23
2. Kibercinayətlər geniş mənada (kompüterlərlə əlaqəli cinayətlər kimi):
kompüter vasitəsilə və ya kompüterlər, kompüter sistemləri və şəbəkələri ilə əlaqəli
olan, eləcə də kompüter sistem və şəbəkələri vasitəsilə informasiyanın qanunsuz əldə
olunması, təklifi və ya yayılmasını özündə birləşdirən istənilən qanuna zidd
ə
məllərdir.
Bütün deyilənləri ümumiləşdirərək kibercinayətləri belə şərh etmək olar.
Kibercinayətlər-kompüterlərin, kompüter proqramlarının, kompüter şəbəkəsinin işinə
müdaxilə, kompüter məlumatlarının sanksiyalaşdırılmamış (icazəsiz) modifikasiyası,
eləcə də kompüterlərin, kompüter şəbəkə və sistemlərinin birbaşa və ya dolayı
istifadəsi vasitəsilə törədilən digər qanunazidd ictimai təhlükəli və qanunla
cəzalandırılan əməllərdir.
Kibercinayətkarlıq anlayışının şərh olunmasında mövcud mübahisəli
məsələlərdən biri onun “ümumdünya hörümçək toru” çərçivəsində nəzərdən
keçirilməsidir. A. Şetilovanın fikrinə görə kibercinayətkarlıq anlayışı yalnız qlobal
internet şəbəkəsində törədilən cinayətləri əhatə etmir. O, informasiya, informasiya
ehtiyatları və informasiya texnologiyalarının cinayət obyekti qismində çıxış edə
biləcəyi informasiya-kommunikasiya sferasında törədilən bütün növ qanuna zidd
ə
məlləri də kibercinayətkarlıq hesab edir.
Yuxarıda qeyd olunan BMT mütəxəssisləri tərəfindən müəyyən olunan şərhləri
ümumiləşdirsək kibercinayətkarlıq termini informasiya texnologiyaları sferasında
istər kompüterlər vasitəsilə törədilən, istərsə də cinayət obyekti qismində
kompüterlərin, kompüter sistemləri və şəbəkələrinin, eləcə də onlarda saxlanılan
informasiyanın çıxış etdiyi bütün cinayətlər spektorunu əhatə edir. Kompüter
cinayətləri isə yalnız kompüterlərin, kompüter şəbəkələrinin, eləcə də onlar
tərəfindən işlənilən məlumatların təhlükəsizliyinə qəsd edən cinayətlərdir. Beləliklə,
kompüter cinayətləri kibercinayətlərin tərkibinə daxildir.
Avropa Şurasının “Kibercinayətkarlıq haqqında Konvensiyası”nda kompüter
cinayətlərinin 4 növü müəyyən olunmuşdur:
- qanunsuz daxil olma, giriş - maddə 2;
- qanunsuz ələ keçirmə - maddə 3;
24
- məlumatlara müdaxilə - maddə 4;
- sistemə müdaxilə - maddə 5
Kibercinayətlərin məhz bu 4 növü “kompüter cinayətləri” hesab olunur.
Digərləri ya kompüterlə əlaqəli olan (computer-related), ya da kompüter vasitəsilə
törədilən (computer-facilitated) cinayətlərdir. Bu cinayətlərə isə aşağıdakılar daxildir:
- kompüterlərin silah qismində çıxış etdiyi cinayətlər (elektron oğurluqlar,
dələduzluq və s.);
- törədilməsində kompüterin alət rolu oynadığı əməllər (saytlarda milli, dini, irqi
münaqişəni qızışdıracaq informasiyanın yerləşdirilməsi və s.)
Kibercinayətkarlığın bu iki növü müzakirə obyekti kimi çıxış edir. Bəzi xarici
tədqiqatçılar hesab edir ki, bu cinayətlər müasir texnikalar vasitəsilə törədilən qanuna
zidd əməllərdən başqa bir şey olmamaqla, artıq mövcud olan milli cinayət
qanunvericiliklərində öz əksini taparaq heç də yeni növ cinayətlər deyillər. Digərləri
isə hesab edir ki, kibercinayətlər cinayətlərin keyfiyyətcə yeni kateqoriyası olmaqla,
beynəlxalq səviyyədə qarşısının alınması məqsədilə yeni normaların, tədqiqat
metodlarının işlənib hazırlanmasını tələb edir.
Həqiqətən də, nternet vasitəsilə törədilən bir çox cinayətlər yeni növ qanuna
zidd əməllər hesab olunmur. Məsələn, oğurluq mülkiyyət əleyhinə cinayət hesab
olunur və onun internet vasitəsilə törədilməsi yeni tərkib yaratmır. Lakin bu cinayətin
törədilmə üsulu yeni qanunvericilik normalarının və tədqiqat metodlarının işlənib
hazırlanmasını tələb edir. Bu həm də onunla şərtlənir ki, kibercinayətlər əksər
hallarda dövlət qanunvericiliyi çərçivəsindən çıxaraq transmilli xarakterə malik
olurlar. Bununla yanaşı cinayətlərin virtual xarakteri dəlillərin tez bir zamanda məhv
edilməsinə imkan yaradır ki, bu da cinayətkarın axtarışlarını daha da çətinləşdirir.
Kompüter cinayətləri nəticəsində vurulan zərərin aşağıdakı növləri
mövcuddur.
1
1. Funksiyaların pozulması. Funksiyaların pozulmasınında 4 növü var ki, bu
pozuntular aşağıdakı səbəblər üzündən baş verir.
1
Батурин
Ю.М. Проблемы компьютерного права. - М.: Юрид. лит., 1991. - 272 с.
25
− iş qrafiklərində, bu və ya digər fəaliyyət cədvəllərində dolaşıqlıqlara səbəb
olan müvəqqəti pozuntular;
− sistemin istifadəçilər üçün əlçatmazlığı;
− cihazların zədələnməsi (aradan qaldırıla bilən və bilinməyən);
− proqram təminatının pozulması (aradan qaldırıla bilən və bilinməyən).
2. Əhəmiyyətli resursların itməsi. Kompüter cinayətlərinin predmeti əsasən
pul, əşya, xidmət, informasiya və s. olur. Cinayətkarların daha çox üstünlük verdiyi
qəsd predmeti qismində isə pul çıxış edir. Bununla yanaşı informasiyanın - proqram
təminatı və EHM yaddaşında olan məlumatların oğurlanması da geniş yayılmışdır.
3. Hüquqların pozulması.
Kibercinayətlərin törədilmə üsulları isə çoxtərəfli olmaqla aşağıdakılardan
ibarətdir:
1. Kompüter texnikasının məhv edilməsi:
− avadanlıqların məhv edilməsi;
− informasiya daşıyıcılarının məhv edilməsi;
− faylların məhv edilməsi (silinməsi);
− maşın daşıyıcılarında saxlanan informasiyaya icazəsiz girişdən müdafiə edən
vasitələrin silinməsi.
2. Kompüter texnikası obyektlərinin dəyişdirilməsi:
− avadanlıqların zədələnməsi;
− faylların icazəsiz dəyişdirilməsi (modifikasiyası);
− kompüter sistemi informasiyasını icazəsiz müdaxilədən müdafiə edən
vasitələrin icazəsiz dəyişdirilməsi;
− kompüter sistemlərinin işinin bloklanması;
− kompüter sisteminə kənar, yad proqram vasitələrinin icazəsiz quraşdırılması;
3. Kompüter texnikası obyektlərinin götürülməsi:
− avadanlıqların oğurlanması;
− hər hansı informasiya daşıyıcılarından informasiyanın oğurlanması;
− faylların sürətinin çıxarılması;
Dostları ilə paylaş: |