, buludları yalayan bir tonqal çatdıraram, hamının gözü 
qabağında səni o tonqalda yandıraram, yer üzündə heç bir izin-əlamətin qalmaz! 

Onda sirr də, sirr qalar! 
- Onda 
səni bu qızıl hovuzdan çıxarıb quru teştin içinə, qoyaram, bir 
ləhzədə tələf olarsan! 
- Onda 
sənin özünü də bu sirr hökmən tələf edər! 
- Necə, nccə? 
- Son 
bu 
sirrə tablamazsan, şahım, ürəyin partlar! 
- Bəs indi necə olsun, möhtərəm balıq? 

Ortda bu sirrin üstünü vurmuyun! 
- Necə, nə təhər? 

Sirrin üstünü vurmuyun! Mən burada üzüm, sən də orada sarayda gəzin! 
- Axı, mən az qala heç gəzə bilmirəm! 
- Niyə, nə üçün şahım? 
- Çün 
baxıram, qədəmlərim tutulur, az qala?! 
- Onda 
loğmanınızı çağırın, dərdinizə dərman qılsın! 

Heç bir loğman, heç bir dərman! Mən istəyirəm bilim, axı sən niyə və 
nəyo güldün? Mən bu sirdən agah olmaq istəyirəm! 

Bu sirr açılsa, sən peşman olacaqsan, şahım! 
- Olmaram, 
balıq!.. Sən bu sirri aç! Mənim partlayan ürəyimə cavab ver! 
- Padşah dizləri üstə düşüb qızıl hovuzda asta-asta üzən balığa yalvardı, sonra da 
dəsmalını çıxarıb gilə-gilə yaş gələn gözlərini sildi. 
- Peşman olacaqsan, şahım! 
  
 
 
 


________________Milli Kitabxana________________ 
277 
 
 
- Olmaram, 
peşman!.. Aç camaatın qarşısında bu sirri söylə görək, axı sən 
niyə, nəyə güldün? Niyə və nəyə görə sən başqa bir yerdə yox, ancaq mənim baş 
hərəmimin barigahında güldün?! 
- Onda 
mənim bütün şərtimə sözsüz aməl edərsizmi, şahım? 
- Bəli, sənin bütün əmr və sərəncamlarına müti bir qul kimi mütləq əməl 
edərəm! 

Bu sirri açmaq məsləhət deyil, şahıra?! 
- Sən sözünü döndərə-döndərə məni çərlətmə, balıq! Bax, mən sənin bu 
quyruğundan yapışıb başını divara çırparam! 
- Mən əslə ölümümdən qorxmuram, şahım! Ancaq bilirəm ki, bu sirr səni 
çox tezcə öldürər! 
- Bəli, bu sirrə agah olmasam məni tez öldürər! 
- Bəlkə, bu sirr açılmaqdansa, şahı öldürsə yaxşıdır?! 
- Onda, 
mən bu dünyada əzrailə  də can vermərəm! Yüz əzrail birdən 
yığılıb, başımın üstünü alsa, mən fateh sərkərdə heç birinə can vermərəm! 
- Bəs bu sirrin açılması, şahın özünün ölümündən betər olsa, necə? 
- Mən razıyam, mən tamamən sənin bütün şərtlərinə razıyam, balıq! Aç 
bu sirri, axı niyə, nəyə görə  sən dəryadan çıxırdın? Axı  sən, niyə, nəyə görə 
buraya yollarındın? Axı o məlun qoca niyə, nəyə görə səni bu mis teştə qoyub 
düz buraya gətirirdi?! Aç sirri, söylə səbəbini!.. Qoy hər nə olur olsun söylə, əsla 
bir nöqləsini də gizləmə! Bax belə, öz ürəyini yeyə-yeyə  şahlıq etməkdənsə, 
ürəyini bir yolluq torpağa təslim etmək min pay yaxşıdır!  İndi gündüzlər də, 
gecələr kimi mənim gözlərimə tar-zülmət görünür. Başqa-başqa məmləkətlərdən 
sərhədlərə elçilər göndərilir, kağızlar gəlir, hamısı soruşur; "balıq niyə  və  nəyə 
güldü", mən cavab verə bilmirəm! 
- Bəs şahın bunca yeyib-yatan, yatıb-yeyən vəzir-vəkili? 
- Dedim, 
sənə, dedim ki! - Şah balığın boğazından yapışınca, balıq saray 
dolusu güldü. 
- Demək, sən orada da beləcə gülmüsən! 

Bundan da güzlü gülmüşəm!! 

Onda sirri mənə aç, onda hamısını bircə-bircə mənə aç, söylə! 
- Axı, özün buyurdun ki, camaat qarşısında açım! 
- Bəli, camaat qarşısında aç! Peşman olmaq deyil, ölüm də olsa aç söylə, 
axı bütün məraləkət mənə baxır, axı milyon göz mənə zillənib!.. Sən niyə 
gülmüsən? Sən nəyə gülmüsən? Sən mənim baş hərəmimin barigahında lap zəif 
toxunumlu bir yerimdə ancaq, bir tək monə gülmü 
   
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə