Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Vençur  kapitalı  milli  iqtisadiyyatın  innovasiyalı  inkişafının  və  struktur 



təzələnməsinin  başlıca  amili  kimi  çıxış  edir,  innovasiya  fəaliyyətinin 

investisiyalaşdırılması  mexanizminin  yeni  tipini  yaradır  və  şirkətin  rəqabət 

qabiliyyətini yüksəldir. 

Maliyyə  böhranı  şəraitində  milli  iqtisadiyyatının  neftdən  asılılığının  tədricən 

aradan  qaldırılması,  iqtisadiyyatın  şaxələnməsi  və  real  sektorun  dinamik  inkişafı 

problemlərinin  həlli  vençur  maliyyələşdirməsinin  tətbiqinin  genişləndirilməsini 

zəruri edir. 

Beləliklə,  vençur  biznesinin  inkişafı,  kiçik  və  orta  sahibkarlığın,  yeni  və 

yüksəktexnoloji  sahələrin,  iqtisadiyyatın  real  sektorunun  maliyyələşdirilməsində 

vençur kapitalından istifadə ilə bağlı problemlər olduqca aktualdır və onların elmi 

tədqiqinə böyük ehtiyac vardır. 

Dissertasiya  işinin  məqsədi  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  vençur 

biznesinin  təşəkkülü  və  inkişafının  nəzəri-metodoloji  əsaslarını  və  vençur 

biznesinin  iqtisadiyyatın  innovasiyalı  inkişafına  təsirini  öyrənərək  müvafiq 

ümumiləşdirmələr  etmək,  iqtisadiyyatın  real  sektorunun,  xüsusilə  kiçik  və  orta 

sahibkarlıq  subyektlərinin  maliyyələşdirilməsində  vençur  kapitalından  istifadənin 

genişləndirilməsinə  dair  elmi  cəhətdən  əsaslandırılmış  təklif  və  tövsiyələr  işləyib 

hazırlamaqdan ibarətdir. 

Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  predmetini  vençur  biznesinin 

iqtisadiyyatın innovasiyalı inkişafına təsiri məsələlərinin elmi tədqiqi, obyektini isə 

innovasiya sahibkarlığının kiçik və orta müəssisələri təşkil edir. 

Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  sahibkarlıq  fəaliyyəti,  investisiya  fəaliyyəti,  kiçik  və  orta 

sahibkarlığa  dövlət  köməyi  haqqında  qanunlar,  ölkə  prezidentinin  fərmanları, 

Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə klassiklərin və aparıcı iqtisadçı 

alimlərin əsərləri təşkil edir. 

Tədqiqatın prosesində sistemli və müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, 

statistik qruplaşdırma, iqtisadi-riyazi və s. metodlardan istifadə edilmişdir. 




 

Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika 

Komitəsinin,  qtisadiyyat  və  Sənaye,  Maliyyə,  Vergilər,  Kənd  Təsərrüfatı 

Nazirliklərinin, Sahibkarlığa Kömək Milli Fondunun məlumatlar, həmçinin qlobal 

internet şəbəkəsinin informasiya resursları təşkil edir. 

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

- Vençur biznesinin mahiyyəti və iqtisadi əhəmiyyəti açıqlanmışdır; 

-  Vençur  maliyyələşdirməsinin  xüsusiyyətləri  müəyyənləşdirilmiş,  kiçik  və 

orta  sahibkarlıq  subyektlərinin  investisiyalaşdırılmasında  vençur  kapitalından 

istifadənin zəruriliyi əsaslandırılmışdır; 

- Vençur biznesinin və innovasiya fəaliyyətinin inkişaf prosesləri arasında sıx 

qarşılıqlı əlaqənin olması konkret faktlarla aşkara çıxarılmışdır; 

-  elmtutumlu  və  yüksəktexnoloji  sahələrin  maliyyələşdirilməsində  vençur 

kapitalından 

istifadənin 

mövcud 

vəziyyəti 



kömpleks 

təhlil 


edilərək 

qiymətləndirilmişdir; 

-  innovasiya  fəaliyyətinin  və  iqtisadiyyatın  real  sektorunun  vençur 

maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsinə dair təkliflər verilmişdir. 



Tədqiqatın  praktiki  əhəmiyyəti  ondan  ibarətdir  ki,  əldə  edilmiş  əsas 

nəticələrdən  və  irəli  sürülmüş  təklif  və  tövsiyələrdən  milli  iqtisadiyyatın 

innovasiyalı  inkişaf  tipinə  keçməsi  və  real  sektorun  davamlı  dinamik  inkişafının 

təmin  edilməsində  vençur  kapitalından  istifadənin  genişləndirilməsi  haqqında 

proqramların və innovasiya layihələrinin hazırlanmasında istifadə edilə bilər.  

 



 

FƏS L I. VENÇUR B ZNES N N TƏŞƏKKÜLÜ VƏ  NK ŞAFININ 



NƏZƏR -METODOLOJ  ƏSASLARI

 

1.1. Vençur biznesinin əsas anlayışları və subyektləri

 

 

Dünyanın  əksər  ölkələrində  kreditlərin  bank  dərəcəsinin  həcmi  azalır, 



maliyyə-bank sferasında spekulyativ mənfəət isə aztəminatlı və gəlirli olur və ona 

görə də  çoxlu maliyyə institutları və kapital sahibləri iqtisadiyyatın real sektoruna 

birbaşa investisiya qoymağa üstünlük vermək məcburiyyətində qalırlar. 

XX  əsrin  ortalarına  qədər  biznesin  bütün  növləri  arasında  daha  yüksək 

mənfəət gətirən neft, silah və narkotiv ticarəti sayılırdı, hansıki kriminal qruplarla 

bağlı  qeyri-leqal  və  anti-humanist  xarakter  daşıyır.  Keçən  əsrin  ikinci  yarısından 

etibarən daha mütərəqqi maliyyələşdirmə mənbəyi kimi vençur kapitalında istifadə 

geniş  vüsət  almışdır.  Bu  vençur  biznesi  adlanır,  hansıki  yüksək  texnologiyaya 

ə

saslanan elmtutumlu məhsullar və xidmətlər istehsal edən kiçik və orta firmalara 



birbaşa investisiya ayırmaqdan ibarətdir. 

Vençur  biznesinin  mahiyyəti  yeni,  heç  kimə  məlum  olmayan  yüksək  riskli 

innovasiya  layihələrinə,  kiçik  və  orta  sahibkarlıq  subyektlərinə  sərmayə 

yatırmaqdan ibarətdir. Bu zaman yeni firmanın maliyyələşdirilməsinə vəsait dövlət 

büdcəsindən deyil, fərdi vençur kapitalisti tərəfindən ayrılır. 

Vençur maliyyələşdirməsinin başlıca məqsədi bir sahibkarın maliyyə kapitalı 

və digər sahibkarın intellektual imkanları iqtisadiyyatın real sektorunda birləşərək 

yeni firmaya və digər sahibkara mənfəət gətirməkdən ibarətdir. 

Qeyd  etmək  lazımdır  ki,  bu  günə  kimi  «vençur  biznesi»  termini  haqqında 

yekdil  fikir  yoxdur.  Biznesin  bu  növünə  aid  ən  ümumi    terminləri  nəzərdən 

keçirək. 

Vençur  biznesi  –  əsasən  elmtutumlu  yüksəktexnoloji  istehsal  sahələrinə 

vençur maliyyələşdirilməsi prinsiplərində həyata keçirilən riskli biznesdir, hansıki 

iki  sahibkar:  biri  kapitalı,  digəri  isə  ideyası  və  enerjisi  ilə  müəyyən  elmi-texniki 

tərəqqinin  reallaşdırılması  və  mənfəətin  alınması  üçün  qarşılıqlı  şəkildə  fəaliyyət 

göstərirlər.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə