Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

42 

 

inkişafı  üçün  elmi  potensialdan  istifadə  olunması;  elmi  təşkilatların  bazasında 



fəaliyyət göstərən şirkətlərin inkişafı üçün şəraitin yaradılması; biznesin təşkilinin 

yeni  formatına  keyfiyyət  menecment  sistemi  daxil  edilməklə,  standartlaşma  üzrə 

Beynəlxalq təşkilatın standartlarına ( SO) keçmiş şirkətlərin sayının artırılması. 

3.

 Yüksək  texnoloji  sferaya  xarici  investisiyanın  cəlb  edilməsi.  Məqsəd  – 



rəqabət  üstünlüklərindən,  xüsusilə  yüksək  elmi  potensialdan,  ucuz  işçi 

qüvvəsindən,  əlverişli  coğrafi  vəziyyətdən  istifadə  hesabına  xarici  investisiyanı 

cəlb etməkdən ibarətdir. 

Yüksək  texnoloji  sferaya  xarici  investisiyanın  cəlb  edilməsi  vəzifəsinin 

reallaşdırılmasından alınacaq əsas nəticələrə aiddir: beynəlxalq elm mərkəzlərinin 

fəaliyyəti  ilə  əlaqədar  texnoloji  sektorlarda    kommersiya  sazişlərinin  müxtəlif  

formalarının  artırılması;  dünyanın  qabaqcıl  innovasiya  şirkətlərinin  və  onların 

texnologiyalarının  cəlb  edilməsi;  dünyanın  elm  və  texnoloji  bazarlarında 

Azərbaycanın populyarlaşması. 

4.

 Effektiv innovasiya infrastrukturlarının yaradılması. Məqsəd – innovasiya 



fəaliyyətinin  sürətli  inkişafına  kömək  edən  effektiv  infrastrukturlar  yaratmaqdır. 

Hət  şeydən öncə,  kompleks infrastrukturun  əsasını formalaşdırmaq  və öz inkişafı 

üçün  şərait  yaratmaq  lazımdır.  nfrastruktur  xidmətlərinin  tipinə  görə  aşağıdakı 

qarşılıqlı əlaqəli sistemlər  vardır: 

-

  informasiya  təminatı sistemi; 



-

  proqram və layihələrin ekspertiza sistemi; 

-

  maliyyə-iqtisadi təminat sistemi; 



-

  istehsal-texnoloji dəstək sistemi; 

-

  sertifikatlaşdırma sistemi; 



-

  elmtutumlu məhsul bazarına irəliləmə sistemi; 

-

  innovasiya  fəaliyyətinin  inkişafının  koordinasiyası  və  tənzimlənməsi 



sistemi. 

Bu  zaman  formalaşmış  infrastruktur  sistemləri  xidmətləri  təqdim  edildikdə 

öz hərəkətini koordinasiya etməli, yəni vahid mexanizm kimi işlənilməlidir. 



43 

 

nnovasiya  infrastrukturunun  elementləri,  hansıki  bazasında  infrastruktur 



sistemləri inkişaf etdirilməlidir, olmalıdır: dövlət elm mərkəzləri, sahə institutları, 

ali  məktəblər,  texnoparklar.  Elmi-texniki  məhsulun  istehsalına  və  onun  bazarda 

irəliləməsinə  bilavasitə  cavab  verən  sistemin  elementləri  injinirinq  firmaları 

olmalıdır.  Elmi-texniki  və  innovasiya  fəaliyyətinin  infrastruktur  təminatına  yeni 

yanaşmanın reallaşması tədqiqat və işləmələr ilə məşğul olan təşkilatlara uğurlu iş 

üçün  zəruri  çoxlu  komponentlərin  olmamasını  kompensasiya  etməyə  və  öz 

işləmələrini kommersiyalaşdırmağa imkan verir. 

Bu  vəzifənin  reallaşmasından  alınacaq  əsas  nəticələrə  aiddir:  innovasiya 

fəaliyyəti  subyektlərinin  müxtəlif  məqsədli  qruplarının  tələbatına  uyğun  dəstək 

göstərməyə  qadir  peşəkarların  olması;  real  xidmət  paketi,  hansıki  innovasiya 

fəaliyyəti subyektlərinin müxtəlif məqsədli qruplarının inkişafını təmin edir. 

5.

 Cəmiyyətdə innovasiya mədəniyyətin səviyyəsinin yüksəldilməsi. Məqsəd 



– konsepsiyanın məqsədinin reallaşdırılması üçün kadr potensialından maksimum 

səmərəli  istifadə  edilməsi  hesabına  innovasiya  mədəniyyətinin  səviyyəsini 

yüksəltməkdir.  Yeni  ideyanı  generasiya  etmək  qabiliyyəti  və  onların    təcəssümü 

haqqında  obyektiv  qərar  qəbulu  qarşıya  qoyulan  vəzifənin  peşəkarcasına  yerinə 

yetirilməsi  konsepsiyasının  müxtəlif  məqsədlərinin  praktiki  reallaşdırılması 

uğurunun vacib amilləridir. 

Bu vəzifənin reallaşmasından alınacaq əsas nəticələrə aiddir: konsepsiyanın 

reallaşdırılmasına  cəlb  edilmiş  müxtəlif  məqsədli  qruplar  arasında  qarşılıqlı 

fəaliyyətin  effektivliyinin  yüksəldilməsi;  şirkətlərdə  və  konsaltinq  təşkilatlarında 

kadrların ixtisasının beynəlxalq standartlar səviyyəsinə qədər artırılması. 

Konsepsiyanın  reallaşdırılması  hakimiyyət,  sahibkar  və  təşkilatların 

koordinasiyalı  fəaliyyətindən  daha  çox  asılıdır,  yəni  innovasiyalı  inkişaf 

mexanizminin effektiv fəaliyyəti üç təşkiledicilərlə təmin edilir: 

-

  normativ-hüquqi baza; 



-

  iqtisadi baza; 

-

  təşkilati struktur. 




44 

 

Beləliklə,  innovasiyalı  inkişafın  prinsipləri,  məqsəd  və  vəzifələrinin 



müəyyənləşdirilməsi  kompleks  mexanizmin  hazırlanmasını  zəruri  edir,  hansıki 

iqtisadiyyatın  innovasiyalı  inkişafına  təsir  edən  normativ-hüquqi  və  təşkilati-

iqtisadi amillər mütləq nəzərə alınmalıdır. 

 

2.3. Sənaye-innovasiya klasterlərinin formalaşması və inkişafı

 

 

Klaster  termini  ilk  dəfə  XIX  əsrdə  ingiltərə  iqtisadçısı  Alfred  Marşalın 



ə

sərlərində işlədilmişdir. O, klaster terminini «lokalaşdırılmış sənaye» və «sənaye 

rayonu»  adlandırmışdı.  O,  hesab  edirdi  ki,  eyni  ərazidə  yerləşən  kiçik  və  orta 

sahibkarlıq  subyektləri  iri  şirkətlərlə  rəqabətə  girmək  qabiliyyətinə  malikdirlər. 

qtisadiyyatda belə nəticə «sinergetik effekt» adlanır. 

A.Marşal «sənaye rayonu» yaratmaq üçün aşağıdakı amilləri əsas sayırdı: 

1.  xtisaslı işçi qüvvəsinin ümumi bazası; 

2. Rayon daxilində firmalar arasında ticarət; 

3. Firmalar arasında əmək bölgüsü. 

Nəticə  çıxarmaq  olar  ki,  A.Marşala  görə  klaster  –  müəsssələrin  sahə,  yaxud 

coğrafi  təmərküzləşməsidir,  hansıki  xammal,  avadanlıq  göndərənlərlə  qarşılıqlı 

fəaliyyət  və  ayrı-ayrı  firma  daxilində  darixtisaslaşmış  işçilərin  yaradılması 

hesabına resurslara qənaət etməyə imkan verir. 

Harvard alimi Maykl Porter sənaye rayonunu şərh edərkən «klaster» terminini 

işlətmişdir.  Məhz  o,  müasir  klaster  nəzəriyyəsinin  banisi  hesab  edilir.  M.Porter 

sadəcə  yeni  termin  təklif  etməmişdi,  həm  də  dövlətin  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi üzrə dövlət siyasətinin yeni  obyektini göstərmişdi. 

Xarici  ölkələrin  innovasiya  siyasətinin  ümumi  meyillərinə  onun  formalaşma-

sına  klaster  yanaşması  aiddir.  Klaster  nəzəriyyəsinin  banisi  amerika  iqtisadçısı 

M.Porter  özünün  “Rəqabət”  əsərində  ilk  dəfə  klasterə  tərif  vermişdir.  Klaster  – 

coğrafi  əlamətlərinə  görə  təmərgüzləşmiş  qarşılıqlı  əlaqəli  şirkətlər  qrupu, 

ixtisaslaşmış  malgöndərənlər,  müvafiq  sahələrdə  firmalar,  həmçinin  onların 

fəaliyyəti ilə əlaqədar müəyyən sahələrdə rəqabətdə olan və eyni zamanda birgə iş 

görən təşkilatlardır [12, s.485]. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə