MikroiQTİsadiyyat



Yüklə 1,43 Mb.
səhifə22/23
tarix08.12.2017
ölçüsü1,43 Mb.
#14688
1   ...   15   16   17   18   19   20   21   22   23
1 siyahı­yaal­ma­sının nəticələrinə qiymət verərkən qeyd edirdi ki, təmərküz­ləşmə nor­ması 1947-ci ildəki 24,4%-dən 1963-cü ildə 33,1%-ə qədər yüksəlmiş, 1966-cı ildə isə 28,6%-ə enmişdir. Buna əsasən o, belə bir nəticə çıxar­mışdır ki, bazar təmərküzləşməsinin səviyyəsi vaxtaşırı ola­raq dəyişir. Bütün bunları nəzərə almaqla ümumi halda belə bir müla­hizə yürütmək olar ki, elmi-texniki tərəqqi, texnologiya və nəqliyyatın inkişafı, baza­rın tutumu, kapital yığımı və s. perspektivdə təmərküz­ləşmə meyllərini gücləndirə, yaxud da zəiflədə bilər.

Mövzu 19. Aqrar münasibətlər(3 saat )

Plan
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.Torpaq istehsalın başlıca amilidir.

2.Aqrar- sənaye kompleksi və inteqrasiyası.

3.Torpaq rentası və onun formaları.

4.İcarə haqqı və torpağın qiyməti.
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.

Torpaq istehsalın başlıca amilidir.


Torpaqdan iqtisadiyyatın bütün sahələrində istifadə olu­nur və o, özünün sərvətləri, meşələri, suları ilə birlikdə istehsal pro­sesinin maddi ilkin şərtini və təbii əsasını təşkil edir. Lakin iqti­sadiy­ya­tın ayrı-ayrı sahələrində torpaq eyni əhəmiyyətə malik deyildir. Belə ki, torpaq sənayedə (hasilat sənayesi istisna olmaqla) və ticarətdə müəssi­sə­lə­rin, obyekt-lərin yerləşdirilməsi üçün məkan, tikintidə bina­ların inşa olunması, nəqliyytda şose və dəmir yollarının çəkilməsi üçün ərazi ro­lunu oynayır və bu sahələr üçün onun mün­bit-liyinin heç bir əhə­miyyəti yoxdur. Kənd təsərrüfatında isə torpaq məhsul istehsalının əvə­zolun­maz təbii-iqtisadi amili-dir və onun münbitliyinin müstəsna əhə­miy­yəti vardır. Baş-qa sözlə, torpaq olmadan kənd təsərrüfatı məhsullarını is­teh­sal et­mək mümkün deyildir. Həm də bunun üçün hər cür torpaq de­yil, mün­bit torpaqlar olmalıdır.

Torpaq iqtisadiyyatın ən mühüm sahələrindən biri olan kənd tə­sərrüfatında oynadığı rola görə istehsalın başlı-ca təbii-iqtisadi amili ol­maqla, həm də investisiya əmtəə-lərinə aid edilə bilər. Çünki insanlar bir tə­rəfdən, məhsul is-tehsal etmək üçün torpağı əkib – becərməklə öz əmək­­ləri ilə ona təsir göstərir, digər tərəfdən isə istehsal prosesində on­dan vasitə kimi istifadə olunur. Lakin torpağın insanların öz-ləri tərə­fin­dən yaradılan investisiya əmtəələrindən–bina-lardan, maşınlardan, ava­­­dan­lıqlardan və s. – fərqləndirən bir sıra xüsüsiyyətləri vardır.



Əvvəla, qeyd etmək lazımdır ki, torpaq təbiətin məh-suludur, yer kürəsində onun hüdudu məhduddur, süni su-rətdə yaradıla və de­məli artırıla bilməz. Insanlar öz əməkləri ilə yalnız onun təbii xas­sələrini dəyişdirə və zənginləşdirə bilərlər. Digər investisiya əmtəələrini isə istənilən qədər artırmaq mümkündür. Ikinçisi, insanların özləri tərə­findən yaradılan investisiya əmtəələri, yəni istehsal olunan maşın və ava­danlıqlar, yetişdirilən heyvanlar və çoxillik əkmələr istehsal pro­sesində istifadə olunduqça aşınır, köhnəlir və müəyyən müddətdən son­ra təkmilləşdirilmiş, mütərəqqi və yüksək məhsuldarlıqlı "nüsxələrlə", yaxud da tamamilə yeniləri ilə əvəz olunur. Torpağı isə heç bir şeylə əvəz etmək olmaz, başqa sözlə, onun əvəzediçisi yoxdur. Üçünçüsü, tor­paq sahələri keyfiyyətlərinə, birinçi növbədə münbitliklərinə körə bir–birilərindən fərqlənirlər. Bu isə öz növbəsində tor-paq sahəsi vahidinə bərabər məbləğdə sərf olunan vəsaitin müqabilində müxtəlif miqdarda məhsul əldə edilməsinə və deməli, gəlirliliyin qeyri-bərabər olmasına gə­ti­rib çıxarır. Insanlar öz əməkləri ilə bu fərqi ya azalda, ya da dərin­ləş­dirə bilərlər. Dördünçüsü, torpaqdan düzgün istifadə olun-duq­da onda­kı kimyəvi birləşmələrin miqdarı və onun mün-bitliyi artır, düz­gün be­cə­rildikdə faydalı xassələri qorunub saxlanır, sahənin özü və fiziki vəziy­yə­ti yaxşılaşır, məhsul-darlığı yüksəlir. Beşinçisi, torpaq sa­həsi müəyyən ölçüyə ma-likdir, daimi məkanda yerləşir. Digər inves­tisiya əmtəələrini isə istənilən vaxt bir yerdən başqa yerə aparmaq, yəni yerini dəyiş­dir­mək, artırmaq, genişləndirmək mümkündür. Altın-cısı, tor­paq təbiətin məh­sulu olduğuna görə ondan istifadə olunarkən amor­tizasiya ayırma­ları hesablanmır və deməli, o, istehsal xərçlərinin for­malaşmasında iştirak etmir.

Torpağın başlıça xüsusiyyətlərindən biri onun mün-bitliyidir. Hər şeydən əvvəl torpağın qida maddələrinin miqdarı, onların bitkilər üçün faydalılığı, fiziki, mexaniki xassələri ilə müəyyən olunan təbii mün­bitliyini qeyd etmək lazımdır. Torpaq sahələri təbii münbitliyə görə bir-birindən kəskin surətdə fərqlənir. Lakin torpağın dəyərliliyi təkçə onun təbii münbitliyi ilə müəyyən edilmir. Insanların özləri tərəfindən tor­pağın münbitliyi artırıla bilər ki, buna da süni münbitlik deyilir. De­məli, aqrokimyanın, meliorasiyanın, bir sözlə, elmi-texniki tərəqqinin tə­siri ilə torpağın süni münbitliyi daim dəyişir. Torpağın təbii mün­bit­li­yi ilə süni münbitliyi ikisi birlikdə onun iqtisadi munbitliyini əmələ gə­ti­rir. Torpağın iqtisadi munbitliyinin formalaşmasında mexanikləşdir­mə va­si­tələri başlıça rol oynayırlar. Tarixdən məlumdur ki, torpağı xış­la 12 sm, ata qoşulan kotanla isə 16 sm dərinlikdə şumlamaq mümkün ol­muş­dur. Bu, o deməkdir ki, torpağın təbii münbitliyindən qismən isti­fadə edilmişdir. Çünki torpağın üst qatı şumlanır, o, həddən çox xır­dalanır, ondakı qida maddələrinin ehtiyatı kəskin surətdə azalırdı. Tor­pağın traktorla şumlanması isə onun dərinliyini 25-30 sm-ə çatdır­mağa imkan vermiş və bu da öz növbə-sində onun təbii münbit­liyindən istifa­də­nin yaxşılaşdırıl-masına səbəb olmuşdur. Hazırda xüsusi texniki vasi­tələrdən istifadə olunması torpağın külək və su eroziyala­rın­dan qo­run­masında, kol-kos basmış sahələrin təmizlənməsi və yararlı hala salın­ma­sında, meliorasiya işlərində (torpaqların suvarılması və ya qu­rudul­ması) böyük səmərə verir. Bunun nəticəsidir ki, məhsuldarlığı az olan torpaq sahələrinin münbitliyi artırılır, istifadə olunmayan tor­paq­lar əkin dövriyyəsinə cəlb edilir.
2. Aqrar-sənaye kompleksi və inteqrasiyası.
Aqrar–sənaye kompleksi (ASK) kənd təsərrüfatı məhsulla­rı­nın istehsalı, saxlanması, emalı və istehlakçılara çatdırılması ilə məşğul olan sahələrin toplusudur. ASK özündə aşağıdakı dörd sahəni birləş­dirir: 1) Kənd təsərrüfatı üçün maşın, avadanlıq, nəqliyyat vasitələri, zə­rər­vericilərə qarşı mübarizə vasitələri və digər investisiya əmtəələri ün­sür­lərini istehsal edən və ona texniki xidmət göstərən sənaye sahələri; 2)Kənd təsərrüfatının özü; 3) Kənd təsərrüfatı məh-sullarının tədarükü, emalı, saxlanması, daşınması və satıl-ması ilə məşğul olan sahələr; 4) Is­teh­salın inkişaf etdirilmə-sinin ümumi şərtlərini və insanların həyat fəa­liy­yətlərini təmin edən infrastruktur sahələri. ASK-nın tərkibində in­frastruktur xüsusi yer tutur və onu həmin üç sahənin hər hansı birinə aid etmək düzgün deyildir. Infrastrukturun özü də iki yerə bölünür: 1) Istehsal infrastrukturu; 2) Sosial infrastruktur. Bunlar bu və ya digər dərəcədə eyni vaxtda yuxarıda göstərilən sahələrin hamısına aiddir. Həm də istehsal infrastruk­turu­na istehsala bilavasitə xidmət edən sahə­lər (yol-nəqliyyat, anbar və tara təsərrüfatları, texniki xidmət və s.), so­sial infrastruktura isə adamların həyat fəa-liyyətlərini təmin edən sa­hələr (mənzil-kommunal təsərrü-fatı, mədəni-məişət xidməti, tica­rət, iaşə və s.) daxildir.

Kənd yerlərində yol-nəqliyyat sistemi bərbad vəziy-yətdə olan ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iqtisadi vahidlərə böyük ziyan dəyir, təkrar istehsalın normal ahəngi pozulur və bütün bunlar nəticə etibarılə məhsulların istehsalına çəkilən xərclərin və onların kapitaltutumunun artmasına səbəb olur. Yolların pis vəziy­yətdə olması kəndi şəhərdən ayırır, kənd əhalisinin yaxın şəhərlərdəki mə­dəni - məişət poten­sialından istifadə etmək imkanlarını, kənddə ya­şa­mağa marağı azaldır. Kəndin is-tehsal infrastrukturu sistemində aqro­servis xüsusi yer tutur. Zəhmətkeş kəndli özünə məxsus olan inven­tar­la­rı həmişə yaxşı mühafizə olunan yerlərdə saxlamış, onlara əsl tə­sər­rüfatçı qayğısı ilə yanaşmışdır. Belə olduqda inventar və texnikadan etibarlı şəkildə və uzun müddət istifadə etmək mümkündür. ASK-nın intensiv inkişaf etdirilməsində sosial infrastruktura üstünlük verilməsi, onun təkrar istehsalın intensiv tipinə cavab verə bilən tələblərə uyğun­laşdırılması da mühüm rol oynayır. ASK-nı səciyyələndirərkən nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı həmişə sənaye, ticarət və digər sa­hə­lərlə əlaqədar olmuşdur. Həm də ASK anlayışı elmi anlayışlar sis­temi­nə bu yaxınlarda daxil olmuş və onun meydana gəlməsi kənd təsər­rü­fa­tı ilə əlaqədar olan və hazırda vahid təkrar istehsal prosesində bir­ləşmiş digər sahələr arasındakı əlaqə və qarşılıqlı asılılıqların keyfiy­yətcə yeni səviyyəsi deməkdir. Çünki kənd təsərrüfatı məhsulları isteh­salının artı­rıl­ması, əhalinin ərzaq, sənayenin isə xam-mallara olan tə­lə­batının ödə­nilməsi təkcə kənd təsərrüfatın-dan deyil, həm də ASK-nın bütün hissə­lərinin əlaqəli şəkildə inkişaf etdirilməsindən asılıdır.

Aqrar-Sənaye Kompleksinin formalaşmasının əsası­nı aqrar sə­naye inteqrasiyası təşkil edir. Aqrar-sənaye inteq-rasiyası (ASI) dedikdə kənd təsərrüfatının ona xidmət edən və onun məhsullarını isteh­lakçı­la­ra çatdıran müxtəlif sahə-lərlə istehsal əlaqələrinin güclənməsi nə­zərdə tutulur. ASI əmək bölgüsü və ixtisaslaşdırmanın dərinləşmə­sinin nəticə­si­dir. Deməli, kənd təsərrüfatının onunla bağlı olan digər sahə­lərlə ge­niş münasibətləri olmalıdır. Bu, hər şeydən əvvəl kənd təsərrüfatı üçün əsas və dövriyyə kapitalı ünsürləri istehsal edən, habelə onun məh­sul­la­rının reallaşdırılmasına xidmət göstərən sahələrlə əlaqələrin güc­lən­mə­si­nə aiddir.

ASI çoxcəhətlidir və müxtəlif formalarda təzahür edir. Bu, hər şey­dən əvvəl prosesin hansı səviyyədə (ölkə miqyasında, rayon, yaxud da müəssisə çərçivəsində) getmə-sindən asılıdır. ASI-nin formaları həm­çinin əlaqədə olan sahələrin texnoloji və təşkilati cəhətdən bir-birilərinə nə dərəcədə yaxın olmalarından asılıdır. Inteqrasiya prosesinin xarak­terinə ayrı-ayrı sahələrin xüsusiyyətləri, əldə edilən məhsulların və on­ların emal olunması texnologiyasının spesifikası da böyük təsir gös­tərir.



Ölkə miqyasında və böyük rayonlarda ASI öz ifadə-sini kənd tə­sərrüfatı ilə sahələrarası əlaqələrin güclənmə-sində, regional ASI-nın for­malaşması və inkişaf etməsində tapır. Müxtəlif sahələr üzrə ASI kənd təsərrüfatının müva-fiq sahəsinə uyğun gələn sahələri birləşdirir. Ta­xıl­çılıq, tərə-vəzçilik, pambıqçılıq, südçülük üzrə ASI-lər dediklə­ri­mi­zə misal ola bilər. Aşağı, yəni müəssisə və rayon səviyyələrində ASI-nin formaları aqrar-sənaye müəssisələri, birlikləri və kombinatlarından, aqrofirmalardan, istehsal və elm-istehsal sistemlərindən ibarətdir.

ASI-nin formalaşması və böyük nailiyyətlər qazanıl­masında in­kişaf etmş ölkələrin təcrübəsi diqqətəlayiqdir. Belə ki, bu ölkələrdə sahələrarası kooperasiyanın inkişafı ona gətirib çıxarmışdır ki, ASK çərçivəsində yaradılan məh-sulların dəyərində birinci və üçüncü sa­hə­lərin xüsusi çəkisi fasiləsiz olaraq yüksəlir, kənd təsərrüfatınınkı isə aza­lır. Inkişaf etmiş ölkələrdə onların arasındakı nisbət təqribən 30:10:60-dır. Qərb ölkələrinin aqrobizneslərinin xüsusiyyəti, onların başlıca olaraq ərzaq istehsalına istiqamət götürmə-ləridir. ABŞ və Kanadada bit­kiçilik və qarışıq yem məhsul-larında kənd təsərrüfatı xammallarının xüsusi çəkisi olduq-ca yüksəkdir. Bəzi ölkələrdə kənd təsərrüfatı tex­nikasının bir çox baza növləri (traktorlar, kombaynlar) idxal olunur, hə­min ölkələrin özləri isə texnikanın digər növlərini ixrac edə bilirlər. Son ərzaq məhsulları və xammalların istehsalı sahəsində də müəyyən ix­tisaslaşdırma müşahidə olunur. Bunlar ASK-da bütünlüklə təsərrüfat həyatının beynəlmiləl-ləşməsi prosesinin getdiyini göstərir. Bunun sayəsində inkişaf etmiş ölkələr ərzaq probleminin həll edilməsində çox böyük nai­liy­yətlər qazanmışlar. Şimali Amerika və Qərbi Avropa ölkələri keçən əsrin 80-ci illərində bir çox kənd təsərrüfatı məhsulları – taxıl, şəkər, yağ, ət ilə özlərini təmin etmək sahəsində yüksək nəticələrə nail ol­muş­lar. Bütövlükdə inkişaf etmiş ölkələr dünyada istehsal olunan yağlı və dənli bitkilərin 1/3 hissəsini, ətin demək olar ki, 40%-ni öz əllərində cəm­ləşdirmişlər. Həmin ölkələrdə digər kompleks-lərlə müqayisədə ASK-nın səciyyəvi cəhəti onun tərkibinə daxil olan və müx­təlif sahələrdə fəaliyyət göstərən, bir-biri ilə əlaqələndirilən istehsal va­hidlərinin qeyri sosial iqtisadi yekcinsliyə malik olmasıdır. Bunu on­dan görmək olar ki, ASK-nın birinci və üçüncü sahələrində istehsalın təmərküz-ləşməsi dərəcəsi kənd təsərrüfatı üzrə eyni göstəricidən xeyli yüksəkdir. Məsələn, ABŞ-da fermerlər üçün investisiya əmtəələrinin 75%-dən çoxunu 8 sənaye şirkəti göndərir. 100 firma yeyinti sənayesi məhsullarının 1/2 hissəsini öz əllərində cəmləşdirmiş, pərakəndə ərzaq marralı dövriy-yəsinin 1/3 hissəsi 20 ticarət şirkətinin payına düşür. Kənd təsərrüfatında isə ilkin istehsal vahidlərinin rolu tədriclə ənənəvi kəndli (fermer) təsərrüfatlarından aqrar-sənaye bir-liklərinə (ASB) ke­çir. Bu birliklər bitkiçilik və heyvandarlıq məhsullarının ilkin emalı və sax­lanması ilə məşğul olmaqla üfuqi inteqrasiyanı həyata keçirirlər. Hə­vəskar mal göndə-rənlər və kənd təsərrüfatı üçün sənaye məhsul­la­rının pəra-kəndə satışı ilə məşğul olan tacirlər də istehsal kooperasi­ya­sına daxil olurlar. Bir sıra ASB-lər sənaye şirkətlərinin bilavasitə təşəb­bü­sü ilə ASK-nın kənd təsərrüfatına daha çox nüfuz edən birinci və üçün­cü sahələrində formalaşır. Lakin kənd təsərrüfatı ilə sənayenin in­teq­rasiyasının digər iki yolu daha tipikdir. Bunlardan biri ondan iba­rət­dir ki, fermer təsərrüfatlarının özlərinin təmərküzləşməsi səviyyəsi yüksə-lir. ABŞ-da illik əmtəəlik məhsulu 100 mln. dollardan çox olan iri kənd təsərrüfatı müəssisələri, təsərrüfatların ümumi sayının cəmi–cüm­lətanı 7%-i təşkil etdikləri halda, kənd təsərrüfatının əmtəəlik məhsu­lunun 80%-dən çoxu onların əlində cəmlənmişdir. Belə müəssisələr təd­ric­lə fərdi təsərrü-fat olmaqdan çıxır, tərəfdaşlıq təsərrüfatına və ya aq­ro­kooperasiyalara çevrilirlər. Ikincisi isə ondan ibarətdir ki, fermer tə­sərrüfatları arasındakı kooperasiyadan geniş istifadə olunur. Onlar məi­şət, istehlak, kredit ittifaqlarında, elektrikləşdirmə assosiasiyaların­da, istehsal xidmətlərinin təmin və texnikadan birgə istifadə olunması və onun təmiri, hətta torpağın birgə becərilməsi üzrə kooperativlərdə bir­ləşirlər. Kooperativ şirkətləri çərçivəsində kəndli (fermer) təsərrü­fat­ları intensiv texnologiyaya yiyələnir və öz məhsul­larının emalı ilə məş­ğul olan müəssisələrlə müvəffəqiyyətlə inteqrasiyaya girirlər. Doğrudur, kooperativlər xırda fermer təsərrüfatlarının vəziyyətinin sabitləşməsinə kömək edirlər, lakin onların müflisləşməsinin qarşısını ala bilmirlər. Məsə-lən, ABŞ-da fermer təsərrüfatlarının sayı keçən əsrin 50-ci illərinin əvvəllərində­ki 5,4 milyondan 80-ci illərin ortalarında 2,2 milyona en­mişdir. Əsrin 80-ci illərinin orta-larında borclarını ödəyə bilmədiklərinə görə fermer təsər-rüfatlarının hər il 900 milyon dollar məbləğində mül­kiy­yəti müsadirə olunmuş və hərraca qoyulmuşdur.

Inkişaf etmiş ölkələrdə fermer və qeyri-fermer təsər-rüfatları­nın bir-biri ilə müqayisəsi göstərir ki, son illərdə onların gəlirlərindəki fərq azalmış və ikincilər birincilərə nisbətən daha sabitdirlər. Lakin bunlara baxma­yaraq fer-mer təsərrüfatları ilə əlaqədar olan problemlər mövcud­dur və onların həlli gəlirlərin çoxalmasında və nəticə etibarilə kənd tə­sərrüfatı məhsulları istehsalının artırılmasında müsbət rol oyna­ya bilər.

Inkişaf etmiş ölkələrin çoxunda kənd təsərrüfatı məhsullarına olan tələbin qiymətlərə görə elastikliyi aşağıdır. Təqribi hesablamalar göstərir ki, fermer təsərrüfatlarının məhsulları üzrə elastiklik əmsalı 0,20-0,25 arasında tərəddüd edir. Bu o deməkdir ki, kənd təsərrüfatı məh­sullarının qiy-məti 40-50% aşağı düşməlidir ki, istehsalçılar bu məh­sulların tədarükünü 10% artıra bilsinlər. Aydın məsələdir ki, isteh­lakçı­lar alternativ əmtəələrlə müqayisədə əlavə kənd tə-sərrüfatı məhsul­larına az əhəmiyyət və aşağı qiymət verirlər. Ona görə ki, məlum oldu­ğu kimi, tələbin elastikliyini müəy-yən edən əsas amil əvəzetmədir. Bu o demək­dir ki, hər hansı bir kənd təsərrüfatı məhsulunun qiyməti aşağı düşdük­də, istehlakçı onu qiyməti aşağı düşməmiş başqa bir məhsul ilə əvəz et­məyə meylli olur. Lakin, varlı ölkələrdə kənd təsər-rüfatı məhsullarının qiymətləri aşağı düşdükdə, aydın məsə-lədir ki, insanlar gündə 3 dəfə yeməkdən 4-5 dəfə yeməyə keçmirlər. Insanların qida məhsullarını di­gər məhsullarla əvəz etmələri təbii – bioloji məhdu­diy­yətlərlə əlaqə­dar­dır. Kənd təsərrüfatı məhsullarına olan tələbin qeyri elastikliyi də aza­lan son faydalılıq anlayışının köməyilə aydınlaşdırıla bilər. Varlı və zən­gin cəmiyyətlərdə əhali, ümumiyyətlə yeməkdən kor­luq çəkmir və yaxşı geyinir, yəni bir növ kənd təsərrüfatı məhsulları ilə yaxşı təmin olun­muşlar. Ona görə də əlavə kənd təsərrürfatı məhsul­la­rının istehsalı son fay-dalılığın tez bir zamanda aşağı düşməsinə səbəb olur. Belə-liklə, is­teh­lakın azacıq artmasını təmin etmək üçün kənd təsərrüfatı məhsul­la­rı­nın qiymətləri çox aşağı düşməlidir.

Inkişaf etmiş ölkələrdə müşahidə olunan meyllərdən biri də kənd təsərrüfatı məhsulları üzrə təklifin artmasıdır. Bunun başlıca səbə­bi isə texniki tərəqqidir. Burada hər şey-dən əvvəl, fermer təsərrüfat­larının tamamilə elektrikləş­diril-məsi və mexanikləşdirilməsi, torpaq­la­rın becərilmə texnolo-giyasının, irriqasiya işlərinin yaxşılaşdırılması, güb­­rədən is-tifadə olunması, mal-qaranın yetişdirilməsi və onlara qulluq edilməsinin təkmilləşdirilməsi və s. nəzərdə tutulur. Bütün bunların nəticəsində, məsələn, ABŞ-da 1930-1980-ci illərdə bir işçiyə düşən kapital qoyuluşu 15 dəfə artmışdır. Bu isə öz növbəsində bir fermerə düşən becərilən torpaq sahəsinin 5 dəfə artmasına səbəb olmuşdur. Bu ölkədə bir nəfər kənd təsərrüfatı işçisi 1820-ci ildə 4 nəfərin, 1947-ci ildə 14 nəfərin, 1987-ci ildə isə 96 nəfərin təmin olunması üçün lazım olan qədər ərzaq məhsulları və xammallar istehsal etmişdir. Kənd təsər­rüfatında əmək məhsuldarlığı xeyli yüksəlmiş və hazır-da aqrar sahədə təqribən 5,0 mln. nəfər məşğul olur ki, bu da əhalinin ümumi sayının 2%-ni təşkil edir.

Beləliklə, inkişaf etmiş ölkələrdə aqrar bölmənin in-kişaf etdi­rilməsində çox böyük nailiyyətlər qazanılmış və təcrübə toplanmışdır. Bu, kənd təsərrüfatı sahəsində yeridi-lən düzgün dövlət siyasəti nəticə­sində mümkün olmuşdur.

3. Torpaq rentası və onun formaları.


Rentanın2 əmələ gəlməsinin ilkin şərti torpağın icarəyə veril­mə­sidir. Başqa sözlə, torpaq mülkiyyətçisi öz torpaq sahəsini müəyyən müd­dətə başqa bir şəxsə icarəyə verir. Icarə müqaviləsində torpaq sahi­binə icarə haqqı verilməsi nəzərdə tutulur. Buna əsasən demək olar ki, torpaq rentası kənd təsərrüfatında muzdlu əməklə yaradılan əlavə mən­fəətin, torpaqdan istifadə etməyə icazə verdikləri üçün icarədarlar tərə­findən torpaq sahiblərinə icarə haqqı formasında verilən hissəsidir. De­məli, torpaq rentası torpaq mülkiyyətini həyata keçirməyin iqtisadi for­masıdır. Torpaq rentasının əmələ gəlməsi torpaq üzərində mülkiyyət mü­na­sibətlərinin meydana gəlib formalaşması və inkişaf etməsi ilə əla­qədardır. Torpaq mülkiyyəti formalarının inkişaf et-məsi və dəyişməsi ilə əlaqədar olaraq torpaq rentası da inki-şaf edib dəyişmişdir. O, hələ quldarlıqda meydana gəlmiş və münbitliyinə görə ən yaxşı torpaq la­tifundiyalarında qul əməyi ilə yaradılan daha yüksək nəticələrin qul­darlar tərə-findən mənimsənilməsi formasında təzahür etmişdir.

Feodal torpaq mülkiyyətinə feodal torpaq rentası xasdır ki, bu da öz inkişafında aşağıdakı üç mərhələdən keç-mişdir: 1) Işləyib ödəmə ren­tası və ya biyar; 2) Məhsul ren-tası və ya məhsul töycüsü; 3) Pul ren­tası və ya pul töycüsü.

Biyarın mahiyyəti ondan ibarətdir ki, kəndli həftə­nin müəyyən hissəsində (məsələn, 3 və ya 4 gün) özünün çox sa-də əmək alətləri ilə birlikdə feodalın təsərrüfatında işlə­məklə götürdüyü torpağın haqqını ödəyir. Burada kəndlinin özü və feodal üçün işlədiyi vaxt bir-birindən ayrılmışdır. Lakin aydın məsələdir ki, kəndli özü üçün işlədiyi vaxtda daha yaxşı çalışır. Odur ki, bunu müşahidə edən feodal məhsul töy­cü­sü­nə keçməyi üstün tutur.

Töycü təsərrüfatında əkinə yararlı bütün torpaqlar feodaldan asılı olan kəndlilərin istifadəsinə verilir. Kəndli-nin özü və feodal üçün işlədiyi vaxt, məkan və zaman etiba-rilə bir-birindən ayrılmır və kənd­lilər işi bilavasitə məcbu-riyyət olmadan yerinə yetirirlər. Lakin renta ödə­nilərkən kəndlinin yaratdığı məhsulun bir hissəsi bütün məhsuldan ayrılır. Ona görə də belə bir nəticə çıxarmaq olar ki, məhsul rentası işlə­yib ödəmə rentasının çevrilmiş formasıdır. Işləyib ödəmə rentası kimi məhsul rentası da natural təsərrüfatın hökmranlığı ilə əlaqədardır və birləşmiş əkinçilik – sənaye əməyinin nəticəsidir. Lakin o, işləyib ödəmə rentasına nis-bətən istehsalın inkişaf etdirilməsi üçün daha geniş im­kanlar yaradır və kəndlilərin təbəqələşməsini sürətləndirir. Şəhərlə-rin və əmtəə-pul münasibətlərinin inkişaf etməsinin təsiri ilə məhsul renta­sı pul rentasına çevrilir. Belə olduqda kəndli feodala nəinki, yalnız torpaqdan istifadə etməyin müqabi-lində verəcəyi məhsulu istehsal etməli, həm də pul rentasını ödəmək üçün onu bazarda satmalı idi. Deməli, pul töycüsü feodal üçün sərf olunan əməyin nəticələrinin pul formasında mənimsənilməsi deməkdir. Pul rentasına keçilməsi əmək bölgüsünün daha da dərinləşməsi nəticəsində baş vermişdir ki, bu da mübadilənin inkişaf etməsi və cəmiyyətdə əmtəə-pul münasibətlərinin geniş miqyas almasına səbəb olmuşdur.



Şərqin bir çox ölkələrində feodal torpaq rentasının və bila­va­sitə istehsalçıların asılılıq formasında müxtəliflik olmuşdur. Şərqdə tor­pağın və süni suvarma qurğularının əsas mülkiyyətçisi feodal dövləti ol­du­ğuna görə burada uzun müddət iri hökmdar təsərrüfatları əmələ gəl­məmişdir. Şərqin bir çox ölkələrində feodal torpaq rentasının əsas for­ması işləyib ödəmə rentası deyil, məhsul rentası olmuşdur.

Yuxarıda göstərildiyi kimi, torpaq kənd təsərrüfatın-da məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amildir. Bu, o deməkdir ki, kənd təsərrüfatı məhsullarının istehsalını torpaqsız təsəvvür etmək ol­maz. Digər tərəfdən, torpağın özünəməxsus bir sıra fərqləndirici cəhət­ləri var­dır. Bunlar-dan biri də ondan ibarətdir ki, yer kürəsində torpağın hüdudu məhduddur, boş torpaq sahələri də yoxdur. Və mövcud olan tor­paq sahə­ləri münbitliklərinə, satış bazarları ilə müqayisədə yaxın – uzaq məsa­fədə yerləşmələrinə və digər əlamətlərinə görə bir-birindən kəskin surət­də fərqlənir.

Yer kürəsində münbitliyi və məkanca nə dərəcədə əl-verişli şə­raitdə yerləşməsinə görə yaxşı hesab olunan torpaq sahələri isə cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmir. Həm də əhalinin sayının artması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsul­larına olan tələbat daim artır. Odur ki, cəmiyyət yaxşı torpaqlarla ya­na­şı, necə deyərlər "orta" və "pis" torpaqları da əkib-becərməyə məc­bur­­dur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, kənd tə­sər­rüfatında tənzimləyici qiymət rolunu becərilən pis torpaqlarda əmələ gələn qiymətlər oynayır. Bu o deməkdir ki, kənd təsərrüfatı məh­sul­la­rı­nın bazar qiymətləri becərilən pis torpaq sahələrindəki istehsal və da­şınma xərcləri əsasın-da formalaşır. Yəni pis torpaqları əkib-becərən sa­hibkarlar öz əmtəələrinə qiymət qoyarkən hər şeydən əvvəl, məh­sul­ların istehsalı və daşınması ilə əlaqədar olan xərclərin ödənilməsini və həmin vəsaiti istehsalın hər hansı başqa bir sahəsinə qoyduqda əldə edə biləcəkləri qədər mənfəət götür-məyi nəzərdə tuturlar. Bütün bunlar onu göstərir ki, eyni təsərrüfatçılıq şəraitində daha yaxşı torpaqlarda əlavə (artıq) mənfəət əmələ gəlir. Sənayedən fərqli olaraq kənd təsər­rüfatında əlavə mənfəətin əmələ gəlməsi daimi xarakter daşıyır. Bunun nəticə­sin­də orta və yaxşı torpaqları əkib-becərən sahibkarlar fərdi is­teh­sal və sa­tış xərcləri ilə məhsulların bazar qiymətləri arasındakı fərq kimi əlavə mənfəət mənimsəyir ki, bu da diferensial rentaya çevrilir.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə