Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

 

37 


İlkin dil (dil-mənbə) – 

ədəbi kommunikat tərcümə olunan 

dil, orijinalın dilidir. 

İlkin dildə tərcüməçinin oriyentirləşməsi - 

hər hansı  məna 

məzmunun, tərcümə dilində leksik deyimin və sintaktik nöqteyi-

nəzərdən təşkil olunması üçün zəruri olan informasiyanın çıxarılma 

prosesi. 

İlkin kommunikativ fəaliyyət – 

məlumatı göndərənin kom-

munikativ fəaliyyəti. 

İlkin kommunikativ situasiya – 

onun iştirakçıları, ilkin 

mətnin göndəricisi, mətni və başqa məlumatı alan tərcüməçi. 

Tərcüməçi mətnin alıcısı kimi iştirak edir. 



İlkin mətnin tərcümədə interpretasiyası – 

tərcüməçinin 

gözü ilə digər dilin daşıyıcısını və mədəniyyətini görməsi

İlkin mətndə tərcüməçinin oriyentir prosesi-sinxron tərcü-

mədə – 

bu, heç də natiq nitqinin sadəcə dinlənilməsi yox, həm də 

tərcümə  həllinin seçimi, yaxud axtarışı prosesində  məzmuna görə 

informasiyanın aradan çıxarılması və natiq deyiminin leksik-qram-

matik təşkil olunmasıdır. Daha uğurlu oriyentir üçün tərcüməçi 

natiqdən 1-3 saniyə və ya daha artıq zaman kəsiyində geri qalmaqla 

oriyentirləşmə obyekti kimi ilkin mətnin  əsas məna həlqələrini 

seçərək intonasiya-məna vahidləri, struktur-semantik bloklar, yaxud 

parçalarla konstruktiv prosesdəki addımlara uyğun olan və 

tərcüməçinin şüurunda gedənlər auditoriyaya çatdırılır. Oriyentirləş-

mə  tərcüməçinin keçmiş  təcrübəsinə, onun ünsiyyət situasiyasını 

bilməsinə, natiqin motiv və  məqsədləri haqqında qabaqcadan olan 

təsəvvürlərdir. Sinxron tərcüməçinin fəaliyyəti  şəraiti nəticəsində 

ilkin mətndə gedən oriyentir müəyyən qeyri-müəyyənlik kəsb edir. 



İlkin mətnin transformasiyası metodu – 

sinxron tərcümənin 

metodlarından biri olub, formal-işarə səviyyəsində ilkin mətnin ha-

zırlığında leksik, qrammatik transformasiya və nitq kompressiyası 

(sıxılması) yolu ilə həyata keçirilməni nəzərdə tutur. 

İlkin sənədlər – 

ilkin informasiyanı özündə saxlayan və onun 

tərcüməsi üçün nəzərdə tutulmuş bütün nəşr olunası materiallar. 

Belə sənədlər kimi kitablar, dövrü mətbuatda gedən məqalələr, da-

 

38

vam edən nəşrlər (sərəncamlar, texniki sənədlər və s.) və disserta-



siyalar ola bilər. 

İllokutiv akt – 

lokutiv akta məqsədyönlülüyün verilməsi, 

kommunikativ məqsədin ifadəsi. 

İmitativ əlaqə – 

metamətndə mətnarası invariantın olduğuna 

şəhadət verən  əlaqə; imitativ əlaqədə metamətn orijinalla 

müqayisədə öz semantik və üslubi uyğunluğunu – 1:1 səviyyəsində 

göstərir. 

İnformasiya bolluğunun maddi-qrafik səviyyəsi – 

qav-


rayışa daha asan olan mətnin aşağı səviyyəsi. O nəinki formal, həm 

də  mətnin məzmunu funksiyasını da yerinə yetirir. Mətn qrafik 

baxımdan həm yekcins (yalnız hərfi-söz işarələri ilə) ifadə oluna, 

həm də qrafik qeyri-yekcins (yəni burada söz və rəqəmli, diaqrafik 

və piktoqrafik işarələr) bir-biri ilə uyğunlaşa (birləşə) bilər. 

İnformasiya daşıyıcısı – 

hər hansı dil ümumiliyinin nüma-

yəndəsi. 

İnformasiyanın xüsusi mənbələri 

– elmi, texniki, xüsusi 

ədəbiyyat, xüsusi lüğətlər, xüsusi ensiklopediyalar, soraq kitabları 

informasiya mənbələri sayılır. 



İnformasiyanın digər məktəbləri – 

bu, mütəxəssisdən zəruri 

məlumatların alınması imkanı  və  əldə edilmiş  təcrübədən istifadə-

dir. İnsanın öz təcrübəsi isə nəinki onun praktik işi nəticəsində alın-

mışlardan ortaya çıxır, həm də  tərcüməçi elm və texnikanın yeni 

nailiyyətlərini, o cümlədən elmi-kütləvi jurnallardan aldığı  məlu-

matlar nəticəsində yaranıb, toplanır. 

İnformasiyanın işçi mənbələri 

– bu, elə tərcüməçinin infor-

masiya mənbələridir; bax: tərcüməçinin informasiyasının ümumi 

mənbələri, tərcüməçinin informasiyasının xüsusi mənbələri. 



İntensional metamətn – 

müəllif subyektinin (orijinala söykə-

nən qeyri-intensional metamətndən fərqli olaraq) orijinala münasi-

bətini ifadə edən metamətn. Qabaqcadan nəzərdə tutulmuş 

mətnarası əlaqə, müəllif proqramı fərdi, yaxud qrup halında (ədəbi 

ənənəyə münasibət) ola bilər. 




 

39 


İstehsalat dialekti – 

peşəkar dialekt növü olmaqla, isteh-

salatın bu sahəsində məşğul olan adamları birləşdirir. 

İşarə olunan 

– dil vahidinin daxili (semantik), yaxud 

məzmun tərəfinin real dünyanın fikir predmetində,  şüurda, 

predmetlərdə keyfiyyət və proseslərin inikası, əks olunması. 



İşarənin dərki mənası – 

bax: işarənin referensial mənası. 



İşarənin praqmatik mənası – 

konkret işarədən istifadə edən 

işarə və insan arasında münasibət. 

İşarənin-predmet məntiqi mənası 

– işarənin referensial mə-

nası. 

İşarənin referensial mənası – 

konkret işarə ilə bildirilən Əş-

ya ilə predmet arasında münasibət, əlaqə. 

İşçi dillər – 

bu, danışıqlarda, konfranslarda, konqreslərdə, 

simpoziumlarda və s. rəsmi ünsiyyət dilləridir. 

İzahedici tərcümə – 

1. Adətən adların transkripsiyası ilə mü-

şayiət olunan tərcümə (elmi jurnalların və s.). 2. Sözün özünün yeri-

nə onun izahını verən tərcümə. Tam yazılı  tərcümə qaydası  aşağı-

dakı mərhələlərdən ibarətdir: 1) orijinalla tanışlıq; 2) mətnin qarala-

mada tərcüməsi; 3) mətnin tam redaktəsi; 4) başlıq tərcüməsi. 



İzahedici tərcümə – 

tərcümə olunan söz, yaxud söz birləşmə-

sinin mənasının sərbəst şəkildə verilməsi (tərcüməsi). Müqayisə et: 

anlayışın məntiqi inkişafı. 



İzafi informasiya – 

uyğunsuzluqlar informasiyası nəzəriyyə-

sində tərcümə mətninin müqayisəli öyrənilməsində bölünən və tər-

cümə mətinində olan və ilkin mətndə olmayan məlumatlar. 



 

 



 

Janr norması 

– Janrın norması, yaxud konvensiyasında fərq-

lər bir dil, bir mədəniyyət çərçivəsindən kənara çıxdıqda daha aydın 

görünür. Hər şeydən əvvəl, bu fərqlər janrın öz nomenklaturası ilə 

bağlıdır. Hər hansı yazılı mədəniyyətdə (yazı, nağıl, məqalə) möv-

cud olan ümumi janrlarla yanaşı, elə janrlar da vardır ki, (məsələn, 

 

40

sovet, yuqoslav, hindu və s.) onlar bir neçə  mədəniyyətdə ya-



yılmışdır və, nəhayət, elə janrlar da vardır ki, onlar bir mədəniyyət 

üçün (məsələn, Yaponiyada «hayku» poetik janrı) spesifikdir. 

janrların konvensiyası tarixi variativliklə xarakterizə olunur (mə-

sələn, orta əsrlər elmi əsərlərinin (divan) şeir forması. 



Janr yerdəyişməsi – 

mətnin bir xüsusi ədəbi janr kimi konsti-

tutiv əlamətlərinin dəyişməsi zamanı gedən tematik yerdəyişmə nə-

ticəsi. Janr yerdəyişməsi, adətən, makroüslubi sahədə gedir və onu 

digər yerdəyişmədə  tərcümə  səviyyəsində mikroüslubi yerdəyişmə 

başa çatdırır. Janr yerdəyişməsi üçün tərcümə versiyasının müxtəlif 

tipləri xarakterikdir. 

 

 



 

Kalambur – 

danışıqda müəyyən məqsədlə eyni sözün müxtə-

lif mənalarının qarşılaşmasından və ya səs tərkibinə görə yaxın söz-

lərin sıralanmasından ibarət söz oyunu. 



Kalka 

– başqa dilə məxsus söz və ya ifadələrin sırf hərfi tər-

cüməsindən yaranan tərcümə. 

Kalkalaşdırma – 

kalkalaşdırma zamanı  əcnəbi dilə  məxsus 

söz və ifadənin mənası və strukturu əxz edilir. Bu da başqa dillərin 

və ya dilin leksik-semantik, leksik-semantik modellərinin əxz edil-

məsi yolu ilə sözlərin yaranması  və ya dilə yeni sintaktik quruluş 

qaydalarının daxil edilməsidir.  



Kalkalaşmayan situasiya (vəziyyət) – 

Morfoloji, sintaktik və 

semantik səviyyələrdə qarşılışdırılan bir, yaxud bir neçə elementlər 

seqmenti kimi xarakterizə olunan tərcümə situasiyası. Hətta 

müxtəlif mənalılıq köməkçi  əlavə  qənaətedici proqramlar və 

sözbəsöz tərcümə belə müsbət nəticələrə gətirib çıxarmır. Məsələn, 

no traffic- zona boşdur; surface windl- yer üzərində külək; terminal 

weather- enmə  məntəqəsində hava. Buraya həm də söz birləşmə-

lərinin tək bir sözlə qarşılaşması kimi hallar da aiddir. Məsələn, low 

pressure area- siklon; drifling snow- çovğun. Mühəndis dilçiliyi 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə