Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları
I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-
nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli
əhəmiyyətli proqramlar işlənib hazırlanır.
II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış
göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf
səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır.
III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir:
1) yolların inkişafı və genişləndirilməsi;
2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi;
3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması
üzrə tədbirlər;
4) müəyyən dövr üçün proqnozlar;
5) əsaslandırılmış konkret məqsədlər;
6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər;
7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması;
8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.
Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi
I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər
tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.
II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirləri həmçinin Azərbaycan Respublikası dövlət yol fondunun
vəsaiti və bu Qanunun müddəalarını pozmağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən
cərimələrin ödənilməsi, nəqliyyat vasitələrinin sığortası, onların qeydiyyatı, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı
şəhadətnamələrinin və nişanlarının verilməsi, sürücülərin hazırlanması və ixtisaslarının artırılması üzrə kurs
imtahanlarının qəbulu, sürücülük vəsiqələrinin verilməsi, nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, nəqliyyat
vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlər nəticəsində Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına daxil olan vəsait hesabına maliyyələşdirilir.
III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan
vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər
tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.
Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili
I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu
aparılır. Bu göstəricilər aşağıdakılardır:
1) yol-nəqliyyat hadisələrinin;
2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin;
3) nəqliyyat vasitələri sürücülərinin;
4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin;
5) yol hərəkəti sahəsində inzibati hüquqpozmaların və cinayətlərin sayı;
6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə
dair fəaliyyətin nəticələrinin göstəriciləri.
II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-
nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır:
1) yaralılar -- yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər;
2) həlak olanlar -- yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində
ölmüş şəxslər.
III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini
və tətbiqini təmin edir.
IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının
istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir.
Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi
I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat
vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati hüquqpozmaların, yol-nəqliyyat hadisələrinin, yol-
nəqliyyat zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir.
II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi
göstəricilərinin vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər.
Maddə 26. Layihə və elmi işlərin aparılması
Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını,
kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin
sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və
tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində tədbirlər nəzərdə
tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.
Üçüncü fəsil.
Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması
Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı
I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və
ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən "Mexaniki
nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və
dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından
keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və
avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya
çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin
müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin
ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, həmçinin
cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin
qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan