Microsoft Word Terrorizml? mubariz doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix14.04.2018
ölçüsü0,65 Mb.
#38453
1   2   3   4   5   6   7   8   9   ...   27

 14

 

Kitab terrorizmin, erməni separatizminin və 

ekstremizminin ifşa  edilməsinə  və onun qarşısının qətiyyətlə 

alınması uğrunda mübarizəyə həsr olunur. 



28.

 

Quliyev,  Ə. Türk oğlu... 17-ci... hücuma hazır ol!: 

Tarixi oçerk / Ə. M. Quliyev, A. Ə. Quliyev; Red. H. Əsgərov. 

– B. : Adiloğlu, 2006. - 474,[12] s.: foto, portr., xəritə. 

 

Kitab son 110 ildə  əvvəlcə erməni-osmanlı türkü, 

sonra isə erməni-azərbaycanlı türkü münasibətlərindən bəhs 

edir. Ermənilərin türklərə qarşı  təcavüzkarlıq və soyqırımı 

siyasəti konkret faktlarla göstərilir. Erməni millətçilərinin 

türklər haqqındakı böhtanları görkəmli mütəxəssislərə 

istinadən ifşa edilir. Antik yunan, orta əsr, müasir Avropa, 

Amerika, həmçinin bir sıra erməni  şərqşünaslarına  əsasən 

ermənilərin Qafqazda gəlmə xalq olması haqqındakı fikirlər 

toplanıb, konsepsiya halında verilir. Beləliklə, əsaslandırılır ki, 

Ermənistanın qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı 

torpaq iddiaları tamamilə böhtandır. 



29.

 

 Qurbanov,  Y.  İslam dini terrorun əleyhinədir  

/Y.Qurban; Məsləhətçi. Q. Süleymanov; Nəşrə haz.: M. 

Qəhrəmanov.- B.: Adiloğlu, 2006.-119, [1] s.- Biblioqr.: S.120.               

 

Kitabda  İslamın terroru yasaqladığı  və bütün qeyri-

insani  əməlləri, vəhşiliyi, amansızlığı, qəddarlığı haram 

buyurduğunu Quran ayələri işığında dəlillər ilə ortaya 

çıxarmışdır. 

30.

 

Məmmədov, İ. Siyasi tarix  -  XX əsr: Dərslik / İ. M. 

Məmmədov, Ç. İ. Məmmədov; Elmi red. B. M. Abdullayev. – 

B.: Çıraq, 2006. - 352 s.    

 

Dərslikdə XX əsrdə baş verən ümumdünya ictimai-

siyasi proseslər: XX əsrin  əvvəllərində dünyada cərəyan edən 

hadisələr, demokratik və milli-azadlıq hərəkatları, XX əsrin 

dünya müharibələri, sovet cəmiyyətinin bərqərar olması  və 

süqutu, faşizmin meydana gəlməsi və iflası, «soyuq müharibə» 

və onun sona yetməsi, müstəmləkə sisteminin dağılması, dünya 

sosializm sisteminin yaranması  və iflası, XX əsrdə iri iqtisadi 




 15

böhranlar, XX əsrin ikinci yarısında dünyanın inkişafında 

başlıca meyllər və onların nəticələri, zamanəmizin qlobal 

problemləri və s. kimi məsələlər  şərh olunmuşdur. Dərslikdə 

Azərbaycanın XX əsr tarixinə aid də müvafiq materiallar 

verilmişdir. 



31.

 

Məmmədova, H. Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: erməni terro-

rizminin güclənməsi: 1918-1920 /H.İ.Məmmədova; Elmi red. 

A.İsgəndərov; Azərbaycan Respublikası  Mədəniyyət və 

Turizm Nazirliyi. – B.: Nağıl evi, 2006. - 150,[2] s.: xəritələr, 

foto. 


 

Müəllif zəngin arxiv materiallarından istifadə edərək 

1918-1920-ci illərdə Yuxarı Qarabağda siyasi vəziyyət, 

Zəngəzurda erməni terroru haqqında  ətraflı  məlumat verir. 

Kitabda Ermənistanın Azərbaycana qarşı  ərazi iddiaları  təhlil 

edilir. Bu dövrdə Azərbaycan hökumətinin atdığı  qətiyyətli 

addımı, general-qubernatorluğun yaradılması  və  fəaliyyəti 

geniş işıqlandırılır. 



32.

 

Müşərrəf, P.      Atəş  xəttində: Xatirələr /P.Müşərrəf; 

İngilis dilindən tərcümə ed. N. Mədətli, L. Rzayeva; Red. G. 

Mehdiyeva.- B.: Təhsil, 2007.- 360 s.: [8] v. fotoşək.; portr., 

xəritə. 


 

1999-cu ildən Pakistanın Prezidenti olan Pərviz 

Müşərrəfin öz tərcümeyi-halını və xatirələrini qələmə aldığı bu 

kitab həm də Pakistanın dünyada cərəyan edən hadisə  və 

münaqişələrdəki rolundan, xüsusilə  də,terrorizmə qarşı 

mübarizədə aparıcı qüvvəyə çevrilməsindən bəhs edir.Bu kitab 

ilk dəfə Böyük Britaniyanın Simon and Shuster-LTD nəşriyyatı 

tərəfindən 2006-cı ildə nəşr edilmişdir. 



33.

 

Nəcəfov, B.  Düşmənin iç üzü: XIX-əsrin sonu XX-

əsrin  əvvəllərində Türkiyə  və  Cənubi Qafqazda erməni 

terrorizminin tarixi: Monoqrafiya: 3 hissədə /B.İ.Nəcəfov; Red. 

N. Seyidəliyev.- B.: Çaşıoğlu, 2007.- I hissə. - 440 s.  




 16

 

Kitabda XIX əsrin sonlarında «Daşnaksutyun» 

partiyasının fəaliyyətində özünün bitkin ifadəsini tapan erməni 

terrorçuluğunun insanlığa zidd mahiyyəti ifşa olunur. «Daş-

naksutyun», «Hinçak» və digər erməni terrorçu partiyaların 

fəaliyyəti, onların özgə torpaqların işğalına və qonşu xalqların 

sıxışdırılmasına yönəldilmiş ikiüzlü siyasəti işıqlandırılır. 

Erməni terrorçuluğunun inkişafında erməni teokratiyası  və 

Eçmiədzinin rolu, «Daşnaksutyun»un xarici əlaqələri, 

Türkiyədə  və  Cənubi Qafqazda gizli fəaliyyəti göstərilmişdir. 

Kitabın birinci hissəsində 1890-1917-ci illər öz ifadəsini tapır. 

34.

 

Nəcəfov, B. Düşmənin iç üzü: XIX-əsrin sonu XX-

əsrin  əvvəllərində Türkiyə  və  Cənubi Qafqazda erməni 

terrorizminin tarixi: Monoqrafiya: 3 hissədə /B.Nəcəfov; 

Red.N. Seyidəliyev, E. Məmmədova. – B.: Çaşıoğlu, 2006.- 

 II hissə. - 436 s. 

 

Monoqrafiyanın 2-ci hissəsində erməni terrorizminin 

insanlığa zidd mahiyyətinin xüsusilə bariz təzahür olunduğu 

1917-1924-cü illəri  əhatə edilir. Kitabda ermənilərin 1918-ci 

ilin martında Bakıda törədilmiş qanlı hadisələrdəki cinayətkar 

rolu, Zəngəzurda, Qarabağda və Azərbaycanın digər rayon-

larında etdikləri vəhşiliklər göstərilir. Daşnakların xaricdəki 

ağaları ilə beynəlxalq  əlaqələri, onların bolşeviklərlə 

əməkdaşlığı  və bunun sayəsində saxtakarlıq və zor gücünə 

ermənilərin öz ərazilərini əzəli Azərbaycan torpaqları hesabına 

genişləndirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin zora-

kılıqla devrilməsində onların iyrənc rolu, 1920-ci ildən sonra 

Azərbaycanın bolşevik rəhbərliyinin ermənipərəst kursu ifşa 

olunur. 


35.

 

Nəcəfov, B.  Düşmənin iç üzü: XIX-əsrin sonu XX-

əsrin  əvvəllərində Türkiyə  və  Cənubi Qafqazda erməni 

terrorizminin tarixi: Monoqrafiya: 3 hissədə.- /B.İ.Nəcəfov; 

Red. N.Seyidəliyev.-B.:Çaşıoğlu, 2006.- III hissə: Deportasiya. 

- 320 s. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə