Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 

41 


veririk və onları necə deyərlər üst-üstə qalayırıq.  Əvvəlcə 

qazanılan (əzbərlənən) bilik tətbiq olunmadığına görə tezliklə 

unudulur. Yeri gəlmişkən: Bu gün qüvvədə olan köhnə  tədris 

proqramlarının və dərsliklərin əsas qüsuru onun həddindən artıq 

elmi məlumatlarla yüklənməsidir. Dilçi alimlərimiz isə 

qazandıqları elmi nailiyyətlərin az qala hamısını  məktəbə 

gətirməyə çalışır, nəticədə  şagirdin sağ qalması üçün ona bir 

stəkan su vermək əvəzinə çayda boğuruq.  

Piaje nəzəriyyəsinə görə uşaq daha faydalı biliklər əldə 

etməklə öz məlumatlar sistemini yeniləşdirir. Görkəmli alimin bu 

düşüncələri sonralar daha da inkişaf etdirilmiş, yeni 

konsepsiyalarla zənginləşdirilmişdir. Belə konsepsiyalardan biri 

G. Brunerin öyrənmənin “kəşf etmək yolu”dur. Bu alimin 

fikrincə proqramlar spiralvari prinsipə əsaslanmalıdır.  

Yeni tipli düşüncə  tərzinə malik olan bu nəzəriyyələr 

meydana belə bir sual çıxarır: Sinfə elmi bilikləri kim 

gətirməlidir? Müəllim, yoxsa şagird?  Şagirdin fəallığı yeni fikri 

sinifdə  kəşf edərək öyrənməsi belə bir sualı doğurur? Bu suala 

birbaşa cavab verməmək üçün bu gün “Azərbaycan 

Respublikasında Ümumi təhsilin Komsepsiyası (Milli 

Kurrikulumu”nda) qeyd olunan fasiləsiz müəllim konsepsiyasını 

yadımıza salaq. Həmin konsepsiyaya əsasən müasir müəllim 

ömrü boyu təhsil alır və deməli həmişəlik tələbə və ya şagirddir. 

O, daim mütaliə edir, öyrənir, təkmilləşir və tətbiq edir. Şagird də 

sinfə elmi bilikləri daşıyır. Dünənki dərsin tapşırğı elə olmalıdır 

ki,  şagird müxtəlif qaynaqlardan onu tapıb sinfə  gətirsin. 

Şagirdlər müxtəlif qaynaqlardan bəhrələndiyinə görə sinifdə bir 

mövzunun məlumat bankı yarana bilər. Mövzu üzrə  məlumat o 

qədər çox ola bilər ki, seçim bolluğu yaranar. Buna görə də Piaje 

və Bruner nəzəriyyəsindən belə bir nəticə çıxır: Uşaqlar müəlimi, 

müəllim isə uşaqları fəallaşdırır.  

Bəs yeni biliklər haradan yaranır? Onu müəllim hazır 

şəkildə vermir, uşaqlara bələdçilik edir. Şagird isə  ətraf aləm 

 

42



haqqında bilik və  təcrübələri  əsasında yeni bilgiləri kəşf edir. 

Belə hesab edirik ki, şagirdlərin müxtəlif məlumatlarşı, 

təcrübələri tutuşdurduqdan sonra kəşf etdikləri yeni biliklər 

müəllimin də aktivliyini artırır. Bu prosesdə kiçik bir passivlik 

dərs prosesini məhv edə bilər. V. Qlaserfeld göstərir ki, bilik 

həmişə yaradıcı fəaliyətin nəticəsi olur. Buna görə də onu passiv 

şəkildə ötürmək olmaz.  

Kitab kamilliyə doğru irəliləyən uşağın  əlində sehrli 

çırağa bənzəyir. Müəllim həmin çırağın işığını gücləndirməyi, 

kamilliyin sehrli yollarında ondan istifadə etməyi uşaqlara 

öyrətməlidir. Bunun üçün o, məktəbdə  tədris olunan hər bir 

əsərin alt qatında gizlənən məna gözəlliyinin-əsərin estetik 

dəyərinin üzə  çıxarılmasında  şagirdin  ən yaxın köməkçisi 

olmalıdır.  

Ədəbiyyat uşağın yaradıcı hisslərini, fantaziyasını, 

gələcək haqda təsəvvürlərini inkişaf etdirən xüsusi bir sənətdir. 

O, uşaqla obrazlı dildə danışır. Bu dil, qrammatikasının qaydaları 

ilə məhdudlaşan adi dil deyil.  

Ədəbiyyat sənətinin fəlsəfi  əsası bütün əzaları yerində 

olan, anadan normal doğulmuş insandan qeyri-adi şəxsiyyət 

tərbiyə etməkdir. Belə  şəxsiyyətlər böyük vətəndaş, demokratik 

düşüncəli, yaradıcı, intellekt sahibi, humanist və s. kimi gözəl 

keyfiyyətlərə malik olurlar. 

Biz  ədəbiyyatı  həm də ona görə  tədris edirik ki, 

uşaqların intellekt qabiliyyətlərini inkişaf etdirək. bizimlə 

mübahisəyə girişməyə meyilli insanlar deyə bilər ki, intellekt 

qabiliyyətini dəqiq elmlər yaradır. Uşaq kompüterlə  rəftarı 

öyrənir, internetə  çıxır, müxtəlif idrakı oyunlar oynayır və 

beləliklə intellektlərini inkişaf etdirirlər. Bunlar doğrudur. Lakin 

bunlar intellekt qabiliyyətlərinin görünən tərəfləridir. Söz 

sənətinin nüvəsində elə keyfiyyətlər vardır ki, onlar yeni intellekt 

qabiliyyətlərinin əsasını qoya bilər.  




 

43 


Filosof Asif Əfəndiyev yazır: “Təfəkkür hissdən təcrid 

olunarsa, kökü qurumuş  ağaca bənzəyər.  Əgər təfəkkür idrakın 

səmalara ucalan möhtəşəm budaqlarıdırsa, hiss onun dərin 

kökləridir!” (3, 19) 

Elm sözü hissdən yaranmışdır. Həyatı  dərk etmək, 

həqiqəti qavramaq, bizi əhatə edən müxtəlif rəngli, müxtəlif 

biçimli, müxtəlif ahəngli aləmin mahiyyətini anlamaq 

ehtirasından ibarətdir.  

Sonra Asif Əfəndiyev həmin fikri davam etdirərək yazır 

ki, “...estetik təfəkkür ilə elmi təfəkkür arasında sıx əlaqə vardır. 

elmi təfəkkürsüz əsl bədii, estetik təfəkkür yoxdur.” (3, 20) Onun 

fikrincə, təfəkkür adi qavrayışdan geniş ümumiləşdirmələrə 

qədər idrak prosesinin xüsusi formasıdır. 

Fəlsəfi fikir bədii ədəbiyyatla idrakın sıx birliyini etiraf 

edir. Deməli, biz metodistlər bu cəhətləri nəzərə almalı, uşaqların 

intellekt qabiliyyətlərinin inkişaf etdirilməsini yaddan 

çıxarmamalıyıq.  

Fransız psixoloqu Alferd Bine ölkənin təhsil nazirindən 

ibtidai sinif şagirdləri üçün əqli testlər hazırlamaq tapşırığını aldı. 

1904-cü ildə A. Bine və dostları ilk intellekt testlərini yaratdılar. 

Bundan 80 il sonra 1983-cü ildə Harvard Universitetinin 

professoru Hovard Qardner “Əqlin hüdudları” adlı bir kitab 

yazdı. Psixoloq yeddi əsas intellekt qabiliyyətinin mövcudluğunu 

müəyyənləşdirdi. Beləliklə Qardner “Çoxşaxəli əqli qabiliyyətlər 

nəzəriyyəsi”nin  əsasını qoydu. Bu nəzəriyyədə o, insan 

potensialının hüdudunu genişləndirdi.  

Qardner nəzəriyyəsinə görə sinif mühiti bizim indiyə 

qədər öyrəndiyimiz kompozisiyada deyil, yeni bir quruluşda olsa 

daha çox effekt verər. bütün partaların yazı taxtasına müəllimin 

isə üzü uşaqlara tərəf dayanması “Çoxşaxəli  əqli qabiliyyətlər 

nəzəriyyəsi”ndə o qədər də  uğurlu olmayan bir sinif hesab 

olunur. Qardnerin fikrincə müxtəlif növ öyrəncilərin 

ehtiyaclarına uyğunlaşmaq üçün sinif mühitini köklü surətdə 

 

44



yenidən qurmaq zərurəti meydana çıxır. Bu gün yeni təlim 

texnologiyalarına uyğun tədris aparan müəllimlərimiz daha çox 

sinfi qruplara bölməyə üstünlük verir. Əlbəttə bu yaxşıdır. Lakin 

bu iş korkoranə  şəkildə “kim hansı qrupu istəyirsə otursun” 

şəklində ola bilməz. Burada intellekt qabiliyyətlərinin nəzərə 

alınması şərtlərindən biridir.  

Biz  Qardnerin dediyi intellektin 7 tipini xatırlatmaq 

istəyirik. Müəllim ibtidai siniflərdə  əsərlərin tədrisi prosesində 

şagirdləri qruplaşdırarkən onların hansı intellekt qrupuna daxil 

olduğunu müəyyənləşdirsə, tədris prosesində ona müvafiq 

hərəkət etsə, bizcə daha çox uğur qazanar. Intellektlərə  nəzər 

salaq.  


1)Linqivistik intellekt 

Belə  uşaqlar yazıb oxumağı çox sevir, humanitar 

fənnlərə xüsusi maraq göstərir, tarixi hadisələrə xüsusi diqqət 

yetirir. Onlar bu fənlər üzrə mübahisə etməyi, müzakirəyə 

qoşulmağı arzulayır. Onlar əlavə ədəbiyyatları da həvəslə mütaliə 

edir.  Ədəbiyyat və incəsənəti sevən belə  uşaqlar bənzətməyi, 

obrazlarla düşünməyi,  şəkil çəkməyi, eskizlər düzəltməyi, 

tamaşalar təqdim etməyi sevirlər. Onları  bədii kitablar, video 

materiallar, slaydlar, labirint şəkilli kitablar, şəkil qalereyaları 

cəlb edir.  

2) Riyazi-məntiqi intellekt  

 Belə  uşaqlar fikirlərini məntiqlə  əsaslandırmağa 

çalışırlar. Onlar eksperimentləri sevir, suallar verməyi, məntiqi 

və  dəqiqliyi qiymətləndirilər. Onlarda təsəvvür olunması 

mümkün olan, müqayisə etmək, analoji variantları tapmaq 

meylləri güclü olur. Belələri təbiətin həqiqi sirlərini öyrənməyə, 

müasir texnologiyanı mənimsəməyə can atır.  

3) Məkanla bağlı intellekt 

Belə  uşaqlar görmə  və ya məkanla bağlı aləmi dəqiq 

duymaq və  həmin o duyğular üzərində transformasiyaları 

(memar, bəzəkçi, dizayner, ixtiraçı) həyata keçirməyə üstünlük 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə