Яли Щясянов, Адил Вялийев
20
iqtisadi, siyasi, sosial və mədəni hüquqlarının reallaşdırılma-
sında bərabər imkanlara malik olmalıdır.
Bütün qeyd etdiyimiz bu və ya digər meyarların mütəmadi
olaraq pozulduğu ölkələr idarəçilik formalarından asılı olma-
yaraq, qeyri-demokratik (avtoritar, totalitar və s.) dövlət hesab
olunur. ABŞ politoloqu C. Hantinqton və bu ölkənin “Azad
ev” təşkilatı müasir dünya dövlətlərini - demokratik, demokra-
tiya istiqamətində inkişaf edən və qeyri-demokratik kimi üç
qrupa bölərək onların siyasi rejimlərini tədqiq etmişlər. Onla-
rın təsnifatına görə 2011-ci ildə dünyada mövcud olan 194
dövlətdən (193 BMT üzvü və Vatikan) 87-si demokratik, 60-ı
bu istiqamətdə inkişaf edən, qalanları isə qeyri-demokratik
ölkələr kimi xarakterizə edilir.
Dövlət rejimi
Tədqiqatçılar siyasi sistemlərin öyrənilməsi və təsnifatın-
da siyasi sistemlə yanaşı ölkələrin dövlət rejimlərinə də xüsusi
yer ayırırlar. Dövlət rejimi siyasi rejimin tərkib hissəsi hesab
olunsa da, bəzi parametrlərinə görə ondan seçilir. Əvvəla, si-
yasi rejim daha genişdir və onun tərkibində dövlət idarəçilik
sistemi ilə yanaşı partiyalar, ictimai qurumlar, mətbuat, ayrı-
ayrı fəal insanlar və s. iştirak edir. İkincisi, siyasi rejimin əsas
əlamətləri bəzən dövlət rejimi ilə üst-üstə düşməyə bilir. Mə-
sələn, İsveçrə siyasi rejiminə görə monarxiya tipli dövlətdir,
onun idarə edilməsində daha çox partiya (siyasi) prinsipləri
deyil, ərazi faktoru (kantonların konfederasiyası) əsas götürü-
lür. Lakin dövlət rejiminə görə bu ölkə dünyanın ən demokra-
tik ölkəsi hesab olunur.
Dövlət rejimi daha çox idarəçilikdə tətbiq olunan konkret
metod, vasitə və prinsiplərlə, o cümlədən dövlət orqanlarının
səlahiyyət və məsuliyyəti ilə xarakterizə olunur. Hər bir dövlət
öz rejiminə uyğun idarəçilik formalaşdırır, orqanlarının (daimi,
siyasi, qeyri-siyasi orqanlar) hüquq və məsuliyyətini, fəaliyyət
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
21
prinsiplərini, idarəçilik metodlarını və vasitələrini müəyyənləş-
dirir. Bəzən Konstitusiyasında tam demokratik ölkə kimi təsbit
olunmuş respublikalar dövlət idarəçilik rejimləri ilə qeyri-
demokratik fəaliyyət nümayiş etdirir (Məsələn, Çilidə vaxtilə
fəaliyyət göstərmiş Pinoçet rejimi və s.)
Müasir dünyada dövlət rejimləri ciddi müzakirə olunaraq
bəzi beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları-
nın əsas tədqiqat obyektinə çevrilib. ABŞ-ın “Azad ev” təşki-
latı, ATƏT, Avropa Şurası və digər qurumlarda dövlət rejim-
ləri və onun ölkələrin inkişafına təsiri mövzusunda tez-tez
geniş müzakirələr açılır.
Dövlət idarəçilik formaları
Bütün dünya ölkələrində dövlət konkret bir inzibati ərazi
çərçivəsində vahid funksiya həyata keçirir – idarəçilik. Ölkə
daxilində vətəndaşların, dövlət orqanlarının və cəmiyyət həya-
tının bütün sahələrini müvafiq qanunlar çərçivəsində idarə
edir, ictimai, siyasi, iqtisadi, mədəni və sosial münasibətləri
tənzimləyir. Xarici aləmdə öz dövlətini təmsil edir, onun əla-
qələrini yaradır və maraqlarını qoruyur. Lakin ölkələr dövlət
idarəçilik formalarının xarakterinə görə bir-birindən ciddi
fərqlənir. Hər bir dövlət öz idarəçilik formasını özünəməxsus
vasitələrlə, meyarlarla müəyyənləşdirir və fərqli yollarla real-
laşdırır. Dövlət idarəçiliyinin təşkili, strukturu, idarəetmə or-
qanlarının statusu və funksiyaları, onlar arasındakı münasibət-
lərin xarakteri də ayrı-ayrı ölkələrdə müxtəlif olur.
Dünya ölkələrinin son iki minillik tarixində ən çox müşa-
hidə olunan dövlət idarəçilik rejimlərini əsasən iki – monar-
xiya və respublika formalı idarəçilik qrupuna aid edirlər. Hər
iki qrupa daxil olan idarəçilik formaları bir neçə özünəməxsus
formada təzahür edir. Tarixin ayrı-ayrı mərhələlərində mülkiy-
yət formasından, istehsalat resurslarından asılı olaraq bu
formalar fərqli şəkildə təzahür etmişdir.
Яли Щясянов, Адил Вялийев
22
Monarxiya idarəçilik sistemi
Monarxiya idarəçilik sistemində bütün dövlət hakimiyyəti
bir nəfərin – monarxın əlində cəmlənir. Monarx öz hakimiy-
yətini birbaşa öz varisinə ötürür.
Hələ qədim dövrlərdə Şərqdə - Misirdə, Hindistanda, Ba-
bildə və s. quldarlıq dövlətlərində mövcud olan monarxiya
quruluşlarını xarakterizə edən əsas amil ondan ibarət idi ki, bu
rejimlərdə qanunverici, icraedici və məhkəmə hakimiyyəti ta-
mamilə monarxın əlində cəmləşmişdi (Şərq despotizmi). Şərq
despotizminin əsas əlamətlərindən biri də həm dünyəvi, həm
də dini hakimiyyətin monarxa məxsus olması idi.
Bu tipli monarxiyalarda hakimiyyətə yeganə təsir vasitəsi
monarxın ətrafında idarəçiliyə cəlb olunmuş saray xidmətçi-
ləri, ordu başçıları, iri tacirlər, kahinlər, mülk sahibləri idi. Bu
tip insanlar arzu və istəkləri nəzərə alınmadıqda zaman-zaman
saray çevrilişləri edərək mövcud monarxı devirir, onu daha
əlverişlisi ilə əvəzləyirdilər.
Qədim dünyanın daha bir monarxiya idarəçilik rejimini
qədim romalılar yaratmışdı ki, bu da əslində Şərq despotizmin-
dən ciddi fərqlənmirdi.
Orta əsrlərdə quldarlıq monarxiyalarının yerində feodal
monarxiyaları bərqərar olmağa başlayır. Bu monarxiyaların
əsas xarakterik xüsusiyyəti ondan ibarət idi ki, monarx əvvəl-
kilərdən qismən məhdud hakimiyyətə malik olurdu. Nisbətən
müstəqilliyə malik olan böyük feodallar - knyazlar, hersoqlar
və s. monarxa (krala) ciddi təsir göstərmək imkanına malik idi
(Xüsusən Avropa ölkələrində). Bundan başqa, bu monarxiya-
larda idarə edənlər ciddi iyerarxiya rejiminə - aşağılara, orta-
lara və alilərə bölünmüşdü ki, bunların da hər biri müvafiq
statusa malik idilər.
Sonrakı dövrdə feodal monarxiyalarında monarxın yanın-
da məşvərətçi statusunda nümayəndəlik sistemi (məsələn Rusi-
Dostları ilə paylaş: |