Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Vençur maliyyələşdirilməsi – elmtutumlu məhsulun işlənilməsi və istehsalına 



yönəldilən yeni yaradılmış kiçik yüksək texnoloji müəssisənin səhmdar kapitalına 

mənfəətin alınması üçün uzunmüddətli riskli investisiya qoyuluşudur. 

Vençur  kapitalı  –  birbaşa  xüsusi  investisiyanın  həyata  keçirilməsi  üçün 

istifadə  olunan  riskli  kapitaldır,  hansıki  adətən  xarici  investor  tərəfindən 

elmtutumlu  yüksəktexnoloji  istehsal  sferasında  işləyən  yeni,  sürətlə  inkişaf  edən 

firmanın maliyyələşdirilməsi üçün təqdim edilir. 

Vençur  investisyası  firmanın  nizamnamə  kapitalında  müəyyən  pay  almaq 

üçün  alətdir,  o  orta  səviyyədən  yüksək  gəlirə  malikdir,  qeyri-müəyyənlik 

şə

raitində, risk yaratmaqla həyata keçirilir. 



Vençur biznesin subyektlərinə aşağıdakılar aiddir: 

- vençur fəaliyyətinin öz subyektləri; 

-  vençur  fəaliyyətində  iştirak  etməyən,  ancaq  vençur  fəaliyyətinin  maliyyə 

münasibətlərinin subyektləri olmayan subyektlər. 

Vençur biznesinin əsas subyektləri aşağıdakılardır: 

- vençur firmaları; 

- fərdi investorlar; 

- maliyyə vasitəçiləri. 

Vençur  firması  –  riskli  firmadır,  hansıki  fəaliyyət  məhsulları  elmi-texniki 

sferada  innovasiya  riski  yeni  növ  elmtutumlu  yüksəktexnoloji  məhsul,  yaxud 

xidmət ilə əlaqədardır; adətən məhsulun başlanğıc mərhələsinə xidmət edir, elmi, 

yaxud  texnoloji ideyaların seçilməsi və işlənilməsi ilə məşğul olur. 

Vençur firmaları iki tipə bölünür: 

-  vençur  layihəsinin  təşəbbüskarları  (alimlər,  konstruktorlar,  ixtiraçılar) 

tərəfindən təsis edilmiş firmalar; 

- iri sənaye şirkətinin təsis etdiyi firmalar. 

Birinci tip vençur firmaları iki növ olur: 

- xüsusi maliyyə və istehsal bazası əsasında təşkil edilmiş müstəqil firma; 

-  firmadaxili  vençur  biznesinin  çərçivəsində  fəaliyyət  göstərən  firma.  Belə 

firmalar ana şirkətin əməkdaşları tərəfindən təsis edilir, hansıki maliyyə və istehsal 




 

dəstəyi göstərir. Layihənin uğurla yerinə yetirdiyi zaman onlar ana şirkətin struktur 



bölməsinə  çevrilə  bilər.  Uğursuzluq  baş  verdiyi  halda  ana  şirkət  həmin  firmalara 

dəstək göstərməkdən imtina edir. 

kinci tip vençur firmaları da iki növ ola bilər: 

-  Şirkətin  struktur  bölməsi  hüququnda  fəaliyyət  göstərən  firmalar.  Onların 

maliyyə  müstəqilliyi  yoxdur,  tamamilə  ana  şirkətin  maliyyə,  istehsal  və  elmi-

texniki siyasətindən asılıdır; 

-  müstəqil  maliyyə,  istehsal  və  elmi-texniki  siyasət  həyata  keçirən  sərbəst 

firma  şəklində  iri  şirkət  tərəfindən  təsis  edilən  firmalar.  Onlar  həm  ana  şirkətin 

yeni ideyalarını, həm də kənardan alınmış ideyanı işləyirlər. 

Hər  iki  növ  vençur  firmaları  firmadaxili  vençur  biznesinin  çərivəsində 

fəaliyyət göstərirlər, hansıki ixtisaslaşmış kooperativ bölmələri, xüsusi büdcəsi var 

və firmadaxili riskli maliyyələşdirmə ilə məşğul olur. 

Vençur  firmasının  fəaliyyətində  aktiv  rol  oynayan  vençur  biznesinin 

iştirakçılarına aiddir; 

- firmanın banisi, əsasını qoyan; 

- vasitəçi; 

- hüquqşünas, mühasib, iqtisadçı; 

-  əməkdaşlar-icraçılar,  təhlükəsizlik  xidmətinin  işçiləri,  reklam  agentliyi, 

konsultantlar və s. 

Fərdi  investorlar  –  vençur  layihələrinə  maliyyə  vəsaiti  qoyan  hüquqi,  yaxud 

fiziki şəxslər. Vençur investoru həm milli, həm də xarici ola bilər. 

Mühüm institusional investorlara banklar, pensiya fondları və sığorta şirkətləri 

aiddir. 

Vençur maliyyələşlirməsində investisiya və kommersiya bankları iştirak edir-

lər. Bu zaman əsas rolu investisiya bankı oynayır. Kommersiya bankları investisiya 

bankları ilə müqayisədə fəaliyyətlərində dövlət tərəfindən daha kəskin reqlamentə 

məruz  qalır.  Onların  risklə  kapitalın  qoyulduğu  əsas  obyektlər  kiçik  biznesin 

investisiya şirkətləri sayılır. Bundan başqa kommersiya bankları çox vaxt maliyyə-

kredit sisteminin digər təşkilatları ilə birgə müstəqil vençur fondları yaradırlar. 



 

Banklar  vençur  maliyyələşdirməsində  iştirak  edərək  aşağıdakı  əməliyyatları 



həyata keçirir: vençur fondlarını formalaşdırmaq üçün maliyyə vasitəçilərinə hesab 

açır;  vençur  fondlarının  formalaşması  prosesinə  xidmət  edir;  vençurla  əməliyyat 

aparmaq üçün maliyyə vasitəçilərinə kömək edir; firmanın səhmlərinin öz şəbəkəsi 

vasitəsilə satışını təşkil edir. 

Pensiya  fondları  heyətin  saxlanılmsı  və  digər  xərclərin  həyata  keçirilməsi 

üçün  mənfəətin  alınması  məqsədilə  vençur  fəaliyyətində  iştirak  etməyə 

maraqlıdırlar. 

Sığorta  şirkətləri  vençur  fəaliyyətində  maraq  göstərir  və  bank  və  pensiya 

fondları ilə analoq üzrə iştirak edirlər. 

Qeyri-institutsional investorlar arasında iri sənaye şirkətləri daha əhəmiyyətli 

rol  oynayır,  hansıki  pul  vəsaitinin  sahibi  kimi  deyil,  suda  əməliyyatları  üzrə  faiz 

alınmasında  maraqlı  kimi,  həm  də  yeni  texnoloji  qərarların  sifarişçisi,  onların 

işlənilməsi  və  tətbiqi  üzrə  xərclərin  bir  hissəsini  ödəyən  kimi  çıxış  edir.  Onların 

vençur fəaliyyətində iştirak etmələrində vəzifəsi ondan ibarətdir ki, gələcək inkişaf 

üçün yeni ideyaların və yeni texnologiyaların mülkiyyətçisi olsun; daha keyfiyyətli 

və  ucuz  yeni  məhsullar  yaratsın;  istehsalı  şaxələndirsin,  istehsalın  həcmini  və 

kommersiya reallaşdırmasını artırsın, rəqabət mübarizəsində mövqeyini möhkəm-

ləndirmək məqsədilə istehlak tələbinin dəyişilməsinə operativ reaksiya versin. 

Vençur  maliyyələşdirməsində  investor  kimi  dövlət  çıxış  edə  bilər.  Belə  ki, 

özünün  nümayəndələri  maliyyə  orqanlarında  xüsusi  şöbə,  dövlət  müəssisəsi, 

təşkilati, maliyyə və digər fondlar vasitəsilə. 

Vençur  biznesinin  inkişafının  müxtəlif  mərhələlərində  xüsusi  investorlar 

vençur  maliyyələşdirməsində  iştirak  edirlər.  Belə  ki,  ilkin  kapitalın  formalaşması 

mərhələsində layihənin təşkilatçısına qohumlar, dostlar, tanışlar borc pul verməklə 

maliyyə dəstəyi göstərə bilərlər.  stehsalın sürətlə artdığı mərhələdə xüsusi investor 

qismində  zəngin  (varlı)  adamlar  çıxış  edirlər,  hansıki  heç  bir  maliyyə 

təşkilatlarında çalışmırlar, yəni biznes-anqel adlanırlar. 

Vençur biznesində xüsusi investorların iştirakının həm üstün, həm də nöqsan 

cəhətləri  vardır.  Üstünlükləri;  onların  kreditləri  çox  ucuzdur,  belə  ki,  peşəkar 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə