Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
111 
Selcan xatunun dilində - “Yağı yetdi, düşmən irdi”; Dünya 
xanımın dilində - “Bolu  bəydi, Koroğlunu tutan-dı”; 
Selcan xatunun dilindəki “Yigidim, bəy yigidim!” 
müraciətinin intonativ mənası ilə Dünya xanımın dilində  
işlənmiş “canında dərdi qalmaq”, “qurban olmaq” kimi 
ifadələr eyni xətdə birləşir (Dünya xanımın dilində: “Sənin 
dərdin bu canımda qalıbdı... Sənə qurban olsun bu Dünya 
xanım”). 
Dağ kultunun poetik ifadəsinə  həm “Kitab”da, 
həm də “Koroğlu”da rast gəlinir. Burada diqqətçəkən  əsas 
mçəsələlərdən biri budur ki, “Kitab”da işlənmiş “Qarşu 
yatan qarlu qara dağlar” misrası “Koroğlu”da eynilə 
təkrarlanıb ( bu barədə ilk dəfə M.Adilov bəhs edib: Niyə 
belə deyirik. Bakı, 1982, səh.94); 
 
Qarşu yatan qarlı qara tağlar 
Qarıyıbdur otı bitməz. 
Qanlu-qanlu ırmaqlar 
Qurıyıbdır suyı gəlməz... (“Kitab”) 
 
...Qarşu yatan qara tağlar saηa yaylaq olsun!.. 
 
                        *       *        * 
Qarşı yatan qarlı dağlar, 
Dağlar, səndə qarım qaldı. 
Əlim çatmaz, ünüm yetməz, 
Dal budaqda narım qaldı (“Koroğlu”) 
 
“Kitab”da Dirsə xanın xatunu, “Koroğlu”da isə 
Nigaq xanım tapındıqları dağa qarğış edir: çünki hər ikisi 
oğul itirib (Dirsə xanın xatunu nəzir-niyazla dünyaya 
Язизхан Танрыверди 
 
 
112
 
gətirdiyi Buğacı, Nigar xanım köynəyinin yaxasından 
keçirdiyi Eyvazı: Bu müstəvidə də Dirsə xanın xatunu ilə 
Nigar xanım eyni xətdə birləşir); hər ikisi itirdiyini  
dağdan – öz hamisindən istəsə də, ala bilmir:  
 
Dirsə xanın xatununun dilində: 
 
Nə Qazlıq tağı aqar səniη sularıη 
Aqar kibi aqmaz olsun! 
Bitər səniη otlarıη Qazlıq tağı, 
Bitər ikən bitməz olsun!... 
 
Nigar xanımın dilində: 
 
Mən Nigaram ah çəkərəm, 
Daşın çaylara tökərəm, 
Yerində bürc-bar tikərəm, 
Dağlar, Eyvazı neynədiz?! 
 
 Araşdırmalarda Koroğlunun daha çox  Qazan xan 
və Beyrək obrazlarının məntiqi davamı kimi çıxış 
etməsindən bəhs olunsa da, Dirsə xan → Koroğlu, 
Baybörə bəy → Koroğlu xətlərinə az diqqət yetirilib. Qeyd 
edək ki, “övladsızlıq” xəttində Koroğlu obrazı  məhz 
“Kitab”dakı Dirsə xan və Baybörə bəylə bağlanır. Faktlara 
müraciət edək: Dirsə xanın dilində - “..təηri-təala bizə bir 
yetman oğıl verməz, nədəndir?”; Koroğlunun dilində - 
“Hansı igidin sonu yoxdu // Ocaq sönər, daş inildər”. Bu 
parçaların eyni semantik şaxəyə daxil olmasını  təsdiq-
ləməyə ehtiyac yoxdur (baxmayaraq ki, eyni sintaktik 
mühit müxtəlif dil vahidləri ilə ifadə olunub). Amma 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
113 
burada o da qeyd olunmalıdır ki, Dirsə xan övladı olma-
dığına görə öz xatununa qəzəblənərək ona acı sözlər 
söyləyirsə, Koroğlu telli Nigarının dərdinə  şərik olaraq 
onu sakitləşdirməyə çalışır. Bu mənada Koroğlu daha 
təmkinli obraz kimi çıxış edir: 
 
Dirsə xanın dilində: 
 
Xan qızı, yerindən turayınmı? 
Yaqaηla boğazıηdan tutayınmı? 
Qaba öηcəm altına salayınmı? 
Qara polat uz qılıcım əlümə alayınmı? 
Öz gödəηdən başuηı kəsəyinmi? 
Can tatlusun saηa bildirəyinmi?.. 
 
Koroğlunun dilində: 
 
Telli Nigar məlul durar
Əl qoynunda, boynun  burar, 
Müjganın sinəyə vurar, 
Göz oxşayar, qaş inildər. 
 
Baybörə bəyin dilində:  
 
“...Bəglər, tacım-təxtim içün ağlaram. 
Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə 
qalmıya”, - dedi”; 
Koroğlunun dilində: 
 
Koroğluyam, sözüm çoxdu, 
Sözlərim peykanlı oxdu, 
Язизхан Танрыверди 
 
 
114
 
Hansı igidin sonu yoxdu, 
Ocaq sönər, daş inildər. 
 
Sonuncu qarşılaşdırma ilə bağlı  bəzi cəhətlərə 
aydınlıq gətirməyi gərəkli hesab edirik: hər ikisi sonsuz 
olduğu üçün ağlayır (Koroğlunun ağlaması dastanın nəsr 
hissəsində  təsvir edilir: “...Nigarın sözündən sonra 
Koroğlu elə oldu,  elə oldu ki, Nigarın ağlamağı yaddan 
çıxdı); hər ikisinin oğlu olur: Beyrək (Baybörənin oğlu), 
Kürdoğlu, Eyvaz (Koroğlu Eyvazı öz oğlu kimi sevir: 
Koroğlunun qoç oğlu // Eyvazı pişvaz eləyin!...); Dirsə 
xandan  fərqli olaraq Baybörə öz xatununa acı sözlər 
demir, daha doğrusu, bu cəhət “Kitab”da müşahidə  olunur. 
“Kitab”dakı “Borı çalındı, kos urladı”, 
“ Gumbır-gumbır tavıllar çalındı // Burması altun tuc 
borılar çalındı // Ol gün  cilasun bəg  ərənlər dönə-dönə 
savaşdı...”, “Gumbır-gumbır nəqarələr dögildi” tipli 
cümlələrin semantikası barədə K.Vəliyev yazır: “...Oğuz 
ellərinin savaşı bunlarsız keçməmişdi. Hamını ayağa 
qaldıran, yağıya qarşı çevirən, yağını səslə ürküdən, çaşbaş 
salan bu musiqi alətlərinin “Dədə Qorqud” dilindəki yeri 
onların gələcəyi, keçdiyi inkişaf yolu  barədə çox şey deyir. 
Çıxardığı  səsin yamsılanmasını özünə  bəlirti edən 
“gumbur-bumbur” nağara boyların dilinə bir səs, bir haray 
gətirmişdir” (Elin yaddaşı, dilin yaddaşı. Bakı, 1988, 
səh.95-95). Müəllifin obrazlı  şəkildə ifadə etdiyi bu 
fikirlər həm də “Koroğlu” eposuna aid edilə bilər. Belə ki, 
“Koroğlu”da təsadüf olunan “Koroğlu, gəldilər savaş 
qurmağa... Kos, nağara çalınır qan almağa” misralarının 
semantik yükü, xüsusən də  aşağıdakı  gəraylı birbaşa 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
115 
“Kitab”dakı uyğun parçalarla bağlanır, onların yeni forma-
da təzahürü kimi çıxış edir:  
 
Mərd dayanar, namərd qaçar, 
Meydan gumbur-gumburlanı... 
Dəlilərim meydan açar, 
Düşman gumbur-gumburlanı 
 
Qoç igid bığın buranda, 
Çəkib yay-oxun quranda 
Şeşpər qalxana vuranda 
Qalxan gumbur-gumburlanı... 
 
Top açılar qalasından, 
Haq saxlasın balasından, 
Koroğlunun nalasından 
Hər yan gumbur-gumburlanı. 
 
Bu gəraylıdakı qaçar-açar, buranda-quranda-vuran-
da, qalasından-balasından-nalasından zəngin qafiyələri 
( bu qafiyələrin hər birində qalın saitlərin assonansı da  
müşahidə olunur), tərkibinə “gumbur-gumbur” sözü işlən-
miş paralel cümlə modelləri (paralelizm) elə düzülüb, elə 
yerləşdirilib ki, bunların birini digərindən ayırmaq qeyri-
mümkündür. Ən əsası isə şeirdəki intonativ məna məhz bu 
cür vasitələrlə reallaşdırılıb. Konkret desək, bu gəraylını 
sazın müşayiəti olmadan səsləndirdikdə belə bir savaş, 
döyüş musiqisinin səsi yaranır, sanki döyüş qabağı çalınan 
nağaralardan gumur-gumur səs çıxır. Bu, “Koroğlu” 
şeirinin, ümumən türk poeziyasının gücüdür. Gəraylıın 
poetik semantikası ilə bağlı digər cəhətləri isə belə ümumi-
Язизхан Танрыверди 
 
 
116
 
ləşdirmək olar: “Kitab”dakı “gumbur-gumbur” səs yamsı-
laması “Koroğlu”dakı  gəraylıda eynilə  təkrarlanıb; 
“Kitab”dan fərqli olaraq bu gəraylıda “nəqarə” (nağara) 
sözü işlənməyib, amma ona açıq-aydın şəkildə işarə edilir, 
daha doğrusu, bu, metonimiyalarla  canlandırılıb: meydan, 
düşmən, hər yan, sanki nağara kimi , gumur-gumur səs 
çıxarır; mərdlərin, igidlərin hayqırtısından meydan əks-
səda verir, namərd qaçır. Bu cəhət belə modelləşdirilə 
bilər: “igidlərin hayqırtısı, qaçan namərdlərin boğuq səsi = 
Meydan gumbur-gumburlanı”; “Düşman gumbur-gumbur-
lanı” – dedikdə assosiativ olaraq “düşmən qaçır” mənası 
yada düşür. Amma burada “Koroğlunun dəlisi düşməni 
gumbultu ilə yerə saldı” mənası  mətnə daha yapışıqlı 
görünür. Bu tezisin düzgünlüyünü “Kitab”a, eyni zamanda 
“Koroğlu”dakı  şeir parçalarına istinad etməklə  əsaslan-
dırmaq mümkündür: “Kitab”da: “bögürdibəni atdan yerə 
saldı” (bögürdibəni – böyürdərək,  bağırdaraq, bərk qışqır-
daraq, çığırdaraq...); “Koroğlu”dakı digər  şeirlərdə: 
“...Misri qılınc qından çıxsa // Leş  sərilər, baş inildər”; 
“...Leş-leşə verək düşmanı // Axsın, qızıl qan yerisin?” 
Deməli, “gumur-gumur” səs yamsılaması (I bəndin 4-cü 
misrasındakı söz nəzərdə tutulur)  düşmənin qılınc,  cida 
və s. silahlarla bağırdılmasını, inildədilərək öldürülməsini 
işarələndirir. Bu da “bağırtı, inilti (inləmə səsi, zarıltı...) = 
gumur-gumurlama” modelinin daha real olduğunu 
göstərir; ikinci bəndin son misralarındakı silah adlarını 
musiqi alətlərinin adı ilə  əvəz etsək, metonimiya açıq-
aydın  şəkildə görünər: “Şeşpər (şax və ya ağac çubuq) 
qalxana (nağaraya) vuranda // Qalxan (nağara) gumbur-
gumburlanı” Belə bir əvəzetmə mümkündür. Çünki “türk 
ordularının düşmən üzərinə hücumu nağara, davul, zurna, 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə