Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə3/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   2   3   4   5   6   7   8   9   ...   38

BP Azərbaycan                                                                    Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Tədqiqat 
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
2
 
 
1.  QISA İCMAL  
 
Giriş və Layihənin İzahı   
BP və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 7 oktyabr 2010-cu il tarixində 
Xəzər Dənizinin Azərbaycan sektorunda Bakıdan cənub-şərq istiqamətində 125 km uzaqlıqda 
yerləşən  Şəfəq-Asiman yatağının birgə  kəşfiyyatı  və  işlənməsinə dair Hasilat Pay Bölgüsü 
Sazişi (HPBS) imzalamışlar, Şəkil 2.1-ə baxın.  
BP  şirkəti 2011-ci ilin 3-cü və 4-cü rüblərində (2012-ci ilin 1-ci rübünə  qədər uzanması 
mümkündür) Şəfəq və Asiman yataqlarında ənənəvi 3Ö seysmik tədqiqatını həyata keçirməyi 
planlaşdırır. Tədqiqatların  əsas məqsədi geoloji struktur və sahədə olan geoloji təhlükələr 
barədə  ətraflı  məlumat  əldə etmək, eyni zamanda yataqların iqtisadi cəhətdən səmərəli 
karbohidrogen ehtiyatlarını qiymətləndirməkdir.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tələblərinə cavab vermək üçün bu iş üçün 
ətraf mühitə  təsirin qiymətləndirilməsi (ƏMTQ) tədqiqatı  həyata keçirilməli və  təqdim 
olunmalıdır və həmin iş bu hesabatın əsas mövzusudur.   
ƏMTQ-nin  əsas məqsədi Xəzər ekologiyasının təklif olunan seysmik fəaliyyətlərə 
həssaslığının hazırkı vəziyyətini təqdim etmək və potensial təsirləri qiymətləndirmək və əks 
təsirlərin qarşısını almaq və ya azaltmaq üçün bu fəaliyyətlərin uyğun  şəkildə  həyata 
keçirilməsini təmin etmək məqsədi ilə lazımi azaltma tədbirlərini müəyyən etməkdir.  
Seysmik tədqiqatın 2011-ci ilin sentyabr ayında təxminən 110 günlük bir müddət üçün 
başlaması planlaşdırılır.  İşlərin həyata keçirilməsi qrafikində  ləngimələrin baş verməsi 
mümkündür ki, bu da 2012-ci ilin əvvəllərinə qədər iş proqramının tam olaraq həyata keçirilə 
bilməməsi deməkdir. BP şirkəti  M/V Gilavar seysmik gəmisi və iki yardımçı  gəmini 
seçmişdir.   
Tədqiqatın  əsas məqsədi  Şəfəq Asiman blokunun təxminən 1500 km
2
 tam əhatəli sahəsinin 
3Ö seysmik məlumatlarını  əldə etməkdir. Blok özlüyündə  təxminən 650 – 950 metr suyun 
dərinliyində, təxmini hesablanmış 7000 metrlik rezervuar dərinliyi ilə  dərin sulu sektorda 
yerləşir. Hər bir tədqiq olunmuş  xəttin 30-55 km əhatəsi ilə  təxminən ümumilikdə 100 xətt 
tədqiq olunacaq. Hesab olunur ki, bu ümumilikdə  təxminən 5000 km sahənin xətt üzrə 
məlumatlarını əldə etməyə səbəb olacaq.   
Tədqiqat beynəlxalq sənayenin  ən yaxşı  təcrübələrinə uyğun olaraq həyata keçiriləcək 
(HPBS-nin tələblərinə  əsasən). Tipik olaraq uyğun standartlar Beynəlxalq Geofiziki 
Podratçılar Assosiasiyasının (BGPA) standartlarıdır.  
Seysmik mənbə çoxlu pnevmotop massivi (cəmi 24) və seysmik geri dönən siqnalları qəbul 
etmək üçün çoxlu seysmik kabellərdən ibarət olacaq. Ümumilikdə 6 kabel açılacaq və bu 
kabellər seysmik gəminin arxasından təxminən 6000 metr uzanacaq və 10m +/-1m 
dərinliyində qoşqu ilə  çəkiləcək. Pnevmotoplar kabellərdən irəlidə 6m +/-1m dərinliyində 
(seysmik gəmidən təxminən 560 m geridə) qoşqu ilə çəkiləcək.  
 
Potensial Təsirlər və Azaltma 
 
Seysmik tədqiqat qeyri-intruziv əməliyyat hesab olunur və hava əhatəsi və müddətində ətraf 
mühitə  təsirlər və  təsir sahəsi kiçik olacaq və bir çox potensial həssas qəbuledicilərdən 
nisbətən uzaq olacaq. Cənubi Xəzər daxilində  əhəmiyyətli dərəcədə  ətraf mühit təsirləri 
proqnozlaşdırılmır və ya bundan sonra son illərdə Azərbaycan sektorunda həyata keçirilmiş 
seysmik tədqiqatların nəticələri kimi müşahidə olunmuşdur.   


BP Azərbaycan                                                                    Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Tədqiqat 
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
3
 
 
Seysmik tədqiqatın məhdud müddətinin nəticəsi kimi seysmik tədqiqat sahəsinin uzaq olması 
və potensial təsirlər və ya pozuntuları azaltmaq və ya qarşısını almaq üçün həyata keçirilən 
müxtəlif azaltma tədbirləri əhəmiyyətli ətraf mühit təsirlərini nəzərə almır.  
Ümumilikdə əvvəl nəşr olunmuş tədqiqatlardan da qəbul olunub ki, normal seysmik tədqiqat 
fəaliyyətləri aşağıdakılar ilə nəticələnir:  
•  Ətraf mühitin öz normal vəziyyətinə qayıtmasına mane olacaq çox cüzi uzun müddətli əks 
təsirlər; və   
•  Cüzi şəkildə əks təsir göstərən sərt bioloji təsirlər.  
Lakin, aydındır ki, seysmik fəaliyyətlər balıq, dəniz məməliləri və quşlar kimi ali 
orqanizmlərin normal davranışına çox kiçik təsirlər göstərə bilər və pnevmotopların 
atılmasının yaxınlığında (< 5 m) pnevmotopdan uzağa üzə bilməyən plankton və körpə 
balıqların məhv olması baş verə bilər. Məhv olma və zədələnmə təsirlərinin daha çox və ciddi 
olmasının sadəcə pnevmotopdan 1.5 m uzaqlıqda olacağı proqnozlaşdırılıb (Dalen et al, 1996-
cı il) və plankton aləminə  və ya xüsusilə  də çoxalma səviyyəsində balıq sürülərinə statistik 
olaraq əhəmiyyətli təsirlərin olacağı gözlənilmir.  
Xəzər suitisinin zədələnməsi və yerindən edilməsi riski JNCC (Joint Nature Conservation 
Committee) təlimatlarına uyğun olaraq ehtiyatlı başlama proseduralarının həyata keçirilməsi 
ilə azaldılacaq.  
Seysmik tədqiqat sahəsinin yerindən asılı olaraq:   
•  Bəzi quş növləri və az sayda quşlar böyük ehtimalla seysmik tədqiqat  əməliyyatlarının 
yaxınlığında olacaq. Gəminin 100 m yaxınlığında olan canlılar güman ki təsirə  məruz 
qalacaq (MkKouli, 1994-cü il) və sahədən kənarlaşacaq;  
•  Ov balıqçılığı fəaliyyətlərinə olan təsirlər gözlənilmir, çünki ən yaxın qəbul olunmuş balıq 
ovu sahələri seysmik tədqiqat sahəsindən təxminən 55 km qərb və  şimal-qərb 
istiqamətində yerləşir;  
•  Seysmik tədqiqat sahəsinin dərin sulu sahəyə xarakterik olması ilə (yəni 600 metrdən 900 
metrə qədər dərinliklərdə) əlaqədar dəniz-dibi faunasına olan təsirlər gözlənilmir;  
•  Seysmik tədqiqat  əməliyyatlarının yaxınlığında olan suiti və böyük balıqlar uzaqlaşma 
davranışı nümayiş etdirəcək. Uzaqlaşma davranışı seysmik gəmilərdən 1 km uzaqlığa 
qədər müşahidə olunur (MkKouli, 1994-cü il); və   
•  Seysmik əməliyyatlar nəticəsində əsas seysmiklik səviyyələrinə təsir edilməsi gözlənilmir.  
Gəmi əməliyyatlarından havaya ümumi emissiyaların qlobal istiləşməyə əhəmiyyətli dərəcədə 
təsir edəcəyi və ya yerli duman və ya turşu yağışı  təsirlərinin olacağı gözlənilmir. Dənizə 
dövri atılmalar azaldılmış  və potensial hadisələr üçün qarşısını alma tədbirləri müəyyən 
olunacaq və ətraf mühit proseduraları BP tərəfindən həyata keçiriləcək.  
Bərk və maye tullantı axınları uyğun olaraq idarə olunaraq BP şirkətinin tullantıların 
daşınması proseduralarına uyğun şəkildə yerləşdirilmə üçün sahilə göndəriləcək.  
Bu qiymətləndirmənin  əhatə dairəsindən kənarda nəzərdə tutulsa da aydındır ki, seysmik 
tədqiqat gəmisinin Xəzər sularından kənardan Volqa Don su yolu vasitəsi ilə tranzit 
gətirilməsi üçün xarici korpusa bulaşmış  və ballast / lilli sular vasitəsi ilə invaziv   dəniz 
canlılarının gətirilməsini azaltmaq / qarşısını almaq məqsədi ilə beynəlxalq səviyyədə qəbul 
olunmuş ən yaxşı təcrübələrə əməl olunacaq.   
Seysmik gəminin göyərtəsində olan naviqasiya avadanlıqları, strimer kabel uc nişanları  və 
yardımçı gəmilər digər dəniz istifadəçilərinə kabellərin yeri barədə xəbərdarlıq təmin edəcək. 
Əlavə olaraq, strimerlər ‘Syntrieve’ yığma sistemi ilə  təchiz olunacaqlar. Bununla da 
avadanlıqların zədələnməsi və mümkün ümumi dağılmalar və ya avadanlıqların dəniz  ətraf 
mühitində itirilməsinin qarşısı alına bilər.  


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə