Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 

53 


nəzəriyyəsinin daha geniş planda tətbiqi müşahidə olunmaqdadır. 

Təlimin müasir metodları adlı kitabda oxuyuruq: 

Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün 

müəllimlər təfəkkür prosesi və onun xüsusiyyətlərinə  bələd 

olmağa çalışırlar. Məlumdur ki, təfəkkür müxtəlif növlərə 

malikdir. Məsələn: 



1. Tənqidi təfəkkür. 

Hər hansı hadisəyə şübhə ilə yanaşmaq, etiraz etmək, fikir 

söyləmək və s. tənqidi təfəkkürdür.  

2. Dialektik təfəkkür. 

Dialektik təfəkkür dedikdə-hadisələrdə ziddiyətlərin 

vəhdətini və mübarizəsini, yeniliklərin necə yarandığını görmək 

və onların inkişaf istqamətlərini aşkar etmək nəzərdə tutulur.  



3. Məntiqi təfəkkür 

Məntiqi təfəkkür dedikdə biliklərin  əqli  şəkildə 

qavranılması, köhnə biliklərlə yeni biliklər arasında sıx bağlılıq 

başa düşülür.  



4. Ümumiləşmiş təfəkkür. 

Ümumiləşmiş təfəkkür dedikdə elmi biliklərin fərqli və 

oxşar cəhətlərini aşkar etmək başa düşülür.  

5 .Kateqoriyalı təfəkkür.     

Bu, oxşar əlamətləri qruplar, siniflər üzrə birləşdirməyi 

nəzərdə tutulur.  

6. Nəzəri təfəkkür.  

Bu,  ən yüksək ümumiləşdirilmiş hadisələrin  ən vacib 

qanunauyğunluqlarını dərk etdirməkdir.  

7. Deduktiv təfəkkür.  

Bu, fikrin ümumi haldan xüsusi hala, kokret fikrə doğru 

inkişafıdır. 

8. İnduktiv təfəkkür. 

Bu fikrin xüsusi haldan ümumi hala keçməsi və  nəticə 

çıxarılmasıdır. 

9.Alqoritmik təfəkkür. 

 

54



Bu, göstəriciləri ardıcıl, sistemli yerinə yetirməkdir.  

 

10. Texniki təfəkkür. 

Bu, texniki yeniliklər üçün fikri fəallıq,  şagirdi texniki 

əməyə hazırlamaqdır. 



11. Reproduktiv təfəkkür. 

Bu, mənimsənilmiş bilikləri aktivləşdirməyə çalışan 

fikri fəallıqdır.  

 

12. Produktiv təfəkkür (yaradıcı) 

Bu, yeni elmi tapşırıqları, məsələləri müstəqil həll 

etmək imkanı verir.  

13. Sistemli təfəkkür 

Bu, təbiət və  cəmiyyətin qanunauyğunluqlarını düzgün 

inkişaf etdirmək, elmi dünyagörüşü formalaşdırmaqdır.  

Müəllimlər  şagirdlərin fəallığını inkişaf etdirmək üçün 

hansı növ təfəkkürün çatışmadığını müəyyən etdikdən sonra 

onun inkişaf etdirilməsi qayğısına qalmaqla keyfiyyət  əldə 

edilməsinə, şagirdin irəliyə doğru inkişafına imkan yaradırlar. 

Şagidlərin təfəkkürünün inkişaf etdirilməsi üçün 

müəyyən prinsiplərin nəzərə alınması məsləhət görülür.  

Göründüyü kimi kitab müəllifləri Qardner nəzəriyyəsini 

yeni  şəraitdə daha kiçik detallarına gedib çıxmışlar. Bunun isə 

başlıca səbəbi  şagird intellektinə  təsir etməyin yeni metod və 

yollarını axtarmaqdan ibarətdir. Yəhudi xalqının müdrik bir sözü 

var: “Bütün çıxılmaz vəziyyətlərdən iki çıxış nöqtəsi var”. Bu, 

ağlın çevikliyinə, bütün vəziyyətlərdə alternativ yol axtarmaq 

zəruriyyətinə  işarədir. Hər bir fikrə alternativ axtarmaq, mütləq 

ideyaları hazır standart fikirlərlə yeniləşdirmək ideyası müasir 

təhsilin qarşısında duran əsas vəzifələrdəndir. Bu gün dünya 

şöhrətli alimlərdən Lütfizadənin, R. Əliyevin nəzəriyyələri 

mövcud elmi kəşflərin alternativi kimi diqqəti cəlb edir. 

Alternativ düşüncə inkişafın  əsasıdır.  Əgər elmdə alternativ 



 

55 


düşüncə yaranmasa onun inkişafı olmayacaq. Çünki mövcud 

elmi nailiyyətlər ümumi qanunauyğunluqları müəyyənləşdirir. 

Buna görə  də biz tərtib etdiyimiz testlərdə sualları elə  şəkildə 

qurmalıyıq ki, şagirdin konkret intellektinə yönəlsin. Test 

cavablarını hazır biliklərin yoxlanmasından məntiqi düşüncəyə 

istiqamətləndirmək daha çox əhəmiyyətlidir. Tam bildiyimiz 

şeylərin içindən bilmədiklərimiz cəhətləri araşdırmaq bacarığı 

yaratmalıyıq.  

O şey ki, bizlərə tam aşikardır, 

Orda da gizli bir xəzinə vardır. 

N. Gəncəvi bu beyt ilə deyir ki, bildiyimiz bir şeyin 

içində minlərlə bilmədiyimiz sirlər vardır. həmin sirləri 

öyrənməyə səy etməliyik. Bu kəlam müasir təlim strategiyasının 

əsasını  təşkil edə bilər. Bizim bildiklərimizin içərisində 

bilmədiyimiz minlərlə  cəhət mövcuddur. Əgər müəllim öz 

dərsinə bu məntiqlə yanaşsa elmin tərəqqisi yolunda şagirdləri 

düzgün istiqamətləndirmiş olar.  

 

 

 

 

 

56



ANA DİLİNİN ÖYRƏNİLMƏSİNİN MƏRHƏLƏLƏRİ 

Məktəbəqədər dövrdə dilin mənimsənilməsi imkanları 

 

Çox zaman alimləri belə suallar maraqlandırır. Uşaq ana 



dilini öyrənməyə nə vaxtdan başlayır? Yəqin ki, bu suala hər kəs 

asanlıqla belə cavab verər: ana laylalarından! Biz də bu 

fikirdəyik. Lakin bu sadə sual-cavabın arxasında ana dilini 

öyrənməyin çox vacib bir sirri gizlənir. Uşaqlar məktəbə gələnə 

qədər kifayət qədər şeir əzbərləyir, nağıl bilirlər. Onlar məktəbə 

böyük bir həvəslə  gəlirlər. Lakin bir sıra hallarda məktəb 

körpələrin poeziyaya olan bu həvəsini konkret bir qəlibə salır, 

onu məhdudlaşdırır. Nəticədə dünən  şeiri çox asanlıqla 

əzbərləyən bir uşaq birdən-birə passivləşir. 4-5 yaşında uzun 

uzadı foklor nümunələrini birnəfəsə deyən körpə sanki çevrilib 

başqası olur. Axı, nə olmuşdur?! Nə üçün bu gün o, müəllimin 

ciddi  şəkildə tapşırdığı bir əsəri  əzbərləyə bilmir, və ya 

əzbərləmək istəmir? 

Bir  şey tam aydındır: qaydalar varsa orada qaydaların 

qorunması da var. Başqa sözlə dil qanunlarınının pozulmaz 

sərhədləri var. Deməli haradasa məhdudiyyət var. Dil 

qanunlarının tətbiq olunması qaydaları var. Sanki uşaq birdən-

birə foklor dünyasından ilk baxışda qanun-qaydası olmayan azad 

bir dünyadan ölçülü-biçili bir aləmə düşür.  

Oturmuşdum divanda, 

Qarmonum da yanımda. 

Birdən qapı döyüldü, 

Açdım gördüm canavar. 

Canavarı öldürdüm 

Başım dəydi divara. 

Divardan bir qız çıxdı 

Adını qoydum Tamara. 

Çox uzun olan bu folklor nümunəsini  əzbər bilməyən 

uşaq yoxdur. Şeirə diqqət edək. Bəndlər arasında heç bir məntiqi 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə