17
- birja və bank pozuntuları;
- ətraf mühitə zərər vuran pozuntular;
- çirkli pulların yuyulması.
Klinard və Kuini iqtisadi cinayətlərin strukturunda məşğulluq növlərinə görə
cinayətkarlığı və korporasiyaların cinayətkarlığını fərqləndirərək onun daha geniş
təsnifatını aşağıdakı sxem şəklində vermişlər.
Sxem 1.2 qtisadi cinayətlərin təsnifatı
Marşal Klaynard və Peter Nigerin təsnifatına görə korporasiyaların
cinayətlərinin aşağıdakı 6 növü var :
- inzibati aktların və qətnamələrin pozulması;
- təbiətin qorunması üzrə qanunvericiliyin pozulması (havanın və suyun
çirkləndirilməsi, ərazilərin neft-kimya məhsullar ilə çirkləndirilməsi və s.);
qtisadi cinayətkarlıq
Korporasiyaların cinayətkarlığı
Məşğulluğun növünə görə
Şə
xsi fayda əldə etmək
məqsədilə törədilən cinayətlər
Korporasiyanın məqsədləri naminə
idarə heyyəti üzvlərinin törətdiyi
cinayətlər
Sahibkarlar əleyhinə törədilən
cinayətlər
Bütövlükdə korporasiyaların
cinayətkarlığı
Digər korporasiyalar
ə
leyhinə
stehlakçılar əleyhinə
Dövlət iqtisadiyyatı
ə
leyhinə
18
- maliyyə pozuntuları (siyasi təşkilatlara subsidiyaların qanunsuz olaraq
verilməsi, siyasətçilərin ələ alınması, valyuta əməliyyatları üzrə qanunvericiliyin
pozulması və s.);
- əməyin qorunması və təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
(dininə, cinsinə, irqi əlamətlərinə görə muzdlu işçilərin diskriminasiyası);
- “istehsal cinayətləri” (zəruri keyfiyyət və təhlükəsizlik tələblərinə cavab
verməyən, istehlakçıların sağlamlığına zərər vura bilən əmtəələrin istehsalı və satışı
və s.)
- “haqsız
ticarət təcrübəsi” (rəqabət şərtlərinin pozulması, razılaşma
qiymətlərinin təyini, bazarın qeyri-qanuni bölüşdürülməsi və s.)
E.E. Demetyeva bazar iqtisadiyyatlı ölkələrin iqtisadi cinayətkarlığının əsasını
təşkil edən korporativ cinayətlər üzrə tədqiqatının nəticələrini ümumiləşdirərək onun
növlərinin aşağıdakı fərqli təsnifatını verir:
− kapital qoyuluşlarından sui-istifadə nəticəsində partnyorlara, səhmdarlara və
s. zərər vurulması üzrə cinayətlər (mühasibat sənədləri, səhmlər üzrə müxtəlif
maxinasiyaların həyata keçirilməsi);
− depozit kapitalının sui-istifadəsi nəticəsində kreditorlara, qarantlara zərərin
vurulmasından ibarət olan cinayətlər (kreditorlara zərər vuran saxta müflisləşmə,
sığorta sahəsində dələduzluq, subsidiyalarla əlaqədar maxinasiyalar);
− azad rəqabət qaydalarının pozulması ilə əlaqədar cinayətlər (sənaye
cəsusluğu,qiymətlərin süni artırılması və azaldılması, saxta reklam);
− istehlakçıların hüquqlarının pozulmasından ibarət cinayətlər (istehlakçılara
fiziki və eləcə də maddi zərər vura bilən keyfiyyətsiz məhsulun istehsalı);
− dövlətin maliyyə sisteminə qəsd edən cinayətlər (gəlirin gizlədilməsi, vergi
ödəməkdən yayınma, istehsal və ticarətə nəzarətin pozulması);
− təbiətin qanunsuz istifadəsi və ətraf mühitə zərər vurulması ilə əlaqədar olan
cinayətlər;
− sosial sığorta və pensiya təminatı sahəsində maxinasiyaların həyata
keçirilməsi üzrə cinayətlər, o cümlədən işçilərə və qulluqçulara həm fiziki, həm də
19
maddi zərər vurulmasına səbəb olan texniki təhlükəsizlik qaydalarının qəsdən
pozulması ilə əlaqədar cinayətlər;
− rüşvət alma;
− kompüter cinayətləri (kibercinayətlər).
Yuxarıda qeyd olunan təsnifatlardan göründüyü kimi iqtisadi cinayətlərin bir
növü də məhz son dövrlər daha böyük təhlükə hesab olunan kibercinayətlərdir.
qtisadi cinayətkarlığın xüsusi forması kimi kibercinayətkarlığın mahiyyəti, xarakter
və xüsusiyyətləri növbəti paraqrafda geniş izah olunacaq.
1.2 Kibercinayətkarlığın mahiyyəti və xarakterik
xüsusiyyətləri
Cəmiyyətin kompüterləşməsinin ən ciddi mənfi nəticəsi məhz kibercinayətlər
hesab olunur. Kompüter sistemlərinin geniş yayılması, onların kommunikasiya
sistemləri vasitəsilə əlaqələndirilməsi, bu sistemlərə elektron müdaxilə imkanını
artırır. Bu cür cinayətlərin ənənəvi tipli cinayətlərdən tutmuş yüksək riyazi və texniki
hazırlıq tələb edən cinayətlərə qədər çox geniş əhatə dairəsi mövcuddur. Fərdi
kompüterlərin sayının sürətli artımı və inkişaf etmiş kommunikasiya sisteminin
mövcudluğu hətta həvəskar-cinayətkarların belə kompüter sistemlərinə daxil
olmasına imkan yaradır.
Ə
ksər ölkələrdə mövcud olan cinayət qanunvericilikləri bu tip cinayətlərin
təsnifləşdirilməsi baxımından kifayət qədər elastik olsalar da, sosial və texniki
dəyişikliklər bu hüquq sistemi çərçivəsindən kənarda qalan yeni-yeni problemlər
yaradır. Çünki dünya təcrübəsində mövcud olan bəzi kompüter cinayətlərinə cinayət
qanunvericiliyi təsir göstərə bilmir. Belə ki, hüquqi baxımdan bu əməllər cinayət
hesab edilə bilməz. Burada EHM-in bəzi əməliyyatlarının kriminallaşması problemi
nəzərdə tutulur.
“Kibercinayətkarlıq” termini hazırkı dövrdə “kompüter cinayətkarlığı” termini
ilə yanaşı işlədilərək, bəzi hallarda hətta sinonim anlayışlar kimi qəbul edilir. Rus
Dostları ilə paylaş: |