Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə6/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   2   3   4   5   6   7   8   9   ...   153

                                                                                                                                                  

14 


 

Yetim Hüseyn, bəziləri isə "Yaxası açıq yetim" deyir. Yaşı məlum deyil, kimdən 

soruşursan  "gözümü  açandan  Yetim  Hüseyni  tanıyıram"  deyir.  Bəzzazbazarını

Yetim  Hüseynsiz  görən  olmayıb.  Daima  başında  gəzdirdiyi  tabağı  yerişinə

həmahəng  bir  şəkildə  yırğalayar  və  durmadan,  babət  səsilə  zümzümə  elər, 

Şamaxıda təzə çıxan havaları ilk əvvəl Yetim Hüseyndən eşidərsən... 

Bazar  meydanının  başındakı  o  açıqlıqda,  nəhəng  tut  ağacının  altında,  daş

üstündə  oturmuş  qəşəng,  təmiz  geyimli  adam  Cin  Cavaddır.  Şamaxını  Cin 

Cavadsız təsəvvür etmək mümkün deyil. Sərpayıdır, xəlfədir, bir az sonra haqqında 

danışacağıq.  İndilik  bunu  deyək  ki,  Cavadın  başında  həmişə  indicə  gördüyünüz 

kimi bir dəstə adam olur, heç tək qalmır... 

Bundan  aşağı  dükan  cərgələri  başlanır.  Bəzzazbazar  iki  cərgəli  uzun  küçədir, 

yerinə  ala-babat  qara  çaydaşı  döşənibdir.  Burada  o  qədər  də  toz-torpaq  olmur, 

tacirlərin  aylıq  maaş  verdiyi  süpürgəçi,  hər  obaşdan  küçəni  ikitərəfli  süpürür, 

sulayır, bəzi xüsusi hörmət və mənfəət gördüyü tacirin pəncərə-qapılarını da silir. 

Gördüyünüz o birinci dükan Hacı Əsədə məxsusdur. Geniş, böyük piştaxtaları, 

zərxara, qanovuz, darayı, Hacı Sadıq işi çarşablar, bənare örpəklər dolu qəfəsələri 

olan  o  səliqəli  dükana  sonra,  münasib  düşəndə  girərik.  Arxa  otaq  anbardır.  Hacı

malları  orda  saxlayır.  Hacı  Əsəd  mağazasının  pəncərələrinə  Şamaxıda  ilk  dəfə

olaraq  iri,  ağ  naxışlı  şüşələr  saldırmış,  bu  şüşələrin  dalındakı  nümayişgahlara 

Hacının  Məkərə  və  Moskvada  gördüyü  qaydada  parçalardan  nümunələr 

düzülmüşdür. Hacı satıcı-pirkeşik saxlamır. Oğlu Tərlanı piştaxta dalında pirkeşik 

əvəzində işlədir, "çobanı özündən olanın, qoyunu əkiz doğar" deyir. O, gələcəkdə

oğlunu  tacir  görmək  istəyir,  elə  indidən  Şamaxıya  mal  gətirən  məşhur  tacirlərə, 

sarvanlara  nişan  verir.  Adamlara  ləqəb  qoşmaqda  xüsusilə  ad  qazanmış

şamaxılılar,  hətta,  tacir  dostları  da  üzdə  onu  "Hacı",  arxada  "qapaqlı"  adlandırır. 

Sirverməz, qapalı adam olduğuna və ya xəsisliyinə görəmi belə adlandırıldığı bəlli 

deyil.  Amma  ləqəb  Hacının  özünə  də  məlumdur.  Hətta,  nə  üçünsə,  bu  adla  fəxr 

edir,  arabir  hirsi  tutanda  "mənə  də  qapaqlı  deyərlər",  deyə  əlini  geniş,  dolğun 

sinəsinə çırpır. Hacı Əsəd çox dolu, şişman adamdır, qat-qat et basmış qısa boynu 

görünmür, elə bil ki, başı bədəninə yapışıb. İl on iki ay tərtəmiz ülgüclətdirdiyi başı

lahıc qəleyi görmüş mis qazança kimi par-par parıldayır. İki sıx bozarmış qaşından 

başqa  kosa  sifətində  bir  dənə  də  rük  yoxdur,  hirslənəndə  ətli  sifəti  paxırı  çıxmış

mis kimi 

 

 



                                                                                                                                                  

15 


 

qıpqırmızı  qızarır.  Əyninə  enli  şalvar  və  gen-bol  ağ  köynək  geyər,  yay-qış  sətin 

geyməsinin  belindən  şal  qurşağı  açmaz.  Hacının  dostu  bəzzaz  Hacı  Qədirdən 

Əsədə  nə  üçün  qapaqlı  ləqəbi  verildiyini  soruşduqda  deyib:  "Vallah,  qapaqlı-

qapaqsız  bilmirəm,  amma  heç  ağzının  qapağı  yoxdu  kişinin,  bir  xəbər  eşitdimi 

dəstinə aləmə yayacaq". 

İkinci  dükan  qapaqlının  dostu  və  dükan  qonşusu  Hacı  Qədirindir.  Köhnə

dükandır,  təzəcə  əl  gəzdirib,  təzələşdirib.  Qonşusunun  əksinə  olaraq  Hacı  Qədir 

arıq, ucaboy adamdır. Qaraquş dimdiyinə oxşayan əyri donqar burnu, sıx qarabığlı, 

topasaqqallı ağzının üstündə təpə kimi ucalır. Həna və rəngdən saqqalında bir dənə

də ağ tük nəzərə çarpmır, daima əlində təsbeh olar, zikr deyən dodaqları qalındır, 

badımcanı  rəngə  çalır.  Dəvə  yunundan  əldə  toxunmuş  çuxa  geyər,  Məkkədən 

gətirdiyi  tirmə  qurşağı  nazik  belinə  sarıyar.  Kişi,  necə  deyərlər,  Allahdan  da  çox 

pirə inanır, harda bir təzə pir çıxdi, mütləq gedib oranı ziyarət etməlidir. Etməsə, 

Hacı  Əsəd  demişkən  "dini  dürüst  olmaz",  Sadəlövh,  deyilənə  inanan,  həqiqi 

mənada dindar adamdır. Amma hər şeyə inansa da, bircə alverdə heç nəyə inanan 

deyil, eşitdiyi bütün xəbərləri, etdiyi sövdanı mütləq yoxlamalı, görməli, öz əli ilə

etməlidir. Sifariş, ismarışla işi yoxdur. 

Hacı Qədirin dükanının qənşərindəki tikili çox köhnədir, hələ İsmayılın babası

Kərbəlayı  Qənbər,  sonra  atası  Hacı  Hüseyn,  indi  isə  özü  burda  ticarət  edir. 

İsmayılgil üç qardaşdır. bunların təkcə böyüyü - İsmayıl əsil mənada tacirdir. O da 

hələ cavandır, cəmi iyirmi yaşı var. Ortancıl Vəli fağır uşaqdır, ondan kiçik, ailənin 

sonbeşiyi  və  sevimlisi,  qaraca  oğlan  Məhəmməddir.  Onun  gələcəkdə  nə  peşənin 

sahibi  olacağını  heç  kim  bilmir,  hamı  anasının  dili  ilə  Məhəmmədi  ailədə  və

qohum-əqrəba  arasında  "qara"  çağırır.  Təzəcə  mollaya  gedir.  İsmayıla  ata  və

babasının sadiq dostu olan tacir və sarvanlar kömək eləyir, yoxsa cavan tacirin hələ

elə  bir  səriştəsi  və  tüccar  arasında  böyük  etibarı  yoxdur.  İsmayılın  

xeyirxahlarından  biri  və  bəlkə  də  birincisi  Qapançıbaşı  Ağa  Rəsuldur.  Ara-sıra 

işdən başı açılanda, yola Bəzzaz-bazara düşəndə, mütləq köhnə dostunun dükanına 

baş çəkər. Çox sadiq adamdır. Ağa Rəsulun düzlüyü dillər əzbəridir. Bütün sarvan 

və tüccar onun sədaqət və düzlüyünə arxayındır. Deyirlər ki, hansı bir tacir və ya 

sarvan  onun  yanında  bir  şey  unutsa,  yoldan  qayıtmayıb,  arın-arxayın  işinə  gedən 

"Ağa Rəsul hərə bir kimsənin həbbəsini ötürməyib" deyər. Qayıdanda, istər lap bir 

il olsun, səni görən kimi deyəcək: "Qardaş, malın xarab olan idi, verdim filankəsə, 

satdırdım, bu da pulun, 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə