Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

44 
 
−  nhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma (maddə 199); 
−  Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə; 
6. Qiymətli  kağızların  buraxılması  qaydalarınıpozmaqla,  yaxud  saxta  pul, 
qiymətli  kağızlar,  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa  ödəniş  sənədlərini 
hazırlama və ya satma yolu ilə törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
−  Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma  
(maddə 203); 
−  Saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma (maddə 204); 
−  Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama 
və ya satma (maddə 205); 
7. Xarici  iqtisadi  fəaliyyətin  iştirakçısının  hüquqlarından  istifadə  edilməklə 
törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
−  Qaçaqmalçılıq (maddə 206); 
−  Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi,  arxeoloji 
sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama (maddə 207); 
8. Valyuta vəsaitləri ilə qanunsuz davranma yolu ilə törədilən iqtisadi fəaliyyət 
sahəsində olan cinayətlər: 
−  Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama (maddə 208); 
9. Əmlak  öhdəliklərindən  yayınma  yolu  ilə  törədilən  iqtisadi  fəaliyyət  sahə-
sində olan cinayətlər: 
−  stehlakçıları  aldatma  və  ya  pis  keyfiyyətli  məhsul  istehsal  etmə  və  satma 
(maddə 200); 
−  Gömrük ödənişlərinin ödənilməsindən yayınma (maddə 209); 
−  Müflisləşmə zamanı qanunsuz hərəkətlər (maddə 210); 
−  Qəsdən müflisləşmə (maddə 211); 
−  Saxta müflisləşmə (maddə 212); 
−  Vergi ödəməkdən yayınma (maddə 213); 


45 
 
−  Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olma-
dan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxar-
ma və ya idxal etmə (maddə 213-1); 
Vəzifəli şəxslər tərəfindən törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
1.Qanuni sahibkarlıq fəaliyyətinə mane olma: Bu cinayətin obyekti qanunveri-
ciliklə təminat verilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna riayət edil-
məsini təmin edən ictimai münasibətlərdir. 
          Obyektiv cəhətdən cinayət bir sıra alternativ hərəkətlərin törədilməsi ilə xarak-
terizə  olunur:  a)  fərdi  sahibkarın  və  ya  kommersiya  təşkilatının  qeydiyyatından 
qanunsuz  olaraq  imtina  etmə;  b)  fərdi  sahibkarın  və  ya  kommersiya  təşkilatının 
qeydiyyatından boyun qaçırma; c) müəyyən fəaliyyət növünü həyata keçirmək üçün 
xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə; ç) müəy-
yən  fəaliyyət  növünü  həyata  keçirmək  üçün  xüsusi  razılığın  (lisenziyanın)  veril-
məsindən boyun qaçırma; d) təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olma-
yaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraq-
larını  məhdudlaşdırma;  e)  fərdi  sahibkarın  və  ya  kommersiya  təşkilatının  müstə-
qilliyini  qanunsuz  məhdudlaşdırma  və  ya  onların  fəaliyyətinə  başqa  cür  müdaxilə 
etmə. 
         2.Torpaqla  əlaqədar  qanunsuz  əqdlərin  qeydiyyatı:Azərbaycan  Respublikası 
Konstitusiyasının 14-cü maddəsinə müvafiq olaraq, təbii ehtiyatlar hər hansı fiziki və 
ya  hüquqi  şəxslərin  hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən  Azərbaycan 
Respublikasına  mənsubdur.  Bunula  əlaqədar  torpaq  mülkiyyəti  sahəsində  münasi-
bətlərin  dövlət  tənzimi  bir  sıra  qanunlarla,  o  cümlədən  cinayət  qanunu  ilə  həyata 
keçirilir. 
         Cinayətin obyekti mülkiyyət hüququnun obyekti kimi torpağın hüququ rejimini 
təmin  edən  ictimai  münasibətlər,  habelə  torpaqla  əlaqədar  əqdlərin  qeydiyyatının 
dövlət tərəfindən müəyyən edilmiş qaydasıdır. 
         Obyektiv  cəhətdən  cinayət  müstəqil  hərəkətlərlə  xarakterizə  olunur:  torpaqla 
ə
laqədar  bilə-bilə  qanunsuz  əqdləri  qeydiyyata  alma;  Dövlət  kadastrının  uçot  məlu-
matlarını təhrif etmə; torpaq haqqının miqdarını azaltma. 


46 
 
         Torpaqla əlaqədar əqd qanunun və ya başqa normativ aktların tələblərinə müva-
fiq  olmadıqda,  daha  doğrusu,  torpağın  məqsədli  təyinatı  və  mülkiyyət  hüququnun 
obyekti kimi onun hüquq rejimi pozulduqda, qanunsuz hesab edilir. 
          qtisadi  fəaliyyətin  həyata  keçirilməsi  hüququndan  qanunsuz  olaraq  istifadə 
etmək yolu ilə törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
1.Qanunsuz  sahibkarlıq:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  13-cü 
maddəsinə  əsasən,  sahibkarlıq  fəaliyyəti  şəxsin  müstəqil  surətdə,  öz  riski  ilə  həyata 
keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən, 
və  ya  xidmətlər  göstərilməsindən  mənfəət  götürülməsi  olan  fəaliyyətidir. Bu  fəaliy-
yətlə təkcə hüquqi şəxslər deyil, ayrı-ayrı vətəndaşlar da məşğul ola bilərlər. 
Qanunvercilikdə müəyyən edilmiş məcburi, formal tələbə müvafiq olaraq, həm 
hüquqi, həm də fiziki şəxslər qanunla müəyyən olunmuş qaydada sahibkarlıq fəaliy-
yətini  həyata  keçirən  şəxs  kimi  qeydiyyata  alınmalıdırlar.  Bir  sıra  fəaliyyət  növləri 
(bank, birja, səhiyyə və s.) ilə məşğul olmaq üçün onlar lisenziya almalıdırlar. 
Dövlət  qeydiyyatından  keçmədən  və  ya  lisenziya  almadan  sahibkarlıq  fəaliy-
yəti  ilə  məşğul  olma  qanunsuz  hesab  edilir,  CM-nin  192-ci  maddəsində  göstərilmiş 
ə
lamətlər olduqda isə cinayət məsuliyyətinə səbəb olur. 
Cinayətin  obyektiv  cəhəti  hər  biri  bu  cinayətkar  qəsdin  ayrıca  növünü  təşkil 
edən bir sıra alternativ əməllərdən ibarətdir. Aşağıdakı hallarda sahibkarlıq fəaliyyəti 
qanunsuz  hesab  edilir:  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş qaydada dövlət qeydiyyatına alınmayan; xüsusi razılıq (lisenziya) tələb olun-
duğu  halda  belə  (lisenziya)  alınmayan;  lisenziyalaşdırma  şərtlərinin  pozulması  ilə 
həyata keçirilən. 
2.Yalançı  sahibkarlıq:  Sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  niyyəti  olma-
dan  kommersiya  təşkilatı  yaratma,  yəni  yalançı  sahibkarlıq  qüvvədə  olan  qanun-
vericiliyə əsasən cinayət məsuliyyəti yaradır. 
Cinayətin  obyekti  qanuni,  təsis  sənədlərinə  müvafiq  fəaliyyətin  təmin  edil-
məsinə yönəlmiş ictimai münasibətlərdir. 
Cinayətin  obyektiv  cəhətini  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  niyyəti 
olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılmasından ibarət hərəkətlər təşkil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə