20
dilli ədəbiyyatda da “kompüter cinayətkarlığı” termininə üstünlük verilir. Bununla
yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1999-cu il 30 dekabr tarixli ilk
redaktəsində də belə cinayət halları ilə əlaqədar yeganə bölmə də “Kompüter
informasiyası sahəsində cinayətlər” adlanırdı. Həqiqətən də, bu terminlər bir-birinə
çox yaxındırlar. Lakin onları sinonim ifadələr kimi qəbul etmək düzgün olmaz. Belə
ki, “kibercinayətkarlıq” anlayışı (ingilis dilli variantda-cybercrime) “kompüter
cinayətkarlığı” (computer crime) anlayışından daha geniş olmaqla informasiya
mühitində törədilən cinayətlərin təbiətini daha aydın əks etdirir.
Oksford izahlı lüğətinə görə “cyber” sözü informasiya texnologiyaları, internet
şə
bəkəsi, eləcə də virtual reallığa aid olan mürəkkəb sözün bir hissəsi kimi izah
olunur. Kembric izahlı lüğəti də buna yaxın izah verərək onu “kompüterlərin eləcə də
internet şəbəkəsinin istifadəsi ilə əlaqədar” mənasını verən söz kimi təqdim edir. Bu
lüğətdə “cybercrime” –kibercinayətkarlıq kimi tərcümə olunaraq, kompüterlərin,
eləcə də informasiya texnologiyaları və qlobal şəbəkənin istifadəsi ilə əlaqədar olan
cinayətkarlıq kimi izah edilir. Bununla yanaşı “computer crime” termini ancaq
kompüter və kompüter məlumatları əleyhinə törədilən cinayətlərə aid edilir.
Yüksək texnologiyalar sferasında cinayətkarlıq haqqında xarici müəlliflərin
işlərində də “cybercrime” - kibercinayətkarlıq termininə üstünlük verilir. Bu
“kibercinayətkarlıq” termininin kompüter cinayətkarlığı və eləcə də informasiya
texnologiyaları sahəsində cinayətkarlıq anlayışlarından daha geniş bir anlama sahib
olması ilə izah olunur. Belə ki, amerika tədqiqatçıları Syuzan Brenner və Mark
Qudmanın fikrincə kibercinayətkarlıq termini daha üstündür, çünki bu termin özündə
kompüter vasitəsilə törədilən ənənəvi cinayətlərlə (oğurluq, dələduzluq, fırıldaqçılıq)
yanaşı, cinayət obyekti qismində kompüter sistemləri və məlumatlarının çıxış etdiyi
cinayətləri də birləşdirir. Beynəlxalq qanunvericilikdə də kibercinayətkarlıq termini
istifadə olunur. Belə ki, 2001-ci ilin noyabr ayında Avropa Şurası tərəfindən qəbul
olunmuş konvensiyanın adı da məhz “Kibercinayətkarlıq haqqında” Konvensiyadır.
Beləliklə, kibercinayətkarlıq dedikdə, kibermühitdə törədilən cinayətkarlıq
başa düşülməlidir. Kibermühit termini isə ilk dəfə 1984-cü ildə Uilyam Qibson
tərəfindən istifadə olunmuşdur. Daha sonra YUNESKO 2000-ci ildən etibarən
21
kibermühitin hüquqi aspektləri haqqında xüsusi nəşrlər çap etməyə başladı. Paris
Universitetinin beynəlxalq hüquq və Avropa hüququ üzrə professoru və YUNESKO-
nun informasiya cəmiyyətinin hüquqi aspektləri üzrə mütəxəssisi T. Fuentes-
Kamaçonun yanaşmasına görə isə kibermühit özündə daima informasiya ilə təmin
edən və onu axtaran bütün ölkələrin əhalisi, mədəniyyəti, dili, yaşı və peşələrini,
eləcə də informasiyanın rəqəmsal işlənməsinə və göndərilməsinə xidmət edən və bir-
birilə kommunikasiya vasitələri ilə bağlı olan ümumdünya kompüter şəbəkəsini
birləşdirir.
T.Fuentes-Kamaçonun fikrincə “kibermühit” termininin sinonimi kimi
“infosfera” çıxış edir. Kibermühiti həmçinin “virtual və ya alternativ reallıq”, eləcə
də “ümumdünya hörümçək toru” və “qlobal informasiya infrastrukturu” da
adlandırırlar. K. V. Qryulix kibermühiti bütün dünyanı əhatə edən və hətta onun
hüdudlarından kənara çıxa bilən siqnal, dalğa və informasiya elementlərinin
məcmusu olan “elektron sfera” və “şəbəkə strukturlu vahid planet” fenomeni kimi
izah edir. Bu fenomenin görünən tərəfi özündə elektron sistemlərini: kabel, peyk,
kosmik gəmilər, telekommunikasiya qüllələri, kommutasiya mərkəzləri, eləcə də
telefon, televizor və kompüterləri birləşdirir. Sadalananlarla sıx bağlı olan
görünməyən tərəflər qismində isə proqram təminatının müxtəlif formaları, brauzerlər,
elektron cizahlarda naviqasiya alətləri, baza sistemlərində insan biliklərinin
saxlanması və “süni intellekt” çıxış edir.
1
ABŞ Ali Məhkəməsinin şərhinə görə isə kibermühit - coğrafi məkanda
yerləşməyən, lakin nternet vasitəsilə dünyanın istənilən nöqtəsində hər kəs üçün
ə
lçatan olan unikal bir mühitdir. Darrel Mentenin fikrinə görə də əksər hallarda
sinonim kimi istifadə olunsalarda “kibermühit” termini həqiqətəndə “ nternet”
anlamından daha geniş bir anlayışdır. Onun interpretasiyasında kibermühit bir-birilə
qarşılıqlı əlaqədə olan bir neçə kompüterin birləşərək qlobal virtual əməkdaşlığa
çevrildiyi konkret məkan kimi təqdim olunur.
1
Грюлих
, К.В. «Киберпространство»: специфическое регламентирование и конкурентные
нормы
в европейских телекоммуникациях // Право и информатизация общества: сб. науч. тр.
– М.: ИНИОН РАН, 2002. – С. 189 – 193.
22
Rus hüquq elmində kibermühit anlayışı hələ formalaşmamışdır. Hüquq və
informasiya texnologiyalarının qarşılıqlı əlaqəsi probleminin tədqiqi ilə məşğul olan
mütəxəssislər kibermühit anlayışına məna baxımından oxşar olan digər terminlərdən
istifadə edirlər.
Yuxarıda sadalananları nəzərə alaraq, kibercinayətkarlığa belə bir tərif vermək
olar: Kibercinayətkarlıq – kompüter sistemi və şəbəkələrinin, həmçinin kibermühitə
daxil olmağa imkan verən digər vasitələrin birbaşa və ya dolayı köməyi ilə kompüter
sistemləri və şəbəkələri çərçivəsində, eləcə də onların əleyhinə olaraq kibermühitdə
törədilən cinayətlərin məcmusudur. Bu şərh BMT mütəxəssislərinin məsləhətlərinə
uyğun gəlir. Onların fikrincə “kibercinayətkarlıq” termini kompüter sistemləri və
şə
bəkələri vasitəsilə və ya kompüter sistemləri və şəbəkələri çərçivəsində, eləcə də
onların əleyhinə törədilən istənilən cinayəti əhatə edir.
Beləliklə, kibercinayətlərə elektron mühitdə törədilən istənilən cinayət aid edilə
bilər. Kompüter və onunla əlaqədar cinayətləri, məlumatların avtomatik işlənməsi və
göndərilməsi ilə əlaqədar olan istənilən qanuna zidd, qeyri-etik davranış kimi
müəyyən edən qtisadi nkişaf və Əməkdaşlıq Təşkilatı da bu yanaşmanı üstün tutur.
Təəssüflər olsun ki, kibercinayətkarlığın beynəlxalq sənədlərdə öz əksini
tapmış rəsmi təyini yoxdur. Lakin bu, bu növ cinayətkarlığın nəinki milli səviyyədə,
həmçinin qlobal səviyyədə qarşısının alınması və onunla mübarizənin hüquqi
vasitələrinin hazırlanması baxımından çox zəruridir.
Bununla belə BMT-nin cinayətkarlığın qarşısının alınması və qanunu
pozanlarla davranış üzrə X Konqresi kibercinayətkarlıq probleminə toxunaraq
kibercinayətkarlıq və kibercinayət anlayışlarının müəyyən olunması üçün məsləhətlər
vermişdir. Kompüterlər, eləcə də kompüter şəbəkələri ilə əlaqəli cinayətkarlıq
problemi üzrə simpoziumda BMT mütəxəssisləri tərəfindən kibercinayətlərin 2 cür -
dar və geniş şərhi verilmişdir.
1. Kibercinayətlər dar mənada (kompüter cinayətləri): elektron əməliyyatlar
vasitəsilə törədilən və əsas məqsəd kimi kompüter sistemləri, eləcə də onlar vasitəsilə
işlənən məlumatların təhlükəsizliyi çıxış edən istənilən qanuna zidd əməllərdir.
Dostları ilə paylaş: |