Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə80/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   73   74   75   76   77   78   79   80   81

 
238 
konkret ağacın yarpağı, meyvəsi eyni cürə formada böyüyür ; qar 
dənəsi həmişə eyni naxışla formalaşır, konkret toxumdan ancaq 
həmin formada meyvə, ağac, bitki böyüyür; su 2 oksigen və 1 
hidrogen atomundan əmələ  gəlir və s. istənilən başlanğıc  şərtlərdə 
konkret mühitdə prosesin hansı istiqamətdə gedəcəyi məntiqidir və 
məlumdur. Həmin nöqtədən baxdıqda biz daha çox sahə, oxşarlıqlar 
və naxışlar,  prinsiplər görəcəyik. Hər bir hadisə və varlığın inkişaf 
xəttindəki naxışda yerini görərək sonrakı anında nə olacağını biz 
asanlıqla tapa biləcəyik. Bu fikir ən böyük kəşvdir. 
Dünyanın dəyişilik xəritəsi məhz belə qurulmalıdır. Buddizm 
gələcək dünyanın elmi dininin başlanğıcı olacaqdır. Bizim 
işlətdiyimiz allah- tanrı sözünü məhz abstrakt , qeyri -müəyyən bir 
substansiya deyil, konkret dünyanın sonsuz yaranış (bu ilk yaranış da 
ola bilər) və ölüm sikllərini  əhatə edən keçdiyi yol, konkret 
kombinasiyaların konkret mühitdə  dəyişiliklər trayektoriyası, 
naxışlar, sxemlər  və  hərəkətlər,  mahiyyətlər çoxluğu kimi, yəni 
dünyanın ağlı kimi qəbul etsək, daha düz, aydın, həqiqi söz demiş 
oluruq. Demək, abstarakt allah  sözü və anlayışı uydurma, yanlışdır. 
Məhz bu səbəbə 3  teist din - Xristianlıq,  İudaizm və  İslam  eqoist 
məqsədlərinə sadiq qalaraq, bu dünyanın ağlı, varlıqları  və onun 
dəyişmə modeli anlayışlarını  qəbul etməkdən imtina edir. Bunu bilə 
- bilə, qəsdən edir, dünyanın ümumi ağıl (məlumat)  və yaşayış 
imkanları olduğunu qəbul etsə, gərək özünün uydurduğu allah 
anlayışından imtina etsin. Məhz bu anlayış vasitəsilə bu dinin 
ruhaniləri yaratdıqları  hakimiyyət, biznes, hörmət    ağacından 
özlərini məhrum eləmək istəmirlər. Onlar özlərinin yaratdığı allah 
adından özlərinə  dini və dövlət vəzifələri vermiş, hakim olmaq, ianə, 
xərac almaq , müqəddəs, toxunulmaz, tənqid edilməz statusları 
vermişlər.  
Misal 1.  Hər hansı  ağacın yarpağının yanında duraraq, yəni 
kənardan baxaraq və ya qar dənəsinin necə böyüyəcəyini biz 
əvvəldən görə bilərik. Hər bir canlının, bitkinin, yarpaqların yerləşmə 
düsturu riyazı formula ilə yazıla bilər. 
Misal 2. Yerin günəş  ətrafında fırlanması eyni trayektoriya ilə 
olur və istənilən nöqtəni seçməklə onun yaza, qışa ya yaya aid 
olmasını bilərik və sonrakı  vəziyyətini də görə bilərik. Yer 
üzərindəki konkret nöqtənin vəziyyəti həm həmin taryektoriyadakı 
həmin andakı nöqtənin, həm də müxtəlif trendlərin  kəsişməsi  
olacaqdır. Demək, hər obyektə, hadisəyə  kənardan baxdıqda onun 
necə olacağı, onun dəyişilik naxışında həkk olunmuşdur. Bu 


 
239
misallardan belə  nəticə  çıxır ki, hadisənin içində olduqda və ya 
özümüz özümüzə baxdıqda baxış nöqtəsi bizə  hər  şeyi görməyə 
imkan vermir, çünki kənardan baxa bilmirik və elə bir ümumi nöqtə 
tapa bilmirik ki, həqiqəti hər tərəfdən görək. (Yarpaqa, toxuma və 
qar dənəsinə isə kənardan baxaraq asan deyirik ki, o necə böyüyəcək)  
Deyilən bu nəzəriyyə  hər  şeyin  əvvəldən məlum olması 
(determinizm), yəni təsadüf deyil, konkret prinsiplərə, qanunlara 
uyğun olaraq konkret dəyişmə naxışı, proqramı üzrə  dəyişməsi və 
bunun insana məlum olması mümkündür. Bu fikri böyük miqdarda 
həyat faktları sübut edir. Əgər belə olmasaydı, heç vaxt  xüsusi 
qabiliyyətli insan heç bir hadisəni, vəziyyəti  əvvəldən bilə bilməzdi. 
Məsələn, intuitiv öncəgörmə, yuxu, falçılıq, peyğəmbərlik, 
ekstrasenslik çoxlu sübutlar verir. Vanqa, Juna, Nostradamus, öz 
təcrübələrim və bir çox öncəgörənlər və falçılar real faktlardır.  
İnsanın da gələcəyini intuisiya ilə görmək mümkündür. 
Göstərilən tezis bəzi adamların fikrincə,  azadlıq  anlayışına zidd 
gəlir. Onlar deyirlər ki, hər  şey azad olaraq baş verir, təsadüf və 
zərurətlər daxilində.  Lakin bu belə görünür, yuxarıda göstərdiyim 
kimi hadisələrə iki əks qütbdən baxdıqda  əks qiymətlər veririk. 
Həqiqət odur ki, hər bir əks fikir digəri ilə birlikdə doğrudur.  Yəni 
həm hər  şey azad, könüllü özü davranır, həm də konkret yol ilə, 
amillərin təsirlərinin kəsişdiyi, dünya strukturu və qanunları 
çoxluğunun təyin etdiyi yol ilə, başqa sözlə, mühit onu idarə edir. 
Belə fikir əsla   dinin  təbliq etdiyi : insanın çalışmaması, maddi 
dünyadan uzaq olması, özünü yaxşı həyatdan məhrum etməsi, özünü 
allaha bağlaması, “nə olar, olar” deyərək tərki dünya olmasına  əsas 
vermir. Bu biliklər hamının bilməli olduğu biliklər deyil, bu biliklər 
yalnız ağlı ən yüksək  səviyyəyə çatmış  adamlara aiddir.  Çünki zəif 
ağlı olan suever adam bilikləri səhv anlayaraq, özünə zərər verə bilər, 
səhv davranışlar seçə bilər. Belə bir hadisə olmuşdur.  Qadın uşaq 
doğmaq vaxtı  həkim kesarevo kəsiyi təklif etmişdir, lakin qadın 
dindar olduğu üçün “hər şey allahdan asılıdır və o nə məsləhət bilsə, 
qoy elə olsun” deyərək imtina etmiş və iki dəfə doğuş zamanı böyük 
problemlər olmuşdur. Birinci dəfə  uşaq iflic olmuş, qadına uzun 
müddət əzab gətirmişdir və 4 ildən sonra ölmüşdür; ikinci dəfə doğuş 
zamanı  uşağın qolunun əsəb  damarını  qırmışlar və o doğulsa da  
qolu  şikəst qalmışdır. Nə baş vermişdir. Qadın məçiddə Allahın
 
mahiyyəti haqda səhv məlumat almışdır. Ruhani allahın dünyadan 
kənarda olduğunu və  nə istəyirsə onu etməsini demişdir, qadın da 
belə anlamışdır. lakin  tanrı hesab edilən həmin substansiyanın 


 
240 
kənarda deyil, bütün qanunlar daxilində  və uyğun olaraq insanın 
özünün də  iştirakı ilə təkmilləşən dünya olmasını  bilməmişdir. Yəni 
öz ağlına və yeniləşən dünyanın problemin həllini göstərən 
təkliflərinə  deyil, ona ruhani və Quran  tərəfindən sırınan  anlayışa  
inanmış    və    bədbəxt olmuşdur. Qeyd edildiyi kimi davranışlar və 
seçimlər (naxışda olan nöqtələr) zəruri prinsiplər, mühit və  şəxsin 
davranışını formalaşdıran zəruri amillərin nəticəsi olduğu həyat 
xəttinin   üzərindədir. Bu misalda sueverlik və  dünyaya səhv  dini 
baxış aparıcı amil kimi qadına bədbəxtlik gətirmişdir. 
Adətən biz hadisənin daxilində olaraq  və yaxın məsafədən 
baxdığımız üçün əsas trend və naxışları görə bilmirik, digər tərəfdən, 
biz subyektiv olduğumuz üçün özümüzə, öz vəziyyətimizə obyektiv 
qiymət verə bilmirik ( “lampa öz dibinə işıq salmır”, “müsbət və ya 
mənfi potensial özünün elə olduğunu ölçə bilmədiyi üçün özünün 
mənfi, ya müsbət olduğunu bilmir”). Bütün ətraf iştirakçıların 
məqsəd və strategiyalarını, gizlətdiklərini bilmirik. Mühitin 
trendlərini görə bilmirik. Çünki düşünmürük. Məhz Futurologiya 
elminin məqsədi bu amilləri araşdırıb mühitin trend və naxışlarını 
tapmaq, iştirakçıların məqsəd və strategiyalarını, planlarını, gizli və 
aşkar arzularını müəyyən etmək və    gələcəyin alternativlərini 
tapmaqdır. Bu yolda bu elmin xeyli uğurları vardır. 
Görünür, Allah anlayışı üzərində qurulan təlimlərin və dinlərin 
səhv baxışlar kimi əhəmiyyətinin itirməsi  labüdür. Onun Allah sözü  
yerinə dəqiq elmi ifadələr işlədəcəklər. “Allah qorusun , allah rəhmət 
eləsin, allah bilər, allah deyir” kimi ifadələr işlətdikdə biz heç nə 
deməmiş oluruq. Bu ifadələr babalarımıza qılınc gücünə  qəbul 
etdirilərək gəlib bizə  çıxmışdır. Lakin bu xüsusi məna verdiyimiz 
ifadələrin  özünə  təlqin etmə xassəsi var ki, biz müəyyən rahatlıq 
tapırıq. Bu rahatlığı, habelə ruhi əminliyi, özünə inamı, iradəni, psixi 
müvazinəti, xəstəliyə davamlılığı    və s. effektləri digər sözlərlə, 
meditasiya ilə  daha səmərəli  əldə edə bilərik. Yəni  effektlər allah 
sözü ilə  və sitayişlə hökmən əlaqədar deyil. 
İntuitiv öncə görmə xüsusi hadisə olaraq daha dərindən izah 
edilməlidir.  Dünyanı material və  ağıl, məlumat çoxluğu qəbul 
edərək (abstrakt allah ifadəsi  əvəzinə) və    ağıl ierarxiyasında  şəxsi 
yerimizə görə    və beynimizin xüsusiyyətinə görə biz intuisiya ilə 
gələcəyi deyə bilərik. İntuisiya  beynimizlə bu ağıl bazası ilə əlaqə, 
məlumat qəbul etmə, hiss etmə, baş beyin qabığının qatlarının məhz 
həyatı yaşamaq və düşüncə  nəticəsində artması (6 qat yaranır-   


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə