Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   41   42   43   44   45   46   47   48   49

________________________Milli Kitabxana________________________ 
223 
 
Sən, azad ilhamım, o gündən bəri,  
Qarlı buludların üstdən aşırsan.  
Uçan durnalarla gəzib göyləri,  
Onlarla səs-səsə qaqqıldaşırsan.  
Səninlə çıxmışam ağ günə, inan!  
Adını laylada desin analar;  
Bir səs qulağıma gəlir hər zaman:  
Sənin dostun da var, düşmənin də var.  
ldırım baxişlı gözlərinlə süz  
Həyatda milçəkdən fil yapanları!..  
Odlu kəlmələrin atəşinə düz  
Ağızdan qurd kimi söz qapanları.  
Hər sözü-söhbəti başından yekə  
"Alim" adamların gözünə düz bax!  
Namuslu oğlunu sevən bir ölkə  
Gələcək günlərdən utanmayacaq!..  
Qamçıla, üzünün rəngi bozarmış  
O çirkin keçmişin son "vüqarını",  
Sən onun üstündə boranlı bir qış  
Gücilə şaqqıldat qanadlarını.  
Qamçıla, gündə bir cildə bürünən,  
Onluq mantlayan qara tuzları...  
Bizimlə getməyən, fəqət sürünən  
Vəzifə düşkünü o dəyyusları!  
Budur, dövrəmizdə daima "heyhat!" – 
Deyib bu dünyadan keçənlər də var.  
Meyxana küncündə səadət, həyat  
Eşqinə on gecə içənlər də var.  
Elin tərəfindən, xalqın adından  
Simsiz taxtaları çalandan danış!  
Söhbəti işvədən, meydən, qadından,  
Özgənin fikrini çalandan danış!  
Sən azad ilhamım, məni danla ki:  
"Şairim, hünərin, sənətin hanı?"  
Sən də birdəfəlik bunu anla ki:  
"Mənim düşmanımdır elin düşmanı!"  
Sən azad ilhamım, baş götürüb gəz! 
  


________________________Milli Kitabxana________________________ 
224 
 
Ə
ngin üfüqlərə şığıyıb, yol al!  
Ə
zəldən belədir: geriyə dönməz  
Atılan bir güllə, uçan bir xəyal. 
 
Ey günəş, ey bulud, girin qoynuma!  
Bu saf təbiətə mehribanam mən;  
Sevgilim, qolumu dola boynuma,  
Kəlmələr od kimi düşsün dilimdən.  
Kaman qaşlarını çatma, günəşim,  
Min sızıltı qopar dost ürəyindən!  
Dərin dəryalara batma, günəşim,  
Ə
zəldən düşmanam qaranlığa mən!..  
Məqsədim olmamış bir parça çörək,  
Mənim sənətim var, alın tərim var.  
Bayronu yarışa çağıram gərək,  
Sinəmdə ağ qalan bir dəftərim var.  
Bəşərdir torpağın, göyün təməli,  
Bəşərsiz günəş də yerə alçalır.  
Könüldür sənətin ölməz əməli,  
Hər simin üstündə bir aləm çalır.  
Mən ki, qaranlıqdan, qəfəsdən uzaq  
Könüllər yolçusu azad bir quşam.  
Sən ey kinlibaxış, tənəni burax,  
Mən öz zəhmətimlə azad olmuşam!  
Mən ki, əllərimi dünyadan üzüb,  
Demədim: "Bir sıfır yazılsın adım",  
Çayl Harold kimi insandan küsüb,  
Vətən torpağilə vidalaşmadım.  
Kim keçər bu yerin daşından, deyin?!  
Vətəndən ayrılar hansı şərəfsiz?  
A dostlar, günəşdən bir paltar geyin,  
Könül xallar vurur bəzənəndə siz!  
Ey bizim çəmənin sirdaşı quşlar,  
Çiçəkdən çiçəyə uçuşun siz də!  
Saatlar, əsrlər azad olmuşlar  
Bizim bu sosialist Vətənimizdə!  
Ey çaylar üstündə süzən sonalar, 
  


________________________Milli Kitabxana________________________ 
225 
 
Daşlara dəyməsin bir tükünüz də!  
Siz ey yeddisini doğan analar,  
Cəbhəda bir durur oğlan da, qız da!  
Siz ey bağçalarda yatan uşaqlar,  
Səadət tökülür xoş üzünüzdən!  
Sizinlə şənlənir bağçalar, bağlar,  
Analar zövq alır gülüşünüzdən.  
Ə
tir saç aləmə, sən ey qönçə gül!  
Öpüb yarpağını, dənləyim bir-bir;  
Səhər nəğməsini bağçada bülbül  
Mənim nəfəsimdən, məndən öyrənir.  
Sən ey bu torpağın qızı, gəlini,  
Utanma gül açan yanaqlarından!  
Hər səhər günəşə uzat əlini,  
Qüvvət əm günəşin dodaqlarından!  
Sən ey şehli səhər, ey sakit axşam!  
Qəlbi düşündürən hansı səbəbdir?  
Fəzaya gün kimi, ay kimi axsam,  
Torpaq inciməsin... Bu bir tələbdir...  
Ey ana torpağı, gözlərin aydın!  
Uzaqda səslənir indi zülümlər...  
Ağ günlü bayrağım, sən olmasaydın,  
Açardı qapımı vaxtsız ölümlər.  
Silahlı qardaşım, sərhəd boyunca,  
Atıcı gözlərin qızılquş olsun!  
Oxşasın boyunu anam doyunca,  
Dünyanın son adı qurtuluş olsun! 
 
1936, 2 avqust 
 
  


________________________Milli Kitabxana________________________ 
226 
 
SƏM M YYƏT YOLÇUSU 
 

 
Ş
airim, çaldığın bu telli sazdan,  
Günəşli gündüzdən, çiçəkli yazdan  
Könül xumarlandı ay dönə-dönə,  
Qəlbin vurğusunu say dönə-dönə. 
 
Doğrudur, saqqalın, saçın ağarmış,  
Ruhuna girməmiş qurd ağızlı qış...  
Ş
axtaya düşməmiş bir ilk baharsan,  
Döyüşdə, cəbhədə hərzaman varsan.  
Bu varlıq yaşadır əzəldən bizi,  
Bu varlıq yaşadır gənc nəslimizi.  
Çəkilsin dağların başından duman,  
Ölümdən, heçlikdən səadət uman  
nsanlar dünyadan görüm yox olsun,  
Sönük vicdanları yerə soxulsun! 
 
Utansın günəşin rəngindən bir az  
Axşam qaranlığı bəstələyən saz.  
Söylə, xəyanətə dözərmi vicdan?!  
Ağ günlər əsrini görən bir insan  
Dönüb göz yaşından ilham alarmı?  
Ş
er de, şair də heç qocalarmı?  
Ə
tirlər dağılır xoş nəfəsindən,  
Çiçəklər oyanır ayaq səsindən.  
Varlığın, vicdanın ləkədən uzaq,  
Böyüklə böyüksən, uşaqla uşaq;  
Ə
srə layiq olan bu ruhunla sən  
Ölkəmin qoca bir müəllimisən! 
 
"Mən də bir kişiyəm, varım-yoxum var,  
Üç qızıl əsgərim - üç çocuğum var" – 
Deyən bir atanı öpməliyik biz,  
Onu sevməlidir, sevir nəslimiz! 
 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə