13
turunun, onların əməkdaşlarının funksional
vəzifələrinin işlənib
hazırlanması;
– qarşıda qoyulmuş vəzifələrin yerinə yetirilməsi üzrə tabeçi-
likdə olan aparat və hissələrin
fəaliyyətinin idarə edilməsi;
– onların kadr, maddi-texniki təminatı və s.
Təşkilatçılıq fəaliyyətinin qarşılıqlı əlaqədə olan aşağıdakı iki
istiqaməti vardır:
–
Təşkilatdankənar
. Bu fəaliyyət cinayətkarlıqla mübarizə və
ictimai qaydanın qorunmasında xidmətin fəaliyyətinin digər döv-
lət orqanları, ictimai qurum və vətəndaşlarla qarşılıqlı əlaqəsinin
və əlaqələndirilməsinin həyata keçirilməsindən ibarətdir.
–
Təşkilatdaxili
. Bu fəaliyyətin obyekti
ictimai təhlükəsizlik
xidmətlərinin inzibati-icraedici fəaliyyətləridir.
Təşkilatdaxili fəaliyyət aşağıdakı yollarla həyata keçirilir:
– şəxsi heyət tərəfindən funksional vəzifələrinin yerinə yetiril-
məsinin təmin edilməsi;
– xidməti fəaliyyətinin idarə edilməsi;
– kadrların seçilməsi,
yerləşdirilməsi, öyrədilməsi və tərbiyə
edilməsi;
– işin planlaşdırılması;
– güc və vasitələrin yerləşdirilməsi üzrə qərarların
işlənməsi
və qəbul edilməsi;
– xidmətin aparılmasının yoxlanılması
və ona nəzarət edilməsi;
– qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi.
İctimai təhlükəsizlik xidmətinin strukturu onun qarşısında du-
ran vəzifə və funksiyaların xarakteri ilə müəyyənləşdirilir.
Bu struktur aşağı orqanların yuxarı orqanlara tabeçiliyi əsasında
fəaliyyət göstərən, bir-biri ilə qarşlıqlı əlaqədə olan, ayrı-ayrı apa-
rat və hissələrin, onların əməkdaşlarının vəzifə siyahılarının məcm-
sundan ibarətdir. Vəzifə və funksiyalarından başqa (təşkilati struk-
turu) Azərbaycan Respublikasının
inzibati-ərazi bölgüsü, konkret
ərazidə yaşayan əhalinin sayı və sosial-demokrafik tərkibi, iqtisa-
diyyatın inkişafı, cinayətkarlığın səviyyəsi və s. ictimai təhlükəsiz-
lik xidmətlərinə təsir edən əsas amillərdir və ictimai qaydanın qo-
runması vəziyyəti yuxarıda qeyd olunanlardan asılıdır.