Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə132/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   129   130   131   132   133   134   135   136   137

 
339
deyil ki, mifik allahların hamısı Troya müharibəsi fonunda təqdim olunur. 
Müharibədə  qələbəni kimə vermək səlahiyyəti büt-miflərin real gücünü 
qullara anlatmaq üçün o zaman əsas arqument idi.  
Beləliklə bütpərəstlik dövründə mifyaratma, ədəbi yaradıcılıq hələ 
əsasən utilitar bir sahədir. Lakin eyni zamanda, mistikadan istifadənin 
qaçılmaz surətdə həm hərbi, həm siyasi, həm də əxlaqi və iqtisadi sahədə 
istifadəsi cəhdlərinin sürətlə  dərinləşməsini  əks etdirirdi. Süjetlərdə baş 
verən hadisələr isə müəlliflərin özü tərəfindən də gerçək olaraq baş vermiş 
maddi hadisələrə təqlid kimi, reallığın variantı kimi təsəvvür edilirdi. Bu 
təqlid mifik allahların real gücünü, əsas səbəbiyyət başlanğıcı olduğunu 
təsdiqləməli və gözü bağlı qullara da izah etməli idi. Yəni ədəbi-mifoloji 
sözün və variantın mistikliyi artırdı. Kitab mədəniyyətinin, mifologiyanın 
fərdi yaradıcılıq yolu ilə genişlənməsi dünyanın süjetlərdə  və kitablarda 
yaradılan mənzərəsinə inamım mistik dərinliyini və daha çox adamları 
əhatə etmək dairəsini genişləndirirdi. 
2.  Təkallahlıq dövründə söz obrazın mistikliyi mütləqləşir, mifi 
utilitar mənimsəməyə ondan qeyri-utilitar qorxu da əlavə olunur. Makedo-
niyalı  İsgəndərin dünyanı istila etməsi  Vahid ümumdünya müharibə 
allahı ideyasını reallıq kimi ortaya qoydu. Tayfa mifləri nümunəvi tayfa 
döyüşçüsü barədə idi. Çoxtayfalı imperiya dövlətlər yarananda isə 
imperiyanın vahid Allahı onların nümunəvi döyüşçüsünə çevrildi və bu, 
Aleksandrın öz simasında təsəvvür olundu. 
Monoteizm tayfa əcdadını universal səbəbə və başlanğıca, hər şeyin 
yaradıcısına çevirdi. Böyük tayfa çoxluqlarının və dövlətlərin bütü olan 
vahid Allah siyasətçilər üçün utilitar alət olaraq qaldı. Amma qullar 
kütləsi və mülkiyyətsiz azad adamlar üçün tək Allah mütləq mülkiyyətçi 
oldu və insanların canının yiyəsi və yaradıcısı, Qiyamət günündə son 
hakim oldu. İnsanlar yaranışa görə ona sitayiş etməyə və ondan qorxmağa 
başladılar. Allah xofu kimi təbliğ olunan əxlaq müasir dünyəvi qanunların 
ilk forması oldu və müqəddəs kitablarda əksini tapdı. Panteizmdə isə 
Allah təbiətlə eyniləşdi, çünki bu halda dünyanın onun tərəfindən 
yaradılmasını izah etmək və anlatmaq rahat olurdu. 
İmperiya və dünya mifi kimi təbliğ olunan vahid Allahın kultu dün-
yanın böyük ərazilərində  mərkəzdən idarə olunan siyasi təsisata çevrildi. 
Sosial qanunların  ədalətli olduğu onların Allahla əlaqəsi ilə  əsaslandırıl-
mağa başladı. Dini ədəbiyyatın utilitar qanadı müstəqil saray ədəbiyyatı-
na, hökmdarlara xidmət edən  ədəbiyyata çevrildi. Vahid Allaha aid ədə-
biyyat isə xalis monoteist mətn mədəniyyətinə çevrildi. Onun ilk nümunə-
ləri Bibliyada Davud peyğəmbərin allah haqqında nəğmələridir. Lakin 
Bibliyada əcdad-qəhrəmanlar haqqında bir çox tayfa süjetləri, təmsillər və 


 
340
pritçalar və s. ədəbi süjetlər var idi. Məhz bunlar sonralar monoteist dini 
ədəbiyyatın  əsası oldu. Xristian və müsəlman  ədəbi  ənənəsi də  əslində 
Bibliya mətnlərindən ayrılmazdır. 
Monoteist dini ədəbiyyat süjetyaratmanı  ləngitdi, onu Bibliya ilə 
məhdudlaşdırdı. Yunan mifoloji ənənəsində isə süjetyaratma sərbəstliyi 
daha yüksək idi. İntibah dövründə ədəbi yaradıcılıq yenidən antik dövrün 
sərbəst süjetyaratma bazasına qayıtdı. Dini ədəbiyyat kimi monoteist 
variantyaratmanın əsas özəlliyi onun bütpərəstlik dövründə məlum olma-
yan Allah xofunun təbliğatçısına çevrilməsi idi. Dini ədəbiyyat bu qorxu-
nu təbliğ edən və möhkəmləndirən bir alət idi. Bunun üçün ədəbiyyatda 
istifadə olunan bütün süjetlər vahid Allah mifinə bağlandı, onun variantla-
rı və formaları oldu. Bu monoteist ədəbi mədəniyyəti yunan ədəbi mətnlə-
rinə nisbətən yoxsullaşdırdı. Təqlid, ehkam, nəzirə monoteist dini ədəbiy-
yatın əsas prinsipləri oldu. 
Lakin monoteizm dövrü sözün mistik gücünü nəinki azaltmadı, 
hətta ən yüksək səviyyəyə çatdırdı. Müqəddəs kitabların Allahdan gəlmə 
yazı olması barədə təlim ortaya gələndən sonra dünya müqəddəs kitablar 
vasitəsi ilə  və onların ehkamları mövqeyindən idarə olunmağa başladı. 
İncil və Quran Allahın sinonimi oldu. Sonralar maarifçi ateizm nümayən-
dələri bu dövrü mistisizm dövrü adlandırdılar. Xristian ehkamında söz 
Allahın ayrılmaz atributu adlandı. İslamda isə Quranın mətni insan ağlının 
heç zaman dərk edə bilməyəcəyi mistik həqiqətlər daşıyıcısı hesab edildi 
və onun tərcüməsi belə qeyri mümkün sayılaraq qadağan edildi. 
Ədəbi kitabyaratma monoteizmdə nə qədər mistik bir fəaliyyət kimi 
təsəvvür edilsə də, bu işlə məşğul olan adamlar real dünyəvi bir hakimiy-
yət də qazanırdılar. Bu onların Allahın katibi olmaq peşəsinin yüksək so-
sial statusunu yaratdı. Yazıcı və şairlik monoteizm dövründə də öz maddi 
ehtiyaclarının ödənməsi üsulu kimi, mənəvi özünütəsdiq üsulu kimi qal-
mağa davam etdi. Ona görə dini ədəbiyyata xidmət edən  şairlər də ikili 
fəaliyyətlə  məşğul idilər: rəsmən onlar allah xidmətçisi və  təbliğatçısı 
idilər. Qeyri rəsmi olaraq isə sözün monoteist cəmiyyətdə yaratdığı mistik 
hakimiyyətin daşıyıcısı idilər. 
Dini monoteist ədəbiyyatın müəllifləri bəlkə özlərindən sonra heç 
kəsin malik olmadığı dünyəvi nüfuz qazandılar. Bu nüfuz bir tərəfdən, 
cəmiyyətdə həyat uğrunda, maddi dolanışıq uğrunda mübarizənin bir şəkli 
oldu, digər tərəfdən isə kollektivlərdə müəyyən hakimiyyət yaradan və 
özünütəsdiq verən sosial amilə çevrildi. Nəticədə müəllifin cəmiyyətə və 
dünyaya aktiv fərdi münasibəti dini ədəbiyyat müəllifliyinin içində  də 
həmişə nisbi şəkildə yaşadı. Bu dini ədəbiyyatın da nisbi bir sosial və 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə