Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə17/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

¹2(3)    èéóí 2012 
 
36 
saatdan çoxdur harasa gedib, qayıtmayıb. General beş saat kəlməsini eşidəndə bir az susdu, sakit 
səslə dedi: 
–Küy qaldırma, təcili yardıma zəng vur, yaxındaki bölmələri gəz, sonra mənə  nəticəsini 
deyərsən. 
Novruz Nərağa müəllimin səbrinə mat qaldı. Görünür, yuxarı ailələrdə uşaqların itməyi olur. 
Bir də deyəsən pis xəbərlər onu fağırlaşdırırdı. Son illər kişi yaman müdrik olmuşdu. Ya 
müdrikləşmişdi, ya da hadisələri qiymətləndirmə qabiliyyətini itirmişdi. Novruz belə güman  
eləyirdi. 
–Nərağa müəllimə  məruzə elədim, –Novruz da sakit, amma həyəcan duyulan səslə dedi,– 
mənsiz heç hara zəng vurmayın. 
Novruz tələsik evdən çıxıb öz maşınına mindi və oradan təcili yardıma zəng vurdu. Amma 
telefon daim məşğul idi. O,  yaxın bölmələrdən başlamaq qərarına gəldi. Əvvəl  A3 bölməsinə girdi. 
Özünü növbətçi zabitə  təqdim etdi. Növbətçi zabit əl-ayağa düşdü. O qarayanız, köklüyə meylli 
olan uzun boyunlu kişi idi. Jurnala baxdı, köməkçi serjantdan soruşdu. Axırda dedi: 
–Novruz müəllim, bu gün bizə ümumiyyətlə heç bir qadın daxil olmayıb...Hələ on ikinin 
yarısıdı, gətirilən olanda saat birdən sonra olur,  kafelər bağlanandan sonra... 
–Mənim telefonumu yazın, bir xəbər  eşitsəz, mənə zəng vurun... 
–Baş üstə Novruz müəllim.. Baş üstə – növbətçi kapitanın başı əsməyə başladı, əlavə elədi,– 
öyrətmək olmasın, şəhər növbətçisi ilə danışın, onlarda məlumat çoxdur. 
Novruz bölmədən çıxıb ürəyində başı əsən kapitana razılıq elədi və maşını bir baş Şəhər Polis 
İdarəsinə sürdü. Orda da bir şey öyrənə bilmədi, Çiçəyin əlamətlərini və öz telefonunu qoyub Şəhər 
Təcili Yardım xəstəxanasına getdi. Gecə saat ikiyə qalırdı. Yaxın bölmələrin hamısına təzədən baş 
çəkdi, sonra səhərə yaxın  Çiçəkgilə gəldi. Xalidə mətbəxdə televizora baxırdı: 
–Bir xəbər yoxdur?- Novruz qadının qan çəkmiş gözlərinə baxdı. 
–Biz də gözləyirik, bu qız iynə olub yoxa çıxdı... 
–Lala getdi? 
–Yox, Çiçəyin yerində yatıb... 
–Başım ağrıyır, bir istəkan çay olmaz? 
Novruz çayını içib sağolsuz çıxdı. Düz bulvara gedib birinci skamiyada oturdu. Elə 
mürgüləmək istəyəndə telefon zəng vurdu. Nərağa müəllim idi. Novruz bütün addımlarını bir-bir 
məruzə elədi: 
–Mühafizə polkunun növbətçisinə də dəyginən... 
–Baş üstə, baş üstə... 
Novruz qalxıb maşına sarı getdi və bir baş Mühafizə Polkunun qərargahına sürdü. Orda da 
qızdan xəbər olmadı. Növbətçi patrullarla radio-rabitə kanalında Novruz müəllimin axtardığı cavan 
qadının əlamətlərini elan elədi. Novruz bir xəbər ümidiylə  otuz dəqiqə növbətçinin yanında oturdu. 
İt kimi yorulmuşdu, yuxusuzluqdan gözləri yanırdı. Bura onuncun rahat yer  idi, rəislər soruşsaydı 
növbətçinin yanında olduğunu  deyəcəkdi. Onunçün daha getməyə yer qalmamışdı. Ancaq 
gözləmək lazım idi. Çiçək qeyb ola bilməzdi. Ondan bir xəbər çıxmalı idi. Novruz telefon 
nömrəsini növbətçiyə verməklə kifayətləndi, dedı: 
–Qardaş, bu dövlət  əhəmiyyətli tapşırıqdı, hər yarım saatdan radio-rabitə ilə  qızın axtarışı 
barədə elanı təkrar elə,–  dedi. 
–Rəis arxayın ol, yerin dibində olsa da tapasıyıq, birinci siz biləssiz...– növbətçi dil tökdü. 
Novruz maşına minib fikrə getdi. Məhər müəllimi fikirləşdi, ona bir dəfə də zəng vurmamışdı 
bu neçə saatda. Bəlkə o hadisədən hələ  xəbərdar deyil? Bu, ağlabatan deyildi. Ona Əlfiyyə deyə 
bilməzdi, onlar danışmırdılar. Amma Nərağa müəllim, ya köməkçisi nəsə demiş olardı – o belə 
güman edirdi. Bir də bir şeyi ki, bir sürücü bilir, onu o biri sürücülər də bilirdilər. Amma Məhər 
müəllimə  nəsə demək onun səlahiyyətində deyildi. Novruz  Nərağa müəllimin göstərişlərini icra 
edirdi. Ona küy salmamaq tapşırılmışdı. O da bunu icra edirdi. Amma bu Məhər müəllim qəribə 
soyuq adam olmuşdu. Adamın bircə  uşağının başında belə bir iş olsun, bir dəfə  də  zəng vurub 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
37
soruşmayasan: qız hara gedib, kimnən gedib, niyə gedib, sağdı, nədi? Vəzifə nə üçün adamları belə 
dəyişir, yeriyən maskaya çevirir? 
Əlfiyyə bu gecə  cəmi dörd dəfə ona zəng vurmuşdu. Onun   dərin təlaş keçirdiyi səsində 
görünmürdü. Amma heç olmasa axtarışla maraqlanmışdı. Ana fəhmnən qızın başına nə  gələ 
biləcəyini duyurdu. Təklik,  ərsizlik onun da problemi idi. Qız isə çox emosional idi, Əlfiyyə öz 
qızlıq dövrünü unutmamışdı. O da açıq göznən çox səhərlər açmışdı. Savadı olmasa da, təbiət 
içində böyümüşdü, təbii hissiyyatların gücünü öz gözü ilə görmüşdü və bilirdi. Bir də qızın Əlqəmə 
ilə macərasından sonra qızının iradəsiz olduğunu anlamışdı. Heyf ki, özünə oxşamadı  qız, xəmiri 
sıyıq çıxdı. İndi də şəhərə çıxıb kiməsə uymuşdu, başqa bir təhlükəli şey ola bilməzdi. Amma qızın 
əskik bir işə uymayacağına arxayın deyildi. Amma bu barədə danışmağa adam da yox idi. O 
ürəyində ərinin traktor sürdüyü illərin həsrətini çəkirdi. Nərağa müəllimin onların rayonuna gəldiyi 
yerdə ayağı  qırılaydı. Bir parça halal çörəklərini yeyib mehriban yaşayırdılar. Məhərin vəzifə 
almağı, kurulnan pul qazanmağı ona heç bir fayda vermədi.  Əksinə, onu ev dustağı elədi, kişisiz 
qoydu. Bircə  qızı da qəfəs quşu kimi qanadı  bərkiməmiş tora düşdü, taleyini sındırdı. Hə, pul, 
vəzifə birini xoşbəxt edir, ikincisini bədbəxt. Elə Çiçək də onun kimi ev dustağı idi, həftələrnən 
adam üzü görmürdü. Ona görə  şəhərə  çıxanda xam mal kimi özünü itirirdi... Ananın içində buna 
görə qorxu yox idi, amma xəcalətli bir təzə hadisənin gözləntisi vardı... 
Novruz maşını  işə salıb təzədən bulvara sürdü. Çiçəyin evində iki arvadın yanında sıxılırdı. 
Həm də Xalidənin onun davranışını müşahidə eləməsini istəmirdi. Bir də gördü ki, maşın bulvara 
çatıb. Başa düşdü ki, skamiyaların birində buyuxmaq  istəyir. Maşından düşüb, lap sahilə yaxın 
skamiyada oturdu və gözlərini yumdu. Yuxuladı. Haradasa qarışıq yerdə idi, Lalaya rast gəlib 
sevindi. Deyəsən toy idi. Lalanın qolundan tutub xəlvətə  çəkmək istəyirdi, amma hansı küncə 
qısılırdısa, kimsə  gəlib onlara mane olurdu. Birdən uzaqdakı  gəmilərdən biri fit verdi, Novruz 
gözünü açıb ətrafa baxdı. Heç kim yox idi, hava azca işıqlanmışdı. Saata baxdı: qırx beş dəqiqədən 
çox yuxulamışdı. Başındakı  ağırlıq azalmışdı.  İndi Çiçəkgilə gedib bir stəkan çay içmək olardı. 
Maşına yaxınlaşanda telefonu zəng çaldı. “Ya allah” deyib nömrəyə baxdı: Nərağa müəllim idi. 
Deyəsən o da gecəni yatmamışdı. Elə üzdən yuxusuzluqdan əziyyət çəkən adama oxşayırdı. 
–Sabahınız xeyr, Nərağa müəllim... 
–Novruz, get evdən Əlfiyyə xanımdan Çiçəyin yaxşı bir şəklini götür, Xanəgahlıya verərsən, 
sənə zəng vuracaq.. 
–Baş üstə, baş üstə... 
Nərağa müəllim telefonu bağladı. Novruz maşını  Əlfiyyə xanımgilə sürdü. Səkkizinci 
mərtəbəyə qalxıb öz açarı ilə qapını açdı, evə girdi. Sakitlik idi. Deməli,  Əlfiyyə bacısına hələ 
xəbər verməyib, versəydi bacısı evdə olardı. Generalın otağına baxdı. Məhər müəllim evə  gəlmə-
mişdi. Mətbəxə  gedib çayniki yandırdı. Soyuducunu açıb çiy sosiskanın ikisini götürüb yeməyə 
başladı. Onun Əlfiyyə xanımım yataq otağına girmək adəti yox idi, ona görə onun özünün çıxmasını 
gözlədi. Amma arvad bərk yatırdı. 
Televizoru işə saldı ki, Əlfiyyə xanım eşitsin. Beş-altı  dəqiqə sonra Əlfiyyə xanım çəhrayı 
xələtdə mətbəxə girdi. 
–Başına dönüm , bir xəbər varmı?– doğma adam kimi Novruza üz tutdu. 
–Qız iynə olub yoxa çıxıb- Novruz qadının üzünə baxa-baxa günahkar səslə cavab verdi. 
Əlfiyyənin sifəti yuxulu idi. Deməli yatmışdı. Novruz ürəyində ona qibtə elədi. Onun yuxusu 
çəkilmişdi, amma itən qızın anası rahat yatmışdı. 
–Məhər müəllim gəlmişdi?– Novruz nəsə demək xatirinə soruşdu, sonra sualına peşman oldu. 
–Heç sürücüsü də gəlib xəbər tutmayıb... –Əlfiyyə xanım gileyləndi. 
Amma bu yaxşı giley deyildi, Novruz bu söhbətə qarışa bilməzdi. Tez mətləbə keçdi: 
–Əlfiyyə xanım, Nərağa müəllim zəng vurmuşdu. Dedi ki, gəlib sizdən Çiçəyin  şəklini 
götürüm. Bizdən başqa axtarannar da var, ola bilər gördüm deyən olar... 
–Kül buların başına olsun, kül!– Əlfiyyə xanım  əvvəlcə başını buladı, qızı  şəkillə axtarmaq 
təklifi onun xoşuna gəlmədi.  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə