Microsoft Word Terrorizml? mubariz doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix14.04.2018
ölçüsü0,65 Mb.
#38453
1   2   3   4   5   6   7   8   9   ...   27

 17

 

Kitab müəllifin «Düşmənin iç üzü. XIX əsrin sonları 

və XX əsrin əvvəllərində Zaqafqaziyada erməni millətçiliyinin 

tarixi» monoqrafiyasının qanunauyğun davamı olub 1947-

1953-cü illərdə azərbaycanlı  əhalinin Ermənistandan kütləvi 

deportasiyası, köçürülməsi məsələlərindən bəhs edir. Minlərlə 

azərbaycanlının  əsl faciəsinə çevrilmiş bu deportasiya müəllif 

tərəfindən tarixi hadisələr kontekstində  təsvir edilmiş,  əsərdə 

külli miqdarda arxiv materiallarından istifadə olunmuşdur. 

36.

 

Vəlizadə, R. Genosid... Ecocid: Araşdırmalar, 

Faktlar, Sənədlər...: beynəlxalq terrorizm silsiləsindən: erməni 

terrorizmi /R.N.Vəlizadə; Elmi red. X.Vəliyev; Red. 

M.Quluzadə, H. Məmmədova, C.Bəhramov.- B.: Adiloğlu, 

2006. - 544,[30] s.: xəritə, foto. - (Beynəlxalq terrorizm:  

erməni terrorizmi).  



 

Bu kitab Azərbaycanın erməni terroruna məruz 

qalmasından və Ermənistanın təcavüzkar siyasəti nəticəsində 

işqal olunmuş Qarabağ bölgəsinə həsr olunub. Kitabda on altı 

ildə əldə olunmuş materialların, fakt və sənədlərin ən lazımlısı 

və  gərəklisi verilib. Kitabda toplanmış faktlar, sənədlər və 

tədqiqat materialları beynəlxalq terrorizmin bir qolu olan 

erməni terrorizminin və onun tərəfdarlarının  əsl simasını açıb 

göstərir. 

 

2007 

 

37.

 

Erməni terroru: [Albom] /Baş  məsləhətçi: 

E.Mahmudov; Məsləhətçilər: F.Vahabov, Ş.Sayılov; Tərt. 

E.Səmədov, E.Ağayev, A.Həsənoğlu; Red. qrupu: F.Sadıqov, 

İ.Quliyev, M.Cavadov, Ş.Rzayev; Buraxılış  məlumatla.-  B.: 

İndiqo,2007.-166, [2] s.: portr., fotoşək., xəritə. 

 

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov 

götürülmüş  vətəndaşlarla  əlaqədar Dövlət Komissiyası 

tərəfindən hazırlanmış bu nəşr erməni terrorizmi haqqında 




 18

həqiqətləri Dünya ictimaiyyətinə çatdırmaq üçün edilən 

növbəti bir cəhddir. 

38.

 

 Qiyasi,  C. Erməni mənəvi terroru.Adlar dəyişsə  də 

tarix qalır /C.Qiyasi, İ.Bozyel; Red. R.Məmmədli, 

D.Ramazanlı;  İgdir Azərbaycan Türk Kültürünü Tanıtma 

Dərnəyi. - B.: “Kitab Klubu” MMC, 2007.- 69 s. 



39.

 

Məmmədli, A. Gəlmələr: Ermənilərin gerçək tarixi  

/A.Məmmədli; Tərt.  İ.  Əhmədov; Elmi red. S.Hacıyev; 

Regionların  İnkişafı  İctimai Birliyi. - II nəşri. – B.: Çaşıoğlu, 

2008. - 444 s.   



 

Kitabda  əsasən erməni və digər xristian qaynaqları 

əsasında erməni etnosunun hibrid xalq kimi yaranma və 

formalaşma tarixi qələmə alınır. Böyük dövlətlərin siyasətində 

ermənilərin  əlaltı olmaq həvəsi, oynadığı  mənfi rol 

işıqlandırılır. Ermənilərin zaman-zaman türklərə qarşı yeritdiyi 

düşmənçilik siyasəti açıqlanır. Böyük dövlətlərin havadarlıq 

etdiyi ermənilərin XIX əsrin ikinci yarısından etibarən 

uydurma “Böyük Ermənistan” yaratmaq məqsədilə Osmanlı 

dövlətindən, sonra isə Türkiyə Respublikasından torpaq 

qopartmaq cəhdləri ifşa olunur. Eyni zamanda onların çar 

Rusiyasının ciddi səylərilə  Şimali Azərbaycanda, xüsusilə  də 

Qərbi Azərbaycanda məskunlaşdırılması prosesi izlənilir. 

Tarixi Azərbaycan torpaqlarını  və  Şərqi Anadolu əyalətlərini 

mənimsəmək məqsədilə erməni hərbi birləşmələrinin yerli 

türklərə qarşı soyqırımı siyasəti sübuta yetirilir. Ermənilərin öz 

çirkin  əməllərini açıq etiraf etmələri də tutarlı faktlarla 

göstərilir. Bütün bunlar və son zamanlar Azərbaycana qarşı 

yeridilən azğın təcavüzkarlıq siyasəti erməni alimlərinin öz 

əsərlərindən götürülmüş faktlar əsasında ifşa olunur. 



40.

 

Kərimov, K. Hiddət və nifrət: Karikatura /K.M. 

Kərimov ; Red. N.Cəfərov; rəssam K. M. Kərimov. – B. : CBS 

Polygraphic Production, 2008.- 320 s.: rəngli il. - Azərbaycan

türk, ingilis və rus dillərində.  




 19

 

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 

mübarizəyə  həsr olunur. Bəşəriyyətin başına gələn bəlaların 

müxtəlif formalarının olmasına baxmayaraq, terrorizm, 

separatizm və narkomaniya onların  ən dəhşətliləridir.  Əslində 

bu bəlalardan heç də geri qalmayan ermənizm bəlasıdır. Bu 

xəstəliyə düçar olan millətçilər «Böyük Ermənistan» dövlətini 

yaratmaq xülyasına dəfələrlə düşmüş, nəinki regionda, hətta 

dünyanın bir çox bölgələrində olduqca təhlükəli durum 

yaratmış  və yaratmağı davam etməkdədirlər. Bu təhlükənin 

qarşısı mütləq alınmalıdır. Bu işdə  hər kəs öz imkan və 

bacarığını  əsirgəməməlidir. Elə bunu nəzərə alaraq müəllif öz 

kitabını mübariz yollarının birinə  həsr edib, bu işdə  səmimi 

olaraq karikaturalarda hər şeyi olduğu kimi göstərməyə çalışıb. 



41.

 

Usubov, M. Terrorçuluğun kriminoloji xarakteristi-

kasının xüsusiyyətləri: Azərbaycan Respublikasının məhkəmə-

istintaq təcrübəsi  əsasında /Mütəllim Usubov; Elmi red. 

K.Səlimov; Rəyçi. F.Səməndərov.- B.: UniPrint, 2008.- 214 s. 

 

Monoqrafiya müasir dünyanın qlobal problem-



lərindən biri olan terrorçuluğun tədqiqinə  həsr edilmişdir. 

Müəllif terrorçuluğun kriminoloji tədqiqini vermiş, onun 

ənənəvi formalarını, terrorçuluğun ekstremist və separatçı 

növlərinin xüsusiyyətlərini müfəssəl təhlil etmişdir. 

 

2009 

 

42.

 

Haşimi, A. Bir neçə söz /Abdulla Əmir Haşimi.- 

Germany; Stockholm : [s.n.], 2009.-134 s. :1 portr. 



 

«Terrorçuluğa qarşı mübarizə Tehran və Yerevandakı 

hakimiyyətləri də əhatə etməlidir...» 

 

 



 

 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə