8
fəzada malların və xidmətlərin transmilli virtual bazarlarını yaradırlar. Elektron
kommersiya firma və ticarətin digər iştirakçılarının keyfiyyətli təşkilati-iqtisadi,
texniki və texnoloji təchizatını stimullaşdırır, həm də fəaliyyətin sonrakı artımını
təmin edirlər. Bu xüsusilə ticarət iştirakçıları global bazara çıxdığı zaman nəzərə
çarpır. Nəzərə almaq lazımdır ki, e-kommersiyanın inkişafı malların və xidmətlərin
dünya bazarına asan daxil olmasını təmin edir, ənənəvi maneələri dağıdaraq
korporasiya nümayəndələrinin qlobal sazişlərə qoşulmasına imkan yaradır.
qtisadi yüksəlişin intensivləşməsində və keyfiyyətində E-kommersiya biznes-
nailiyyətin başlıca amilinə çevrilərək daha böyük əhəmiyyət kəsb edir. E-kommersiya
artıq istehsalın həyata keçirilməsinin və istehsal dövriyyəsinin avtomatlaşdırılmasının
texniki və iqtisadi vasitəsidir. nternet məkanda meydana gələn E-kommersiya
ə
nənəvi sahibkarlıq qədər geniş və hərtərəflidir. E-kommersiyanın yaranmasının və
eyni zamanda onun səciyyəvi xüsusiyyətlərinin və üstünlüklərinin əsas səbəbi təbii
ki, istehsalın tranzaksiya xərclərinin aşağı salınmasıdır. Bununla belə, məqsəd təkcə
tranzaksiya xərclərinin aşağı salınması deyildir. Əsas məsələ son məhsulun dəyərinin
aşağı salınmasında iqtisadi effektin əldə edilməsi, yeni, daha effektli, yüksək dərəcəli
istehlak dəyərinə malik məhsulların hazırlanmasında yeni texnologiyaların istifadə
edilməsidir. Qiymətlərin ümumi aşağı salınması, bazarın genişləndirilməsi, rəqabətin
güclənməsi mühüm şərtdir.
E-kommersiya texnologiyası biznesin aparılmasının ən yaxşı üsullarını
meydana çıxartmağa imkan verir. O, müasir beynəlxalq münasibətlər sistemində
makroiqtisadi aspektdə müsbət təsirə malikdır. Elektron kommersiyası beynəlxalq
ə
mək bölgüsünə, kapitalın beynəlxalq hərəkətinə, işçi qüvvəsinin miqrasiyasına və s.
kifayət qədər böyük təsir göstərir.
Təsərrüfat fəaliyyəti sferasında yeni münasibətlərin meydana gəlməsi və
inkişafı, mülkiyyətin alternativ formalarının əmələ gəlməsi, idarə etmədə və bölgüdə
bazar prinsiplərinin istifadə olunması iqtisadi cinayətlərlə bağlı vəziyyəti daha da
ağırlaşdırmışdır. Mülkiyyət obyektlərinə qərəzli qəsdlər, iqtisadi proseslərin idarə
edilməsində korrupsiya hallarının yayılması milli iqtisadiyyatların, eləcə də
bütövlükdə dünya iqtisadiyyatının inkişafına ciddi təhlükə törədir.
9
Son dövrlərdə daha geniş vüsət alan bu vəziyyət uyğun olaraq iqtisadi
cinayətkarlıqla mübarizə sahəsində də yeni elmi yanaşmaların işlənib hazırlanmasını
zərurətə çevirmişdir. Hər şeydən əvvəl iqtisadi cinayətlər və həmçinin bu
kateqoriyaya daxil olan konkret sosial halların dərindən təhlili aparılmalıdır.
qtisadi cinayətkarlıq problemi bu fenomenin inkişafının bütün tarixi boyunca
daima tədqiqatçıların diqqətini cəlb etmişdir. qtisadi cinayətkarlığın ilkin anlamı
faktiki olaraq mülkiyyət cinayətkarlığı anlamına gəlib çıxırdı.
1
Belə ki, kriminal
təcrübənin bu yeni tendensiyaları hüquq elm və metodologiyasında öz adekvat əksini
tapmırdı. Lakin artıq XIX əsrin 60-cı illərində bu problemin aparıcı fransız
tədqiqatçılarından olan M.Paten özünün “Biznes sferasında cinayət hüququnun və
cinayət qanunvericiliyinin ümumi hissəsi” (1861-ci il) işində iqtisadi cinayətkarlıq
probleminin elmi tədqiqi məsələsinin vacibliyini qeyd edərək aşağıdakı suallara təcili
cavab tapılmasını zəruri hesab edirdi:
− iqtisadi cinayətlər, o cümlədən sahibkarlıq fəaliyyəti səhəsində cinayətlər;
− bu sferada cinayət-hüquqi tənzimləmə, o cümlədən vergi-cinayət hüququ;
− sahibkarların, o cümlədən vergi ödəyicilərinin cinayət-hüquqi müdafiəsi;
− sahibkarların, o cümlədən vergi ödəyicilərinin cinayət məsuliyyəti.
O dövrün aparıcı mütəxəssisləri iqtisadi cinayətkarlıq problemini gələcəyin
böyük sosial problemi kimi qiymətləndirərək, onun “yüksək artım” tempinə malik
olduğunu və həllinin xüsusi müzakirə tələb edəcəyini qeyd edirdilər.
qtisadi cinayətkarlıq probleminin tədqiqinin mühüm mərhələsi kimi
kriminoloq E.Sazerlendin işi çıxış edir. Belə ki, onun ilk dəfə olaraq korporasiyaların
cinayətkarlığının sistemli tədqiqini aparmaqla əsasını qoyduğu kriminoloji
konsepsiya bu aktual problemin sonrakı dərk olunma üsullarına güclü ideoloji təsir
göstərmişdir. E. Sazerlendin “Ağ yaxalıqlıların cinayətkarlığı” konsepsiyasının
ə
sasında iqtisadi cinayətkarlığın korporasiyaların cinayətkarlığı kimi təyini
formalaşmışdır. Q. .Şnayderin qeyd etdiyinə görə 80-ci illərin ortalarına yaxın Qərb
ə
dəbiyyatında “ağyaxalıqlıların cinayətkarlığı” anlayışı yerinə daha çox “xidməti
1
Г
.А.Леман Экономические факторы преступности. М.: Издание, 2008
10
cinayətlər” və “korporativ cinayətkarlıq” termini istifadə olunmağa başladı. Bir çox
tədqiqatçılar
da
iqtisadi
cinayətkarlıq
qismində
məhz
korporasiyaların
cinayətkarlığını başa düşürdülər.
1
Q. Şnayderin sözlərinə görə, xidməti cinayətlər
sırasına xidməti vəzifələrin həyata keçirilməsi prosesində törədilən bütün qanun
pozuntuları daxildir. Lakin qeyd etmək lazımdır ki, iqtisadi cinayətlər sırasında
yuxarıda qeyd olunmuş xidməti cinayətlər qrupunun ayırması, daha az sosial
ə
həmiyyətli, bəzəndə ümumiyyətlə əhəmiyyətsiz kriminoloji halların tədqiqinə yol
açır. Bu isə ictimai diqqətin kiçik və orta sahibkarlıq subyektləri tərəfindən törədilən
mühüm sosial miqyaslı cinayətlərdən yayınmasına səbəb olur.
E. Sazerlendin də mühüm rolu öz konsepsiyasında əsas diqqəti məhz yeni bir
hal kimi qiymətləndirilən, təhlükəli iqtisadi cinayət əməllərinin subyektləri qismində
biznes sferasında yüksək sosial duruma malik olan hüquqi şəxslərin, eləcə də öz şəxsi
maraqları naminə professional fəaliyyət prosesində cinayət törədən şəxslərin çıxış
etməsi məsələsinə yönəltməsindən ibarət olmuşdur. Onun tərəfindən elmə gətirilən
“ağ yaxalıqlıların cinayətkarlığı” termini konsepsiyanın bu xüsusiyyətini daha dəqiq
ə
ks etdirir.
Analoji prinsipə əsaslanaraq amerika kriminoloqları R.Kuinni və M.Klaynard
iqtisadi cinayətkarlıq çərçivəsində iki növ cinayətləri fərqləndirirlər. Birinci,
məşğulluğun növünə görə cinayətkarlıq. Buraya şəxsi qazanc əldə etmək məqsədilə
peşəkar fəaliyyət prosesində şəxslər tərəfindən törədilən cinayətlər, o cümlədən,
işçilərin öz rəhbərlərinə qarşı törətdiyi cinayətlər daxildir. kinci növ isə
korporasiyaların cinayətləridir. Buraya isə hüquqi şəxs kimi korporasiyaların və eləcə
də korporasiya idarə heyyəti üzvlərinin cinayətləri daxildir. Bütün bu yanaşmalar
iqtisadi cinayətkarlığın “dar” şərhi olmaqla, problemli sahəni tam adekvat təsvir etmir.
Belə yanaşmanın darlığı onunla izah olunur ki, iqtisadi cinayətlər yalnız
müəssisələrin adından və onların maraqları naminə törədilmir. Sazerlendin
konsepsiyasının inkişafı və kriminal təcrübədə yeni tendensiyaların mənimsənilməsi
1
Винер
И. Экономическая преступность: Теория экономического уголовного права.
Будапешт
. 1984
Dostları ilə paylaş: |