Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   41   42   43   44   45   46   47   48   49

________________________Milli Kitabxana________________________ 
237 
 
Bu gün belə durur səndə,  
"Sara" adlı cəzirəndə  
Generalın məzar daşı,  
O qatilin kinli başı  
Oynamışdı at belində.  
Ə
yri qilınc sağ əlində  
Durub kəsdi budaqları...  
Bu çölləri, bu dağları  
Qapladı
*
 bir nalə səsi,  
Qanlı çarın təntənəsi.  
Sevincindən göyə qalxdı,  
Bizə "tatar" deyib baxdı.  
Biz öldürdük generalı,  
Taptaladıq o medalı...  
ndi onun məzar daşı  
Aya qarşı, günə qarşı  
Endirmişdir dik başını...  
Fahişələr oynaşını.  
Bu yollardan ötüb keçən,  
O günlərdən bir az içən,  
Yad eləyir tüpürərək,  
Yoxdur ona yanan ürək!  
Qoca çinar, qoca çinar,  
Kötüyündə nə sirlər var! 
Deyirlər ki, çox qəhrəman  
Asılmışdır budağından...  
Biz onların varisiyiz,  
Yaşadırız onları biz.  
Qoca çinar, qoca çinar,  
Kötüyündə nə sirlər var!  
Ölmədin sən! Yaşadın sən!  
Bir ölkənin şahidisən.  
Yaşamışsan burda nələr!  
Qanlı-qanlı faciələr... 
 
                                                           
*
Bürüdü 
 


________________________Milli Kitabxana________________________ 
238 
 
 
Könlüm ötən köklü bir saz,  
Nə yazım ki, biliyim az...  
Arif istər məni qansın,  
Tarixçilər qoy utansın!  
Yazılmamış tariximiz,  
Tarixsizmi yarandıq biz?  
Bəzən olur yazıq şair  
Keçmiş günə, bizə dair  
Arxivləri axtararaq,  
Yığın-yığın, qalaq-qalaq  
Kitablara göz gəzdirir,  
Alır, baxır, seçir bir-bir.  
Bir parası əfsanədir.  
Baş çıxmayır bunlar nədir?  
Bir parası xatirələr...  
Deyil bunlar elmi əsər.  
Sən də, dostum, anla bir az!  
Elmi ucuz tutmaq olmaz!  
O insandır, təbiətdir,  
Ş
übhəsiz bir həqiqətdır.  
Arif gərək məni qansın,  
Tarixçilər qoy utansın!  
Yazılmamış tariximiz  
Tarixsizmi yarandıq biz? 
 
1936 
  


________________________Milli Kitabxana________________________ 
239 
 
BAHAR VƏ MƏ
 
Bahar nə xoş gəlir, ruha dad verir.  
Xəyala, duyğuya qol-qanad verir;  
Var olsun şerimiz, şairlərimiz! – 
Hər gülə, çiçəyə təzə ad verir. 
 
Çıxır dağ döşünə körpə quzular,  
Tərlanın səsini əks edir sular.  
Səhər yuxusundan ayıldır məni  
Sinəmə sığınayan böyük duyğular. 
 
Könül dinc durmayır, oynayır yenə,  
Ə
zəldən aşiqəm həyat şerinə;  
lk dəfə oğlumun əlindən tutub  
Çıxmışam səhərin tərlan seyrinə. 
 
Ölümə can vermə ölsən baharda,  
Könül müqaddəsdir, qalmasın darda;  
Baharın eşqiylə çıxır yuvadan  
Balası dalında qarışqalar da. 
 
Yaşıl köynəyini geyinir meşə,  
Yaxama quş kimi qonur bənövşə;  
Qoy məndən dərs alsın qoca təbiət,  
O da könlüm kimi gülsün həmişə. 
 
Bahar nə xoş gəlir, ruha dad verir,  
Xəyala, duyğuya qol-qanad verir;  
Var olsun şerimiz, şairlərimiz! – 
Hər gülə, çiçəyə təzə ad verir. 
 
1937, 20 aprel 
  


________________________Milli Kitabxana________________________ 
240 
 
Ş
ER M Z N AĞSAQQALI 
 
Qoca Cambul! Ömrün boyu  
Yetim gəzdin o yurtları...  
Ə
sdi sənin ağ başından  
Qara günün sərt ruzgarı. 
 
Tamburunu çaldıqca sən  
Susdu bülbül, dindi çəmən.  
Bir zamanlar nə sən, nə mən  
Ş
ad görmədik dostu, yarı. 
 
Soldu çiçək, saraldı gül,  
Boyun bükdü sarı sünbül;  
Yas paltarlı qoca bülbül,  
Dərdli gəzdin çəmənzarı... 
 
Bəylər içdi ağ qırmızı
*
,  
Qurdlar yedi haqqımızı.  
Səhraların oğlu, qızı  
Bir görmədi dünya varı. 
 
Gecən qara, günün qara,  
Batdı gözün çuxurlara;  
Qaranlığı yara-yara  
Sən can atdın günə sarı. 
 
Keçən keçdi, olan oldu,  
Yaman günün ömrü soldu;  
Səni gördüm, sinəm doldu,  
Dəmə çəkdim bizim tarı. 
 
Tamburunun simi qoşa,  
Birtaxtadır başdan-başa,  
Qanad verir dağa-daşa  
Ana yurdun havaları... 
 
                                                           
*
Kumıs - at südü 
  
  


________________________Milli Kitabxana________________________ 
241 
 
Nə xoş gəldi ömrün yazı,  
Pozulmazdır bizim yazı...  
Tambur ilə telli sazı  
Qabaqlaşıb çalaq barı. 
 
Ş
eir yazmaq şərəf oldu,  
Ş
eir inci, sədəf oldu.  
Durna kimi səf-səf oldu  
Sinəmizin söz qatarı. 
 
Sevgi dildə şüar olsun,  
Vəfasıza çox ar olsun!  
Vurğun deyər: qoy var olsun  
nsanlığın ilk baharı! 
 
1937, 19 may 
  


________________________Milli Kitabxana________________________ 
242 
 
DARGÖZ 
 
Belə deyirlər ki, səndə "hünər" var...  
Bacaran insanın gözü dar olmaz.  
Yaxşı söyləmişdir bizim atalar:  
"Müxənnət adamda düz ilqar olmaz!" 
 
Üzümə dost kimi bəzən gülürsən,  
Dalda paxıllıqdan yanıb ölürsən;  
Tez-tez dəyişdirmə vallarını sən,  
landan, iblisdən aşna, yar olmaz! 
 
Vaxtsız xoruz olub çıxırsan dama,  
Səsin gülünc gəlir qanan adama;  
Qəlbin çamırlıqdır, çox qırıldama,  
Qurbağa səsindən qulaq kar olmaz! 
 
Mən az görməmişəm badalaqları...  
Min fırıldaq gələn o alçaqları;  
Catdı gəncliyimin bahar çağları,  
Vaxtsız çiçək tökən bir bahar olmaz! 
 
Konlümün otağı buludlardadır. 
Elə zənn etmə ki, ömrüm dardadır.  
Bəs sənin dərrakən, ağlın hardadır?  
Tərlan oylağında qarğa, sar olmaz! 
 
Get, get, gözlərimə görünmə bir də,  
Mənim oylağımdır bu göy də, yer də;  
Sən ayaq döyürsən qaldığın yerdə,  
Yerində sayandan sənətkar olmaz! 
 
1937, I9 may 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə