Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə10/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   6   7   8   9   10   11   12   13   ...   153

                                                                                                                                                  

24 


 

Amma  bu  məşhur  şah  beyt  Seyid  Əzimə  çoxdan  tanış  idi.  Nəcəfqulu  bütün 

məclisdə oturanların dili ilə bu gözəllik rəmzinə üz tutub yalvarır, kamanın həzin 

ahənginə uyğun olaraq ilman dili açıb yovuncuyurdu: 

Rüsxəti xahəm ki, qorbanət şəvəm quyəm bələnd,  

Ta bəkey dər zire-ləb quyəm ke "qorbanət şəvəm"

1. 

Ecazkar  sözlər,  ecazkar  musiqinin  təsirilə  daha  da  həzin,  daha  da  üsyankar  bir 



məna kəsb edib, gənc şairin ürəyində Pirdirəki dağının ləpəsi kimi əks-səda verirdi: 

"Doğrudan  da,  haçana  kimi  insan  öz  qəlbinin  ən  əziz,  ən  müqəddəs  hisslərini 

gizlətməli,  ən  qüdsi  və  pak  duyğularını  ucadan  deməyə  qorxmalı,  pıçıldamaqdan 

da  ehtiyat  etməlidir,  a  sənə  qurban  olum?  Bu  rüsxət,  bu  icazə  insana  nə  vaxt 

veriləcək  və  niyə  gərək  insan  bundan  ötəri  icazə  gözləməli,  rüsxət  istəməli,  qor-

xub-çəkinməlidir? Nə vaxtacan şəbpərələr günəşin aləməfhız ziyasına qara qanad 

gərməlidir? Haçanacan, a qurban olum sənə?". 

...Rəqs məclisi bitdi, qızlar və xanəndə ilə novazəndə otağı tərk etdilər, yerlər 

seyrəldi;  nökərlər  otaq  boyu  xalılar  üstünə  divarların  nəqşlərini  əks  etdirən 

qələmkar  süfrələr  salmağa  başladılar.  Parlaq  mis  aftafa-ləyənlərdə  əl  suyu  gəldi. 

Nökərlər,  Lənkəranın  ənbərbu  düyüsündən  zirəli-zəfəranlı  plov  dövrələrini 

buğlana-buğlana  ortaya  gətirdilər.  Rəngin  xuruşlar,  ovşalalar,  iskəncəbilər  əlvan 

kuzələrdə  süfrəni  bəzədi...  Seyid  Əzim  nə  yediyini,  necə  yediyini  bilmədi.  Yeni-

dən naxışlı aftafa-ləyənlərdə əl suyu verilənəcən onun gözünün önündə bir az əvvəl 

gördüyü rəqslərin əfsunkar mənzərəsi durur, ürəyi isə az əvvəl qoşmağa başladığı 

qəzəli təkrar edirdi. 

Mahmud ağa əcnəbi qonağı ilə məşğul olsa da, Rza bəyin ona incə ruhlu şair 

kimi  təqdim  etdiyi  cavanın  heç  bir  hərəkətini  gözdən  qoymurdu.  Gənc  nədənsə

onun qəlbini çox məşğul etmişdi. "Hər çi badə-bad" deyə birdən o, Seyidə müraciət 

elədi: 


-  Cavan  şairsiz,  deyiriər.  Ağa,  məclisə  münasib  bir  söz  desəz,  eşidib 

fərəhlənərik. 

...O  anladı,  bildi  ki,  imtahana  çəkilir...  ayaq  geri  qoymaq  məqamı  deyil. 

Utanmaq,  çəkinmək  bimövqe  olar.  Məgərbirazəvvəlözü"Haça-nacan  səs 

çıxarmaqdan  ehtiyat  edib,  düşündüklərimizi  ucadan  söyləməyəcəyik?"  -  deyib 

fikirləşmirdimi? Məqamdı; qoy onun ürəyindən 

 

 



                                                                                                                                                  

25 


 

Keçən qəzəl, indicə dodaqlarına gəlmək istəyən misralar bu məclisdə səslənsin, 

axı onlar burada yaranıb, ilhamı bu məclisdən alıb, ilk dəfə burada səslənməlidir. 

Hayıf ki, Sona burada yoxdur. Hayıf  ki, o bu misraları eşitməyəcək, bilməyəcək 

ki,  Seyid  bu  sözləri  məhz  onun  rəqsindən  ilham  alıb  söyləmişdir...  onun  üçün 

söyləmişdir: 

-Ağalar  icazə  buyursa... -  o pul  kimi  qızara-qızara  sözə başladı.  Məclisin  çox 

yerindən səslər ucaldı; 

-İzindi... 

-Buyuracaqsan...   

-Başla görək, şair... 

O,  dizləri  üstündə  dikəldi,  getdikcə  artan,  ucalan  bir  səslə  qəzəlini  oxumağa 

başladı.  Rəssam  da  əlindəki  qələmi  saxladı.  Onun  mavi  parlaq  gözləri  maraqla 

gənc  şairi  seyr  edirdi.  Anlamadığı  sözlərin  ahəngini  böyük  bir  diqqətlə,  bayaq 

musiqini dinlədiyi diqqətlə izlədiyi hiss olunurdu. 

...Yıxıldım huşdan getdim, tutuldu nitq, Musa t’k, Təcəlla nurunu çün vadiyi-

Sinada gördüm mən... 

Müsəlmanzadə idim, döndüm axır, bütpərəst oldum, Məhəmmad nurunu çün ol 

büti-zibadə gördüm mən. 

O bəzmi bir də, Seyyid, görmək olmaz ağlaram hər gün ki, guya ol büsatı, dün 

gecə, röyadə gördüm mən. 

Qəzəlin  son  məqtə  bəndi  deyilən  kimi  məclisdən  "afərin,  maşallah,  əhsən" 

səsləri ucaldı. Hərə öz hissini bir cürə ifadə edirdi: 

-Balam, nə tez müsəlmanzadəliyi tərk edib, xumar aşiqi Sənana döndün? 

-Qardaş, doğrudan da, cənab Mahmud ağanın məclisinin gözəlliyini elə yuxuda 

görmək olar. 

-Bədahətən... afərin bu qabiliyyətə... 

-Gec gəldi tez öyrəndi, buna deyiblər ha... 

-Maşallah-namxuda, yaxşı şair olacaq... 

-Elə şairdi də... şairin daxı buynuzu olmur ki... 

-A balam, bura Şirvan torpağı deyərlər... Suyundan kim bir gilə içsə - şairdi... 

-Bəs  sən  neyşə  hər  bulaq  başına  çatanda  bir  xəndək  su  içə-içə  dönüb  şair 

olmursan? 

-Nə bilirsən ki, olmuram... 

 

 



                                                                                                                                                  

26 


 

Gülüşmə,  zarafat  artdı;  Seyid  Əzim  ağanın  təhsinini  gözləyərək,  yerində

rahatlanıb  oturdu;  onun  ürəyi  cələyə  düşmüş  sığırçın  ürəyi  kimi  çıtpınırdı. 

"Görəsən bəyəndimi; imtahandan necə çıxdım?" 

Mahmud  ağa  məşğul  idi,  o  bədahətən  söylənən  qəzəlin  məzmununu  tələsik 

knyaza  tərcümə  edirdi.  O,  tərcümə  etdikcə  rəssamın  incə  dodaqları  xəfif  bir 

təbəssümlə titrəyir, Şərq şerinin dəbdəbəsinə fərəhlə qulaq verdikcə, tez-tez başım 

tərpədir,  şerin məzmununu bəyəndiyini  bildirirdi.  Birdən  rəssam  yerindən  qalxdı, 

cavan şairə yanaşdı, hərarətlə əlini sıxıb nə isə dedi və yerinə qayıtdı. Sükut içində

bu mənzərəni seyr edən Mahmud ağa dilləndi: 

-  Afərin,  Seyyida,  bu  qəzəlini  başqasından  eşitsəydim,  məhz  bizim  məclisin 

təsvirini onda görməsəydim, Füzuli rəhmətüllah yazıb deyərdim. Cənab knyaz da 

deyir  ki,  sözlərin  mənasını  başa  düşməsəm  də,  ahənginə  valeh  oldum.  ömrümdə, 

bedahətən  belə  rəvan  şeir  deyildiyini  ilk  dəfə  görürəm.  Əhsən!  Əhməd  ağanın 

ruhuna  and  olsun  ki,  məclisimizi  şərəfləndirdin,  qonaq  yanında  da  başımızı  uca 

elədin.  Xahişməndəm,  məclisimizə  münasib  qəzəlini  yazıb  verəsən  Necəfquluya, 

əzbərləyib gələn məclislərimizdə oxusun... 

-Baş üstə!.. 

...Məclis  dağılanda  onlar  bərabər  çıxdılar.  Seyid  Əzim  və  Tərlan...  hər  ikisi 

həyəcanlı və xumar idilər. Hər ikisi qəribə bir hal keçirirdi. Şair ilk dəfə imtahan 

verdiyindən, musiqi, şeir və ədəb məclisində, şerə qiymet verən adamlar arasında 

birinci  dəfə  öz  əsərini  oxuduğundan  həyəcanlı  idi,  bu  əsərin  bəyənilməsindən, 

Mahmud ağa kimi xiridarın ona yüksək qiymət verməsindən xoşbəxt idi. Ürəyində

yeni-yeni  ümidlər  doğmağa  başlayırdı.  Onun  da  əsərləri  bəyəniləcək,  dillərə

düşəcək... babası Axund Hüseynin dediyi kimi "yarımçıq şair" olmayacaq. Görün 

Nizami necə demişdi: 

Palangəri beğayəti-xəd 

Behtər ze kollahduziyi-bəd'. 

Babam bu şeri birinci dəfə oxuyanda mənə yaxşıca bir dərs verdi. Yazıq qoca 

çox narahat idi. 

Şairə  elə  gəldi  ki,  o,  babasının  səsini  eşidir:  "Şirvanda  hansı  daşı  qalxızsan 

altında bir şair yatıb, hər kəsək bir şair məzannın başdaşıdır. 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə