41
Hər kəsin sahibkarlıq və başqa iqtisadi fəaliyyətlə məşğul olmaq üçün öz baca-
rığından və əmlakından azad istifadə hüququnu təsbit edən Azərbaycan Respub-
likasının 1995-ci il Konstitusiyasının qəbul edilməsi bu hüququn cinayət-hüquqi
mühafizənin müstəqil obyekti hesab edilməsini zəruri etmişdir. Azad sahibkarlığın
vəzifə cinayətlərinə görə məsuliyyət haqqında ümumi normalar çərçivəsində cinayət-
hüquqi müdafiəsini nəzərdə tutan çar Rusiyasının qanunvericiliyindən və belə müda-
fiəni, ümumiyyətlə, istisna edən sovet cinayət qanunvericiliyindən fərqli olaraq,
Azərbaycan Respublikasının yeni CM ilk dəfə olaraq “qanuni sahibkarlıq fəaliyyətinə
mane olma” adlı xüsusi cinayət tərkibi müəyyən etmişdir.
Sahibkarlıq və qanunla yol verilən başqa iqtisadi fəaliyyətlə məşğul olmaq
üçün öz bacarığından və əmlakından istifadə etmək hüququnun cinayət-hüquqi
müdafiəsi müəyyən növ vəzifələrin olmasını nəinki istisna etmir, hətta onların icra
edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Bu baxımdan Azərbaycan Respub-
likasının yeni CM-nin həmin hüquqdan sui-istifadənin müxtəlif formalarına görə
cinayət məsuliyyəti nəzərdə tutması tamamilə aydındır. Əgər bu mövqedən iqtisadi
fəaliyyət sahəsində olan cinayətlərin başqa növlərinə yanaşılsa, onda bu cinayətlər
arasında ilk növbədə həmin konstitusion hüquqdan müvafiq qaydada qeydiyyatdan
keçmədən və ya xüsusi razılıq (lisenziya) almadan, habelə qadağan edilmiş fəaliyyəti
gizlədərək istifadə etmə yolu ilə törədilən əməlləri göstərmək lazımdır. Azərbaycan
Respublikası CM-nin “qanunsuz sahibkarlıq”, “yalançı sahibkarlıq” əməllərinin
ə
lamətlərini əks etdirən maddələrində məhz bu nəzərdə tutulur. Bir prinsipial faktı
qeyd etmək lazımdır ki, sui-istifadənin belə forması yalnız o halda cinayət məsuliy-
yətinə cəlb etmə üçün əsas ola bilər ki, bu əməllərin nəticəsində vətəndaşlara, təşki-
latlara və ya dövlətə xeyli miqdarda ziyan vurulsun.
Qanunsuz əldə edilmiş əmlakdan və ya əmlaka olan hüquqdan istifadə etmə,
yəni bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma, qanunsuz kredit
alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, kreditor borclarını ödəməkdən
qəsdən yayınma tərkiblərini yaradan əməlləri törətmə iqtisadi fəaliyyət sahəsində sui-
istifadənin digər forması hesab edilə bilər. Sonuncu tərkibdə nəzərdə tutulan əmələ
42
görə cinayət məsuliyyətinin yaranması üçün zəruri şərtlərdən biri müvafiq məhkəmə
aktının qanuni qüvvəyə minməsidir.
qtisadi fəaliyyətdə iştirak hüququndan sui-istifadənin nisbi müstəqil növlə-
rindən biri də hazırda “əmtəə nişanlarından qanunsuz istifadə etmə”, “bilə-bilə yalan
reklam etmə”, “kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə
etmə və ya yayma” adlanan əməllərdir.
“Pul nişanlarının, qiymətli kağızların və müxtəlif növ ödəniş sənədlərinin”
hazırkı cinayət hüquqi mühafizəsinin xüsusiyyəti ondan ibarətdir ki, bununla əlaqədar
törədilən bütün qəsdlər, o cümlədən satış məqsədilə saxta pul, metal sikkələr, Azər-
baycan valyutasında və ya xarici valyutada dövlət qiymətli kağızları və ya başqa qiy-
mətli kağızlar və ya xarici valyutada qiymətli kağızlar hazırlama və ya satma iqtisadi
sahədə törədilən cinayət hesab edilir. Bununla belə, artıq qeyd edildiyi kimi, saxta pul
kəsmə bizim ölkəmizdə həmişə dövlət əleyhinə olan cinayət hesab edilmişdir. Həqi-
qətən də saxta pul hazırlamanın iqtisadi fəaliyyət sahəsində cinayət hesab edilməsi ilə
razılaşmaq çətindir. Pulun hər bir emissiyasının fiziki və hüquqi şəxslərin mənafeləri
ilə bağlılığı şübhəsizdir. Pulun köməyi ilə cəmiyyət həyatının iqtisadi sahəsinin
tənzimlənməsi həyata keçirilir. Dövlətin pul hazırlamaq üzrə müstəsna hüququna
müdaxilə edilməsi iqtisadi fəaliyyət sahəsində deyil, iqtisadiyyatın idarə edilməsi
sahəsində törədilən cinayətdir.
Qeyd edilənlər iqtisadi fəaliyyət, o cümlədən kommersiya fəaliyyəti iştirak-
çısının hüququndan sui-istifadənin başqa formalarının xarakterizə edilməsi zamanı da
prinsipial əhəmiyyətə malikdir. Onların arasında aşağıdakı əməllər nisbi müstəqil rol
oynayır: 1) xarici iqtisadi fəaliyyət iştirakçısının hüquqlarından sui-istifadə (qaçaq-
malçılıq, Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji
sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama); 2) valyuta dəyərləri
ilə davranma qaydalarını pozma (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama); 3)
yaranmış əmlak öhdəliklərini yerinə yetirilməməsinə yönəlmiş hərəkətlər (gömrük
ödənişlərinin ödənilməsindən yayınma, müflisləşmə zamanı sui-istifadələr, vergi
ödəməkdən yayınma, istehlakçıları aldatma).
43
AR-nın hal-hazırda qüvvədə olan 1999-cu il 30 dekabr tarixli CM-nin 24-cü
fəsli “ qtisadi fəaliyyət sahəsində cinayətlər” adlandırılmaqla bu fəsildə iqtisadi cina-
yətkarlıq formalarının hüquqi təsbiti və onlara görə tətbiq olunacaq cəza tədbirləri əks
olunmuşdur. 190-213-cü maddələri əhatə edən bu cinayət əməllərini aşağıdakı kimi
təsnifləşdirmək olar:
1. Vəzifəli
şə
xslər
tərəfindən
törədilən
iqtisadi
fəaliyyət
sahəsində olan cinayətlər:
− Qanuni sahibkarlıq fəaliyyətinə mane olma (maddə 190);
− Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı (maddə 191);
2. qtisadi fəaliyyətin həyata keçirilməsi hüququndan qanunsuz olaraq istifadə
etmək yolu ilə törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər:
− Qanunsuz sahibkarlıq (maddə 192);
− Yalançı sahibkarlıq (maddə 193);
− Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma ( maddə 193-1);
3. Qanunsuz əldə edilmiş, alınmış və ya saxlanmış əmlakdan istifadə etməklə
törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər:
− Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma (maddə 194);
− Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə;
− Kreditor borclarını ödəməkdən qəsdən yayınma (maddə 196);
4. Aldatmadan və ya ələ almadan istifadə etməklə törədilən iqtisadi fəaliyyət
sahəsində olan cinayətlər:
− Əmtəə nişanlarından qanunsuz istifadə etmə (maddə 197);
− Bilə-bilə yalan reklam etmə (maddə 198);
− Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və
ya yayma (maddə 202);
− xrac nəzarətinə aid sənəd və məlumatları yayma (maddə 202-1);
5. Bazardakı inhisarçı mövqeyindən və ya məcburetmədən istifadə etməklə
törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər:
Dostları ilə paylaş: |