Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   2   3   4   5   6   7   8   9   10   ...   26

19 

 

texniki vasitələr təkmilləşir, hansıki köməyilə mürəkkəb istehsal prosesləri həyata 



keçirmək  mümkündür.  Bununla  yanaşı,  iqtisadiyyatda  struktur  dəyişikliklərinin 

gedişində  ənənəvi  sahələrdən  kapital  azad  olur,  investisiyalaşdırmanın  yeni 

istiqamətlərinin  axtarışı  baş  verir.  Bütün  bunlar  innovasiyaya  real  tələbatı  artırır, 

hansıki  iqtisadi  proseslərin  təşkilinə  ənənəvi  yanaşmaların  tətbiqində  həyata 

keçirilməsi mümkün olmur. Bu problemin effektiv həlli vençur maliyyələşdirilməsi 

mexanizmindən istifadədir, hansıki innovasiya fəaliyyətinin intensiv inkişafı daha 

çox tələb edir. 

Vençur sənayesinin təşəkkülündə innovasiya infrastrukturu, hər şeydən əvvəl 

onun biznes-inkubator və texnoparklar kimi komponentləri müstəsna rol oynayır. 

Elmi-texniki  məhsul  istehsal  edən  iri  şirkətlər  texnoparkların  çərçivəsində 

təmərküzləşirlər.  Ona  görə  də,  son  vaxtlar  onlarda  vençur  kapitalının 

təmərküzləşməsinə meyillər müşahidə olunur. 

nkişaf  etmiş  ölkələrdə  inkubatorlar  yerli  hakimiyyət  orqanlarının,  təhsil 

müəssisələrinin  və  sənaye  şirkətlərinin  vəsaitləri  hesabına  formalaşır  və 

maliyyələşdirilir.  Məsələn,  ABŞ-da  yerli  hakimiyyət  orqanları  regional  vençur 

fondları  səviyyəsində  maliyyə  resurslarının  təmərküzləşməsinə  xüsusi  diqqət 

yetirirlər.  Onlardan  biri  kiçik  innovasiya  biznesinin  vençur  maliyyələşdirməsini 

bilavasitə  həyata  keçirir, digəri  isə inkubator proqramının təşkilatçısına subsidiya 

verir.  Eyni  zamanda,  biznes-inkubator  öz fəaliyyətində  artıq  daşınmaz  əmlaka  və 

elmi-istehsal  fondlarına  qoyulmuş  əhəmiyyətli  həcmdə  kapitallaşmış  vəsaitdən 

istifadə edir. 

Biznes-inkubatorların  təşkilatçıları  vençur  sahibkarları  qismində  çıxış  edirlər 

və  ona  görə  də  fəaliyyətin  nəticəsindən  alınan  mənfəətdən  faydalanırlar.  Halbuki 

biznes-inkubatorların  əksəriyyəti  qarışıq  müəssisələr  adlanır,  onların  dörd  əsas 

növünü  fərqləndirmək  lazımdır:  koorporativ,  ictimai,  universitet,  xüsusi.  Onlar 

maliyyə  vəsaitlərinin  mənbələrinə  və  yaranma  məqsədlərinə  görə  fərqlənirlər. 

Biznes-inkubatorların fəaliyyəti kifayət qədər səmərəlidir. 

Vençur maliyyələşdirməsi mexanizmindən uzun müddət istifadə edən aparıcı 

sənaye ölkələrinin təcrübəsi göstərir ki, innovasiya sferasına maliyyə vəsaitlərinin 



20 

 

cəlb  edilməsi  həqiqətən  faydalıdır.  Vençur  biznesi  innovasiya  fəaliyyətinin 



inkişafına əhəmiyyətli təsir göstərir. 

nnovasiya  sferasında  vençur  kapitalından  istifadə  imkanları  innovasiyanın 

xarakterini  müəyyən  edilir.  nnovasiya  əsasında  firmalarda  iqtisadi  artım  iki  əsas 

çətinliklə:  innovasiya  fəaliyyətinin  maliyyələşdirilməsində  məhdudiyyət  və  çoxlu 

müxtəlif yeniliklərdən investorlar üçün daha cəlbedici və firmanın inkişafı bazarda 

onun  mövqeyinin  möhkəmləndirilməsi  üçün  daha  faydalı  olanı  seçərkən 

innovasiya menecmentinin mürəkkəbliyi ilə əlaqədardır. 

Qeyd etmək lazımdır ki, vençur kapitalından istifadənin ağırlığı innovasiyanın 

reallaşmasının  kommersiya  nəticəsinə  düşür.  Deməli,  vençur  kapitalı  üçün  təkcə 

innovasiya  fəaliyyətinin  sadəcə  nəticəsi  deyil,  yalnız  onlardan  bazarda  çoxlu 

istehlakçıların tanıdıqları yüksək şansı olanı vacibdir, hansıki yekunda yüksək gəlir 

gətirsin, özü də qısa zaman kəsiyində. 

Bəzi  iqtisadçıların  fikrincə,  yalnız  yüksək  texnologiya  sahəsində  özünün 

radikal  yeniliyilə  innovasiyaya  vençur  maliyyələşdirməsinin  obyekti  qismində 

baxmaq olar. Lakin vençur biznesinin inkişaf təcrübəsi bu yanaşmanı inkar edir. 

Vençur  kapitalının  xüsusi  innovasiya  əmələgətirmə  imkanları  vardır,  hansıki 

onun  insan  amili ilə məhdud  əlaqəsilə,  yəni onda  maliyyə  kapitalı və intellektual 

resursun  birləşməsilə  şərtlənir.  Vençur  kapitalının  bu  xüsusiyyəti  onu  maliyyə 

kapitalından ayırır və ona müəyyən təklik (xüsusiləşmə) verir. 

  Vençur  maliyyələşdirməsi  sadəcə  insan  faktorundan,  intellektual  əməkdən 

istifadəni  nəzərdə  tutmur,  həm  də  onu  özünə,  bu  maliyyələşmə  prosesinə  daxil 

etmək  istəyir.  Vençur  kapitalı  motivasiya  xüsusiyyətinə  malikdir. Bu  əhəmiyyətli 

xüsusiyyət  ondan  ibarətdir  ki,  vençur  kapitalı  qoyulan  vəsaitin  qaytarılmasına, 

investisiyalaşmış  kapitaldan  müntəzəm  gəlir  və  faiz  əldə  etmək  deyil,  innovasiya 

firmasının özünün inkişafına, həmçinin buraxılan innovasiya məhsulundan mənfəət 

almaqdır. 

Vençur  biznesinin  xarakterik  xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki, 

vençur  kapitalı  daima  modaya  dəqiq  reaksiya  verir  və  onu  tədricən  işləyir,  yəni 




21 

 

investisiya o sahəyə həvəslə yönəldilir, hansıki elmtutumlu məhsulun tez və gəlirli 



realizasiyası imkanları ilə əlaqədardır. 

Vençur  kapitalının  xüsusiyyətlərinə,  həmçinin  innovasiya  layihələrinin 

maliyyələşdirilməsinin parçalanmasıdır, hansıki məqsəd ondan ibarətdir ki, riskləri 

nimimumlaşdırmq məqsədilə vençur kapitalisti firmanın həyat tsikli mərhələlərini 

nəzərə  almaqla  maliyyə  vəsaitlərini  mərhələlər  üzrə  ayırır,  firmanın  inkişafının 

sonrakı  hər  bir  mərhələsi  əvvəlki  mərhələnin  uğurundan  asılı  olaraq 

maliyyələşdirir. 

Vençur  kapitalının  əhəmiyyəti  iqtisadiyyatın  inkişafının  mühüm  amili  kimi 

innovasiyanın  əhəmiyyəti  artdıqca  tədricən  artır.  Buradan  belə  nəticə  çıxır  ki, 

iqtisadiyyatın  innovasiya  inkişaf  yoluna  keçidi  nəticəsində  vençur  kapitalına 

tələbat daima daha surətlə artacaqdır. 

Dövlətin  vençur  maliyyələşdirilməsində  aktivliyinin  artması  ölkənin 

beynəlxalq rəqabət qabiliyyətini təmin edən daha perspektivli elmtutumlu sahələrin 

inkişafında vençur kapitalının rolu və əhəmiyyətinin dərk edilməsi ilə əlaqədardır. 

Vençur maliyyələşdirməsi sisteminə dövlət dəstəyi, hər şeydən əvvəl elm, istehsal 

və  bazarın  birləşdirilməsinə  və  onların  arasında  innovasiya  proseslərinin  kataliza 

toru  qismində  dövlət  vəsaitinin  istifadəsi  əsasında  möhkəm  qarşılıqlı  əlaqənin 

qurulmasına yönəldilməlidir. 

nnovasiyanın  yaradılmasında  və  yeni  yüksəktexnoloji  istehsalın  inkişafında 

vençur kapitalının rolunun stimullaşdırılması haqqında ABŞ-ın sənaye sahələrinin 

təhlili  aydın  təsəvvür  yaradır,  hansıki  həmin  sahələrdə  vençur  kapitalının  iştirakı 

patent fəaliyyətinin həcminin 5-18 faiz artmasına səbəb olmuşdur, həm də vençur 

maliyyələşdirməsindən  istifadə  edən  firmanın  məhsulunun  bazara  çıxarılması 

müddəti xeyli azalmışdır. 

Vençur  kapitalı  təkcə  innovasiyanın  yaradılmasında  deyil,  həm  də 

innovasiyanın yayılmasında mühüm rol oynayır. Vençur kapitalı müxtəlif iqtisadi 

səviyyələrdə iqtisadiyyatın innovasiyalı inkişafında müstəsna rol oynayır: 

1)  minisəviyyədə  –  texnoloji  biliklərdən,  idarəetmə  resursları  və 

informasiyalarından istifadəyə səbəb olur; 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə