33
tında olma” (təzəlik) termini işlədirlər. Vaxtında olma de-
dikdə informasiyanın hazırki vaxtda başa düşmə və qərar
qəbuletmə üçün zəruri məlumatları özündə saxlaması, aktual
olması başa düşülür. Belə ki, vaxt keçdikçə informasiya öz
aktuallığını itirə bilər. Başqa sözlə, vaxtında daxil olmayan
informasiya sonradan öz əhəmiyyətini itirə, lazımsız ola bi-
lər. Əgər informasiya dəyişən şərtlər daxilində iş zamanı cari
vəziyyətə uyğun olarsa, onda o, aktual hesab olunur. Vaxtın-
da daxil olan informasiya zəruri fayda verə bilər.
Qiymətlilik ( əhəmiyyətlilik, faydalılıq) – hər hansı məsələ-
nin həll edilməsi üçün informasiyanın vaciblik dərəcəsi ilə
müəyyən olunan xassəsidir. Başqa sözlə, informasiyanın qiy-
mətliliyi onun köməyi ilə verilmiş məsələnin nə qədər effek-
tiv həll edilməsi dərəcəsi ilə müəyyən olunur. Qiymətli infor-
masiya eyni zamanda faydalı, kifayət qədər yeni, dolğun və
doğru olmalıdır. Lakin bir çox hallarda informasiyanın dol-
ğunluğu və doğruluğunun təmin edilməsi üzrə aparılan işlər
onun köhnəlməsinə və təbii ki, faydasız olmasına gətirib çıxa-
rır. İnformasiyanın faydalılığı obyekt haqqında məlumatların
qeyri-müəyyənliyinin azaldılması dərəcəsi ilə müəyyən edilir.
Aydınlıq dedikdə informasiyanın təyinatı üzrə aidiyyəti
şəxslər tərəfindən başa düşülən dildə ifadə olunması nə-
zərdə tutulur
1.4. İnformasiya sistemləri
Böyük həcmli informasiyanın toplanması, daxil edilməsi,
emalı, saxlanılması və ötürülməsi üçün informasiya texnolo-
giyalarından, o cümlədən kompüter texnikasından istifadə
olunur, bu və ya digər informasiya sistemi reallaşdırılır.
34
İnformasiya texnologiyaları – informasiyanın toplan-
ması, emalı, saxlanılması, ötürülməsi, təqdim edilməsi,
əks olunmasını təmin edən, bir-biri ilə texnoloji zəncirdə
birləşən üsullar, istehsal prosesləri və proqram-texniki va-
sitələr toplusudur. İnformasiya texnologiyalarının məqsədi
informasiya ehtiyatlarının istifadəsi proseslərinin çətin-
liyinin azaldılmasından, onların etibarlığının və opertivli-
yinin yüksəldilməsindən ibarətdir. Ona görə də, tərifi aşa-
ğıdakı kimi vermək olar: informasiya texnologiyaları –
informasiya ehtiyatlarının istifadəsi zamanı etibarlığı və
opertivliyi yüksəltmək, yaranan çətinliyi azaltmaq məqsə-
dilə zəruri informasiya proseslərinin yerinə yetirilməsini
təmin edən və texnoloji zəncirdə birləşən üsullar və proq-
ram-texniki vasitələr kompleksidir. Burada informasiya
prosesləri dedikdə informasiyanın yaradılması, toplanma-
sı, işlənməsi, saxlanılması, axtarışı və yayılması prosesləri
nəzərdə tutulur.
İnformasiya ehtiyatları – informasiya sistemlərində
(kitabxanalarda, arxivlərdə, fondlarda, verilənlər bankla-
rında və s.) olan sənədlər və sənəd massivləri, habelə ay-
rıca mövcud olan sənədlər və onların massivləridir.
İnformasiya sistemi anlayışının geniş və dar mənada
təriflərinə rast gəlinir. Geniş mənada informasiya sistemi
(İS) dedikdə insanların zəruri informasiya ilə vaxtında
təmin edilməsi üçün nəzərdə tutulmuş texniki, proqram
vasitələrindən, təşkilati təminatdan və personaldan ibarət
kompleks başa düşülür. “İnformasiya, informasiyalaşdır-
ma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda “ informasiya sistemi – infor-
masiya texnologiyaları və sənədlərinin təşkilati və texniki
qaydada, o cümlədən hesablama texnikasından istifadə
edilməklə, nizamlanmış məcmusu” kimi şərh olunur.
35
Dar mənada İS dedikdə informasiyanın toplanması və
emalının avtomatlaşdırılması üçün nəzərdə tutulmuş qar-
şılıqlı əlaqəli proqram-texniki vasitələr toplusu başa düşü-
lür. İS-ə məlumatlar mənbələrdən daxil olur və gələcək is-
tifadə üçün məlumat bazalarında saxlanılır. Zəruri hallarda
müəyyən emal prosesini keçdikdən sonra məlumatlar
istehlakçılara ötürülür.
Beləliklə, İS – informasiyanın toplanması, saxlanılması,
axtarılması, emal olunması və istifadəçilərə təqdim edil-
məsi üçün texniki (hesablama və kommunikasiya), proq-
ram, linqvistik, təşkilati və metodoloji vasitələri özündə
birləşdirən kompleksdir. İS qismində kitabxanaları, arxiv-
ləri, fondları, məlumat banklarını və bazalarını, internetin
informasiya xidmətlərini və s. göstərmək olar.
Qeyd edilməlidir ki, informasiya sistemləri informasiya
texnologiyaları ilə sıx əlaqəli olub, onlar üçün əsas mühit
rolunu oynayır. Müvafiq informasiya texnologiyalarını
bilmədən İS-in funksiyalarının reallaşdırılması mümkün
deyildir. Lakin informasiya texnologiyaları İS sahəsindən
kənarda da mövcud ola bilər.
İlk informasiya sistemləri 1950-ci illərdə meydana gəl-
mişdir. Həmin illərdə İS hesabların emalı və əməkhaqqı-
nın hesablanması üçün nəzərdə tutulur, elektromexaniki
mühasibat hesalama maşınlarında reallaşdırılırdı.
1960-cı illərdə İS-ə münasibət dəyişdi. İS-lərin köməyi
ilə emal olunan informasiya bir çox parametrlər üzrə dövri
hesabatların aparılması üçün tətbiq olunmağa başladı. Bu-
nun üçün çoxlu sayda funksiyaları yerinə yetirməyi baca-
ran geniş təyinatlı kompüter avadanlıqları tələb olunurdu.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində İS qərar qə-
buletmə prosesini dəstəkləyən və sürətləndirən idarəetmə
nəzarəti vasitələri qismində geniş istifadə olunmağa başlandı.
Dostları ilə paylaş: |