Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
107 
“Kitab”la səsləşir, hətta  “Kitab”ın transkripsiyasına, daha 
dəqiqi, səhv və ya ziddiyyətli oxunuş formalarının düzgün 
variantlarının müəyyənləşdirilməsinə də işıq salır. 
Burada o da vurğulana bilər ki, Ə.Əsgər “Adımı 
soruşsan, bil, Rövşən olu” misrası ilə başlanan bəndin 
semantikasına tam başqa müstəvidə münasibət bildirib: 
“Koroğlu yakut bahadırı kimi düşmənə özü və soyu  
haqqında  məlumat  verir. Savaş qabağı Koroğlunun saz 
çalıb oxuması motivinin daha qədim  ənənədə savaş 
tanrısının şərəfinə mahnı şəklində olması şübhə doğurmur. 
“Dədə Qorqud” dastanlarında isə savaşdan öncə  oğuz 
igidlərini dastançı  təqdim edir. Savaş tanrısına dua isə 
islam örtüyünə bürünmüşdür” (Ə.Əsgər., M.Qıpşaq. Türk 
savaş  sənəti. Bakı, 1996, səh.13-14).  Deməli, müəllif 
həmin bəndin poetik semantikasına yakut bahadırı, 
Koroğlu obrazı  və “Kitab” kontekstində aydınlıq 
gətirməyə çalışsa da, problemə, daha doğrusu, Koroğlunun 
dilindən verilmiş  bəndin poetik strukturuna  Aruz oğlu 
Basat və Koroğlunun dili baxımından münasibət 
bildirməyib. 
“Dədə Qorqud” eposunda Qazan xanın məğrur-
uğunu  əks etdirən belə bir parçaya  təsadüf olunur: 
“...Əzvay qurd ənügi erkəgində bir  köküm var... Qalın 
Oğuz elində bir oğlum var, - Uruz adlu // Bir qartaşım var, 
- Qaragünə adlu // Yeηidən toğanıηı  dərgürmiyələr...”. 
Deməli, Qazan xan təkcə öz soyu, kökü ilə fəxr etmir, həm 
də kafirləri oğlu Uruzla, qardaşı Qaragünə ilə  hədələyir. 
Eyni zamanda Qazan xan kafirlərə xatırladır ki, Oğuz 
igidləri onların nəslini, kökünü kəsə bilər (Zeynalov-
Əlizadə  nəşrində  həmin parçanın sonuncu cümləsi belə 
sadələşdirilib: “Xəbər tutub, qolundakı  şahinini sağ 
Язизхан Танрыверди 
 
 
108
 
qoymazlar”. Bakı, 1988, səh.217. Bu cür sadələşdirmənin 
mətnin  semantik yükünə uyğun olmamasından bəhs 
etmişik: “Dədə Qorqud kitabı”nın obrazlar aləmi. Bakı, 
2013, səh.38). Bu motiv “Koroğludakı şeir parçalarında da 
müşahidə olunur. Belə ki, Koroğlu da Qazan xan kimi 
düşmənini igidləri ilə  hədələyir: “Gəlsələr dava başlanı // 
İgid-igid dəlilərim var”; Qazan xan kafirlərin kökünü kəsə 
bilən igidləri ilə  fəxr edirsə, Koroğlu da düşməninin 
şəhərini (yurdunu) viran qoya bilən qurdları (igidləri) ilə 
öyünür: “Qurdların var, ayılarım var // Hay vursam şəhrin 
boşlanı”. Qarşılaşdırdığımız parçalarla bağlı digər oxşar-
lıqları isə belə ümumiləşdirmək olar: hər iki parça cənga-
vər dilindən verilib (Qazan xan, Koroğlu); hər iki parça 
eyni semantik şaxədə birləşir; hər iki parçada “var” ismi 
xəbəri epifora kimi işlənərək poetik mənanı qüvvətlən-
dirib; hər iki parçada “qurd” obrazına birbaşa işarə edilir. 
Burada bir cəhəti də qeyd edək ki, T.Hacıyev “Koroğlu” 
eposundakı “qurd” obrazından bəhs edərkən “Kitab”a da 
müraciət edib. Amma nümunə kimi yalnız “qurd üzü 
mübarəkdir” deyimini qarşılaşdırmaqla kifayətlənib: 
“...Qazan xan qara köpəklə belə  tərənnümlü xəbərləşmir, 
ona “qaranqu axşam olanda vaf-vaf ürən, acı  ayran tökü-
ləndə çap-çap içən” kimi təntənəsiz sözlərlə müraciət edir, 
ancaq “qurd üzü mübarəkdir” deyir. “Koroğlu”da: Qurd-
larım var, ayılarım var // Hay vursam, şəhrin boşalı...” 
(Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 1979, səh.30).  
M.Seyidov “Kitab”dan təqdim etdiyimiz sintaktik 
bütövün (yuxarıdakı parça nəzərdə tutulur) “Koroğlu” 
eposunda yeni  formada təzahürünə münasibət  bildirmə-
yib, konkret desək, həmin parçaya türk xalqlarının kos-
moqonik təfəkkürü və inamları ilə bağlılığı  kontekstində 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
109 
aydınlıq gətirməyə çalışıb: “Qazan xan Dədə Qorqut 
boylarını yaradan oğuzların mifoloji təfəkkürünə sadiq 
qalaraq qaplana, aslana, sunqur quşuna, saza “ağ” sifətini 
verməklə onların onqonluğunu, ilahiliyini, müqəddəsliyini, 
Ülgenlə bağlılığını gözə çarpdırmaq istəmişdir. Elə buna 
görə  də onqonları ilə  fəxr edir” (Azərbaycan xalqının 
soykökünü düşünərkən. Bakı, 1989, səh.158-159). Bu o 
deməkdir ki, müəllif həmin sintaktik bütövün məna 
yükünə birtərəfli yanaşıb. Belə ki, Qazan xan təkcə 
onqonları ilə deyil, eyni zamanda Qaragünə kimi, Uruz 
kimi Oğuz igidləri ilə  fəxr edir. Qeyd etdiyimiz kimi, bu 
xüsusiyyət Koroğlu obrazında da özünü göstərir.  Burada 
bir oxşarlığı da xatırlatmaq lazım  gəlir: Qazan xanın öz 
igidlərinə “Siz yegüηiz-içüηiz” deməsi sanki eynilə 
“Koroğlu”ya – Koroğlu obrazına ötürülüb: “Yeyin 
dəlilərim, keflər xoş olsun!” 
Selcan xatun (“Kitab”) və Dünya xanım  (“Kor-
oğlu”) obrazlarının dilindən verilmiş bəzi parçaların oxşar 
semantikalı olması barədə fikir söyləmək mümkündür. 
Həmin tip parçalara qarşılaşdırmalar kontekstində diqqət 
yetirək:  
Selcan xatunun dilində: 
 
“Qafil olma, qara başıη qaldır, yigit! 
Ala qıyma görklü gözün, açğıl, yigit! 
........................................................... 
Alca qanıη yer yüzinə dökülmədin, 
Yağı yetdi, düşmən irdi, 
Nə yatursan, qalqğıl! 
........................................................... 
 
Язизхан Танрыверди 
 
 
110
 
      Mərə, qəzası yetmiş yigit, nə yigitsən 
                                qayıda döngil! – dedi”. 
 
Dünya  xanımın dilində: 
 
Yağı düşman dörd bir yanın alıbdı, 
Oyan, əcəm oğlu, dur get bu yerdən! 
Sənin dərdin bu canımda qalıbdı, 
Oyan, əcəm oğlu, dur get bu yerdən! 
 
                  *   *   *  
 
Hay-hay deyib gədiklərdə yatandı,  
Comərd düşmanları atdan atandı, 
Bolu bəydi, Koroğlunu tutandı, 
Oyan, əcəm oğlu, dur bu yerdən 
 
Selcan  xatunla Qanturalının, həmçinin Dünya 
xanımla  İsabalının dialoqundan götürdüyümüz bu parça-
ların struktur-semantik oxşarlıqlarını belə ümumiləşdirmək 
olar: həmin parçalar oxşar sintaktik  mühitləri əks etdirir; 
Selcan xatunla Dünya xanımın titulları  sinonimdir (xatun, 
xanım); hər iki obrazın dilindən verilmiş parçalar yenil-
məz cəngavərlərə  ünvanlanıb ki, onların da adları  həm-
qafiyə    sözlər kimi  çıxış edir, daha dəqiqi, hər iki adın 
sonu “alı” hissəciyi ilə bitir: Qanturalı-İsabalı; hər ikisi 
yatmış igidin oyanaraq geri dönməsini istəyir (müq.et: 
Selcan xatunun dilində: “...görklü  gözün, açığıl yigit!.. 
qayıda döngil!”;  Dünya xanımın dilində: “Oyan əcəm 
oğlu, dur get bu yerdən!”); Selcan xatun  Qanturalını 
kafirlərlə, Dünya xanım isə Bolu bəylə  qorxutmaq istəyir: 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə