Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   2   3   4   5   6   7   8   9   ...   26

16 

 

-  dövlət  büdcə  maliyyələşdirməsini  həyata  keçirərək  ondan  gəlir  götürmür, 



çünki büdcə maliyyələşdirməsinin məqsədi dövlət öz funksiyasını maliyyə təminatı 

ilə  yerinə  yetirməkdir,  vençur  maliyyələşdirməsinin  məqsədi  isə  kapitalı  bir  neçə 

dəfə artırmaqdır; 

-  büdcə  maliyyələşdirməsi  bütün  iqtisadiyyatı  –  həm  mikro  və  həm  də 

makrosəviyyədə  əhatə  edir,  ona  görə  də  büdcə  vəsaitindən  çoxlu  istiqamətlərdə 

istifadə  olunur,  vençur  maliyyələşdirməsi  isə  mikrosəviyyədə  həyata  keçirilir  və 

konkret innovasiya layihəsinin reallaşdırılmasına xidmət edir. 

Vençur fəaliyyəti nəticəsində üç əsas növ gəlir: sahibkarlıq, səhmdar və borc 

kapital gəliri əmələ gəlir. 

Sahibkarlıq  gəliri  istehsal  fəaliyyəti  nəticəsində  vençur  firması  əldə  edir.  Bu 

gəlir mənfəət formasında çıxış edir və məhsul satışından alınan gəlir və məhsulun 

tam maya dəyəri arasındakı fərqə bərabərdir. 

Səhmdar  gəliri  və  borc  kapital  gəliri  investorlar  səhmlərə  uyğun  olaraq 

dividend  və  kredit  üzrə  faiz  şəklində  alır.  Hər  iki  növ  gəliri  vençur  fəaliyyəti 

prosesində, yaxud o başa çatandan sonra almaq olar. 

Dünya  təcrübəsi  göstərir  ki,  inkişafın  ilkin  mərhələsində  şirkəti  dəstəkləmək 

üçün ən effektiv vençur proqlamları aşağıdakılardır: 

- dövlətin birbaşa investisiyası; 

-  inkişafın  başlanğıc  mərhələsində  kiçik  və  orta  müəssisələrdə  investora 

təqdim edilən güzəştlər; 

- həmin şirkətlərə vəsait qoyan vençur fondlarının səhmdar kapitalının təmin 

edilməsi; 

- ilkin mərhələdə fondların bəzi xərclərinə (ekspertiza məsrəfləri, yaxud cari 

 xərclər) dəstək göstərməkdir ki, bu portfel investisiyadan gəliri artırmağa kömək 

edər. 

Vençur  investisiyası  mexanizmlərindən  istifadə  etməklə  bu  və  ya  digər 



formada  əlaqəsi  olan  innovasiyanın  müasir  infrastrukturunun  əsas  funksional 

həlqələrini üç qrupa ayırmaq olar: 

- vençur fonduna, yaxud kiçik müəssisəyə birbaşa kapitalın təqdim edilməsi; 



17 

 

-  vençur  fondlarını,  yaxud  kiçik  müəssisələri  investisiyalaşdırmaq  üçün 



maliyyə güzəştləri; 

- vençur fonduna vəsait qoymaq istəyən investorları müəyyənləşdirən qayda. 

Dövlət  birbaşa  investisiyası.  Dövlət  orqanları  tərəfindən  səhmdar  kapitala 

birbaşa  investisiya  qoymaq  iqtisadiyyata  vençur  kapitalının  «iynələnməsinin» 

mühüm üsuludur. 

Dövlət  istiqrazları.  Dövlət  vençur  şirkətlərini  və  kiçik  texnoloji  müəssisələri 

uzunmüddətli  maliyyələşdirmə  təqdim  edən  proqramlar  yarada  bilər.  Bu 

proqramlar çox vaxt kiçik şirkətlər üçün yeganə maliyyələşdirmə mənbəyi sayılır. 

Maliyyə  güzəştləri.  Birjada  qeydiyyatda  olmayan  ilkin,  sürətlə  inkişaf  edən 

yeni,  yaxud  kiçik  firmalara  vəsait  yönəltməkdən  ötrü  maliyyə  güzəştləri  təklif 

edilir. Maliyyə güzəştləri formlarından biri investorlara, vençur fondlarına, fondun 

menecerinə  təqdim  edilən  vergi  güzəştidir.  Maliyyə  güzəştləri  təminat  sxemi 

formasında ola bilər, hansıki borc, yaxud birbaşa maliyyələşdirməni artırır. 

Vergi güzəştləri xərclərin azaldılması vasitəsilə investisiya resurslarının daxil 

olmasına  səbəb olur.  Bu  fəaliyyətlə bağlı  təminat sxemi  risklər  azaltmaq  yolu ilə 

investisiyalaşdırmaya resursların axınına kömək edir. 

Bir çox dövlətlər müəyyən tip investisiyalaşdırmanı stimullaşdıran vəsait kimi 

vençur investorların vergi güzəştləri təqdim edirlər. 

Təminatlı  istiqrazlar.  qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatının  əksəriyyət 

ölkələri kiçik firmalara təqdim edilən bu və ya digər formada təminatlı istiqrazlar 

təklif  edirlər.  Belə  proqram  üzrə  dövlət  maliyyə  institutlarının  təqdim  etdikləri 

istiqrazların müəyyən hissəsinə zəmanət verir. Belə proqramların məqsədi maliyyə 

institutlarını,  xüsusilə  kommersiya  banklarını  stimullaşdırmaqdır.  Təminatlı 

istiqrazlar  proqramından  gözlənilən  itginin  kompensasiyası  üçün  dövlət  2  faiz 

həcmində mükafat ödəyir. 

Dünyanın  bəzi  ölkələrində  səhmdar  kapitalına  təminat  proqramı  mövcuddur, 

hansıki məqsədi riskli investisiyaya qarşı investorlarda güclü inamı yaratmaqdır. 

nvestorlar qrupunun müəyyənləşdirilməsi. Dövlət kiçik və orta müəssisələrə 

vençur  kapitalı  təqdim  etmək,  yaxud  birbaşa  investisiya  qoymaq  hüququ  olan 



18 

 

investorlar  qrupunu  müəyyənləşdirə  bilər.  Bəzi  dövlətlər  sığorta  şirkətlərinə  və 



pensiya  fondlarına  vençur  kapitlına  vəsait  qoymağa  icazə  vermir.  Hətta  əgər 

birbaşa  qaydada  yoxdursa,  onda  bu  investisiya  mükafatlandırılmır.  Qadağa 

qoymaq  məntiqi  ondan  ibarətdir  ki,  müəyyən  tip  investorlar  üçün  vençur 

investisiyalaşdırması böyük risk sayılır. 

Hazırda  bir  çox  ölkələr  vençur,  yaxud  birbaşa  investisiyalaşdırma  hüququ 

olan  investorlar  barədə  əsasnamə  hazırlayır  və  məhdudiyyətlərin  yümşaldılması 

imkanlarına  baxırlar.  ABŞ-da  pensiya  fondlarına  vençur  investisiyalaşdırması 

aparmağa  icazə  verilmir  və  yeni  iri  maliyyələşdirmə  mənbəyi  yaranmışdır. 

taliyada  və  Finlandiyada  vençur  kapitalına  vəsait  qoyan  banklar  və  pensiya 

fondları  mükafatlandırılır.  Yaponiyada,  həmçinin  vençur  investisiyalaşdırmasında 

pensiya  fondlarının  iştirakını  məhdudlaşdıran  qaydada  dəyişikliklərin  edilməsi 

imkanları  müəyyənləşdirilir,  yeni  işə  başlayan,  sürətlə  inkişaf  edən  və  hətta 

oturmuş  şirkətlərdə  vençur  investisiyalaşdırmasını  genişləndirməyə  dair  dövlət 

proqramı hazırlanır. 

 

1.3.  nnovasiya iqtisadiyyatının və vençur biznesinin

 

 inkişafının qarşılıqlı əlaqəsi

 

 

nnovasiya  fəaliyyətinin  və  vençur  biznesinin  inkişaf  prosesləri  arasında  sıx 



qarşılıqlı əlaqə vardır. Daha doğrusu, bir tərəfdən innovasiya fəaliyyəti nəticəsində 

vençur biznesinin inkişafı üçün şərait yaranır, digər tərəfdən vençur biznesi inkişaf 

etdikcə innovasiya fəaliyyətinə daha çox stimullaşdırıcı təsir göstərir. 

nnovasiya  fəaliyyətinin  xüsusiyyəti  onun  son  nəticəsinin  qeyri-

müəyyənliyinin yüksək dərəcəsidir ki, bu da yüksək texnoloji məhsulun işlənilməsi 

və  yaradılmasına  maliyyə  vəsaitinin  qoyuluşundakı  yüksək  risklə  şərtlənir.  Daha 

doğrusu, innovasiya layihəsinin uğursuz reallaşdırılması ilə əlaqədar maliyyə riski 

çox yüksək ola bilər. 

Elmi-texniki  potensial  genişləndikcə  innovasiya  layihələrinin  uğurla  yerinə 

yetirilməsi  üçün  daha  böyük  zəmin  yaranır:  lazımi  bilik  və  təcrübəsi  olan  və 

kommersiya  uğuru  təmin  etməyi  bacaran  mütəxəssislər  əmələ  gəlir,  həmçinin 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə