Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 

25 


ədəbiyyatı sahəsində tanınmış ziyalılar idi. Bu dərslikdə  şagird-

lərin intellektinə  təsir edən  əsərlərə daha çox yer verilmişdi. 

Dərslik müəllifləri hesab əməlləri ilə  əlaqəli  əhvalatlardan daha 

çox istifadə etməyə üstünlük verirdilər. 

Bu müəlliflərin içərisində M.Mahmudbəyov ibtidai sinif 

dərslikləri sahəsində  ən çox təcrübəsi olan bir pedaqoq idi. O, 

Uşinski təlimini mükəmməl mənimsədiyi üçün dərsliklərinin dili 

və topladığı  əsərlər uşaqların yaş  səviyyəsinə uyğun gəlirdi. 

Digər müəlliflər də tanınmış  şəxsiyyətlər idi. S.S.Axundzadə 

gözəl uşaq yazıçısı, qalanları isə  məktəb işini mükəmməl bilən 

pedaqoqlar idi. Ona gorə  də  “İkinci il “ dərsliyi o dövrün 

qabaqcıl ziyalılarının diqqətini cəlb edirdi. 

Kitab haqqında “Tərəqqi” qəzetində qeyd edilirdi ki, “....bu 

kitab uşaqlara mənfəətli bilik verən, ağlını artıran və nəzərlərini 

artıran məqalətlərdən ibarətdir.” 

B.Nəsirovun qeyd etdiyi kimi “İkinci il” dərsliyi 1908-ci 

ildən başlayaraq 1925-ci ilə  qədər dəfələrlə  nəşr edilmişdir və 

şagirdlərin mükəmməl savada malik olmasında böyük rol 

oynamışdır. O zamanın bir sıra dərsliklərindən fərqli olaraq bu 

kitabda toplanmış  tərbiyəvi, ibrətamiz mahiyyət daşıyan, 

uşaqların ruhunu oxşayan  şeir və hekayələrdə  nə fars-ərəb 

kəlməsi, nə osmanlı  ləhcəsi, nə  də digər  əcnəbi sözlər var idi. 

Yazı nümunələrində isə Azərbaycan dilinin özünəməxsus halları 

və  şəkilçiləri öyrədilirdi. Müəlliflər  şagirdlərin müstəqillik və 

şüurluluq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə  təmrinlərə 

geniş yer vermişlər. Bu təmrinlər  şagirdləri sərbəst çalışmağa 

alışdırır, yeni biliklər verir və biliklərini möhkəmləndirirdi. 

(29,77) 


Dərsliklərin sürətlə yaranma səbəbləri çoxdur. Maarifçilik 

hərəkatının güclənməsi, Azərbaycanın Rusiya tərəfindən 

işğalından sonra rusların yeritdiyi   planauyğun siyasətinin 

ziyalılar tərəfindən başa düşülməsi XIX əsrdə dünyada gedən 

yeniləşmə prosesində  fəal iştirak etmək milli ziyalılarda 

 

26



məktəbə,maarif işinə xüsusi diqqət etməyə  məcbur etdi. Bu 

proseslərdə isə başlıca istiqamət ana dilinə yönəlmişdi. Milli 

ədəbiyyatın inkişafı da, folklor nümunələrinin toplanıb 

məktəblərdə tədris olunması, da  bu məqsədə xidmət edirdi.  

Ana dilinin tədrisi tarixində ara-sıra baş verən bu hadisələr 

hələ onun tam sistemli şəkildə öyrədilməsi demək deyildi. 

Bu sahədə ilk uğurlu addımlar XIX əsrin 30-cu illərindən 

başlandı.  Şuşada,  Şamaxıda, Qubada və digər  şəhərlərimizdə 

yaranan rus-tatar məktəblərinin açılması, həmin məktəblərdə 

Azərbaycan bölmələrinin fəaliyyətə başlaması,   yeni dərsliklərin 

yaranmasına səbəb oldu. Bu tarixi hadisədən ruhlanan yazıçı və 

alimlərimiz ana dilinin öyrədilməsi sahəsində ciddi addımlar 

atmağa başladılar. A.Bakıxanov, M.Ş,Vazeh, S.Ə.  Şirvani, 

F.Köçərli, A.Şaiq, R.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov və 

başqaları  dərsliklər yaratdılar. “Kitabi-türki”(1852), “Vətən-

dili”(1882), “Uşaq bağçası”(1898), “Bəsirətül-ətval”(1901), 

“Birinci il”(1907), “İkinci il”(1908), “Yeni məktəb”(1909) və 

digər kitablardan bədii nümunələri bir yerə toplayan prof. 

X.Məmmədov  yazır: “XIX əsrin sonu XX əsrin  əvvəllərində 

xalq maarifi, məktəb və  təlim-tərbiyə  işləri milli zəmində 

köklənmişdi” Tədqiqatçının bu fikirini ana dilinin öyrənilməsinə 

diqqətin daha da artması  kimi də başa düşmək olar. Çünki 

yaranan kitabların birbaşa dil tədrisi ilə bağlıdır. M.Mahmud-

bəyov “Türk əlifbası”, A.Çernyayevskinin “Vətən dili”(I hissə), 

A. Çernyayevski və S.Vəlibəyov “Vətən dili”(II hissə) kitablarını 

buna misal göstərmək olar. 

Ədəbi nümunələrın məktəbdə  tədrisi sahəsində görkəmli 

maarifçilər R.B.Əfəndiyev, F.Ağazadə, F.B.Köçərli, M.T.Sidqi, 

B.Çobanzadə,  Ə.Qarabağlı, B.Əhmədov, A.Səmədov və 

başqalarının fikir və mülahizələrinin böyük əhəmiyyətini qeyd 

etmək lazımdır.  

B.Çobanzadə xalq ədəbiyyatı nümunələrinin tədrisinə  həsr 

olunmuş çox qiymətli metodik məqalələr müəllifidir. Metodist-



 

27 


lərdən A.Axundov, Ə.Qafarlı, Q.Ələkbərli hekayə  və nağılın 

məzmununu  şagirdlərə çatdırmağın müxtəlif forma və metodla-

rından istifadə etmişlər. Onlar  bədii mətnin sinifdə dialoqlar 

şəklində oxunmasını, zəruri hallarda səhnələşdirməyi üstün say-

mışlar. 

Ə.Qarabağlı «Azərbayçan 

ədəbiyyatının tədrisi 

metodikası» adlı kitabında  ədəbiyyatın tədrisi ilə  əlaqədar çox 

qiymətli fikirlər söyləyir və  uşaqların fantaziyasında və 

təxəyyüllərinin inkişaf etdirilməsində onun böyük rolunu dərk 

etməyən müəllimlərin hələ  də olduğundan acı-acı gileylənir. 

Metodist-alim göstərir ki, ədəbiyyat uşaqların təkcə oxu 

vərdişlərini inkişaf etdirmir, şifahi və yazılı nitqin inkişafında, 

ədəbi tələffüzün mənimsənilməsində onun rolu böyükdür.  

Klassik dərsliklərimizin  ən yaxşı  ənənələrinin qorunub 

saxlanmasına Sovet dönəmində  də  əməl olunmuşdur. Lakin 

həmin cəmiyyətin özünəməxsus tərəfləri var idi. Ədəbiyyat və 

incəsənətin bütün növləri nəşr olunan bütün kitablar, radio və 

televiziya verilişləri kimi dərsliklər də ideoloji aparatın  ən 

mühüm hissəciyi hesab olunurdu. Müəllim və onun tədris etdiyi 

kitablar hər gün uşağın qulağına Sovet dövlətinin dünyada ən 

qüdrətli, ədalətli, humanist bir quruluş olduğunu diktə etməli idi. 

Dünya ilə tam izolyasiya olunmuş bir dövlətin naqis cəhətlərinin 

qoruyub saxlamaq üçün yaranan belə bir şəraitdə  uşaqlar 

xoşbəxtlik haqqında nəğmələr oxumalı, şerlər deməli, əhvalatlar 

danışmalı idilər.  

Dərsliklərə daxil edilən  əsərlərdə “Biz dünyanın 

xoşbəxtiyik”,“Bizim vətənimiz hər  şeyə qadirdir!”, “Biz 

kommunizm qururuq” və s. kimi buna bənzər  şüarlara cavab 

verməli idi. Bu vəziyyət demokratik düşüncəyə meydan açmırdı. 

Qəzet və jurnallarda Lenin, komsomol, pioner, Moskva, Kreml 

kimi mövzular bədii  ədəbiyyatın  əsasında dayanırdı. Uşaqlar 

üçün yaranan bədii nümunələr ibtidai sinif dərsliklərinə geniş yol 

tapmırdı. Buna görə  də  zəngin bir yol keçən ibtidai məktəb 

dərsliklərimiz 30-cu illərdən sonra bu qeyri normal düşüncənin 

 

28



qurbanına çevrildi. Doğrudur, 1930-1955-ci illər arasında bədii 

ədəbiyyatda az da olsa həqiqi sənət nümunələri yarandı. Həmin 

nümunələrin bəzilərinin müəllifləri M.Müşfiq,  H.Cavid,   

Y.V.Çəmənzəminli, Ə.Cavad və başqaları “Yollarını azdıqlarına 

görə” 37-ci ilin qurbanlarına çevrildilər. Lakin müəyyən 

səbəblərə görə canını qurtaranlar da oldu. S.Vurğun, C.Cabbarlı, 

Ə.Cəmil, M.Cəlal, M.İbrahimov və başqa sənətkarlar maraqlı 

əsərlər yaratdılar. Bəzi hallarda ibtidai məktəb dərsliklərinə 

həmin ləyaqətli əsərlər də salınırdı. Amma bu o qədər az idi ki

“siyasi mövzuların” içində itib batırdı. 

Bir sözlə obrazlı ifadə məktəbə çox nadir hallarda yol tapırdı. 

Uşaqlar da öz zəmanələrinə bənzəyirdi. 

Obrazlı sözə, bədii düşüncəyə, intellektə əsaslanan mətnlərin 

azalması ibtidai siniflərin ümumi səviyyəsinə ciddi təsir edirdi. 

Uşaqlar böyük ideallarla yaşamaq  əvəzinə kiçik düşüncələrin 

əsiri olurdular. 

Bu cəhət uşaq  ədəbiyyatında da görünürdü. Bu ədəbiyyatın 

tərənnüm etdiyi insanlar satıcılar, çobanlar, süpürgəçilər, tərəzi 

çəkənlər və s. idi. Bu da cəmiyyətdə təbii qarşılanırdı. 

F.Köçərli “Ana dili millətin mənəvi birliyidir, həyatının 

mənası, mənzərəsidir.Ana südü bədənin mayəsi olduğu kimi, 

ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını  və  vətənini 

sevdiyi kimi ana dilini sevir” deyərkən dövrünün görkəmli 

pedaqoqlarını Azərbaycan dilinin saflığı  uğrunda, onu yad 

sözlərdən təmizləmək uğrunda mübarizəyə çağırırdı. 

Dos. B.Nəsirov deyir: “20-ci əsrin  əvvələrində 

Azərbaycanda bütün dövlət məktəblərində  təlim rus dilində 

aparılırdı. Azərbaycanlılar hətta tənəffüsdə belə öz yoldaşları ilə 

ana dilində danışa bilməzdilər. Bütün bunlar çarizmin milli 

ucqarlarda ana dilinin tədrisinə  mənfi münasibətinin, onun 

ruslaşdırma siyasətinin nəticəsi idi. Çarizmin milli ucqarlarda ana 

dilinin tədrisinə  mənfi münasibətinin  əsas səbəbi onun yerli 

əhalinin ruslaşdırma siyasəti ilə bağlı idi. İbtidai məktəbdə kiçik 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə