Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   41   42   43   44   45   46   47   48   49

________________________Milli Kitabxana________________________ 
243 
 
BÜLBÜL 
 
Bülbül! Səhər-səhər qonaq budağa,  
Günəşin eşqinə bir dastan qoşaq!  
Ötək bağçamızda dodaq-dodağa,  
Yarpaq inciməsin, əyilməsin şax,  
Günəşin eşqinə bir dastan qoşaq! 
 
Seyr et bu varlığı, şeyda bülbülüm!  
Həyata müjdədir hər yeni bəstən;  
Bağrının başında qalmamış zülüm,  
Sən də insan kimi çıxdın qəfəsdən,  
Həyata müjdədir hər yeni bəstən. 
 
Bülbülüm, köksünün alti sarıdır,  
Mehriban yaratmış səni təbiət;  
Bu torpaq bülbüllər laləzarıdır;  
Gözəldir səndəki bu söz, bu sənət,  
Mehriban yaratmış səni təbiət.. 
 
Özün bilirsə ki, mən gözəlliyə  
Ə
zəldən vurğunam... Gözəl-həyatdır!  
Azadlıq, qurluluş bizdədir deyə,  
Hər yeni istəyin bir kainatdır,  
Sevdiyim gözəlin adi həyatdtr. 
 
Gəl, şeyda bülbülüm, verək səs-səsə,  
Qardaşlıq adına min söhbət açaq.  
Deyək şərqimizi nəfəs-nəfəsə,  
Hər sözün başında bir sənət açaq;  
Qardaşlıq adına min söhbət açaq. 
 
1937, may 
  


________________________Milli Kitabxana________________________ 
244 
 
BƏNÖVŞƏ 
 
Yazın novbarısan bizim diyarda,  
Qıvrım tellərini sana, bənövşə!  
Mən səni sevmişəm bir ilk baharda,  
Könlümü vermişəm sana bənövşə! 
 
Sənsən əzəl gündən mənim sirdaşım.  
Gözümdən ayrılsan, axar göz yaşım,  
Gövdəmin üstündə durmayır başım  
Buranda boynunu yana, bənövşə. 
 
Çıxımşam seyrinə meyli, məzəli,  
Heyrandır hüsnünə ellər gözəli;  
Könlüm oylağını yaxın gəzən  
Çoxları küsəndi mana, bənövşə! 
 
Üzündə gördüyüm nə intizardır!  
Qəlbində Vaqifin sirrimi vardir?  
Gəl ondan söz açma, indi bahardır.  
Bağrımı döndərmə qana, bənövşə! 
 
Boynunu kəc burma gəl indən belə,  
Mən sənə söz qoşum, sən məni dinlə:  
Vurğunun şerilə, sənin hüsnünlə  
Təbiət gələcək cana, bənövşə! 
 
1937,1 iyul 


________________________Milli Kitabxana________________________ 
245 
 
SƏHƏR-SƏHƏ
 
Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,  
Açdı könlüm şirin-şirin nəğməli ney dodağını. 
 
Ey ariflər, nəzər salın təbiətin qurğusuna,  
Ş
eyda bülbül kəsərmi heç gül yanından ayağını. 
 
Səhər qumral saçlarını yayan günəş sirdaşımdır,  
Axşam üstü çox öpürəm ayın açıq qabağını. 
 
Ə
zəl gündən aşiqiyəm mən bu günün, bu varlığın,  
Bütün dünya bizdən alır səadətin sorağını. 
 
Sən ey mənə şeir yazıb "neçin susdun" deyən şair,  
Mən qapalı görməmişəm könlümün söz otağını. 
 
Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən,  
Yazıb-yazıb dolduraram sinəmin ağ varağını. 
 
Qara bulud sallamasın ətəyini sərhəd boyu, 
Mən dünəndən doldurmuşam patronumun darağını. 
 
Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,  
Hər bir sözüm saldıracaq min faşistin yarağını. 
 
Böyük Vətən bir nəfəslə qalxacaq bir çekist kimi,  
Tülkülərə verməyəcək aslanların yatağını. 
 
O gün mən də ilhamımla oxşayaraq sevəcəyəm  
At belində qılınc vuran Don çayını qazağını. 
 
1957, avqust   


________________________Milli Kitabxana________________________ 
246 
 
DANIŞAQ 
 
Aşıq, bağrına bas sədəfli sazı,  
Min cavablı bir sualdan danışaq;  
Meydan quraq, səhbət açaq, saz tutaq,  
Gül yanaqlı qoşa xaldan danışaq. 
 
Qoy söz alım bir günahsız dodaqdan,  
Düşmən baxıb həsəd çəksin uzaqdan;  
Yar bəzənib çıxan zaman otaqdan,  
Başındakı güllü şaldan danışaq. 
 
Vurğun deyər: bir dərd bilən yar olsun,  
Zülfü bulud, ağ sinəsi qar olsun,  
Yaxşı gündə, yaman gündə var olsun,  
Qədir bilən əhli-haldan danışaq. 
 
1937, avqusl 
  


________________________Milli Kitabxana________________________ 
247 
 
BÜLBÜL VƏ BAĞBAN 
 
Gözəl bir bağçada bir bülbül vardı,  
Budaqdan-budağa uçub qonardı.  
Onun yuvasıydı gülün yarpağı,  
Dilindən düşməzdi vətən torpağı.  
Güllər boy atardı onun səsiylə  
Çiçəklər yatardı xoş nəfəsilə.  
Bülbül bu gülşəndən ilham alardı,  
Gündə şadlığından qanad çalardı  
Baxıb hər çiçəyə, hər qərənfilə  
Şə
rqilər deyərdi o gülə-gülə. 
 
Bu bağın, bağçanın sahili bağban  
Bülbülü eşq ilə dinlərdi hər an.  
Hər bir şərqısini duyub dərindən,  
Zövq alardı onun nəğmələrindən.  
O dünya görmüşdü, bilirdi əlbət,  
Bir ölməz qüvvədir cahanda, sənət.  
Bilirdi sənətin, şerin qədrini,  
Dinləmək istərdi gündə birini.  
Bilirdi noğməsiz keçən bir  
Ömür Bir gülşən olsa da, viran görünür...  
Gəlib söyləyirdi hər gün bülbülə:  
"Səhərdir yenə coş, yenə gəl dilə,  
Eşitsin səsini ellər, obalar,  
Oxu, yurdumuzun ağ günləri var;  
Bu torpaq, bu hava sənə tanışdır,  
Qəlbinin simini tez-tez danışdır". 
 
Bülbül bu rəftardan qüvvət alardı,  
Qəlbini saz kimi tutub çalardı.  
Baxaraq güllərin ilk qönçəsinə,  
Söz verərdi konül kəmənçəsinə.  
Bağban deyərdi ki: "El bəxtiyardır  
Bizim də bağçanın bülbülü vardır". 
 


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə