Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə6/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   2   3   4   5   6   7   8   9   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



14 

tem anlayışı, həm də iqtisadi mühitin, rəqabəti və qarşıdurmanı 

təşkil edən əsas siniflərin (qrupların) arasındakı qarşılıqlı mü-

nasibətlərin, ziddiyyətlərin inkişaf dərəcəsindən asılı olaraq 

dövlətin bütün siyasi həyatını əhatə edir. 

Siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsi-

ni, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi qu-

ruluşu; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibət-

lərin cərəyan etdiyi təsisatlar və  təşkilatlar sistemini göstərir; 

siyasi hakimiyyət və təsisatların (partiyalar, ictimai təşkilatlar 

və s.) fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönü-

münü müəyyən edir. 

Cəmiyyətin siyasi sisteminə daxil olan təsisatlar ya bilava-

sitə, yaxud da öz ictimai hərəkatları və siyasi təşkilatları vasi-

təsi ilə dolayısı ilə dövlət həyatında maddi və  mənəvi varlıq-

ların idarə edilməsi və bölüşdürülməsində iştirak edərək ayrı-

ayrı sosial qrupların çeşidli maraqlarını ifadə edir. Bu maraqlar 

qəbul edildiyi təqdirdə onlar siyasi idarəetmə strukturları tərə-

findən qərarların qəbulu və  həyata keçirilməsi yolu ilə ger-

çəkləşdirilir.  

 

Siyasi sistemin əsas struktur  

elementlərinin xarakteristikası 

Siyasi sistemin strukturunu cəmiyyətin  əsas institutları 

hesab olunan dövlət  (öz orqanları  və  təşkilatları ilə birlikdə), 

siyasi partiyalar, ictimai hərəkatlar və təşkilatlar (sosial, dini, 

milli, həmkar və s. xarakterli) təşkil edir.  

Hər bir ölkənin siyasi sistemində hakim yer dövlət  və 

onun orqanlarına məxsusdur. O, bütün cəmiyyətin təşkilatı 

çərçivələrini təyin edir, hüquqi normaların köməyi ilə öz və-

təndaşlarının və mülki təşkilatların davranışını formalaşdırır, 

təşəbbüslərini dəstəkləyir.  

Dövlət özü-özlüyündə ən kütləvi siyasi təşkilat funksiya-

sını icra edərək bütün cəmiyyət üzvlərini təmsil edir. Düzdür, 

dövlət idarəçilik sistemindən asılı olaraq bütün ölkələrdə  və-




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

15 


təndaşların rəsmi siyasətə təsiri və rolu eyni olmur. Lakin istə-

nilən halda mövcud dövlətin vətəndaşı olmaq özü-özlüyündə 

hər bir vətəndaş üçün məcburi məsuliyyət, hüquq və qanuni 

haqlar yaradır. Əgər hər hansı partiya və ictimai təşkilata üzv-

lük vətəndaşın öz istəyi ilə reallaşır və yalnız üzvlərə hansısa 

üstünlük yaradırsa, vətəndaş statusu daşıyan hər bir fərd öz öl-

kəsinin malik olduğu maddi və mənəvi resurslardan yararlan-

maq, dövlətin qanunlarından və s. üstünlüklərdən istifadə et-

mək üçün bərabər şəraitə malik olur. Əslində öz fəallıq dərəcə-

sindən asılı olaraq hər bir vətəndaş dövlət həyatında ayrıca bir 

siyasi partiya və digər təşkilatın malik olduğu qədər hüquqa 

malikdir və cəmiyyət həyatında onlar qədər iştirak edə bilər.  

Dövlət cəmiyyət həyatında və xarici aləmdə mövcud olan 

bütün digər institutlar və  vətəndaşlar qarşısında suveren hü-

quqlara malikdir. O istənilən qərarı müstəqil  şəkildə  qəbul 

edib, vətəndaşları qarşısında məsuliyyət daşıyır. Düzdür, müa-

sir dünyada dövlət öz qərarlarını  həm xarici beynəlxalq, həm 

də daxili institutların rəyi ilə uzlaşdırır. Lakin bu heç də döv-

lətin suveren hüququnu əlindən almır.  

Dövlət istehsalat və digər maddi, mənəvi resursların sahi-

bi kimi çıxış edərək mülkiyyətçi rolunu icra edir. Onun malik 

olduğu mülkiyyət bütün ölkə  vətəndaşlarının ümumi sərvəti 

hesab olunur və cəmiyyətin inkişafına xidmət edir.  

Digər siyasi institutlardan fərqli olaraq dövlət həm də ge-

niş hüquqi və idarəetmə sisteminə malikdir və cəmiyyət həya-

tının bütün sahələrinə nəzarəti öz əlində saxlayır, qanunlar qə-

bul edir, onların icrasını təmin edir, ictimai davranış qaydala-

rını qoruyur.  

Dövlət tək siyasi deyil, digər – hüquqi, texniki, iqtisadi, 

mədəni və s. funksiyaları da icra edərək, başqa siyasi institut-

lardan ciddi fərqlənir. Dövlətin siyasi sistemi və idarəetmə 

institutları bütöv cəmiyyətin, ayrı-ayrı insanların ideya və 




Яли Щясянов, Адил Вялийев

 

 



16 

maraqlarının dinamik münasibətlərini: siyasi hadisələri əks et-

dirən tələblər və bu tələblərin həyata keçirilmə prosesini özün-

də  əks etdirir. Hətta, canlı siyasi proseslər müstəvisi, demək 

olar ki, yox dərəcəsində olan avtoritar dövlətlərdə belə, haki-

miyyət başında durana mütləq tabe olmalarına baxmayaraq, 

idarəedənlərin fəaliyyətində insanların cəhdlərini və istəklərini 

daim özündə  əks etdirən hansısa bir gizli ictimai təsir möv-

cuddur.  

Dövlət cəmiyyət həyatının, siyasi inkişafın, iqtisadi, sosial 

və  mədəni proseslərin inkişaf strategiyasını müəyyən edir, 

davranış normalarını yaradır, qanuna çevirir və onlara əməl 

olunmasına nəzarət edir. Bütün məsələlərin həlli və təklif olu-

nan dəyişikliklərdə də son və həlledici səs dövlətə məxsusdur.  

Dövlət orqanlarının ahəngdar və  şəffaf fəaliyyəti siyasi 

sistemin həlledici amili sayıldığından onun təmin edilməsinin 

ən optimal yolu kimi müasir demokratik dövlətlərdə hakimiy-

yət bölgüsü tətbiq edilir. Qanunverici, icraedici və nəzarətedici 

orqanlar yaradılır ki, bu da demokratik inkişafı təmin edir.  

Siyasi sistem xalqın suverenitetinin, tam hakimiyyətinin 

reallaşdırıldığı zəruri mexanizmdir. İstənilən cəmiyyətin siyasi 

sistemi, onun sabitliyini, həyat qabiliyyətini və cəmiyyət həya-

tının  şəffaflığını  təmin edə biləcək müəyyən mexanizmlərin 

mövcudluğu ilə  səciyyələnir. Bu mexanizmlərin köməyi ilə 

sosial ziddiyyətlər və münaqişələr təhlil və həll olunur, müxtə-

lif ictimai hərəkat, siyasi qurum və təsisatların səyləri bir araya 

gətirilir, ictimai inkişafın əsas məqsədi, istiqaməti və dəyərlə-

rinə münasibətdə ümumi konsensusa nail olunur.  

Demokratik dövlətlərdə siyasi sistemin əsas tərkib hissələ-

rindən biri siyasi partiyalardır. Bu institutlar bir qayda olaraq 

ayrı-ayrı qruplar (şəxslər) tərəfindən yaradılaraq siyasi haki-

miyyətə gəlmək, yaxud ona təsir etmək yolu ilə özlərinin, tə-

rəfdarlarının və təmsil etdikləri digər qrupların marağını real-

laşdırmaq məqsədi daşıyırlar. Siyasi partiyalar cəmiyyətdə ha-




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə