Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 

29 


yaşlı  uşaqlara zorla tədris edilən rus dili və bu dilin tədrisi 

zamanı istifadə edilən metodlar nəinki uşaqların rus dilini 

öyrənməsinə şərait yaradır, əksinə dərsi çətinləşdirməklə bərabər 

müəllimi  gülünc vəziyyətdə qoyurdu. Tədris proqramına rus 

dilinin təlimi ilə bərabər bir sıra Qərbi Avropa dillərinin də daxil 

edilməsinə baxmayaraq, ana dilinin tədrisinə bir saat da belə yer 

verilməmişdi. Dövlət organlarından ana dilinin tədrisinə icazə 

verilməsini, rəsmi  ərizə ilə  tələb edən Azərbaycanın 

tərəqqipərvər ziyalılarının bütün cəhdləri cavabsız qalırdı. 

Bu tarixi vəzifənin həyata keçiriılməsində 1905-1907 – ci 

illər burjua-demokratik inqilabının böyük rolu oldu. Xalqın 

ümumi qəzəbindən qorxuya düşən çar milli ucqarlarda ana 

dilinin tədrisinə qismən də olsa icazə verdi. 

Sovet dönəmində yaranan proqramlarda ana dilinin və oxu 

nümunələrinin öyrədilməsinə I sinifdən başlanır. Proqramda “I 

sinifdə  şagirdlər bilməlidir” bölməsində yazılır: “Şeirlə 

hekayənin fərqini”. Cəmi üç sözdən ibarət olan bu cümlə 

müəllimin qarşısında çox böyük vəzifələr qoyur: Əgər I sinif 

şagirdi “Şeirlə hekayənin fərqini”bilməlidirsə, deməli, müəllim 

şer haqqında ümumi məlumat verməli, qafiyə, ölçü, ritm barədə 

danışmalı, nümunələr oxunmalıdır. Hekayədən söz düşəndə süjet 

və kompozisiya barədə danışmalı, hekayənin ideyası, məzmunu, 

obrazları haqqında müəyyən məlumat verməlidir. Beləliklə, 

ədəbiyyat nəzəriyyəsi elementlərinin öyrədilməsinə başlanılmış 

olur. 

Şeir 


şəkillərini öyrədərkən folklor poetikasının 

elementlərini tədris etməyə başlamaq lazımdır.  

Sovet dönəmində yaranan mövcud proqrama əsasən xalq 

ədəbiyyatı nümunələri II sinifdən daha geniş  şəkildə  tədris 

olunur. II sinfin proqramında göstərilir: “Şifahi xalq ədəbiyyatı 

nümunələri, sadə nağıllar, lətifələr, oyun-nəğmələr, düzgülər, 

sayaçı sözlər, tapmacalar, yanıltmaclar, atalar sözləri, bayatılar, 

oxşamalar” tədris olunur. Bir sıra terminlərin  qeyri-dəqiq  

 

30

olmasına baxmayaraq, II sinfin proqramı folklorun çox geniş 



şəbəkəsini əhatə edir. 

Həmin sinifdə 34 saat sinifdənxaric oxu nəzərdə 

tutulur.Bu saatların da müəyyən hissəsi(təxminən 14 saatı) 

folklorun payına düşür. Deməli, II sinifdə folklor poetikasının 

xeyli anlayışlarını şagirdə öyrətmək mümkündür.  

Proqramda göstərilir ki, “mətndəki obrazlı söz və 

ifadələrin...seçilməsi” zəruridir. 

Deməli, obrazlı söz anlayışının II siifdə öyrədilməsini 

zəruri hesab edən proqram müəllimin qarşısında yeni bir vəzifə 

qoyur. Müəllim şagirdə sözün məcazi mənasını anlatmalı, obrazlı 

ifadələrin nə demək olduğunu başa salmalıdır. 

Xalq poetikasında mühüm bir yer tutan obraz, onu 

yaradan amillər və sair kimi məfhumlar öyrədilməlidir. 

Nəzərə alsaq ki, proqramda az qala poetik folklorun bütün 

cəhətlərinin tədrisi nəzərdə tutulur, onda deməli, müəllim, sinifdə 

həmin janrların poetikasının mühüm əlamətləri haqqında 

məlumat verməlidir. 

II sinfin proqramında “Söz” adlı xüsusi bir bölmə var. 48 

saat həcmində olan həmin bölmə qarşıya ana dilinin zənginliyini 

öyrətmək vəzifəsini qoyur. Bu bölmədə belə bir ifadə var: 

“Hekayə ilə nağılın, tapmaca ilə yanıltmacın fərqi barədə 

şagirdlərə  məlumat vermək”.Hekayə ilə nağılı bir-birindən 

ayırmaq üçün müəllim  ədəbiyyat nəzəriyyəsinin mühüm bir 

fəslini bilməlidir.Ədəbi janrları  səciyyələndirən xüsusiyyətləri 

aydınlaşdırmalı, süjet və kompozisiya mövzusunu ifadə etmək 

baxımından həmin janrların xüsusiyyətlərini başa salmalıdır. 

Lakin, proqramda verilən həmin müddəanın ikinci hissəsi : 

“Tapmaca ilə yanıltmacın fərqi”  uğurlu ifadə olmasa da mətləb 

məlumdur. Yəni bu janrların hər birinin özünəməxsus 

xarakterinin səciyyəsini araşdırmağı tələb edirsə, bu çox vacibdir. 

Folklor poetikasının bir sıra çox mühüm elementləri ilə 

tanış olan şagirdlər III sinifdə biliklərini bir qədər dərinləşdirirlər. 




 

31 


III sinifdə “Sinif oxusu”na187 saat verilir. Proqramda oxuyuruq: 

“Təlimin bu mərhələsində  şagirdlərin ucadan və  səssiz oxumaq 

vərdişləri təkmilləşdirilməlidir. Oxunun düzgün, aydın, davamlı, 

ifadəli olması ilə yanaşı  şüurluluğuna xüsusi diqqət yetirilir”. 

Şagirdlərin qarşısında oxunmuş, materialların məzmununu  dərk  

etmək,  ona  münasibət  bildirmək,  onu  qiymətləndirmək tələbi 

qoyulur. Bütün  bunlar  həm  də    şagirdlərin  nitq  inkişafına  

xidmət edir. Proqramın həmin sinif üçün nəzərdə tutulan 

“Təxmini  tematika” bölməsində deyilir: ”Dilin yazılı  və  şifahi 

formaları.  Ədəbiyyat  və  folklor. Şifahi xalq ədəbiyyatı  nə 

deməkdir? Şifahi xalq ədəbiyyatının uşaq  janrları”(kiçik folklor  

janrları  nəzərdə tutulur-Ş.N.). I-II  siniflərdə olduğu kimi şifahi 

xalq  ədəbiyyatının gözəl incilərinin oxunması  uşaqların nitqinə 

duyğu və düşüncəsinə  təsir edir. ”İlk  folklor formaları. Layla  

düzgü, saymaca, tapmaca, yanıltmac...”(Düzgü-saymaca eyni  

janrdır-Ş.N.). ”Xalq poetikasının müdrikliyinin folklorda əksi. 

Şifahi xalq ədəbiyyatı incilərindən, o cümlədən mif, əsatir, əfsanə 

və rəvayətlərdən nümunələrin oxunması” 

Göründüyü kimi proqram I və II siniflərdə keçirilən 

folklor janrlarının üstünə  yenidən  qayıtmağı  nəzərdə tutur. 

Fikrimizcə  aşağı siniflərdə folklor poetikasının  cüzi əlamətləri 

öyrədirsə III sinifdə o artıq bir qədər də  dərinləşməlidir.  Bu 

sinifdə  şagird üçün yeni anlayışlar meydana çıxır. Mif, əsatir, 

əfsanə, rəvayət kimi istilahlar onun üçün təzədir. Buna görə  də 

müəllim həmin janrları başqalarından ayıran başlıca 

xüsusiyyətləri izah etməyə borcludur. Çünki, mövcud proqram 

bunu tələb edir. 

Proqramda folklorun tədrisi prosesində onun poetikasının 

öyrədilməsində bir sistem duyulur. III sinfin proqramında qeyd 

olunur  ki, “müxtəlif  ədəbi formalarda” (forma “janr” 

mənasındadır –Ş.N.) ritm üzərində müşahidə.  Ədəbi 

formaların(janrların) ritm üzrə müəyyənləşdirilməsi. 

 

32

Əlbəttə, ritm əsasında bəzi janrları müəyyənləşdirmək 



olar.Məsələn, yanıltmac ritminə görə seçilir. Layla ahənginə 

(ritminə görə yox – Ş.N.) görə müəyyənləşə bilər. Amma 

bütövlükdə  ədəbi janrları ritmə ayırmaq mümükün deyil. 

Proqramın belə üslub qüsuruna baxmayaraq ritm kimi bir poetika 

elementinə diqqət yetirməsi təqdirəlayiqdir. 

III sinif üçün nəzərdə tutulan proqramın “Mətn üzərində 

iş” bölməsində göstərilir ki, təmsilin başqa  şeirlərdən, həmçinin 

bayatıların laylalardan, tapmacaların yanıltmacdan 

fərqləndirilməsi, mətnin mövzusuna müvafiq atalar sözlərinin 

tapılması və öyrənilməsi” 

Proqramda nəzərdə tutulan bu tələblər folklor janrlarının 

poetikasını öyrənməyi qarşıya qoyur. 

III sinfin  “Oxu” proqramı  tələb edir ki, şagirdlər 

aşağıdakıları bilsin:  

1.  Folklorun yazılı ədəbiyyatla fərqini; 

2.  Kiçik həcmli folklor nümunələrinin (kiçik folklor – 

N.Ş) xarakterini; 

3.  Təmsillərin, atalar sözlərinin, tapmacaların fərqini 

III sinfin “Oxu” dərslərinin qarşısında bu cür tələblər 

qoyulmasını metodik baxımdan tam doğru hesab edirik.  

IV sinifdə  “Sinif oxusu” üçün 153 saat verilir. Təxmini 

tematika   nəzərdə tutur. Xalqımızın qəhrəman keçmişi, 

müdrikliyi, adət-ənənəsi,  əməyi və  məişəti ilə bağlı nağıllar və 

dastanlar,əfsanə, rəvayət, lətifələrin, uşaqların yaşlarına müvafiq 

nümunələrin, həmçinin bayatı, atalar sözləri, məsəl, tapmaca, 

yanıltmac və digər kiçik ölçülü nümunələrin oxunması. 

Göründüyü kimi, IV sinif folklorun çox böyük bir 

şəbəkəsini əhatə edir. Burada artıq epik folklorun dastan və nağıl 

kimi mühüm janrları sinfə  gəlir. Folklor poetikasının süjet, 

kompozisiya, obraz,sözaltı  məna, janr poetikası kimi cəhətləri 

tədrisə  cəlb olunur.Kiçik folklorun əvvəlki siniflərdə tanış 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə