18
əhlikef cavanlarının məskəni buradır. Danışacağımız qəziyyələr burada cərəyan
etməsə də, bu şərabxana qəhrəmanlarımızın taleyini həll edənlərin əlində bir silah,
bir dəstəvüz olub.
İndi tanışlığımız ötəri də olsa qurtardı. Əlbəttə, biz sizinlə əsil qəhrəmanlarımız
haqqında heç bir şey danışmadıq. Onları sonra görəcəksiniz. Ona görə də, icazə
verin, hələlik, burada vidalaşıb mətləbə keçək. Sizə səbir, özümə, ustadlar
demişkən, tövfiq arzulayıram.
İLK İMTAHAN
Onluq və otuzluq lampalar Şamaxıda təzə dəb düşmüş, ilk dəfə Mahmud
ağanın evində işıq saçmışdı. Otuzluqların çəhrayı, gullü-bəzəkli gövdələri, təmiz
silinmiş yekəqarın şüşələri bərq vururdu. Məclisin yuxarı başında Mahmud ağa,
ondan sağ və sol tərəfə divar boyu salınmış məxmər nimdərlərdə aliməqam
qonaqlar əyləşmişdi. Evin yerinə əlvan xalılar döşənmişdi, Qonaq otağının
divarları şəbəkə camaxatanlardan ibarət idi; bunların bəzisinə əlvan yorğan-
döşəklər, bahalı xalçalar yığılmışdı. Adamboyu hündürlükdə olan bu camaxatan -
dolabların üstü divar uzunluğunda işləmə-şəbəkə rəflərə çevrilmiş, rəflərin arxa
hissəsi kiçik taxçalara bölünmüşdü. Rəflərdə əla çini kasalar, lacivərdi qablar,
əlvan bəzəkli nimçə, dolça, güldan, gülabdan, piyalə, şirazi qəlyan, şərbətdanlar
düzülmüşdü. Rəflərin üstündən taxçaların lap tavana yaxın yerlərində ipək və
güləbətin pərdə başlıqları asılmış, arabir əlvan naxıslı, şəkilli nimçələr vurulmuşdu,
Otağın ayaq tərəfində üstü naxışlı günbəz şəklində düzəldilmiş qədim ocağın
önündə xanəndə, nəvazəndə və rəqqasə - çəngiləf ücün yer hazırlanmışdı. Ocaq
yerinin sağ tərəfindən yarımtaxt üstündə sazəndə dəstəsi: tarzən, zurnaçı,
kamançaçı, dəfçi, yerdə isə qoşadumbul çalan oturmuşdu. Ocaq yerinin sol əlində
"çəngi dəstəsi"ndən olan rəqqasə qızlar əyləşmişdi. Onlar səkkiz nəfər idi: Sona,
Nisə, Səkinə, İzzət, Rəna, Məleykə, Qəndi, Badam.
Məclisə ara vermədən Mahmud ağanın həmsinni olan cavanlar daxil olur,
münasib yerdə əyləşirdi. İçəri girənlərin hər birisinə Mahmud ağa adəti üzrə öz əli
ilə, nökərin gətirib onun qarşısına qoyduğu çaydan bir fincan təqdim edirdi. Qonaq
çayı içib qurtardıqdan sonra Mahmud ağa onunla hal-əhvallaşırdı. Musiqi və rəqs
məclisi hələ başlamamışdı. Məclis kimi isə gözləyirdi.
19
Seyid Əbdül Əzim içəri girib ümumi salam verdi, tay-tuşu onu yanına dəvət
etdi. O keçib Zeynalabdin ilə Hacəsəd oğlu Tərlanın arasında oturdu. Bu gün
buraya anasından xəlvət, həm də dostu Tərlanın təkidlərinə görə gəlmişdi. İndi
evin yeganə kişisi, böyüyü olsa da, qohum-əqrəba arasında "yaxşı yer" sayılmayan
elə məclisə ilk gəlişi olduğundan utanır, qısılırdı. Anasının "bu işi
bəyənməyəcəyini bilirdi. Gənc daxilində qəribə bir həyəcan duyurdu. Ətlərini hara
qoyacağını bilmirdi. Onu bu məclisə dəvət edən ikinci həmtayı Rza bəy, Mahmud
ağaya yaxın bir mövqedə oturmuşdu.
Əbdül Əzimin salamını baş işarəsilə alan Rza bəy, azacıq Mahmud ağaya tərəf
əyilib gələnin kim olduğunu söylədi. Mahmud ağa qarşısındakı çay dolu
fincanlardan birini qaldırıb, Seyid Əbdül Əzimə tərəf ötürtdürdü. Gülümsər
gözlərilə onu bir daha salamladı. İlk dəfə gördüyü gəncin utancaq üzü, mehriban
qara gözləri, sadə geyimlə düzgün qaməti ağanın xoşuna gəldi. Gənc gözaltı
məclisdəki cavanları, daha sonra aşağıbaşda üzüaçıq oturmuş rəqqasə qızları
təəccüb hissilə süzdü. O ömründə kişi məclisində üzüaçıq oturan qadın
görməmişdi, həyasından daha da qızardı. Bütün gördükləri Seyid Əzimin tərbiyə
alıb böyüdüyü mühitə uyğun gəlmirdi.
Qapıda səs-səmir ucalanda Mahmud ağa yerindən qalxdı, ona baxıb məclis əhli
də ayağa durdu. Seyid Əzimin dizi yanında oturmuş Zeynalabdin adlı gənc astadan
ona pıçıldadı:
- Bu gün xüsusi ziyafətdi. Ağanın xarici qonağı var. Deyəsən urusdu, ya
firəngdi. Bax, odu gəlir... Deyirlər guya şəkil çəkir...
Geyimi, siması ilə məclisdəkilərdən tamamilə seçilən bir şəxs otağa daxil
olduqda Mahmud ağa irəlilədi. Otağın ortasında qonağı qarşılayıb əl verdi və Seyid
Əzimin başa düşmədiyi bir dildə onunla salamlaşdı. Əlindən tutduğu halda yerinə
qayıtdı, qonağı döşəkçəsi yanında qoyulmuş alçaq kətilin üstündə oturmağa dəvət
etdi. Sonra əhli-məclisə müraciətlə qonağı nişan verdi:
-
Ağalar, qonağım cənab knyaz Qaqarindir. O bizim içərimizdə olmayan,
bizə nəsib olmayan bir sənət sahibidir. Rəssamdır. Şəkil çəkir, bir növ bizim qədim
divarların bəzəyini işləyən rəhmətüllah Mir Əli kimi. Dinimiz bizə insan rəsm
etməyi qadağan edir. Xristianlarda isə belə deyil. Cənab knyaz buralara səyahət
edib ki, bizim həyat və təbiətimizdən bəzi lövhələri rəsm etsin.
Rəssam özünə dikilən gözlərdən anladı ki, Mahmud ağa onu yığılanlara təqdim
edir, qulağı anlamadığı sözlərin ahəngində ikən, sanki
20
dili bilmədiyi üçün günahkarca gülümsəyir və o da öz növbəsində qonaqları, otağı
seyr edirdi. Sarışın, dəniz suyu kimi duru, mavigözlü, nazik simalı bu gəncin
əynində kip oturmuş boğazlı gödəkcəsinin yaxası iri düymələrlə düymələnmişdi,
çərpələngə oxşayan üçkünc qotazlı papağını çıxarıb dizi üstünə qoymuşdu, yerli
adətlə tanış olduğundan ayaqqabılarını qapının ağzında çıxarıb içəri girmişdisə də,
otaqda papaqla əyləşən qonaqlardan tək bircə onun başı açıq idi. O, dilini
bilmədiyi, tanımadığı bu adamlara mavi gözlərindəki dərin bir maraqla baxır,
hamını - hər şeyi, əlvan geyimləri, bir küncdə oturmuş çəngi dəstəsini, otağın
bərbəzəyini diqqətlə gözdən keçirirdi.
Məclis isə artıq arəstə idi. İlk çaylar içilib qurtarmış və nökərlər boş fincanları
sini və naxışlı məcməyilərə yığıb aparmışdılar. Mahmud ağanın işarəsi ilə
sazəndələr oyun havası çalmağa başladılar. Öz işini bilən "çəngi"lər icərisindən
birisi ayağa qalxıb, məclisin ortasına gəldi. Dərhal məclisdən xəfif bir pıçıltı keçdi.
"Sona!.." Tərlan Seyid Əzimin qulağına pıçıldadı:
- Sonadı, çəngilərin ən yaxşısı...
Seyid Əzim Dağıstandan qayıdandan bəri Şamaxı cavanlarının, tay-tuşu olan
gənclərin ağzından "Sona", "çəngi gözəli Sona" sözünü çox eşitmişdisə də, onu
birinci dəfə görürdü.
Sonanın incə, gözəl üzü, qızılgül yarpağı kimi zərif dodaqları və yanaqları
boyasız idi. Qulaqlarına taxdığı piyalə sırğalar birçəklərinin altından çiyinlərinə
dəyirdi. Əlvan yun şətəl geydiyi balaca ayaqları uzun darayı tumanın altından
güclə görünürdü. Qanovuz köynəyinin üstundən geydiyi kimxa arxalığının
yaxasını qarmalamış, üstündən ensiz kəmər bağlamışdı. Arxalığın yaxasına
göyərçin yumurtası boyda düymələr tikilmiş,
boynuna kəlbəndi, silsilə taxmış,
bənarə örpəyinin üstündən çətirli alnına gülpərək vurmuşdu. Örpəyin ucları uzun
hörüklərilə bərabər kürəyinə atılmışdı. O birisi qızlardan yalnız Qəndi xanımın, bir
də Badam xanımın üstündə Sona kimi çox qızıl var idi. qalanların bəzəyi nisbətən
sadə idi. Amma zahiri gözəllikdə bir qız onunla rəqabət apara bilərdi. Bu, Sonadan
xeyli cavan görünən Nisə adlı rəqqasə idi.
İndi söz-söhbət kəsilmiş, bütün gözlər Sonaya dikilmişdi. Məclis əhlinin
nəzərini cəlb etdiyinə əmin olan kimi Sona, sağ əlini döşünə qoyub məclisin dörd
səmtinə də bas əydi. Rəqsə başladı. Əvvəlcə yançaqlarını oynada-oynada dövrə
vurdu. Sonra əllərini gah başı üzərinə, gah çənəsi altına, gah döşləri üstünə, gah da
belinə doğru apararaq
Dostları ilə paylaş: |