Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 

61 


töhfəmizdir. Çalışdıq,  şəkillərin diliylə onlar üçün riyaziyyat 

aləminə, məntiq dünyasına bir cığır açaq. Boyaları seçməkdə 

onlara sərbəstlik verdik, hər bir şəkli rəngləyərkən təxəyüllərinin 

gücünə arxalansınlar istədik. Düşüncə qabiliyyətlərini inkişaf 

etdirmək üçün sadə suallar tərtib etdik. Fikirləşdik ki, əziz 

valideynlər, bu xırdaca məsələlərin şərtini anlamaqda balalarınıza 

kömək əlinizi həvəslə uzadarsınız.  

Ümidvarıq ki, bir balaca əməyimiz körpələrimizə bu 

mürəkkəb dünyamızı addım-addım dərk etməkdə bir vasitə 

olacaq. Uğurlar olsun! (23,3) 

Yeni tipli ədəbiyyatın yaradılması müasir dövrün 

tələbləri ilə bağlıdır. Bu problemi düzgün qiymətləndirərək X. 

Əlizadə yazır: “Bunları  və bu sahədə metodik vəsaitin az 

olduğunu nəzərə alaraq, ibtidai sinif müəllimlərinə kömək 

məqsədilə öz iş  təcrübəmizə  əsaslanaraq “Düşün, tap!” adlı 

metodik vəsaiti hazırlamalı oldum. 

Vəsaitdə ibtidai siniflərdə didaktik oyunların 

əhəmiyyəti, yeri, rolu, təşkili metodikası, habelə didaktik 

oyunların məzmunu və onların cavabları verilmişdir.  

Vəsait haqqında öz rəy və təkliflərini bildirən oxuculara 

əvvəlcədən öz minnətdarlığımı bildirirəm. “ 

Yeni nəşr olunan “Sənin sevdiyin yüz nağıl”, “Şəkilli 

bilməcələr”, “Düşün tap” və s kimi kitablarda uşaqların 

intellektinə  təsir edəcək yazı nümunələrinin,  şəkillərin, 

dioqramların verilməsi göstərir ki, Azərbaycan Respublikasında 

Ümumi Təhsilin Milli Kurrikulumu sənədi artıq təkcə məktəblərə 

deyil, nəşriyyat orqanlarına da təsir etmişdir. Insanlar bir həqiqəti 

dərk etməyə başlamışlar ki, uşaq intellektinə  təsir etmək ona 

hazır biliklər verməkdən daha faydalıdır. Bu əyləncəli kitabların 

əksəriyyəti təbiət elmlərinə aiddir. Xüsusilə  uşaqlarda riyazi 

təsəvvürlərin inkişaf etdirilməsinə hesablanmışdır. Riyaziyyatın 

əhəmiyyəti haqqında dünyanın böyük sənətkarları çox qiymətli 

fikirlər söyləmişlər. Onlardan aşağıdakıları xatırlatmaq olar:  

 

62



- “Riyaziyyat fənni o əqədər çətindir ki, onu bir qədər 

əyləncəli etmək imkanından istifadə etmək faydalıdır” (B. 

Paskal). 

B. Paskalın bu sözlərini eyni ilə ana dilinə də aid etmək 

olar. Qrammatikanın qanunları heç də  dəqiqliyinə görə riyazi 

qanunlardan geri qalmır. Buna görə ana dilinin tədrisi prosesində 

də əyləncə və oyun elementlərindən istifadə son dərəcə zəruridir.  

- “Riyaziyyat elmlərin  şahı, hesab isə riyaziyyatın 

tacıdır” (K. F. Qaus). 

Bu fikirlə  şərti olaraq razılaşmaq olar. Lakin elmlərin 

hamısının mahiyyətini düzgün anlayanda onun gözəlliyi, başqa 

sözlə “elmlərin  şahlığı” üzə  çıxır. Deməli, dərslər elmin 

mahiyyətini aşmağa xidmət göstərməlidir. Ana dilinin tədrisi 

prosesində sözün alt qatında gizlənən məna gözəlliyini üzə 

çıxartmaq lazımdır. Müəllim buna nail olsa “ana dili bütün 

elmlərin tacıdır” fikrini hamı təsdiq edər. 

- “Kimya fizikanın sağ  əli, riyaziyyat isə onun görən 

gözləridir” (M. V. Lomonosov). 

- “Heç bir bəşər tədqiqatı riyazi isbatdan keçmədən 

həqiqət adlandırıla bilməz” (Leonardo da Vinçi). 

- “Riyaziyyatın da özünə  məxsus estetika vardır” (A. 

Kolmoqorov). 

- “Riyazi həqiqətlər əbədidir”. (F. M. Volter) 

- “Elm yalnız ona riyaziyyat daxil olduğuna görə 

elmdir” (İ. Kant). 

- “Həyat yalnız iki şeylə gözəldir: riyaziyyata 

yiyələnmək və riyaziyyatı öyrətmək” (S. D. Puasson). 

- “Riyaziyyatın inkişaf etdirilməsi və təkmilləşdirilməsi 

dövlətin tərəqqisi ilə sıx bağlıdır” (Napaleon Bonopart). 

- “Təbiətin  ən böyük kitabı riyaziyyat işarələri ilə 

yazılmışdır” (Q. Qaliley). 

- “Uçuş riyaziyyat deməkdir” (V.P. Çkalov). 




 

63 


- “ O elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya 

riyazi elmlərdən biri tətbiq edilmir, onda o elmdə heç bir yəqinlik 

hasil edilə bilməz” (Leonardo da Vinçi). 

- “Həndəsədə olduğu kimi, poeziyada da ilham 

lazımdır” (A. S. Puşkin).  

- “Tez və ya gec hər bir düzgün riyazi ideya bu və ya 

digər işdə öz tətbiqini tapır” (A. N. Krılov).  

Bu deyimlərdə diqqəti cəlb edən  əsas cəhət riyaziyyat 

elminin  şagird intellektinə güclü təsir etmək imkanlarıdır. “Ana 

dili”ni riyazi dəqiqliklə öyrənmək onun tədrisində xüsusi 

əhəmiyyəti kəsb edir. Belə olan tərzdə ana dilinin tədrisi 

prosesində riyaziyyat elementlərini tətbiq etmək faydalı 

olmazdmı? Uşaqların çox süvdiyi rəqəmlərlə  məktublaşmaq 

məşğələsini sinfə gətirmək mümkündür. Oyunun qaydası belədir 

ki, hər rəqəm bir hərfi  əvəz edir. Sonra həmin rəqəmləri hərf 

əvəzinə bir-birinin ardınca yazıb söz almaq mümkü olur. 

Məsələn, 1 rəqəmi A hərfini, 2 N hərfini, 3 T hərfini və s. 

göstərir.  Əgər biz ana sözünü yazmaq istəyiriksə 121 rəqəmini

“ata” sözünü yazmaq istəyiriksə 131 rəqəmini yazırıq.    

Müasir mərhələdə bu həqiqəti dərk edən bir sıra 

nəşriyyatlar uşaqlar üçün nağıl kitabları çap edərkən oxucuların 

intellektinə təsir edən suallardan yararlanırlar. Məsələn, “Qələm” 

nəşriyyatı “Yüz sevimli nağıl”seriyasından buraxdığı kitabların 

sonunda aşağıdakı sual və tapşırıqları vermişdir.  

* Nağıldakı obrazların adları; onlarda bəyəndiyin və 

bəyənmədiyin keyfiyyətlər hansıdır? Nəyə görə?  

*Özündə  bəyəndiyin və  bəyənmədiyin xüsusiyyətlər 

varmı? Hansılardır? 

*Nağıldakı  hər hansı hadisəni dəyişmək istərdinmi və 

necə? 


*Nağıl haqqında duyğularınla bağlı  şeir yaza 

bilərsənmi? 

 

64

*Nağılda hansı bölmələr xoşuna gəldi və ya gəlmədi? 



Nə üçün? 

*Nağılda sənə qeyri-adi görünən hadisə  və obrazlar 

hansılardır? Hansı  cəhətlərinə görə onları qeyri-adi hesab 

edirsən? Həyatda bu obrazlara və hadisələrə rast gəlmək olarmı? 

*  Hadisələrin baş verdiyi məkanları ardıcıllıqla 

sadalaya bilərsənmi? 

* Nağılda rastlaşdığın yeni sözlər və onların mənalarını 

yaza bilərsənmi? 

* Nağılla bağlı ssenari yazmalı olsan, hadisə  və 

qəhrəmanları necə seçərdin? 

*Nağılın müəllifi sən olsaydın, kitaba hansı adı 

verərdin? Nəyə görə? 

*Nağılda ən çox sevdiyin bənzətmə hansıdır? 

*Nağıldakı qəhrəmana məktub yazsan, nə yazardın? 

*Nağılı oxuduqdan sonra hansı nəticəyə gəldin? 

*Kitabın üz qabığını sən necə çəkərdin? 

*Nağılı sən yazsaydın sonunu necə bitirərdin? 

Ana dilinin zərifliyini, incəliyini və gözəlliyini uşaqlar 

lap körpəlikdən anlamalıdır. Uzun əsrlər boyu anaların beşik 

başında oxuduqları laylalar, bayatılar vasitəsilə  hələ dünyanın 

başqa sirləri ilə tanış olmayan uşağa dilin gözəlliyini ana südü ilə 

əmizdirirlər. Bəlkə elə buna görə də bir sıra xalqlarda “ana dili” 

termini daha geniş yayılmışdır.  

Ana dilinin öyrənilməsi prosesində  məktəbəqədər yaşlı 

uşaqların intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi müstəqil 

bir problem kimi diqqəti cəlb edir. Bütün anlayışların  əsası 

körpəlikdən qoyulur. Deməli müxtəlif vərdişlərin, bacarıqların və 

intellektin də əsası bu dövrdən başlanır. 

“Cücələrim” mahnısının dünya uşaqlarının dilində 

yayılmasının  əsas sirri bu nəğmədəki “C” səslərinin dəfələrlə 

təkrar olunmasıdır. Uşaq “cip, cip, cip” deyə cücələrin səsini 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə